\"Elçibəy hər hansı bir kənar ölkənin marağını təmin edən olsaydı elə hakimiyyətə gələndə...\"
Oxunub: 1997
08 Jun 2020 | 12:24
\
Azad Demokratlar Partiyasının sədri, Elçibəy iqtidarında Milli Təhlükəsizlik nazirinin birinci müavini postunu tutmuş Sülhəddin Əkbərin son müsahibəsi ətrafında ictimai müzakirələr və mübahisələr davam edir.

Xatırladaq ki, S.Əkbər müsahibəsində KQB arxivlərinin və agentura arxivinin açılması, SSRİ xüsusi xidmət orqanlarının Azərbaycan Xalq Cəbhəsinə öz agentlərini yerləşdirməsi, sonradan bu şəxslərin hakimiyyətdə yüksək postlar tutması, habelə 4 iyun Gəncə qiyamı haqqında diqqətçəkən fikirlər səsləndirib.

Sülhəddin Əkbərin müsahibəsində səsləndirdiyi informasiya və arqumentlər ətrafında "AzPolitika.info"-nun suallarına Əbülfəz Eçibəy hökumətində Prezident Aparatının Dövlət hüquq nəzarəti şöbəsinin müdri vəzifəsində çalışmış, hazırda millət vəkili olan Fazil Mustafa cavab verib. 

Moderator.az müsahibəni təqdim edirik:

- Fazil bəy, siz Elçibəy hökuməti zamanı Prezident Aparatında Dövlət hüquq nəzarəti şöbəsinin müdiri olmusunuz. Hansı səbəblərdən iyun qiyamı zamanı Milli Təhlükəsizlik Nazirliyində keçirilən toplantıda bu nazirliyin faktiki rəhbəri olan Sülhəddin Əkbər iştirak etməyib və ya onun bundan xəbəri olmayıb?

- İyun qiyamı ilə bağlı məsələdə əslində biz də bu vəziyyətə düşmüşük. Bunu bilərəkdən etdiklərini düşünmürəm. Bunu edən şəxslər ona görə edirdilər ki, uğur olanda bunu özlərinin fəaliyyəti kimi təqdim etsinlər. Mən o zaman Prezident Aparatında Dövlət hüquq şöbəsinin müdri idim, Əli Kərimli dövlət katibi idi. Bizim də xəbərimiz olmamışdı ki, orada hansı əməliyyat keçirilir. Bu əməliyyat dar çevrədə hazırlanmışdı. Halbuki, hüquq-mühafizə orqanlarının rəhbərlərinin bu işdə məlumatı olmalı, koordinasiyalı iş aparılmalı idi. Bunu kiminsə əlahiddə yönləndirməsi kimi təqdim etmək doğru olmazdı. Ola bilsin ki, burada cəbhəçi mentalitetinə uyğun olaraq qərarları qəbul etmək spontanlığı var idi. Adamların beyninə oturanda ki, belə addım atmalıyıq, bu cür addım da atılmalıdır yanaşması var idi. Bu addımın nəticəsində Gəncədə uğur əldə edilsəydi bir-iki nəfər ortaya çıxıb deyəcəkdi ki, əməliyyata mən rəhbərlik etdiyim üçün uğur qazanıldı. Yəni daha çox bu məsələ idi. Daha bunun yönləndirici addım olduğunu düşünmürəm. Çünki heç kim ağılsız deyil ki, əlində olan hakimiyyəti güdaza versin və özü də illərlə sıxıntı içərisində yaşasın.

- Nədən Sülhəddin Əkbərin arxivlərin açılmasına dair təklifinə sizin hakimiyyət yaşıl işıq yandırmadı. Bunun hansı səbəbləri və əsasları var idi?

- Ümumiyyətlə arxivləri açmaq ağıllı yol deyil. Bu üç nəfəri ifşa, beş nəfəri sıradan çıxarmaq üçün müharibə gedən ölkədə böyük qarışıqlıq yaratmaq demək idi. Əbülfəz Elçibəyin arxivlə bağlı heç bir problemi yox idi. Açılsa nə olacaqdı ki? Onsuz da, Elçibəyin məhkəməsində bəzi məqamlar açıldı, bu məlumatlar kitabda da çap olundu. Onun özü ilə bağlı guya nə açıla bilərdi ki?
Elçibəy hər hansı bir kənar ölkənin marağını təmin edən olsaydı elə hakimiyyətə gələndə Rusiyanın maraqlarını təmin edərdi də... Daha onun nəyinə lazım idi ki, Yeltsinlə mübahisə etsin? Və yaxud nəyinə lazım idi ki, İranla mübahisəyə girsin? Əgər maraqları təmin edirdisə, davam edər və hamı ilə yaxşı münasibət qurardı da. Məncə, bunların hamısı boş şeylərdir. Problem daha çox dünyagörüşü ilə bağlı məsələ idi, ideoloji kurs hakimiyyəti saxlamağa yetərli deyildi.

- Sonuncu arqumentinizi inkişaf etdirə bilərsinizmi?

- İdeoloji kurs hakimiyyəti saxlamaq üçün yaramırdı. Bu ideologiya ilə hamı ilə düşmən olmalı idin. Bunu dəyişmək lazım gəlirdi, amma transformasiya baş vermədi. Məsələn, Heydər Əliyev kimi bir adam başa düşdü ki, Kommunist partiyası bitdi. Odur ki, yeni dövrə adaptasiya etdi, yeni dövrün adamı olmağı bacardı. Elə bacardığına görə də, prosesi uddu. Amma bizimkilər, özümüzün uydurduğumuz, düşündüyümüz və ya qəbul etdiyimiz münasibətlərdən kənara çıxa bilmədik və hesab etdik ki, bu, doğrudur. Türkiyədən başqa bir dövlətə üstünlük verə bilmədik. Sözsüz ki, Türkiyə bizim qardaşımızdır, amma hamı ilə normal münasibətlər, ətrafla qonşuluq əlaqələri saxlamağa məhkum idik. Həmçinin erməni məsələsində ermənilərlə savaş düşüncəsindən çıxmalı, buna daha geniş aspektdən baxmağı bacarmalı idik. Amma bu düşüncələrimizdən çıxa bilmədik. Budur problem.

- Doğurdanmı AXC dalğasında hakimiyyətə gələn yüksək çinli vəzifəli şəxslərdən bəziləri Rusiya agentura şəbəkəsinə bağlı olub və Sülhəddin Əkbər onların siyahısını prezidentə versə də, bununla bağlı tədbirlər görülməyib?

- Bir daha qeyd edim ki, o dövrdə Azərbaycan müharibə aparırdı, onsuz da gərginlik var idi. Siz təsəvvür edin ki, bu məsələ daha çox orta və yaşlı nəsilə aid ola bilərdi. Biz tələbə hərəkatından gəlmişdik və gənclərin bu məsələdə hər hansı ciddi problemlərinin ola biləcəyi real deyildi. Daha çox kimlər ola bilərdi? Hər hansı dövlət qurumunda işləyən, fəallığı olan, uzun illər ədəbiyyat, sənət və digər sahədə çalışan şəxslər daha çox bu kateqoriyaya aiddir. Məsələ burasındadır ki, burada 3-5 nəfərin sıradan çıxması, ifşa olması kampaniyası ölkədə əlavə gərginlik yaradacaqdı. İndi sabit vaxtdır. Buyurub o dövr nə qədər agenti varsa, açsınlar. Və ya son müsahibəsində bu məqamlara toxunan şəxsin özü əlində olanı niyə açmır? Biz onsuz da hakimiyyətdə kimlərin təqribən Rusiya kəşfiyyat orqanlarının iradəsi ilə hərəkət etdiyini bilirdik. Şəxsən mən bilirdim. Amma bilmək yetərli deyil axı. Bizim hakimiyyət dövründə kimin Rusiya xətti ilə fəaliyyət göstərməsini davranışları, aldığı qərarlar, telefon dinləmələri, alınan məxfi informasiyaların əksəriyyətini bilirdim.

- Siz işarə vurdunuz ki, Sülhəddin Əkbər əlində olan informasiyanı açıqlasın. Belə aydın oldu ki, siz də müəyyən şeyləri bilirsiniz. Bildiklərinizi açıqlaya bilərsinizmi?...

- Mən axı bilgi sahibi deyiləm ki, bunu açım. Amma bununla bağlı kifayət qədər bilgilər var idi. Bilgini o vaxt açmaq olar ki, onun nə zaman “verbovka” olunduğunu bilirsən, ləqəbinin nə olduğunu sübuta yetirirsən. Müəyyən olunsun ki, kim tərəfindən “verbovka” edilib, hakimiyyət dövründə hansı məqsədlərlə hansı hərəkətləri edib. Hərəkətlərin özündən bilinirdi ki, Rusiya birinə Bakıda, birinə Lənkəranda, birinə də Gəncədə silahını təhvil verdi. Bunların heç biri də hərbçi deyildi. Necə oldu ki, Rusiya adamları seçir və müəyyən edir ki, sənə silah verirəm, digərinə vermirəm? Birdən Rusiya hərbi bazasına qəhrəmancasına hücum edirdilər. Prosesə könlünü verən adam həlak olurdu, amma onlar qəhrəman kimi qalırdılar. Bunlar hamısı görünən şeylərdir. Odur ki, mən məsələnin bu gün spekulyasiya edilməsinin tərəfdarı deyiləm. Bu gün o dövrlə bağlı əldə olan nələrsə varsa, aça bilərlər. Məlum olar ki, kim KQB-nin, kim Rusiya hərbi kəşfiyyatının adamı olub. Bizim kimi ölkələrdə bu, onsuz da qaçınılmazdır. Uzun illər SSRİ kimi hərbi diktaturanın tərkibində olan ölkələrdə strateji postlarda, habelə komsomol, partiya postlarında oturanların bağlılığı ola bilərdi. Amma bu bağlılıq hamının ifşa olunması mənasına gəlməməlidir. Çünki bir çoxlarını məcburi bağlayıblar. Adam komsomolda yuxarı ranqda olub, amma vəziyyət dəyişdikdən sonra öz xalqına xidmət etmək istəyir. İndi onu ifşa edib sıradan çıxaranda hamı bir-birilə düşmənə çevrilməli olurdu. Əbülfəz Elçibəyin prinsipcə yanaşması bu idi ki, cəmiyyətdə qarşıdurma yaradacaq, insanları üz-üzə qoyacaq proseslər baş verməsin. Yalnız bu məqam olub.

- Ancaq Sülhəddin Əkbər açıq deyir ki, Əbülfəz Elçibəy hakimiyyətdə olan bir neçə şəxsin haqqındakı məxfi məlumatın açıqlanmaması şərti ilə arxivlərin açılmasının mümkünlüyünü dilə gətirib, ancaq o buna razılaşmayıb, hətta istefa verməyə hazır olduğunu bildirib...

- Mən bununla bağlı belə bir çağırış xatırlamıram. Hakimiyyət dövründə problem bu idimi? O dövrdə bu məsələ xüsusi aktual problem kimi gündəm təşkil etməyib. Bəzi adamlar gedib Əbülfəz bəyə deyib ki, beş nəfər agentdir. O da cavab verib ki, bunu ifşa edəcəksiniz aləm dəyəcək bir-birinə. Biri yazıçıdır, biri şairdir, biri nə bilim nüfuzlu adamdır. Aləm qarışacaq bir-birinə, gərginlik yaranacaq, bu tərəfdən müharibə gedir. Elçibəy bunu cəmiyyəti qarışdırmamaq mənasında deyib. Yoxsa, indi hamı populistcəsinə deyir ki, arxivləri niyə açmadınız.

- Amma nəzərə alın ki, Pribaltika dövlətlərində KQB-nin arxivləri açıldı və bəlli oldu ki, Xalq Cəbhəsinin liderlərinin içərisində həqiqətən KQB agentləri olub...

- Ancaq onların heç birini öldürən, linç edən olmadı. Hətta bəziləri sonradan vəzifə tutdular. Niyə? Çünki Pribaltikada insanlar bunu anlayışla qarşıladılar. Bizdə anlayışla qarşılamaq yoxdur axı. Bir nəfəri məhv etdinsə nəsli, tayfası ifşa olunur, cəmiyyət qarışır bir-birinə. Bunun baş verməməsi üçün atılan addımdır. Amma indi sabit və normal vəziyyətdir. Qoy indi açılsın. Demək istədiyim odur ki, müharibə aparan dövrdə ayrı-ayrı adamlar konkret xarici kəşfiyyatın tapşırığı ilə hansısa işlər görübsə və ifşa olunursa, bu ayrı məsələdir. İndi, məsələn, Qarabağın verilməsində rolu olan adamlar müxtəlif qurumlarda təmsil olunurlar. İfşa olunsunlar. Məgər bilmirlər ki, Tərtərdə, Ağdərədə nə oyundan çıxdılar? Və yaxud Şuşanın verilməsinə görə həbs edilən var idi. Buraxmayardılar... Əgər buraxılıbsa, deməli elə məsələlər var ki, cəmiyyəti bölmək, başqa istiqamətdə addımlar atmaq məsələsi nisbidir.

- Sülhəddin bəyin son dərəcə ictimai marağa səbəb olan müsahibəsində Əbülfəz Eçibəyin harasa bağlı olması haqda fikrin yaradılması istəyi sezilirmi?

- Heç bir bağlılıq yoxdur və ola da bilməz. Azərbaycan prezidenti Rusiyaya bağlı olsaydı, Rusiya onu niyə devirirdi? Və ya Azərbaycan prezidenti Elçibəy niyə Kələkiyə getdi, elə Mütəllibov kimi gedib Moskvada oturardı da... Yəni bu bəsit məsələdir.

Elçibəyin hakimiyyətinin devrilməsi ideoloji xarakterli transformasiyanın olmamasından doğdu. Bu, həm də təkcə hadisə deyildi. Gürcüstanda Qamsaxurdiya devrildi, sonradan Ermənistanda Ter- Petrosyan hakimiyyətdən oldu. O nəsildən kim qaldı?

- Sizcə, nədən bəzən Elçibəyi Rusiyaya bağlamaq, hətta onun, zamanında ərəb ölkələrində işə təsadüfən göndərilmədiyi kimi iddialar yer alır?...

- Əslində bunlar bəsit yanaşmalardır. Əbülfəz Eçibəy Kommunist Partiyasının üzvü olmuşdu, sonradan partiya sıralarına bərpa olunmasına dair peşmançılıq məktubu yazmışdı. Həqiqətən də belə şey olmuşdu. Əbülfəz Elçibəy xüsusi bir dəmir insan deyildi. Hamı kimi insan idi, bunlar da məncə, taktiki addımlar idi. Bu proseslərdə uzun illər rolu olduğu üçün xalq hərəkatında daha çox o irəli çıxmışdı. İdarəçi kimi hər şeyi öz əlində cəmləyən şəxsiyyət olsaydı proseslərin bu cür dağınıq olmasına imkan yaranmazdı. Elçibəy səmimi niyyətlə xalq hərəkatına öncüllük edən bir şəxs idi, uzun illərdə Sovet hakimiyyətinin basqısı altında etirazçı kütlənin iradəsini ifadə edən adam idi. Bəziləri deyirdilər ki, Əbülfəz Elçibəy Heydər Əliyevə işləyir. Elçibəy xaraktercə, tipaj olaraq kiməsə işləyəcək adam deyildi. Elçibəy işləsəydi daha sistemli işləyərdi də. Mən baxıram, bəzən yazırlar ki, hərəkat başlayanda Elçibəyin çıxışını türk diplomatları yazıb. Tamamilə cəfəngiyyatdır. Onun çıxışını mən yazmışam, bəzən bunu dizimin üzərində yazmışam. Amma bunu da diplomat, kəşfiyyat işləri kimi qələmə verirlər. Sitiuasiya tam başqa vəziyyət yaratdı. Axı Əbülfəz Elçibəyin hakimiyyətə gəlmək fikri yox idi. Ali Məclisin iclasında mənim çıxışım var və buna etiraz edib dedim ki, Əbülfəz bəyin namizədliyini verməyək. Özü də razılaşdı.

- Görünür, Sülhədin Əkbər həm də bu arqumentlərdən çıxış edərək bildirir ki, əslində hakimiyyət bölgüsü fevralda Bakıda baş tutan Elçibəy-Heydər Əliyev görüşündə müzakirə edilmişdi...

- O görüşdə hər hansı bir hakimiyyəti vermək, bölüşmək məsələsi olmayıb. Elçibəy iyun ayında da hakimiyyəti təhvil vermək niyyətində deyildi. Məğlub olduğuna görə qərara alındı ki, Heydər Əliyev güclü şəxsiyyətdir, gəlsə öz xarakterinə görə Azərbaycanın müstəqilliyini qoruyacaq. Ona görə də Heydər Əliyevin namizədliyi üzərində dayandı.

- Amma cəmiyyətdə ciddi rezonansa səbəb olan müsahibədə hakimiyyətə gətirilmək məsələsində Ayaz Mütəllibovun da adı çəkilib...

- Ayaz Mütəllibovla bağlı nələrsə var idi. Amma Mütəllibov sırf Rusiyaya bağlı olduğuna görə onun adı müzakirələrdə birmənalı istisna edilib. Amma fevral ayında ümumiyyətlə hakimiyyət bölgüsü məsələsi olmayıb. Fevral ayında hakimiyyət niyə özünü bölüşməli, əlində olan iqtidardan imtina etməli idi? Hakimiyyətin əslində zəifləmə məsələsi Kəlbəcər hadisəsindən sonra başladı. Kəlbəcər hakimiyyəti tamamilə sındırdı, çaşqınlıq başladı və rus qoşunun ölkədən çıxarılması son hədd oldu. Qoşun çıxan kimi devrilmə qərarı verildi, Gəncədə Sürəti işə saldılar, Lənkəranda Əlikram Hümbətovu, bu tərəfdən də Rəhim Qazıyev... Hərəsi bir tərəfdən prosesi körüklədilər.


Oxşar xəbərlər
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu