Miladi:
01 sentyabr 2013
line-height:115%;font-family:Arial;color:#333333;mso-ansi-language:AZ-LATIN">
Hicri:
24 şəvval 1434
İlin
244-cü günü
İlin
sonuna 121 gün qalır
Bu günün namaz vaxtları
Fəcr -
05.53
Günəş
- 07.06
Zöhr -
13.45
Əsr -
17.57
Məğrib
”“ 20.29
İşa ”“
21.51
1752 ””
Azadlıq Zəngi Filadelfiyaya aparılıb.
1919
-Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin -
Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib. Parlament həmçinin
hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil
almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar qəbul etmişdi.
1928 ””
Əhməd Zoqu Albaniyanı monarxiya, özünü isə kral elan edib.
1939 ””
Corc C. Marşal Birləşmiş Ştatlar Ordusunun ştab rəisi olub.
1949 -
Azərbaycan SSR-də icbari 7-illik təhsilə keçid başlayıb. Sovet hökuməti 1931-ci
ildə ölkədə icbari ibtidai təhsil (1-3-cü sinif) barədə qərar qəbul etmişdi. Həmin
qərara əsasən, 30-cu illərin sonunda 7-illik təhsilə keçid həyata keçirilməli
idi. Lakin müharibə (1941-1945) və sonrakı ağır sosial-iqtisadi vəziyyət bu qərarı
xeyli ləngitmişdi. 1959-cu ildə icbari 8-illik təhsilə (natamam orta təhsil),
1966-cı ildə isə icbari 10-illik təhsilə (tam orta təhsil) keçid təmin olundu.
1951 ””
Londonda dünyada ilk supermarket açılıb.
1962 ””
İranda zəlzələ nəticəsində 20 000 nəfər həlak olub.
1969 ””
Müəmmər Qəzzafi Liviyada çevriliş yolu ilə rəhbərliyi ələ alıb.
1992 -
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (ölkəmizin müstəqilliyini
1991-ci il dekabrın 26-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
1993 -
Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev hökumətdə bir sıra təyinatlarla
bağlı fərmanlar imzalayıb: Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Həsən Həsənov
xarici işlər naziri, general-mayor Məmmədrəfi Məmmədov müdafiə naziri, Səməd
Sadıqov iqtisadiyyat naziri, Elçin Əfəndiyev baş nazirin müavini, Qalib Ağayev
Milli Bankın İdarə Heyətinin sədri təyin olunub.