“Azərbaycan koronavirusa qarşı yalnız milli ruhda deyil, həm də qlobal miqyasda mübarizə aparır”
Oxunub: 3540
18 Jun 2020 | 16:29
“Azərbaycan koronavirusa qarşı yalnız milli ruhda deyil, həm də qlobal miqyasda mübarizə aparır”

“Pandemiya xalqımızın ali mənəvi dəyərlərini bir kəs daha üzə çıxardı”

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa qarşı mübarizə davam edir.

 

Moderator.az olaraq millət vəkili Cavid Osmanovla söhbətimizdə ölkəmizdə koronavirusa qarşı mübarizə baxımından atılan addımlar, bu addımların effektivlik dərəcəsi və s. kimi məsələləri şərh etməyə, ölkəmizdə və dünyada baş verən olayları fərqli rakurslardan dəyərləndirməyə çalışdıq.

 

-Cavid müəllim, koronavirus pandemiyasının ilk günündən etibarən ölkəmizdə əhalinin,  xüsusilə də aztəminatlı ailələrin, cəmiyyətin sosial baxımdan həssas hissəsinin, o cümlədən sahibkarların dəstəklənməsi baxımından silsilə tədbirlər həyata keçirildi. Sizcə bu tədbirlər yetərincə faydalı oldumu?

 

-Bildiyiniz kimi, bütün dünyada koronavirus pandemiyası tüğyan edir. Hər bir dövlət də bu mübarizədə ÜST-ün tövsiyyələrinə uyğun şəkildə, öz gücünü uyğun formada addımlar atır. Dünyanın bir sıra ölkələri bu baxımdan daha sabit ölkələr sayılır ki, bunlardan da biri Azərbaycandır.

 

Ölkə prezidenti cənab İlham Əliyev hələ ilin əvvəlində, fevralın 28-də koronavirusla bağlı ilk yoluxma müəyyən edilən zaman dərhal çevik addımlar atdı. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, zəngin sosial paketin təqdim edilməsi, 600 min nəfərə iki ay ərzində 190 manatın verilməsi, ünvanlı sosial yardım alan ailələrin sayının 10 min nəfər artırılması, ödənişli iş yelərinin sayının 90 minə çatdırılması və s. bu kimi tədbirlər, sahibkarlara dövlət dəstəyinin göstərilməsi, özəl sektorda çalışan 700 minə yaxın insanın dövlət tərəfindən dəstəklənməsi həyata keçirildi.

 

Bütün bu tədbirlər istər sahibkarların, istərsə də sosial baxımdan aztəminatlı ailələrin dəstəklənməsi baxımından olduqca faydalı oldu. Insanlar dövlətin dəstəyini öz üzərində bilavasitə hiss etdi. Dövlətimiz ən çətin məqamda belə hər bir vətəndaşına sahib çıxmaq iqtidarında olduğunu əməli surətdə sübut etdi.

 

-Pandemiyaya qarşı mübarizə bütün dünyada aparılsa da, bu mübarizədə hər ölkə fərqli nəticə sərgiləyir. Sizcə bu fərq nə ilə bağlıdır?

 

-Bu məsələdə hər dövlətin öz yanaşma üsulundan da çox şey asılıdır. Bura ölkənin iqtisadi qüdrəti, onun səhiyyə infrastrukturunun vəziyyəti, təşkilati baxımdan çevik addımların atılması və s. daxildir.

 

Təbii ki, koronavirus pandemiyası dövründə Operativ Qərargah tərəfindən ÜST-nin tövsiyyələrinə uyğun bir sıra tədbirlər həyata keçirdi. Karantin rejimi tətbiq olundu. Sərt şəkildə tətbiq edilən karantin rejimi sonrakı mərhələdə yumşaldıldı.

 

Ölkəmizin səhiyyə infrastrukturunun yüksək səviyyədə olması qeyd olunması gərəkən vacib məsələlərdən biridir. Bu günə kimi ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 700-ə yaxın tibb müəssisəsi əsaslı şəkildə təmir olunub və ya yeni müəssisələr tikilib. Koronavirus pandemiyası dövründə də 20-dən çox yeni laboratoriya quraşdırıldı, yeni klinikalar istifadəyə verildi. 10 modul tipli xəstəxananın quraşdırılması nəzərdə tutulub ki, bunlardan 4-ü artıq quraşdırılaraq istifadəyə verilib.

 

-Azərbaycanda pandemiyaya qarşı uğurlu mübarizədə ölkəmizin güclü iqtisadiyyata sahib olması faktı nə dərəcədə həlledici rol oynadı?

 

-Şübhəsiz ki, ölkə iqtisadiyyatının vəziyyəti də bu cür fors-major hallarında xüsusi əhəmiyyət kəsb edən amillərdən biridir. Azərbaycan prezident İlham Əliyevin rəhbərli altında son illər  beynəlxalq reytin cədvəllərində, eləcə də “duinq biznes” hesabatlarında Azərbaycanda iqtisadi artım tempinin inkişaf etdiyi görünür. Bütün bunlar ölkə prezidentinin birbaşa nəzarətində olan məsələlərdir. Ölkə başçısının tapşırıq və tövsiyyəsi ilə həyata keçirilən tədbirlər koronavirus pandemiyasına qarşı effektli mübarizəni şərtləndirən əsas amillərdir.

