Xəbər lenti
06/08/2020 [00:22]:
"Türk ordusu Qafqazda separatizmin kökünü kəsmək, bölgədə barışı təmin etmək üçün Azərbaycanda qalmalıdır"
05/08/2020 [23:42]:
KİVDF-nin icraçı direktoruna AĞIR İTKİ...
05/08/2020 [23:13]:
“Orient Queen” Beyrutdakı partlayışdan sonra batıb - 2 ölü, 7 yaralı + Video
05/08/2020 [23:09]:
Baş Prokurorluq Milli Məclisdə ictimai asayişi pozaraq həbs olunanların görüntülərini yaydı - VİDEO
05/08/2020 [23:01]:
Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı
05/08/2020 [22:59]:
Beyrutdakı partlayış ölkəyə 15 milyard dollar maddi ziyan vurub
05/08/2020 [22:57]:
ÜST: Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb
05/08/2020 [22:43]:
Ramin Bayramlı: “Modul tipli xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi” - VİDEO
05/08/2020 [22:37]:
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası təsdiqlənib
05/08/2020 [22:32]:
Zaqatalanın asfalt zavodunda bədbəxt hadisə: Fəhlənin qolu amputasiya edildi
05/08/2020 [22:31]:
Süleyman Kərimovun ailəsi “Forbes Russia”nın ilk pilləsində qərarlaşdı
05/08/2020 [22:28]:
Qənirə Paşayeva aztəminatlı ailələrə dəstək proqramlarının artırılmasına çağırdı...
05/08/2020 [22:17]:
“MDB-nin bizim üçün o qədər də böyük əhəmiyyəti yoxdur, çünki...”
05/08/2020 [22:14]:
Azərbaycanda reanimasiyada olan xəstələrin sayı açıqlandı - FOTO
05/08/2020 [21:51]:
Rüsvayçılıq ömürdən uzun olur, Nikol Paşinyan! - VİDEO
05/08/2020 [21:51]:
"Rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq..." - VİDEO
05/08/2020 [21:49]:
"Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir...”
05/08/2020 [21:42]:
Gürcüstan XİN: “Hərbi yüklərlə bağlı bütün beynəlxalq normalara ciddi riayət edirik”
05/08/2020 [21:40]:
Qlobal istiləşmə 23 milyon nəfərə təsir edəcək - VİDEO
05/08/2020 [20:58]:
"Biz bu prosesə mütəxəssislərlə yanaşı tələbələrimizi də qoşacağıq..."
05/08/2020 [20:54]:
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü...
05/08/2020 [20:47]:
Azərbaycan Livana 1 milyon ABŞ dolları maliyyə yardımı göstərəcək
05/08/2020 [20:44]:
Azərbaycanda hüquqi şəxslərə və fərdi sahibkarlara icarə haqqı ilə bağlı güzəşt edildi - QƏRAR
05/08/2020 [20:25]:
Dəhşətli partlayış toy gününə təsadüf etdi: Bəylə gəlinin qaçma görüntüləri - VİDEO
05/08/2020 [20:24]:
Haaqada Xocalı abidəsi daha münasib yerə köçürülüb
05/08/2020 [20:19]:
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub
05/08/2020 [20:14]:
“Nə tez məni xalq düşməni etdiniz?”- Elnarə Xəlilova
05/08/2020 [20:12]:
Şəbnəm dəbdəbəli villasını Könül Kərimovaya satıb?
05/08/2020 [20:10]:
QHT Şurası 7 qrant müsabiqəsinin nəticələrini elan etdi
05/08/2020 [20:08]:
Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb - FOTO
05/08/2020 [20:06]:
Ədalət Vəliyev Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu ilə görüşüb
05/08/2020 [20:05]:
«Atılan addımlar ölkə iqtisadiyyatının möhkəm təmələ söykəndiyini əminliklə söyləməyə əsas verir"
05/08/2020 [20:02]:
Ermənistan xarici telekanalların yayımını məhdudlaşdırır
05/08/2020 [19:59]:
Beynəlxalq Qarabağ Forumu müharibə çağrışı ilə Prezidentə müraciət etdi
05/08/2020 [19:54]:
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb
05/08/2020 [19:52]:
Bakıda qan donduran cinayət: Ata körpəsinin boğazını kəsdi, sonra intihar etdi
05/08/2020 [19:50]:
Somalidə hərbi hissəyə hücum: 6 hərbçi ölüb, çoxlu sayda əsgər yaralanıb
05/08/2020 [19:48]:
Beyrutdakı partlayışdan sonra 70 metr diametrində krater əmələ gəlib - FOTO
05/08/2020 [19:47]:
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 109 mənzil verilib
05/08/2020 [19:44]:
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib
05/08/2020 [19:43]:
Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı, sahibi və işçiləri cərimələndi
05/08/2020 [19:29]:
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
05/08/2020 [19:01]:
Azərbaycanda benzin bahalaşdı - FOTO
05/08/2020 [18:37]:
Baş nazirin iqamətgahı BƏRBAD HALA DÜŞDÜ...- FOTO
05/08/2020 [18:35]:
“Ədəbiyyat da, incəsənət də qəhrəmanlarımızla bağlı öz sözünü deməlidir”
05/08/2020 [18:30]:
Arda Turan "Qalatasaray"a qayıtdı
05/08/2020 [18:24]:
“Amerika vətəndaşıyam, orada evim var” – Yaqub Zurufçu
05/08/2020 [18:22]:
Azərbaycanda karantin rejiminin pozulmasına görə 45 nəfər həbs olunub
05/08/2020 [17:55]:
Ukrayna MDB-nin daha bir sazişindən çıxıb
05/08/2020 [17:52]:
Baş Prokurorluğun idarəsində struktur dəyişiklikləri aparılıb, yeni şöbələr yaradılıb
05/08/2020 [17:51]:
Maskotlar vətəndaşları məlumatlandıracaq - FOTO
05/08/2020 [17:47]:
İranda müxalifət nümayəndəsi edam olunub
05/08/2020 [17:44]:
“Əlbəttə, karantin rejiminin yumşaldılması bizim arzumuzdur...”
05/08/2020 [17:35]:
Koronavirus payızda daha təhlükəli ola bilər - Ramin Bayramlı
05/08/2020 [17:32]:
Beyrut bu silahla vuruldu? – Şok video
05/08/2020 [17:30]:
Dövlət qulluğuna müsahibə elan edilib
05/08/2020 [17:26]:
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib - VİDEO
05/08/2020 [17:24]:
Beyrutu dağıdan partlayıcı maddə rus gəmisindən boşaldılıbmış
05/08/2020 [16:50]:
Deputatlar İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi TƏSDİQLƏDİ
05/08/2020 [16:47]:
Livanda dünyanı silkələyən partlayış - yeni siyasi böhran
05/08/2020 [16:43]:
"İran Türkiyəyə qarşı sağlam və dürüst siyasət yürüdərsə..."
05/08/2020 [16:39]:
Xüsusi karantin rejim qaydalarını pozanlar cərimələndilər - FOTO
05/08/2020 [16:32]:
"Məmurlar yaxşı edib sizin pulunuzu yeyir” - Nadir Qafarzadə
05/08/2020 [16:28]:
Emmanuel Makron Livana səfər edəcək
05/08/2020 [16:24]:
“O, həm təbabətin, həm də ədəbiyyatın vicdanı idi...”
05/08/2020 [16:23]:
"Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması təmin edilmiş..."
05/08/2020 [16:16]:
“Pik saatlarda avtobusların sayı maksimuma çatdırılmalıdır”
05/08/2020 [16:12]:
Azərbaycanda son sutkada 492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib
05/08/2020 [16:09]:
Prokurorluqda özünüidarəetmə funksiyasını yerinə yetirən ad hoc qurumlar yaradılıb
05/08/2020 [16:07]:
Bakıda onlayn yolla narkotik vasitələrin alqı-satqısını həyata keçirən şəxs saxlanılıb
05/08/2020 [16:04]:
Partlayan amonium nitrat deyil – Sabiq kəşfiyyatçı
05/08/2020 [16:02]:
Sabah Milli Məclisin növbəti iclası keçiriləcək
05/08/2020 [15:59]:
Təhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA
05/08/2020 [15:58]:
Baş Prokurorluqda “İşin Təşkili Qaydaları” təsdiq olundu, 100-dən artıq əmr ləğv edildi
05/08/2020 [15:51]:
Prezident İlham Əliyev Livan Prezidentinə başsağlığı verib
05/08/2020 [15:44]:
TƏBİB sədri koronavirusdan vəfat edənlərin yaş göstəricisini açıqlayıb
05/08/2020 [15:43]:
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərin növbəti mərhələsi icra olunub - VİDEO
05/08/2020 [15:41]:
"Biz 600 min şəxsə 190 manatın verilməsini nəzərdə tutmuşuq, ancaq imkansız vətəndaş sayı daha çoxdur"
05/08/2020 [15:37]:
Mərhum jurnalistin istifadə etdiyi mobil telefonu "Yeni klinika"da yoxa çıxdı - Ailəsindən etiraz...
05/08/2020 [15:33]:
"Bəzi hallarda hətta fiziki təzyiq də edirlər ki, qadın alimentdən imtina etsin..."
Bütün arxiv bir sırada
25/06/2020 [00:38] - Müsahibə - ( 5851 dəfə baxılıb)

"İşğal olunmuş torpaqları dronlar, PUA-lar yox, şanlı Azərbaycan əsgəri azad edəcək..."



Sabah-İyunun 26-da Silahlı Qüvvələrimizin yaranması gündür. Bu gün haqqında danışmağa haqq edən igid oğullarımızdan biri, Birinci Qarabağ Savaşının ən ağır döyüşlərində qəhrəmanlıqlar göstərərək adı dillər əzbəri olan igidlərimizdən Gəray Əsədovla söhbətləşmək qərarına gəldik. Onunla Moderator.az əməkdaşının söhbətini təqdim edirik:
Tanıtım: Gəray Xəlil oğlu Əsədov -1968-ci ildə Bərdə rayonunda doğulub. 1986-1988-ci illərdə hərbi xidmət keçib. 1991-ci ildə Moskva Əmək və Sosial Münasibətlər Universitetinin hüquq fakültəsinə daxil olub. Lakin torpaqlarımızın işğal təhlükəsi altında olduğu bir vaxtda vətənə qayıdıb (həmin ali məktəbi ordu sıralarından tərxis olunduqdan sonra bitirib). 1991-ci ilin noyabrından Qarabağ döyüşlərində  iştirak edib. 1992-ci ilin aprelindən baş leytenant rütbəsi alıb. 1992-ci ilin iyununda tağım komandiri kimi Ağdərənin işğaldan azad edilməsi üçün aparılan döyüşlərdə yaralanıb. 1992-ci ilin payızında Laçın rayonunun kəndlərinin azad edilməsində iştirak edən 701 saylı hərbi hissənin 5 saylı taborunun qərargah rəisi təyin olunub.
 
1993-cü ilin aprelindən 5 saylı taborun ("Bərdə batalyonu") komandiri kimi hərbi əməliyyatlarda iştirakını davam etdirib və 1993-cü ilin avqustundan Ağdam istiqamətində vuruşub. 1993-cü ilin dekabrında Kəlbəcərdə məşhur "Meydançay" əməliyyatında fəal iştirak edib. Dəniz səviyyəsindən 3700 m hündürlükdə keçirilən bu döyüş əməliyyatı dünya hərb tarixində nadir rast gəlinən bir vuruşma kimi yadda qalıb. 1994-cü ilin yanvar-fevral aylarında keçirilmiş ikinci Murovdağ əməliyyatından sonra həbs edilib. 1 il 6 ay həbsdə qaldıqdan sonra günahsızlığı sübut edilərək azadlığa buraxılıb. 1995-ci ildən Füzuli-Xocavənd istiqamətində "N" saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. 1999-cu ilin sonunda ordudan tərxis olunub. 

- Gəray müəllim, əslən Tərtər rayonundan olan təhlükəsilik məsələləri üzrə tanınmış ekspert İlham İsmayılın bir sözü var. Deyir ki, hər dəfə Qarabağ bölgəsində olanda göy guruldayanda yerimdən dik atılıram ki, Allah, sənə şükür, deyəsən müharibə başladı. İlham İsmayıldan fərqli olaraq siz ilin 365 günü cəbhə xəttinin bir neçə kilometreliyində - Bərdədə yaşayırsınız. Siz də heç o cür yalançı sevincəyə düşürsünüzmü? 

- İlham İsmayıl vəziyyəti obrazlı şəkildə ifadə edib. Mən sabiq batalyon komandiri kimi bildirirəm ki, hər gün Murovdağı, Qırxqızı, Kirsi görürəm, damarımda qanım donur ki, o vüqarlı dağlarımız ermənilərin əlindədir. Təsəvvür edin ki, mənfur düşmən Bərdənin 20 kilometrliyində müdafiə rayonu təşkil edib, dağlarımız çox geridə qalıb. Vaxt var idi Bərdədən Kəlbəcərə 115 km məsafə var idi. Saat yarıma, 2 saata getmək olurdu. İndi isə qorxunc yuxu kimidi Kəlbəcərə getmək. Ermənilər dağlarımızı lə keçirib arana çatıblar. Biz İlham ismayıldan fərqli olaraq ildə 365 dəfə ölüb - dirilirik. Lakin İlham İsmayılın və xalqımızın arzuladığı o müqəddəs savaş gec-tez başlayacaq və torpaqlarımızı azad edəcəyik. Ordumuz bir neçə günə torpaqlarımızı azad etməyə qadirdir.
 
- Ümumiyyətlə, Birinci Qarabağ savaşının gerçək qəhrəmanlarının tək bir arzusu var, bu "pozor"a son qoymaq və işğalçıya haqq etdiyi qulaqburmasını vermək. Sizcə, o günü görmək sizlərə, bizlərə nəsib olacaqmı?

- Bizim bir arzumuz var - Ali Baş Komandan döyüş əmri versin və biz veteranlar ordumuzla birlikdə torpaqlarımızı nankor qonşularımızdan - ermənilərdən azad edək. İnanıram ki, o gün uzaqda deyil. Şanlı ordumuz düşmənə qulaqburması verməyə qadirdir, bunu ermənilər də bilir.

- Vaxtilə az qala bütün döyüş bölgələrində savaşmış "kombat" olmusunuz və hərbi əməliyyatlar dövründə peşəkar kadrların olmaması bir yana, silah-sursat baxımından ermənilərə xiffətlə baxdığınız çoxmu əməliyyatlar olub?
- 1993 - cü ilin sentyabr ayında orduda 21 faiz kadr zabiti var idi, onun da 15 faizi döyüşən ordunun tərkibində idi. MN statistikasına əsasən, silah - sürsat baxımından çətinliklər var idi. Lakin şəxsi heyətin mənəvi psixoloji durumu çox yüksək idi. Onun nəticəsində 1992- ci ilin aprel ayının 10 - da Marquşavan döyüşündə düşmənə sarsıdıcı zərbə vuruldu.1992 - ci ilin Ağdərə əməliyyatı zamanı Kəlbəcər - Tərtər magistral yolu açıldı. Ağdərə rayonu tamamilə azad edildi. Laçın rayonunun şimalında 46 kənd azad edildi. 1994 - cü ilin yanvar ayında Murovdağ müdafiə rayonundan çətin iqlim mürəkkəb relyef şəraitində 3462 metr yüksəklikdən Kəlbəcər istiqamətində həyata keçirilən Meydançay əməliyyatı dünya hərb tarixində nadir rast gəlinən əməliyyatlardan oldu. Çox təəssüf ki, əməliyyatın gedişində komandanlıq tərəfindən buraxılan kobud səhvlər və xəyanət üzündən o cür unikal əməliyyat iflasa uğradı.

- Dünyaca məşhur "Forbes" jurnalı belə bir məqalə ilə çıxış edib ki, Qarabağdakı növbəti müharibə ancaq dronların və PUA-ların savaşı olacaq. Sizin qənaətiniz nədir, son sözü yenədəmi "Kalaşnikov" deyəcək? Yəni səngər savaşı yenədəmi həlledici olacaq müharibənin gedişində? Yoxsa artıq son sözü texnologiyalar deyəcək?

- "Forbes" nə istəsə yaza bilər. Azərbaycanın işğal olunmuş torpaqlarını dronlar, Pilotsuz Uçuş Aparatları yox, şanlı Azərbaycan əsgəri azad edəcək.

- Zakir Həsənov bu günlərdə ordumuzun qüdrəti haqqında yenə nikbin bəyanatlar verdi. Sizcə doğrudanmı artıq silahlı qüvvələrimiz Ali Baş Komandanın bir işarəsini gözləyir?

- Müdafiə naziri Zakir Həsənov çox düz qeyd edib, həqiqətən ordumuz çox qüdrərlidir. Biz veteranlar vaxtaşırı hərbi hissələrdə oluruq. Zabitlərimizin yüksək peşəkarlığı, şəxsi heyətin mənəvi psixoloji durumu, vətənpərvərliyi, müasir texnika, silah - sürsat bizdə qürur və qələbəyə inam yaradır. Ordumuz Ali Baş Komandanın döyüş əmrini gözləyir.

- Ötən 26 ildəki atəşkəs dönəmində Qarabağ Qaziləri dövlətdən çoxmu incik düşüb? Şəxsən siz və Bərdədəki Qazilər rayon rəhbərliyindən razısınızmı? Sizə münasibət qanedicidirmi?
- Mən 2-ci qrup Qarabağ əliliyəm, Birinci Qarabağ savaşının bütün ağır əməliyyatlarını keçmiş müharibə veteranıyam. Dövlətimiz Qazilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün daimi tədbirlər görür. Əlillər yaşayış evləri tikilir və avtomobillə təmin olunurlar. Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Qarabağ əlilləri və veteranları ilə tez - tez görüşür və problemlərini dinləyir, mümkün olanları həll edir. Bir keçmiş döyüşçü kimi Bərdə rayon rəhbərliyinin fəaliyyətini qənaətbəxş hesab edirəm. Öz gözlərimin şahidiyəm ki, Vidadi İsayev Bərdə rayon icra hakimiyyətinin başçısı təyin olunandan çox işlər görüb. Bilirsiniz, Bərdə aran Qarabağın mərkəzidir, 200 minə yaxın yerli əhalidən başqa 100 min məcburi köçkün də Bərdədə məskunlaşıb. İnsaf naminə qeyd etməliyəm ki, digər rayonlara rəhbərlik edən icra başçılarından fərqli olaraq Vidadi İsayevin böyük təşkilatçılıq qabliyyəti var. O, eyni zamanda alimdir, tarix elmləri doktorudur, yüksək intellektə malik ziyalıdır, insanlarla çox etik qaydada davranır. Şəxsən mən onu Bərdə üçün uğurlu kadr hesab edirəm. Mən Bərdə camaatını da yaxşı tanıyıram, keçmiş döyüşçülər də mənim xarakterimə bələddir, bilirlər ki, haqqı nahaqqa vermərəm. 4 dəfə deputatlığa namizəd olmuşam. Sosial şəbəkələrdə, bəzi xəbər saytlarında icra başçısı haqqında çox sey yaza bilərlər. Lakin hər şey fakta əsaslanmalıdır, ehtimallara və ya kiminsə sifarişinə yox. Təbii ki, rayonumuz problemlərdən də xali deyil, görüləcək xeyli işlər də var. Amma belə bir ibrətamiz söz var ki, igidi öldür, amma hqqına girmə...

loading...
"Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir...”
"Biz bu prosesə mütəxəssislərlə yanaşı tələbələrimizi də qoşacağıq..."
“Əlbəttə, karantin rejiminin yumşaldılması bizim arzumuzdur...”
"Biz 600 min şəxsə 190 manatın verilməsini nəzərdə tutmuşuq, ancaq imkansız vətəndaş sayı daha çoxdur"
Ailə qurmağa hazırlaşırdılar, yan yana dəfn olundular - DƏHŞƏT...
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü...
Araşdırma
Nuran Abdullayevin 4 ay əvvəl koronavirusla bağlı dediyi elmi tədqiqatlar təsdiqlənir...
Cəmiyyət
"Bloklanmış kartlar problemi nə qədər tez həll olunsa, Nazirliyin imici üçün bir o qədər yaxşı olar"
İqtisadiyyat
“Kənd təsərrüfatı məhsullarının qiyməti fantastik dərəcədə artıb” – “Görün qışda nə olacaq”
Cəmiyyət
“Yaşadığım ömür yolumda çalışmışam ki, xalqıma sədaqətli olum...”
Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Seymur Verdizadə
"Bir kiloqram ətə görə insanları kamera qarşısında utandırmaq əxlaqsızlıqdır..."
Sultan Laçın
“Dildə Ana Dilimizi, Ana Vətənimizi sevib – əməldə anamızı ağladanlar...”
Həftənin ən çox oxunanları
Avqust ayında bu bürclər üçün göydən pul yağacaq - Vanqadan proqnoz
Moskva Paşinyanın yerinə adamını tapdı...
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Hədəfimiz türk ordusunu mühasirəyə almaqdır - General
"Biz həmişə Ermənistanın yanındayıq..."
Ermənilər Lavrova babalarının qəbrini göstərdi - VİDEO
"Görünür, ermənilər son hadisələrdə Rusiyanın bir qədər neytral qalmasından narahat olublar"
“Ermənilərin Rusiyadan  kütləvi deportasiyası gözlənilir...”  -Erməni nəşri...
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
"Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247