Lizinq yolu ilə Almaniyadan ölkəmizə
gətirilən cins mallar arasında tələfat halları baş verir. Sahibkarların
fikrincə bu mallar adaptasiya dövrünü çox çətinliklə keçirir.
Fermer Nürəddin Namazovun il yarım əvvəl təsərrüfatına
gətirdiyi 93 baş malın arasında müəmmalı şəkildə ölənlər də var.
Sahibkarlar deyir ki, ölümün səbəbləri
bilinməyəndə sığorta şirkətləri sığortalanan cins malların sığortasını ödəmir.
Kənd təsərrüfat naziri İsmət Abbasov isə
Almaniyadan gətirilmiş heyvanların tələf olmasının səbəbini sahibkarın
səriştəsizliyində görür.
Cins mallar səriştəsizlikdən,
baxımsızlıqdan tələf ola bilər.
Nazir payızda ölkəmizə daha 4000 -ə yaxın
damazlıq heyvanın gətiriləcəyini bildirdi. Araşdırmalarımız göstərir ki,
Almaniyadan gətirilən mallar xüsusi qulluq tələb edir, onların saxlanma şəraiti
yüksək standartlara uyğun olmalıdır. Lakin yerli saxlanma şəraiti bu tələblərə
cavab vermir. Onu da əlavə edək ki, Kənd Təsərrüfatı Nazirliyinin lizinq yolu
ilə gətirdiyi malların dəyərinin 50%- ni dövlət ödəyir. Bir heyvanın qiymətinin
orta hesabla 4500 manata başa gəlməsini və onların tələf olma səbəblərini
nəzərə alsaq, həm sahibkarın, həm də dövlətin nə qədər vəsait itirdiyini
təsəvvür etmək çətin deyil.