 

-Cavid müəllim, bildiyiniz kimi, koronavirusa qarşı mübarizənin davam etdiyi müddət ərzində Azərbaycan dünyanın 29 ölkəsinə humanitar yardım göstərib, hansı ki,  gələcəkdə də bu cür yardımların göstəriləcəyi istisna deyil. Sizcə ölkəmizin pandemiyadan əziyyət çəkən dövlətlərə göstərdiyi bu dəstək Azərbaycanın bütün bəşəriyyətin gələcəyindən duyduğu narahatlığın isbatı sayıla bilərmi?

 

-Şübhəsiz. Baş verənlər göstərir ki, Azərbaycan dövləti koronavirusa qarşı yalnız milli ruhda deyil, qlobal və regional miqyasda da mübarizə aparır. Azərbaycan 29 ölkəyə müxtəlif yardımlar göstərib ki, bura tibbi ləvazimatlar, ərzaq yardımları və s. daxildir. Ölkəmiz ÜST-ə iki dəfə 5 milyon dollar məbləğində maliyyə yardımı göstərib. Bu, Azərbaycanın koronavirusa qarşı dünya miqyasında mübarizə apardığını, bu mübarizəyə böyük töhfələr verdiyini göstərir.

 

-Azərbaycanın dünya miqyasında pandemiyaya qarşı mübarizə apardığı bir zamanda, Ermənistan son bir həftə ərzində 10-dan çox ölkəyə kömək məqsədi ilə müraciət edib, pandemiyaya öhdəsindən gələ bilmədiyini etiraf edib. Bilmək istərdik ki, eyni təhlükə qarşısında iki dövlətin nümayiş etdirdiyi fərqli reaksiya Azərbaycanın iqtisadi qüdrəti ilə yanaşı, həm də səhiyyə sisteminin, tibb personalının böyük güc və geniş imkanlara malik olmasının göstəricisi kimi dəyərləndirilə bilərmi?

 

-Işğalçı Ermənistanda koronavirusla bağlı acınacaqlı vəziyyətin mövcudluğu müşahidə edilir. Ermənistanın baş naziri Nikol Paşinyan bu günə qədər yalnız sərsəm bəyanatları, təxribatçı çıxışları ilə yadda qalıb. Son hadisələr də göstərir ki, Ermənistanda növbəti etiraz dalğası baş qaldıracaq.

 

Ermənistanda ağır ictimai-siyasi böhran mövcuddur və bu böhran getdikcə daha da dərinləşəcək. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, Ermənistanda son günlər hər gün 600-dən çox yoluxma halı var. Azərbaycanda isə bu götərici 300-dən çoxdur. Burada bir məsələni də diqqətə çatdırmaq lazımdır ki, Azərbaycanın əhalisi Ermənistandan təxminən 4 dəfə çoxdur. Ermənistanda pandemiyadan ölüm halları da Azərbaycandan əhəmiyyətli dərəcədə çoxdur.

 

Ermənistanın iqtisadiyyatı Azərbaycan iqtisadiyyatından qat-qat aşağıdır. Ermənistanda səhiyyə infrastrukturu tamamilə çökmüş vəziyyətdədir. Bu yaxınlarda Paşinyanın özü sosial şəbəkədəki hesabında vurğulamışdı ki, Ermənistan pandemiyaya görə vəziyyət acınacaqlıdır, günü-gündüən vəziyyət daha da pisləşir.

 

Ermənistandan fərqli olaraq, Azərbaycan təşkilatı baxımdan da mühüm addımlar atdı. Beynəlxaql KİV-lərdə yer alan məqalələrdən də görünür ki, Azərbaycanın koronavirusa qarşı mübarizə təcrüəsindən dünyanın bir sıra inkiaşf etmiş dövlətləri istifadə etməkdədir. Azərbaycan bütün parametrlər üzrə, eləcə də tibbi personalın hazırlıq səviyyəsi baxımından Ermənistandan qat-qat üstündür.

 

-Cavid müəllim, koronavirusla mübarizənin davam etdiyi hazırkı məqamda cəmiyyətdə yardımlaşma, imkansız ailələrlə kömək göstərilməsi halları davam edir. Sizcə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə məxsus bu amil koronavirusa qarşı daha effektiv mübarizəyə kömək edirmi?

 

-Pandemiya Azərbaycan xalqının ali mənəvi dəyərlərini bir kəs daha üzə çıxardı. Baş verənlər bir daha göstərdi ki, xalqımızda xeyirxahlıq, mərhəmət, ürək yanğısı, bir-brinə sevgisi var. Dövlət başçımızın Azərbaycan xalqına sevgisinin özü buna nümunədir. Heydər Əliyev Fondu tərəfindən pandemiya dönəmində 200 mindən çox vətəndaşa ərzaq yardımının göstərilməsi faktı da buna nümunədir. Koronavirusa Qarşı Mübarizə Fonduna Azərbaycanın hər bir təbəqəsinin imkanı daxilində yardım göstərməsi də xalqımızın böyük mənəvi dəyərlərindən xəbər verir. Hansı ki, bu dəyərlər ermənilərə yaddır. Buna görə də Ermənistandakı ağır böhranın daha da dərinləşməsi, daha böyük fəsadlara səbəb olması qaçılmazdır.

 

Seymur ƏLİYEV

 

Oxşar xəbərlər
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:16, Bu gün
Azərbaycanın ilk ombudsmanı vəfat etdi
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:05, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - FOTO
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:35
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
24 Apr 2024 | 15:41
Sabunçuda açıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:35
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
24 Apr 2024 | 15:41
Sabunçuda açıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB