\"YAP-ın yuxarı eşalonunda elələri təmsil olunur ki, Abutalıbov onların yanında \"toya gedəsidir\"
Oxunub: 4059
07 Jun 2020 | 14:36
\
Moderator.az “91-lər” Hərəkatının üzvü Ariz Abduləliyevin yenisabah.az-a müsahibəsini təqdim edir:
- Sizcə islahatlar İdarə Heyətini, Siyasi Şuranı, nəzarət təftiş komissiyasını da dəyişməlidir? 

- Bəli, dəyişməlidir. Çünki partiyada mövqe və baxışları daşıyanlar onun fəaliyyətinə də təsir edirlər.  Baxın, həmin ali qurumlarda əhali arasında narazılıqlara rəvac vermiş, ictimai rəydə mənfi qarşılanmış, hətta rüşvətxorluqda ad çıxarmış insanlar var. Onların YAP rəhbərliyində təmsil olunmasını partiya təəssübkeşi olan üzvlər də artıq qəbul etmirlər. Biri elə Hacıbala Abutalıbov. 18 il paytaxt meri işlədi. Təsəvvür edirsinizmi, 18 il! Bəlkə də 21-ci əsrdə heç bir ölkənin paytaxt meri bu qədər vəzifədə olmayıb və olmayacaq da.  

Amma YAP ideallarından uzaq olan məmurları iş başına yığdı. Heydər Əliyevin tövsiyələrini də, etimadını da get-gedə unutdu, Bakını qarış-qarış dələduz iş adamlarının, oliqarxların, tikinti şirkətlərinin ixtiyarına buraxdı. Onlar da "Bakımızı gözəlləşdiririk" kimi yalan sözlərlə paytaxtımızın tarixi simasını dağıtdılar, şəhəri əndrabadi günə qoydular. Eyni şirkət bir-birinin yanında binalar tikib, amma hərəsi fərqli arxitekturada. Bakının bərbad duruma qoyulmuş arxitekturasında heç bir vahid memarlıq konsepsiyası yoxdur. Kim harada və necə istəyirsə, ağlına necə gəlirsə elə də tikib. Hətta bu yeni tikililər şəhərdə nə qədər sıxlıq, qarışıqlıq yaradıblar, Bakının ekologiyasını, hava axınının təbii hərəkətini əməlli-başlı pozublar. Bunlar isə əhalinin sağlamlığına mənfi təsir edir. Tarixi paytaxtımızda geniş meydanlar yox dərəcəsindədir. 

Demək istəyirəm ki, bu işlərdə Abutalıbov da təqsirsiz deyil. Əvvələr qışqıra-qışqıra "Heydər Əliyevimiz", "əmin ola bilərsiniz" desə də, ictimaiyyət qarşısında vətəndaşa "sizi yarım saatdan sonra qəbulumda gözləyirəm" desə də, əməl etmədi. Onun dövründə Bakının tarixi-mədəni simasına, tarixi arxitekturasına, Şərq və Avropa şəhər mədəniyyəti sintezinə vurulan dağıntının ziyanı ölçüyəgəlməzdir. Ondan bir soruşan yoxdur ki, oğlun Türkiyədə bahalı otelləri hansı maaşı və qazancı ilə alır. Təsəvvür edin ki, YAP-ın yuxarı eşalonunda elələri təmsil olunur ki, Abutalıbov onların yanında "toya-bayrama gedəsidir". Bütün bunlardan sonra YAP İdarə Heyətinin üzvü H.Abutalıbov jurnalistə deyir ki, "ömür qısa, dəyməz qıza"...   

- Siz hansısa probleminiz üçün doğma bildiyiniz partiyadan kömək ummusunuz?  

- Bircə dəfə, vəssalam. R.Allahverdiyevin də, H.Abutalıbovun da zamanında dəfələrlə ərizə ilə müraciət etmişəm ki, mənzilimin damından evə yağış tökülür, çətin bir vəziyyətdir, evdə körpə uşaqlar... Xahiş edirdim ki, evin damını aidiyyatlı ərazi mənzil-istismar idarəsinin köməyi ilə döşəsinlər. Çünki açığı buna maddi imkanım çatmırdı. Yoxsa, özüm təmir etdirərdim və belələrinə ağız açmazdım. Amma ərizələrimə heç baxılmadı. Hətta Nəsimi rayon mənzil-tikinti idarəsinin müdiri qəbulda o qədər güldü ki... "Sən 91-lərdənsən, amma evinin damına qır axtarırsan? Bu nə vəziyyətdir, partiyanı söyənlərin də, özünün də halına bax gör, onlar haralarda, sən haradasan" və s.     

- Məmurların silsilə həbsi hakim partiyanı da hədəfə çıxarıb. Bu cür rüşvətxor kadrları yetişdirdiyinə görə YAP-ı qınayanlar var. Bu ittihamlarla razısınızmı?

- Tamamilə razıyam. Bu barədə söz demək hər kəsin hüququdur. Mən artıq bu barədə fikrimi dedim. Bu şəxsləri Prezidentə vəzifəyə təqdim edənlərləri də ittiham edirəm. Onların arasında YAP İdarə Heyətinin, Siyai Şuranın üzvləri də var. Mən artıq dedim. Hakim partiya son hadisələr ilə bağlı kollegial qərarını və bəyanatlarını verməlidir. Prezidentə hər an dəstəyini göstərməlidir. Bu bəyanatlar cəmiyyət qarşısında həm də özünütənqid olardı, yol verilmiş qanunsuluqlara və nöqsanlara qarşı hakim partiyanın sərt mövqeyi və tənqidi olardı. 

Bəli, son hadisələrdə partiya da təqsirsiz deyil. Çünki o cür adamlara bilə-bilə YAP üzvlüyü vermək, təşkilat sədri eləmək, yuxarı başa çəkmək, həmişə növbəsiz qəbul eləmək, havadarlıq göstərmək, dəstəkləyib irəli aparmaq, yuxarılara kadr kimi namizəd göstərmək, nöqsanlarını vaxtında aşkar edib Prezidentə məlumat verməmək, onlarla zamanında islahedici söhbərlər aparmamaq  - bunlara hakim partiyada yol verilməməli idi. İkinci tərəfdən, ideoloji iş də axsayır. Ümumiyyətlə, bu sahənin təşkili bütün ölkədə qənaətbəxş deyil. Partiyada  ideoloji yönümdə layihələr, təbliğat-reklam, fləşmob çarxları hazırlanmalıdır idi. Təkcə Prezidentin "Biz birlkdə güclülük!" ideoloji platforması üzərində nə qədər ideoloji təbliğat işi qurmaq olar. Son hadisələr mən də təəssüf də doğurur. 

Təəssüf edirəm ki, YAP rəhbərliyi nə qədər dəyərli, layətli, iş bacaran kadrlarına imkanlar yaratmadı, irəli çəkmədi, onların qabiliyyətlərindən zamanında millət və dövlət üçün yaralana bilmədi. Heç olmasa, bundan sonra səhvləri düzəltsinlər.   

- Sizcə, dövlət idarəçiliyində keyfiyyət dəyişikliyinə necə nail olmaq olar. Savadlı, müsbət imici olan bitərəf kadrların dövlət idarəçiliyində irəli çəkilməsinin vaxtı çatmayıbmı?

- Çətin sualdır. Bu problemin düzgün həllinin dəqiq resepti yoxdur. Nə qədər inansan da insanda subyektiv amillər, gizlində saxlanılan şəxsi keyiffətlər və ambisiyalar yox deyil. Bilirsiniz, bir zamanlar belə bir şüar var idi: "Kadlar hər şeyi həll edir". Bu gün də sıradan  bir şüar deyil, kadrların dövlət idarəçiliyində istisnasız rolunu göstərir. Təəssüf ki illər boyu kadr seçimində yol verilən səhvlərin, boşluqların hər cür neqativini, əziyyətini, hər bir ziyanını, əyər-əksiyini yalnız xalq, yerlərdəki vətəndaşlar çəkirlər. Bu məmurlar onsuz da istədikləri qədər rüşvət və korrupsiyaya yol veriblər, qanunsuz yollarla külli miqdarda sərvət, kapital yığıblar. 

Vəziyyət o həddə çatıb ki, naizirin, nazir müavinin, idarə rəisinin, İH başsının, müavinin, bank işlədənlərin, biznes adamlarının təmizliyinə, rüşvətsiz və korrupsiyasız işləməsinə ölkədə sadə insanlar artq hec cür inana bilmirlər. Məmur obrazı ictimai rəydə bu qədər neqativ, bu qədər mənfi, bağışlanmaz şəxsiyyət, oğru, dələduz, saxta simalı kimi formalaşıb. Təəssüf ki, belə mənfi ictimai rəyin qarşılığında indiyə qədər onların birinə də gözün üstündə qaşın var deyilməyib və deyilmir də. İstədikləri qədər də qanunsuz, dələduz yollarla milyonlar yığırlar. Azərbaycanda belə bir milli aforizm var: "Varlanmağın ən asan və qısa yolu vəzifə almaqdır". Bu yolla varlanmaq yolu tutan rəhbər məmurların zillətini, ziyanlarını, stressini yaşayan isə 29 ildir ki əhalimizdir. 

-  Bəs qanun, cəza metodu, işdən azad olunmaq, həbs?  

- Lap tutaq ki, hansısa məmur işdən azad olundu və ya həbs olundu. Şəxsi mülklərinin və kapitalının bir qismi də əlindən alındı. Sonra da iki il həbsxanada rahat həyat yaşayıb, amnistiya ilə azad olundu. Bəs sonra? Məgər bununla onlar kasıblaşırlar? Bəlkə əhalidən yığdıqları, oğurladıqları milyonlar əhaliyə qaytarılır? Bəlkə vətəndaşın rifahına, ölkənin tərəqqisinə yönələn maliyyəni korrupsiya və oğurluq ilə yığıb qanundan kənar topladıqları milyonlarla pul vətəndaşlara qaytarılır? Əlbəttə, yox. Heç birlirsiniz, son 10-15 ildə kimlərinsə əli ilə ölkədən nə qədər milyardlar çıxarılıb qanunsuz yollarla? Bunlar hamısı təfsilatı ilə, arqumentlərlə mediada yazılıb. Nə faydası, yenə də öz bildiklərini edirlər. 

Bu oğurluq milyonlar axı sənin, mənin, xalqın cibindən gedib. Bunlara oğurluq, dələduzluq, talan, korrupsiya, vicdansızlıq üçün şərait yaradan o himayədarlar niyə hələ də azadlıqda, kef-damaq içində yaşayırlar, hələ üstəlik vəzifələrində də qalırlar? Bunların fonunda vicdanlı müəllim də gözləyir ki, maaşı nə vaxt 20 manat artacaq...  Yeri gəlmişkən, elə müəssisələr var ki, prezidentin maaş artımı haqqında sərəncamlarına hələ də riayət etməyiblər. Özünün və yaxın ətrafının maaşını qaldırıb, amma işçinin yox... 

- Hər halda cəzaların verilməsini cəmiyyət dəstəkləyir. Layiqli cəzanın özü də ədalətli addımdır, necə bilirsiniz?

- Mənə elə gəlir ki, bu məmurlara nə qədər cəza versələr də, mülklərini müsadirə eləsələr də, əhali onlardan çəkdiyini çəkib və vurulan maddi, mənəvi, dövlətçilik ziyanını artıq heç nə ilə sığortalamaq mümkün deyil. Biri elə Əbülfəs Qarayev. Onun mədəniyyətə, musiqi təhsilinə, incəsənətə, kinoya, maddi-mədəniyyət abidələrinə, Bakının tarixi binalarına, yaradıcı ziyalılara, istedadlı insanlara, mədəniyyət siyasətinə və bölgələrin mədəni durumuna vurduğu ziyanı və dağıdıcı zərbəni, inanın, heç bir cəza ilə bərpa etmək mümkün deyil. Zamanında baxmaq lazım idi ki, vəzifəyə kimi təyin edirlər. Mən onların dosyesini oxuyanda açıq görürəm ki, bu adam ya rüşvətxordur, ya dələduz. 

Çayxanada cay, yemək paylayan səviyyəsizin birisi, təsəvvür edirsinizmi, rüşvət yolu ilə bələdiyyə sədri seçilir və oradan da İH başçısı postunu kimlərinsə əli ilə satın alır. 15 il işləyib rayonu, hökuməti, insanları quldur kimi talayır. Beləsini kimlər və hansı yolla bu mərtəbəyə çatdırıb? Onların yüksək dairələrdəki oliqarx himayədarlarını da həbs etmək lazımdır. Ömrü boyu alababat bir müəllim olan Ə.Qarayev günlərin bir günü "İmproteks" mebel biznesində (deyəsən axı hazırli Gənclər və idman nazirinin keçmiş şirkətidir) mal satışına nəzarətçi işləyir və buradan da birdən-birə böyük bir səhəyə nazir gətirilir. 25 il ərzində hər dəfə də nazir postunda saxlanılır. 

1995-2020 illərdə onu nazir kimi saxlayanlara da mən etirazımı bildirirəm. Hansı keyfiyyyətinə, iş bacarığına görə ona bu qədər toxunulmaz yanaşdılar? O festivalların açılışında danışnda mən xarici qonaqlara görə utanırdım. O an hiss olunurdu ki, qarşında hansı insan dayanıb, yəni danışığı, səmimiyyəti, milli dəyərlərə zərrə qədər hörməti və bələdliliyi yox idi, yaradıcı ziyalıya, sənət adamına lazımınca ehtiram hissi yox idi, muğam festiavvallarında, aşıq festivallarında, teatr fesivallarında bir dəfə də rəsmiyyət xatirinə əyləşib dinləmədi.  Bir dəfə də xalq teatrlarının, bölgə teatrlarının tamaşasına baxmadı. Təsəvvrün edin ki, dünyanın ən varlı sənət adamları Ə.Qarayevin şəxsi mülkündən heyrətə gəlirdilər, deyidilər ki, biz dünyada belə malikanə görməmişik. O bu qədər pulu maaşı ilə, yoxsa öz sənət əsərləri ilə, yoxsa yüksək qonorarları ilə, yoxsa öz layihələri və əqli mülkiyyəti ilə qazanıb? Heç biri ilə. Bunun yalnız bir adı. Amma hələ də onun nazı ilə oynayırlar, hələ də xətrinə dəymirlər. Bəs ictimai rəy, bəs xalqın gözləntiləri, bəs mədəniyyətə vurulan zərbələr, yarıtmaz idarəetmə mexanizmi? Bunlara görə kim cavab verəcək?  

Eləcə də gömrük komitəsində baş idarəyə rəhbərlik edən, yaxud vaxtilə mühasib, polis, vergi, bank işçisi olan, MMC işlədən və ya bisnes ilə məşğul olan adamlar yuxarı məmur postlarını əldə etməyə necə və kimlərin vasitəsilə nail olublar? Belələrinin məmurluğu xalqımız üçün, onun mənliyi üçün əsil fəlakətdir. İnsanlar on illərlə belə idarə edənlərə necə dözə biliblər görəsən? Məgər ölkəmizdə bizneslə məşğul olanı, MMC işlədəni, bank, gömrük, vergi, mühasibatlıq və polis işçisini də rayona başçı təyin edərlər? Qətiyyən. Biznes adamını da təshilə, mədəniyyətə idarəçiliyə gətirərlər? Axı bisnes də daxil olmaqla, adı çəkilən sahələrdə hamılıqla aldatma, korrupsiya, dələduzluq hökm sürür. Bu sahələri təmsil edənlərə dövlət məmurluğu etbar etmək olmaz. Onların psixologiyası başqadır: necə aldadım, necə oğurlayım, kimin cibinə girim, xaricdə özümə necə mülk alım, kef-damaq sürüm, vəssalam. Nəticəsi göz önündədir. Əgər mən onların dosyesini oxuyanda kim olduqlarını aydın görürəmsə, o zaman belələrini hansı məsuliyyətlə başçı və digər vəzifələrə təyin edib, insanların əsəbləri ilə, mənliyi ilə, etimadı ilə oynayırlar. 

İndi də milli heysiyyatı olmayanları, ömrü boyu kənd, torpaq, rayon görməyənləri, xaricdə, şəhərdə böyüyən şəhərli "ana uşaqlarını" böyük vəzifələrə çəkmək tendensiyası var. Onlar da kənd təsərrüfatının, kəndli əməyinin, təmiz kənd məhsulunun, kəndlinin  və rayonlunun torpaqdan qazancının "anasını ağlar günə" qoyublar və qoyacaqlar da. Ömrü boyu meyvəni, ərzağı marketlərdən alan şəhərli "ana uşaqları" onların necə zəhmətlə yetişidirlməsini bilmirsə, vətən torpağının nə olduğunu mənən dərk etmirsə, o, bölgələrdə insanlara zəhmətlə pul qazanmaq üçün imkan, şərait yarada bilərmi? Əsla yox. Bir-iki aydan sonra də yenə də əvvəlkilər kimi işləməyə başlayırlar... 

-  Axı onların xaricdə müasir təhsili var, dünyagörüşü var... 

- Nə olsun ki? Təkcə dünyagörüşlə, xaricdə təhsillə iş bitmir. Dövlətçilik şüuru, milli maraqları, millətə, vətənə sevgisi olmasa, Azərbaycanda bir kimsəyə vəzifə vermək olmaz. Bir də axı təhsildə dövləti idarə etməyin nəzəriyyəsini öyrədirlər, daha idarəçilik təcrübəsi, dövlətçilik şüuru vermirlər. Bu sahədə biliklə yanaşı, təcrübə və istedad, duymaq, qərar vermək bacarığı lazımdır. 

İdarəetmədə manqurtlaşmış kadrların hakimiyyət əldə etməsi, çoxalması nə vaxtsa ölkəmizə ciddi fəsaldar yarada bilər. Elə "fetoçular", "5-ci kalon", "sapı özümüzdən olan baltalar" da belə "sivil, təhsilli kadlar"dan seçilir həmişə. Onlar bu ölkəyə maliyyə zərbələrindən də böyük zərbələr vura bilərlər. Maliyyə ziyanlarını ödəmək bəlkə də mümkündür. Amma millətə sevgisiz, cəmiyyətə qarşı məsuliyyətsizlik, vətəndaşa, sıravi insana təkəbbürlə yanaşmaq, daxili mənəm-mənəmlik sondromu, milli heysiyyatsızlıq, xaricdə təhsil almışın toxunulmaz psixologiyası cəmiyyətə daha böyük zərbələr vura bilər. Dövləti də, hakimiyyəti belə məmurların vasitəsilə, onların təmənnalı xəyanəti ilə sındırıblar həmişə. 

Belələrinin saxta "sivil gənc", "sivil məmur" artistliyinə qətiyyən etibar etmək olmaz. Nə qədər dil bilməsinin də dövlətçiyimizə bir dəyəri yoxdur. Çünki ilk növbədə öz dillərini bilməlidirlər ki dilə, ölkəyə, dəyərə azacıq hörmət hissləri olsun. Amma başları yer kürəsinin hərəkətinə əks istiqamətdə işləyir və öz karyeralarını qorumaq üçün istənilən dəyərli kadrı tapdalamağa, ləkələməyə hazırdırlar. Bir yeganə seçim xüsusiyyətləri budur ki, hansısa regionu təmsil edirlər, vəssalam. Kadr siyasətinin özündə də islahat aparımalıdır. Dövlətin kadr siyasətinin kimlərinsə şəxsi seçiminə buraxmaq olmaz. Bu sahədə qanunlar, bir konsepsiya olmalıdır, deyilmi?  

Belələri artıq onlara olan inamdan sui-istifadə edib, vəziələr əldə etmək üçün yollar, əlaqələr axtarmağa başlayıbılar. Nəzərə almırıq ki, artıq 10 ildir Azərbaycan gəncinin xaricdə təhsil alması normal, adi bir şey kimi qarşılanır. Azacıq özünə əziyyət verib oxuyan hər bir gənc xaricdə universistetlərə daxil ola bilər. Əlbəttə, mən bahalı universitetləri nəzərdə tutmuram. Təhsil xərci o qədər yüksəkdir ki, orada hər istedadlı, savadlı gəncimiz oxuya bilmir. Bəs kimlər oxuyur? Rüşvətlə, korrupsiya ilə, dövlətin cibinə girməklə qanunsuz və bol sərvət yığan məmurların və ya keçmiş məmurların övladları və ya nəvələri. Odur ki, xaricdə təhsil almış gəncləri ölkəmizdə bu qədər idellaşdırmaq kadr siyasətində yenə boşluqlar yarada bilər.  Onu da unutmayaq ki, vəzifəyə təyinat alanların əksəriyyəti keçmiş və indiki məmurların qohumlarıdır, övladlarıdır, ya da kiminsə qohumudur və sairə. Belə getsə, yenə də ziyan, əzab, stresslər, ədalətsizliklər bu xalqa, bu ölkəyə dəyəcək. 
Oxşar xəbərlər
13:57, Bu gün
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİR + FOTO/CANLI YAYIM
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO