Moderator.az xəbər verir ki,Türkiyənin ən populyar seriallarından biri "Cocuklar duymasın" yenidən ekranlara qayıdır.
Serialın yeni mövsümdə ilk seriyası sabah Türkiyənin FOX TV telekanalında nümayiş olunacaq.
Təqaüdə çıxmış Haluk şəhərin səs-küyündən uzaqlaşmaq üçün İstanbulun kənarında bağçalı, ikimərtəbəli ev satın alıb.
Meltem isə karyerasında irəliləyib, yüksək rütbəli menecerdir.
Gönül və Zero Tunanın da həyatlarında ciddi dəyişikliklər var.
Çalışdığı iş yerindən ayrılan Gönül də yenidən işləmək qərarına gəlmiş Halukla birlikdə restoran açırlar...
Rejissoru Bora Tekay, ssenari müəllifi Birol Güven olan serialda Tamer Karadağlı, Pınar Altuğ Atacan, Furkan Kızılay, Zeyno Gönenç, Volkan Severcan, Emel Müftüoğlu, Cem Emüler, Melek Şahin, Alpaslan Özmol, Şükrü Koruyucu və Emin Gümüşkaya çəkilirlər.