Moderator.az xəbər verir ki, 04-09 sentyabr 2013-cü il tarixlərində İngiltərənin Vudçester şəhərində qolbol idman növü üzrə Avropa çempionatı keçiriləcəkdir. Qolbol üzrə milli komanda çempionatda iştirak etmək üçün 03 sentyabrda Vudçester şəhərinə yola düşəcəklər.
Milli Paralimpiya
Komitəsinin prezidenti İlqar Rəhimov səfərdən öncə komandanın məşqini izləmiş
və komandanın üzvləri ilə görüşərək, onlara uğurlar arzulamışdır.
Qeyd edək ki, qolbol
idman növü görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuşdur. Oyun üç
nəfərdən ibarət iki rəqib olan komandadan ibarətdir. Oyunun ədalətli keçməsi üçün hər idmançı gözlərinə tamamilə
qara gözlük taxır. Hər komandada 3 nəfər əsas və 3 nəfər ehtiyat oyunçu
olmalıdır. Məqsəd topu rəqib komandanın qapısından keçirtməkdir.