Aslan İsmayılov: “Hakimiyyət Cəmil Həsənlini nə qədər söysə, o qədər yaxşıdır” - MÜSAHİBƏ
Oxunub: 4975
30 Aug 2013 | 12:09
Aslan İsmayılov: “Hakimiyyət Cəmil Həsənlini nə qədər söysə, o qədər yaxşıdır” - MÜSAHİBƏ

Seçkilər yaxınlaşdıqca hakimiyyət cəmiyyətin dəstəyini qazanmağa yönəlik addımlar atmaq əvəzinə qanunsuzların geniş vüsət almasına daha çox imkan yaradır. Vəkillik fəaliyyətinə xitam verilən tanınmış hüquqşünas Aslan Ismayılovun üzləşdiklərini də bu sıraya aid etmək olar. Bütün bunlar və ölkə gündəmini zəbt edən digər məsələlərlə bağlı tanınmış vəkilin fikirlərini öyrəndik.

Seçkilər yaxınlaşdıqca hakimiyyətdən hansısa yumşalma görürsünüzmü?
- Xeyr, hər şey əksinə gedir. Bunları seçicilər əsla maraqlandırmır. Seçici səsi qazanmaq istəyənlər ən azı minlərin maraqlandığı Zülfüqarlı qardaşlarının əmlak problemini həll edərdilər. Bunlar məhkəmə proseslərini təxirə salmaqla seçkilərin yekunlaşmasını gözləyirlər ki, birdəfəlik mülkiyyət hüququndan danışanların nəinki əmlakını, canını alsınlar. 

Vəkillik fəaliyyətinizə xitam verilməsi ilə məsələ nə yerdədir? 
- Vəkillikdən xaric olunmağımla bağlı işə Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə baxılır. Artıq iki məhkəmə prosesi keçirilib. Avqustun 19-da və 26-da təxminən 30-40 dəqiqəlik iclaslardan sonra işə baxış sentyabrın 6-na təxirə salındı. Məhkəmə iclasını saat 17.10-a təyin ediblər. Iş vaxtı da saat 18-də başa çatır. Yenə də 30-40 dəqiqəlik iclas olacaq. Avqustun 26-da keçirilən məhkəmədə iştirak etmədim. Çünki məhkəmə prosesi ümumilikdə insanda ikrah yaradır. Hər bir saxtakarlığın, riyakarlığın  həddi olmalıdır. Məhkəməni formal keçirirsinizsə, bir günə keçirin qurtarın, qərarı elan edin, hamı bilsin. Ağıllı-ağıllı sual verib gözlərini büzüb cavabları dinləməklə insanları adlatmağa ehtiyac yoxdur. Avqustun 26-da ona görə iştirak etmədim ki, artıq mümkün deyil. Avqustun 19-da vəkilim Rövşən Şirəliyev iki vəsatət verib. Bir vəsatət verdi ki, deyirlər mən qanunsuz içəri girib hakimi təhqir etmişəm. Məhkəmənin bütün mərtəbələrində, hər yerdə videokameralar var. O kameralara baxış keçirilsin. Bir də ki, mən demişəm qapı içəridən bağlanan olub, ora özüm girə bilməzdim. Ancaq hakim özü aça bilər. Mən bunu yazandan sonra qapı dəyişdirilib, gedib orda baxış keçirək. Məhkəmə qərar verdi ki, siz bu barədə Ədliyyə Nazirliyinə şikayət yazmısınız. Oradan sizə rədd cavabı verildiyindən bunu məhkəmədə müzakirə etməyə ehtiyac yoxdur. Ikinci vəsatəti də verdi ki, mənimlə hakim arasında söhbətin şahidi ancaq Məmmədov soyadlı bir nəfər olub. Onu məhkəmə zalına şahid kimi dəvət edin. Hakim deyir ki, siz bu barədə Vəkillər Kollegiyasında danışmısınız və buna da qiymət verilib. Bu da məhkəmə predmeti ola bilməz. Mən də soruşdum ki, hörmətli məhkəmə, anlamıram, onda siz burda nəyə baxırsınız? Sadəcə görünür hələ göstəriş verilməyib. Bunlarda da o cürət yoxdur zəng edib soruşsunlar ki, biz hansı qərar qəbul edəcəyik.  Vəkillikdən çıxarmaqla mənə heç nə etmirlər. Əgər bunlar hesab edir ki, vəkillikdən çıxarmaqla məni çörəyə möhtac edəcəklər, çox böyük səhvə yol verirlər. 1999-cu ildə məni bu hala saldılar. Ancaq onlara ağız açıb imdad diləmədim. Əksinə, daha aqressiv oldum. Eyni şey də indi olacaq. Yenə də mülki vəkilliyimlə məşğulam. Onsuz da cinayət işlərinə, demək olar, çıxmırdım. Mülki işlərlə bağlı ofisim yenə də gecə-gündüz işləyir və müştərilər də kifayət qədərdir. Sadəcə özlərini çox gülünc duruma salırlar. Bu dəqiqə çoxlu sayda beynəlxalq təşkilatlar bunu izləyir və hər gün məlumat istəyirlər...

Daxili Işlər Nazirliyində başınıza gələnlərlə bağlı araşdırma aparılmadı. Hansı addımlar atmaq niyyətindəsiniz?
- Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsində fiziki təzyiqə məruz qalmağım, təhqir olunmağımla bağlı cinayət işinin başlanması 28 iyunda rədd olundu. Şikayəti yazıram Bakı şəhər prokuroru Əziz Seyidova, nədənsə mənə cavab verir Respublika Prokurorluğunda idarə rəisinin müavini. Amma mənə prosessual şəxsin cavabı lazımdır. Ya Seyidov, ya baş prokurorun müavini Rüstəm Usubov, ya baş prokuror cavab versin ki, bunların hərəkətindən məhkəməyə müraciət edim. Ancaq hamısı anlayır ki, nə vaxtsa bu qanunsuzluğa cavab verəcəklər, ona görə də başqalarına imzaladırlar. Bir daha deyirəm, nə qədər yaşayacamsa, mənə qarşı olmuş təhqirin davasını aparacam və bunu heç kimə bağışlayan deyiləm. Mənə qarşı atılacaq istənilən addıma hazıram. Amma bilsinlər ki, bunu heç kimə bağışlamayacam. Ona görə qoy tədbirlərini görsünlər. Tədbir görməzlərsə, özbaşınalıq adiləşəcək və gün gələcək ki, Z.Qaralovu da, R.Usubovu da məndən pis günə salacaqlar. Çünki nə tökərsən aşına, o da çıxar qaşığına. Yenə də deyirəm, o cür təhqir olunmağımın sifarişçisinin ya Ramil Usubov, ya da digər şəxsin olmasında əmin deyiləm. Amma əminəm ki, bu işi ört-basdır edən Zakir Qaralovla Ramil Usubovdu. Onlardan da bunun cavabını istəyirəm. Çünki həftə səkkiz mən doqquz Ramil Usubovla Zakir Qaralov çıxış edib deyirlər ki, ölkədə kriminogen durum nəzarətdədir və günü-gündən azalır. Mən isə deyirəm əksinə, elə deyil. Günü-gündən kriminogen vəziyyət pisləşir, heç bir nəzarət yoxdur. Yeganə nəzarət olan sahə insanların hüquq və azadlıqlarıdır. Hər bir insan hər gün özünü müdafiəsiz, bu hakimiyyətin əlində əsir hiss etməlidir. Mənə, uzun müddət ölkədə vəkil işləmiş bir şəxsə qarşı bir əxlaqsızların, gədaların o qanunsuz hərəkəti cəzasız qalmamalıdır. Ramil Usubov iki gündən bir çıxış edir ki, biz heç kimin qanunsuz mitinq keçirməsinə icazə verməyəcəyik. Niyə elə bir əminliklə bəyan etmir ki, biz heç kimin haqqının pozulmasına yol verməyəcəyik. Avqustun 14-də Həmkarlar Ittifaqının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı Sulutəpə qəsəbəsində qətlə yetirildi. Bu qətlin günahkarı birbaşa Daxili Işlər Nazirliyinin rəhbərliyidir. Sulutəpə qəsəbəsində dayımın bağ evi var. Bu bağ evinə üç dəfə girib oradan ümumi dəyəri 10 min manata yaxın yüzlərlə əşya aparıblar. O cümlədən özümün bağ evim olmadığına görə babamın mis samovarı, mis qablarını dayımgildə yadigar saxlayırdım. Dəfələrlə müraciət etmişəm ki, Sulutəpədə cinayətkarlıq baş alıb gedir. Buna bir tədbir görən yoxdur. O cümlədən Daxili Işlər Nazirliyi rəhbərliyinə müraciət etmişəm. Bu bir üzük deyil ki, desinlər bunu tapmaq çətindir. Yüz ədəddən artıq xüsusi nişanları olan və asan tapılan əşyalar oğurlanıb. Orda sahə müvəkkilinin, yaxud əməliyyat müvəkkilinin birinin bu işi açmağa həvəsi olsaydı, o dəqiqə tapardılar. Iki haldan biridir. Ya o cinayətə Daxili Işlər Nazirliyinin işçilərinin özü şərikdir, tapmırlar. Yaxud da onlar öz işi ilə məşğul olmurlar.

Milli Şuradan prezidentliyə namizədi seçilən Cəmil Həsənliyə cəmiyyətdən böyük dəstək gəldi. Sizin də onunla bağlı yazınız oldu. Ümumiyyətlə, Cəmil Həsənlinin vahid namizəd seçilməsi qərarını necə qiymətləndirirsiniz?
- Cəmil Həsənliyə qədər Milli Şura ilə bağlı ümumi müdafiə xarakterli çıxış edirdim. Çünki bir vətəndaş və hüquqşünas kimi yüz faiz əminəm ki, güclü müxalifəti olmayan güclü hakimiyyət ola bilməz. Güclü müxalifət və güclü hakimiyyət yoxdursa, güclü dövlət ola bilməz. Ancaq güclü hakimiyyət, güclü müxalifət olan yerdə güclü dövlət olar. Mən də dövlətimi sevən adam kimi maraqlıydım ki, Milli Şura timsalında güclü müxalifət olsun. Yəqin fikir verdiniz ki, vahid namizəd haqqında o qədər də inamlı müdafiə nitqi söyləmədim. Bu günlərdə Rüstəm Ibrahimbəyovun özünün də dediyi kimi, çox təəssüf ki, ilk gündən Cəmil Həsənli namizəd olmadı. Hesab edirəm Cəmil Həsənli təpədən-dırnağa qədər milli, təvəzökar, əxlaqlı, təmiz, kifayət qədər təcrübəsi olan dövlət adamı, vətənini sevən bir insandır. Bu gün həm iqtidarın, həm müxalifətin belə kişilərə böyük ehtiyacı var. Kimlərsə bu gün baş verənlərdən şou düzəltmək istəyir. Indi Milli Şuranı az qala dövlət çevrilişində ittiham edənlər var. Bunu edənlərin bir ağlı çatmır başa düşə ki, müxalifət hakimiyyətə qanuni yolla gəlmək istədiyini bəyan edib. Bu mübarizəni də aparacaqlar. Bu tuthatut, hədələmək insanları qorxutmaq məqsədi güdür ki, onlara yaxın getməyin. Bəlkə də Milli Şuraya, bu günkü seçkilərə o qədər həssas yanaşmazdım. hüquqşünasam, öz işimlə məşğul olardım. Ancaq hesab edirəm özünə hörmət edən, qüruru olan, özünü əxlaqlı sayan, qorxmaz sayan hər kəs hakimiyyətin bu cür ucuz hədə-qorxusuna Milli Şuraya dəstəklə cavab verməlidir ki, biz siz fikirləşdiyiniz kölə vətəndaş deyilik. Biz qürurlu, öz haqqını bilən və ölkədə ədalətə çalışan, əzmi olan qeyrətli bir insanıq. Cəmil bəy istənilən şəxsdən, o cümlədən Rüstəm Ibrahimbəyovdan üstündür. Bəzən deyirlər ki, Cəmil bəy şanslı deyil, Milli Şuranın yeganə şansı Rüstəm Ibrahimbəyovdur. Onlar çox böyük yanlışlığa yol verir. Rüstəm Ibrahimbəyova deyilən o mənfi cəhətlərdən heç biri Cəmil Həsənliyə yapışa bilməz.

Ehtiyac yaransa, seçkidə Cəmil Həsənlinin vəkili ola bilərsiniz?
- Hələ mənə belə bir təklif olmayıb ki, bu barədə fikirləşim. Azərbaycanda yaşadığım 24 ildə çalışmışam siyasi proseslərdən qaçam. Amma indi başqa bir dövrə daxil olmuşuq. Əgər ölkəm talan olunursa, ləyaqətli gənclərin bir hissəsi didərgin, o biri hissəsi həbsxanada çürüdülürsə, məmurlar insanlarla qul kimi davranırsa, yaşlı nəslin bir tikə çörəyə ehtiyacı olduğu halda, oğru oliqarx balaları milyonları eyş işrətə xərcləyirlərsə, normal dolanmaq üçün insanlar şəxsi ləyaqət hissini itirib yaltaqlıqla, ağa qara deməklə məşğuldurlarsa, məni, ömrünü Vətəninə həsr etmişi bu ölkənin Daxili Işlər Nazirliyinin bandit dəstəsi döydürürsə, bu  əxlaqsızlığa yol verən adamın cəzasını alması üçün əlimdən gələni edəcəm. Ola bilsin vəkillik edərəm.


- Cəmil Həsənli vahid namizəd seçiləndən sonra rəsmi mətbuatın hədəfinə çevrildi. Hətta hakimiyyət mətbuatı onun alimliyinə də şübhə ilə yanaşdı. Bu davranışa nə ad vermək olar?
- Bir balaca əxlaqı olan adam buna yol verməz. Onu deyən adamlara, yazanlara ancaq əxlaqsız demək olar. Cəmil Həsənlini dünya tanıyır. Başda Ramiz Mehdiyev olmaqla Prezident Administrasiyasında olanların heç birinin kitabı Amerikada çap olunmayıb. Cəmil Həsənlinin Amerikada Harvardda, Moskvada cildlərlə kitabları çap olunub. Ona elə bir söz demək əxlaqsızlıqdır. Ikincisi də, hakimiyyət strukturları Cəmil Həsənlini nə qədər söysə, o qədər yaxşıdır. Əgər hakimiyyət onun haqqında müsbət fikir söyləsəydi, təəssüf edərdim. Çünki müsbət fikir söyləsəydilər, Cəmil Həsənlinin hesabına özlərinə hörmət qazanardılar. Amma Cəmil Həsənlini söyməklə özlərinə nifrət qazanırlar. Onları ancaq Daanov kimi, vəzifəyə görə dədələrinə də əl qaldırmağa hazır olanlar müdafiə edə bilər.

Hakimiyyət seçkiyə əlavə bir neçə namizəd cəlb edib. Namizədlərin sayının çoxluğu isə onlara ayrılan efir vaxtının azalması deməkdir. Müxalifət namizədinin bir neçə dəqiqəlik çıxışından çəkinən iqtidarın “cəmiyyət bizi dəstəkləyir” deməsi nə dərəcədə səmimidir?
- Nəyi-nəyi, amma seçki saxtakarlığını, seçkilərdə  hiyləgərliyi bu hakimiyyət qədər bilən yoxdur. Bütün dünya yığışsa, bu hakimiyyətə çata bilməz. Ilqar Məmmədov adlı süni ikinci namizəd peyda olub. Deyirlər ikinci Rüstəm Ibrahimbəyov tapıblar. Yəqin sabah bir Cəmil Həsənli də tapacaqlar. Bunların hamısı ancaq eyni məqsəd güdür. Yüz faiz deyirəm ki, Ilham Əliyev və Cəmil Həsənlidən başqa heç kim lazım olan imzanı toplaya bilməyəcək. Toplasalar da, bu, saxta imzalar olacaq. Demək, MSK onların hamısını saxta imza ilə seçkilərə buraxacaq. Burda da bircə məqsəd güdülür. Həqiqi seçki kampaniyası olsa, Cəmil Həsənlinin özü də, vəkilləri də üç-dörd saat çıxış etməlidir. Ilham Əliyev onsuz hər gün saatlarla çıxış edir. Belə olan halda hansı seçki prosesindən, hansı ədalətli seçkidən, bərabərlikdən danışmaq olar. Ancaq sosial şəbəkə var. Sosial şəbəkəyə hakimiyyətin müdaxilə etməsi qeyri-mümkündür. Sosial şəbəkədə onsuz da təbliğat kifayət qədər gedəcək. Bu gün sosial şəbəkəyə nəzər yetirsəniz, görərsiniz ki, son iki-üç gündə ancaq bir namizəddən söhbət gedir, o da Cəmil Həsənlidən. Başqa namizədlərin adı ara-sıra ancaq lağ obyekti kimi çəkilir.

- Elşad Abdullayevin mandat alveri ilə bağlı məsələ yekunlaşmaq üzrədir. Prosesin sonunu necə görürsünüz? 
- Mandat alveri ilə bağlı video qalmaqalını birinci gün seyr edəndə dərhal təsəvvür etdim, səhəri günü bütün Azərbaycan xalqı küçələrə töküləcək ki, belə bir parlament alveri olub. Onsuz da bunu bilirdik. Ancaq bu, açıq-aşkar alver idi. Xalqın bu cür süstlüyündən sonra Sevinc Babayeva belə rəhmətə getdi, Gülər Əhmədova həbs olundu, bununla da məsələ bitdi. Gülər Əhmədovaya demişdim ki, səmimi ifadə verib həqiqəti demək istəsə, onun vəkili ola bilərəm. Çünki Gülər Əhmədova orda günahı olanlardan ən aşağı pillədədir. Əsas təşkilatçılar, MSK-nın başında duranlar, Prezident Administarsiyasında seçkiləri təşkil edib siyahını təsdiq edənlər var. Gülər Əhmədova sadəcə kuryer rolu oynayır. Hər şənbə günü onu orda görürəm, ürəyim ağrıyır. Ancaq bunlar isə öz aralarında da bir kişi hərəkəti edə bilmədilər, qadını həbs etdirdilər.
Oxşar xəbərlər
18:13, Bu gün
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18:10, Bu gün
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
17:58, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
17:55, Bu gün
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
17:44, Bu gün
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
17:42, Bu gün
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
17:37, Bu gün
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
17:34, Bu gün
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
17:32, Bu gün
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
17:24, Bu gün
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
17:22, Bu gün
Sabiq nazir həbsdə qaldı
17:21, Bu gün
Azay Quliyev Almaniyaya səfər edəcək
16:58, Bu gün
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
16:36, Bu gün
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
16:33, Bu gün
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
16:31, Bu gün
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib"
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
09:11, Bu gün
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
09:05, Bu gün
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
08:48, Bu gün
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
08:46, Bu gün
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
08:44, Bu gün
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
08:42, Bu gün
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
08:41, Bu gün
Ağdamda minaatan qurğular aşkar edilib
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
GÜNLÜK
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır