Azadlığından, övladından və canından keçən istiqlal carçısı – Şəhid ziyalı
Oxunub: 1824
22 Jun 2020 | 11:47
Azadlığından, övladından və canından keçən istiqlal carçısı  – Şəhid ziyalı
“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda elmi, sənəti, düşüncəsi ilə mübarizə aparıb, bu yolda fəda olanlar haqqındadır.


Sən demə, azadlıq aymış, günəşmiş...
O aya, o günə həsrət qalmışam.


“Şəhid ziyalılarımız” layihəsində budəfəki qəhrəman…


…payızın çiskinində dünyaya gəlmişdi, oktyabrın 21-də. Salyanda oktyabr ayı belə çiskin, boz hava olmamışdı. 1932-ci ilin 21 oktyabrından başqa.


O gün ailənin ilk övladı doğulmuşdu. Rza ilə Xanımın sonradan böyüyəcək ailəsinin ilk övladı Xəlil. Onun ardınca daha yeddi uşaq doğulacaqdı - 5 qardaş 3 bacı olacaqdılar.


Ata xırda ticarətlə məşğul olurdu, ana evdar qadın. 8 uşağa baxan qadın zatən işləyə bilməzdi. Savadlı qadın idi Xanım. Uşaqlarını laylalarla, nağıllarla, şeirlə böyüdərdi. Bəzən özü danışdığı nağıldan, əzbər dediyi şeirdən doluxsunub ağlamağı vardı. Belə böyüyən uşaq damarlarına, qanına, iliyinə qədər o ananın mənsub olduğu millətə, onun dilinə, tarixinə, folkloruna - soyuna bağlı olar. Heç ayrıla bilməz, heç xəyanət etməz.

Belə böyüdü Xəlil. Xəlil Rza Ulutürk.


Uşaqlığından oxuduğu məktəbdə ədəbiyyat dərnəyinə gedərdi, şeir yazardı. Heç hələ məktəbə getməmiş qarşısına keçən hündürlüklərə çıxıb ordan şeir deyərdi, anasının dilindən əzbərlədiyi şeirləri. Kitabxanada üzv olduğu ədəbiyyat dərnəyində ilk dəfə öz şeirini demişdi əzbərdən, “Abşeron” şeirini.

Məktəbdə də, rayonda da hamı bilirdi ki, Xəlil jurnalist olacaq. Başqa cür mümkün olmazdı. Rayonda, oxuduğu məktəbdə keçirilən tədbirlərdə Xəlilin iştirakı olmasa, o tədbir xoşa gəlməzdi. Gərək orda bütün tədbiri çəkib arxasınca apara bilən lokomotiv – Xəlil olaydı.


Orta məktəbi bitirib o vaxtkı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olunur.


Tələbəlik illərində - 1949-1954-cü illərdə də varlığını hamıya göstərə bilmişdi. Elə bir yer olmazdı ki, orda Xəlil ola, amma kimsə onun varlığından xəbərsiz qala.


1957-ci ildə “Bahar gəlir” adlı ilk şerlər toplusu nəşr olunan şair həmin il Moskvaya, Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdində olan iki illik Ali Ədəbiyyat kurslarına göndərilir. Xəlil Rza İnstitutda rus ədəbiyyatının sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənirdi. Bu mühit ona dünya ədəbiyyatı ilə yaxından tanışlığa da şərait yaratdı. Moskvada təhsil illərində rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairə çox bilgilər vermişdi.


1959-cu ildə vətənə qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib və filologiya elmləri namizədi dərəcəsini alıb.


1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” toplusu işıq üzü görüb. Bir il sonra “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülür.


Xəlil Xəlilov imzası ilə yazardı sovet vaxtı. Yuxarıda sadaladığım kimi, istədiyi, arzusunda olduğu zirvələrə çatmışdı o dövrlərdə.


Hamı sevirdi Xəlil Rzanı. Bu illər ərzində, tələbəlik illərində sevdiyi qızın da sevgisini qazana bilmişdi. Firəngiz tarix fakültəsində oxuyurdu: “Yoluma qığılcım kimi çaxdı, alov kimi püskürdü. Gözlərimin ondan başqasını görməyə də ixtiyarı olmadı. Keçdi şantaj yoluna, əvvəl qorxumdan görüşünə razılıq verirdim ki, təki küçəmizə gəlməsin, yan-yörəmdə görünməsin. Kitab verirdi oxumağa, sonra onu alıb başqasını vermək üçün yenidən məni çağırırdı universitetin başqa fakültəsinə. Onun hər addımımda yoluma çıxmasına o qədər alışdım, bir gün hiss etdim ki, görməsəm darıxaram. Başladı mənim də gözlərim onu axtarmağa. Bilmirdim sevgi idi, yoxsa nə, axır ki, ondan başqasını görmək istəmədim. Qovuşmağımıza maneələr çox idi, anam məni rayona vermək istəmirdi, qohum-əqrəba razı deyildi. Bir varlı qohumumuz vardı, məni ona vermək istəyirdilər, anam deyirdi lütün birini neynəyirsən, gərək əlimiz üstündə olsun, amma bu birinə getsən gəlinlik xələtin neft buruqları olacaq. Atam dedi, kimi istəsən, ona gedəcəksən”.


Firəngizin anası haqsız deyildi. Xəlil Rzanın alovlu ürəyindən başqa nəyi vardı ki... Evliliklərinin ilk illəri doğrudan da çox ağır olub. Evsiz-eşiksiz, kirayələrdə qalıblar.


Xəlil Rza Moskvada olanda Firəngiz xanım onunla birgə Moskvada oxuyan Nəriman Həsənzadənin xanımı ilə sözü bir yerə qoyub, yollanıblar onların arxasınca. Hər iki sədaqətli kişinin iki qəhrəman qadını. Firəngiz xanım danışır ki, əvvəl düşünürdüm ki, Xəlilin acığı tutacaq, amma əksinə, çox seviniblər. Siz bizdən qəhrəmansız, biz fikirləşincə siz özünüz gəldiniz – deyiblər.


7 il Xəlil Rza ilə Firəngiz xanımın övladları olmayıb: “Qaynanam söz atırdı - deyirdi buzovumuz bu illərdə inək olub balaladı”.


Xəlil Rza qdın üçün çox ağır olan o dönəmlərdə Firəngizə mənəvi dayaq olub. “Mənim övladlarım əsərlərimdir, darıxma, bizi birləşdirən tellər var”-deyirmiş.


60-cı illərdə azadlıq ruhlu şeirləinə görə sovet rejiminin “diqqət”ini çəkirdi. Gəgin dönəmlər yaşayırdı. Onun yaradıcılığında əslində heç bir maneə yaratmayan bir rejimin mahiyyətini anladıqca xalqına, millətinə, mədəniyyətinə, dilinə olunan təcavüzləri görür, susmaq çətin olurdu. Şeirlərində, yaradıcılığında bu üsyan püskürürdü, şair qələmi ürəkdən qidalanır, ürəkdən keçən qələmdən süzülüb vərəqlərə dağılır. Xəlil Rza azadlıqla, müstəqilliklə, ana dilin müdafiəsi ilə bağlı çıxışlarına, yazılarına görə təqib olunurdu artıq. “Şübhəli şəxs” olmuşdu.


Evliliklərinin 7-ci ili Təbrizin dünyaya gəlməsi ictimai həyatın sirayət etdiyi gərginlikdən bir az qurtulmuş kimi oldu ailə.


1988-ci ildə Qarabağ ətrafında başlayan münaqişə, sonradan müharibə Xəlil Rzanı yenidən üsyankara çevirdi. Tez-tez Qarabağa, cəbhə bölgələrinə gedir, sakinlrlə, əsgərlərlə görüşlər keçirirdi. Bakıda Azadlıq meydanında çıxışları ilə xalqın yanında idi Xəlil Rza. Ona qarşı məhəbbət sonsuz idi.


Nə qədər ki, istedadı addım-addım pusanlar var,

Xalq dərdini hayqırmağın əvəzinə

Nə qədər ki, iş başında bunca kütbaş,

Kəmsavad var.

Düz üçyüz min didərgindən heç nə yazmaz

mətbuat var,

Nə qədər ki, başçı olur başsız canlar,

bir millətin mənliyini talam-talam talayanlar,

Nə qədər ki, mənə əxlaq dərsi verir

Fərarilər, boşqab dibi yalayanlar.


Nə qədər ki, “Demokratiya!”, “Aşkarlama!” deyə-deyə boğaz yırtır

Bu züyçülər, zırnaçılar, şeypurçular,

Nə qədər ki, cəzasızdır

Xankəndimdə evlər yıxan, ürək yıxan yırtıcılar

Davam edir 37

Daha kəskin, daha ciddi


- deyə Azadlıq meydanını coşdururdu. Bir kəlməsiylə meydan yığışanlar Qarabağa əliyalın gedərdilər.


Təbii ki, sovet rejiminə bu izdiham, lider sərf etmirdi.


1990-cı ilin yanvarında sovet tanklarının Bakıda xalqının üstünə yeridilməsindən qəzəbini saxlamayıb müsahibələrində, çıxışlarında rejimin rəhbərini ittiham etdiyinə görə həbs edilib Moskvadakı Lefortovo həbsxanasına göndərilir.


8 ay 13 gün zindanda qalan və öz mübarizəsini burada da davam etdirən şair “Lefortovo gündəliyi”ndə 200-dən çox şeir və poema qələmə alıb. Həmin şeirlər Bakıda əl-əl gəzirdi, hamı əzbərdən deyirdi o şeirləri.

Firəngiz xanım danışır: “9 ayda düz 18 dəfə görüşünə getdim. Deyirdi, gəlmə, əziyyət olur sənə, yolda erməniyə rast gələrsən. Deyirdim, nə danışırsan, bir görüşdən gedib o biri görüşə qədər ancaq yaşayıram. İlk vaxtlar görüşə əlləri qandallı çıxırdı, ən dəhşətli günlərim idi o günlər. Onu hər əlləri qandallı görəndə o dünyanı görüb qayıdırdım. Apardığım yeməkləri elə acgözlüklə yeyirdi ki, ürəyim parçalanırdı, amma mənə deyirdi elə bil yaradıcılıq ezamiyyətindəyəm, Puşkini, Lermontovu tərcümə edirəm. Orda yazmışdı:


And olsun vətənimin qarsalanmış daşına

Yüz-yüz general dəyməz sənin bir göz yaşına.

Bahar kimi gəlmişəm, günəş kimi qarşıla

Camalından utansın ruhu keçəl, beyni daz,

Canavarlar önündə, gülüm, ağlamaq olmaz.


Burda qəzetlər onun azadlığı üçün materiallar çap etdirir, məqalələr yazırdılar. Görüşəndə bilmirdim otaqda qurulan kameraların gözündən yayındırıb o qəzetləri ona necə verim. Bir dəfə apardığım yeməkləri həmin qəzetlərə bükdüm, orda da qəzeti açıb xörəkləri üstündə qoydum. İndi söhbət edə-edə barmaqlarımı materialın üstünə döyəcləyirəm. Xəlil də ikranı görüb unudub hər şeyi, nəhayət material gözünə sataşdı, çox kövrəldi. Bildi ki, onu burda dəstəkləyirlər, tələb edir, gözləyirlər”.


1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılır.


1991-ci ildə şair “Türk milləti mükafatı laureatı”, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq Şairi fəxri adlarına layiq görülüb.


Qiymətləndirilir, dəyər verilir, sevilir, amma yenə rahatlıq yoxdur. Təmsil etdiyi xalq azad deyil, imperiyann caynağından çıxa bilmir, indi də Qarabağ qarmağına keçiriblər.


Müharibənin qızğın vaxtlarında yeganə oğlu Təbriz deyib ki, könüllü cəbhəyə gedirəm. Əslində özü gedib artıq məsələni həll edib, evə əzizlərilə vidalaşmağa gəlib, icazə almağa yox. Bilirdi ki, atası ona yox deyə bilməyəcək. Elə yetişmişdi artıq Xəlil Rzanın, Firəngiz xanımın tərbiyəsi ilə. Xəlil Rza yalnız - uğur olsun, oğul - deyir.


Bir gün səhər qəzetləri köşkdən alıb gətirib evdə vərəqləyən şair şəhid olanların siyahısında Təbrizin adına rast gəlir. “Can bala, sən mənim əqidəmin, yolumun qurbanı odun” – deyə fəryadı ərşə çıxır atanın.


Özünü ələ alıb şəhid oğlunun dəfnində xanımını təbrik edən bir atadan, xalq şairindən danışırıq. Oğlu ilə vida sözündə “Firəngizi təbrik edirəm, oğlun şəhidliyə ucaldı, vətən uğrunda getdi, bu hər anaya qismət olmur”- deyən atadan. Günahı olsa belə bu bir cümlə ilə xalqı qarşısında saflaşan, durulan şairdən.


Oğlundan sonra çox yaşamadı, yaşaya bilmədi, əslində o az müddəti əridi damla-damla...


1994-cü il iyunun 22-də Bakıda gözlərini əbədi yumub oğluna qovuşdu. Fəxri xiyabanda məzarı üstündə, bir də qəlbimizdə heykəlləşib.


Türk dünyasının görkəmli şairi Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə, ölümündən sonra “İstiqlal” ordeni ilə təltif edilib.


Sağlığında 28, özündən sonra 40 kitabı çap edilib. Firəngiz xanım onun yolunu, əmllrini gələcək nəsillərə çatdırmaq üçün çalışır. Örnəkdir - deyir...


Sən demə, azadlıq aymış, günəşmiş...

O aya, o günə həsrət qalmışam.(Lent.az)

Oxşar xəbərlər
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır