İlin sonuna kimi Azərbaycanda internet xidmətlərin qiymətlərinin aşağı salınmasının növbəti dalğası gözlənilir. Bu barədə Moderator.az-a açıqlamasında Azərbaycan telekommunikasiya bazarından olan mənbə bildirib.
Bu
istiqamətdə işlər Azərbaycanda İKT ili olaraq elan edilən 2013-cü ildə
informasiya-kommunikasiya texnologiyaları sahəsində tədbirlər planında göstərilib.
İnternet-xidmətlərin
tariflərinin aşağı salınması ilə bağlı tövsiyələr həm özəl, həm də dövlət
internet servis provayderlərindən daxil olub və hazırda yekun təklifin
hazırlanması üzrə işlər yekunlaşdırılır.
İnternet
bazarı iştirakçılarının təkliflərindən biri internet xidmət və rabitə operatorları
təchizatçıları üçün kanalların icarə haqlarının azaldılmasıdır ki, bu da sonda
istifadəçilərə təqdim olunan internet xidmətlərin tariflərində öz əksini
tapmalıdır.