Əli Əliyev AMİP-in seçkilərdə iştirak etməməsindən danışdı
Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qarşıdan gələn prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib. Bəzi ekspertlər isə bunun daha çox keçmişdə AMİP-də təmsil olunmuş Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyevə divident gətirəcəyini iddia edir.
Maraqlıdır görəsən, seçkilərdə AMİP üzvləri VİP sədrinə dəstək olacaqmı?
Moderator.az mövzuyla bağlı VİP sədri Əli Əliyevin fikirlərini öyrənib: “Onların qərarına hörmətlə yanaşıram, hər bir partiyanın öz proqramı, öz mövqeyi var. AMİP-dəki situasiya mənə tam aydındır və bu barədə analiz vermək istəmirəm. İdeoloji prinsiplərə görə mən hər zaman Milli İstiqlalçıyam”.