Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? - REPORTAJ
Oxunub: 5604
29 May 2020 | 17:06
Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? -  REPORTAJ

Son günlər bəzi media orqanlarında Qərbi Kaspi Universitetinin yerləşdiyi bina ilə bağlı müxtəlif iddialar səslənməkdədir. Bu iddialar arasında  universitet rəhbərliyinin tarixi binada ciddi konsturksiya dəyişikliyi ilə müşahidə edilən tikinti işləri apardığı,  binanın tarixi görünüşünə xələl gətirdiyi, habelə, sadə vətəndaşlara məxsus mənzilləri “ələ keçirdiyi” ilə bağlı fikirlər yer alır.

 

Bəs əslində necə, Qərbi Kaspi Universiteti ilə bağlı səslənən bu iddialarda həqiqət payı varmı? Bütün bu iddialara aydınlıq gətirmək üçün adıçəkilən universitetə baş çəkməyə, vəziyyətlə yerindəcə tanış olmağa qərar verdik.

Universitetin Azərbaycan tarixi adına yenidən qazandırdığı bina...

 

Moderator.az olaraq Qərbi Kaspi Universitetinə səfər əsnasında ilk olaraq universitetin təsərrüfat işləri üzrə müdiri Etibar Əliyevlə söhbət etdik.


Universitetin yerləşdiyi binanın tarixi şəkilləri ilə müasir görünüşünü əks etdirən fotolarıbizə təqdim edən Etibar Əliyev fotofaktlar əsasında binanın 100 il əvvəlki görünüşü ilə indiki görünüşü arasında heç bir fərq olmadığını ortaya qoydu. Bununla yanaşı, binada onun tarixiliyinə, ilkin görünüşünə xələl gətirməmək şərti ilə bir sıra təmir işlərinin aparıldığını vurğuladı:

“Qərbi Kaspi Universitetinin yerləşdiyi bina təxminən 100 il bundan öncə inşa edildiyi üçün binanın təmirə, bərpa-möhkəmləndirmə işlərinə ehtiyacı var idi. Bu səbəblə də biz universitet olaraq 2002-ci il tarixində bütün əlaqədar qurumlara muraciət etdik, həmin qurumların icazəsi və razılığı əsasında və vəsaiti universitet ödəməklə elə həmin təşkilatlar tərəfindən bərpa-möhkəmləndirmə işlərinin aparılmasına nail olduq, binada bir sıra təmir işləri aparıldı, onun tarixi görkəmi tam saxlanmaqla uçulub-dağılmaqdan qorundu. Təkcə bir faktı vurğulayım ki, 2002-ci ilə qədər bütün binanın zirzəmisi (o cümlədən, yaşayış olan arxa tərəfdəki bitişik binanın zirzəmiləri daxil) çirkli, üfunətli sularla dolur, uçulub-dağılır, siçovulların artıb-çoxalması üçün “ideal məkan” rolunu oynayırdı. Universitet öz vəsaiti hesabına zirzəmidəki çirkab suları təmizlədi, qrunt sularının orada yenidən cəmləşməsinin qarşısını almaq üçün xüsusi motorlar yerləşdirdi. Hansı ki, qrunt sularının səviyyəsi bəlli bir həddə çatanda həmin motorlar bu suları kanalizasiya sisteminə yönəltməklə binanın özülünə su yığılmasının qarşısını alır.

 

Vaxtiylə xəstəlik və anti-sanitariya məskəni olan zirzəmidə bu gün universitetinin bufet-yeməkxanası yerləşir. Bufetin divarlarını isə universitet tələbələrinin əl işləri – bir-birindən gözəl rəsm əsərləri bəzəyir”.


Etibar Əliyev müvafiq təşkilatlar tərəfindən bərpa işləri çərçivəsində binanın bünövrəsinin xususi konstruksiyasının köməyi ilə bərkidildiyini, bununla da onun əhəmiyyətli dərəcədə möhkəmləndirildiyini qeyd etdi:

 

“2002-ci ildə görülən işlər çərçivəsində binanın çöl fasadına ümumiyyətlə toxunulmayıb. Binanın içəri fasadının  bünövrələri isə onun tarixi görünüşünə, memarlıq formasına xələl gətirilmədən xüsusi konstruksiya ilə möhkəmləndirilib. Nəticədə, yaşı bir əsrdən çox olan binanın dayanaqlılığı artırılıb, görülən işlər Azərbaycan tarixinin bir hissəsi olan binanı daha da uzunömürlü edib”.

“Yağmalama əməliyyatı”, yoxsa notarial qaydada gerçəkləşən alqı-satqı?

 

Bəzi media orqanlarında Qərbi Kaspi Universitetinin vətəndaşlara məxsus evləri ələ keçirməsi ilə bağlı əsassız mülahizələr yürüdüldüyünə diqqət çəkən Etibar Əliyev, bu barədə deyilənlərin sadəcə cəfəngiyyat olduğunu vurğuladı:

 

“Qərbi kaspi Universitetinin binadakı bəzi ailələrin evinə əl qoyduğu, bu evləri ələ keçirməsi ilə bağlı uydurma fikirlər də yer alır ki, bunlar da təbii ki, absurddur. Hər kəsə məlumdur ki, Azərbaycan hüquqi bir dövlətdir və bu dövlətdə hər hansı bir qurumun və ya şəxsin başqasına malik əmlakı qeyri-qanuni şəkildə ələ keçirməsi, sadəcə və sadəcə,mümkün deyil.

Məlumat üçün qeyd edim ki, universitetimiz 1995-1997-ci illərdə 8 ailənin evini onların öz müraciəti əsasında alıb. Bu alqı-satqı notarial formada, qanuni alqı-satqı müqaviləsi əsasında həyata keçirilib və bu müqavilələr bu gün də bizdədir. Bu ailələrin bizə müraciət etməsinə səbəb isə onların  mənzillərinin kommunal şəraiti olmayan, qeyri-standart, uyğunlaşdırılmış, darısqal və baxımsız vəziyyətdə olması idi. Buna görə də həmin ailələr evlərini universitetə satmaqla daha geniş və təmirli mənzillərə sahib olmaq istəyirdi. Bu təklif bizim də maraqlarımıza uyğun gəldiyi üçün onu dəyərləndirdik. 8 ev dəyəri ödənilməklə, qarşılıqlı razılıq əsasında universitetə satıldı. Universitet bu 8 ev xaricində heç kimdən ev almayıb. Yəni ortada hər hansı ələ keçirmədən söhbət gedə bilməz və bu, mümkün də deyil”.

 

Alan razı, satan razı, bəs narazılığa səbəb nədir?

 

Etibar Əliyev qeyd edir ki, 8 evin universitet tərəfindən alınmasından sonra həmin binada məskunlaşan 3 ailə də eyni təkliflə universitetə müraciət edib:

 

“Binada yaşayan daha 3 ailə evlərini universitetə satmaq istədiklərini bildirdi. Lakin ehtiyac olmadığı üçün universitet həmin evlərin alınmasına maraq göstərmədi. Bundan başqa, ev sahibləri ilə aparılan ümumi söhbətdən belə anlaşıldı ki, mənzil sahibləri evlərini olduqca yüksək qiymətə təklif edirlər. Məsələn, sahəsi 35-50 kvadrat metr olan ev üçün 1 milyon vəsait tələb olunur ki, bu da yalnız bizim üçün deyil, Azərbaycan reallığı üçün fantastik rəqəmdir.

Başqa bir şikayetçi sakin-xanım özünün ki,ik, he, bir normal şəraiti olmayan mənzilini dəfələrlə universitetə təklif edərək, “Torqovi” küçəsində və ya
Sahil metrosunun yanindakı yeni binada 3-4 otaqlı evin alınıb, tam təmir edilməsini və yetərincə yüksək məbləğin də üstündə verilməsini tələb edir. Bu səbəbdən də universitet həmin evləri almaqdan imtina etdi. Məhz bundan sonra bu evlərin sakinləri universitetlə bağlı şikayətlər, ittihamlar  səsləndirməyə başladı”.

Maraqlı daha bir məqamın şahidi olduq: şikayət edən sakinlərdən biri həyətin bir hissəsini, o cümlədən universitetin pəncərələrinin qarşısını zəbt edərək mənzilini genişləndirib.

 

Xahiş də onlarındır, narazılıq da: Universitet “şlaqbaum müəmması”na aydınlıq gətirdi...

 

Qərbi Kaspi Universiteti ilə bağlı şikayətlərdən biri də universitetin binanın girişinə şlaqbaum qoyması olub. Bu məsələyə də aydınlıq gətirən Etibar Əliyev binanın girişinə şlaqbaum qoyulması təklifinin məhz sakinlərin özlərindən gəldiyini bildirdi:

 

“Universitet binanın girişinə şlaqbaumu məhz sakinlərin özünün xahişi əsasında quraşdırıb və bunun üçün bütün gərəkli vəsait də məhz universitet tərəfindən ödənilib. Şlaqbaum qoyulandan sonra yenə də universitetin vəsaiti hesabına alınan pultlar bu binada yaşayan və avtomobili olan bütün sakinlərə ödənişsiz olaraq paylanılıb.

 

Şlaqbaum qoyulmamışdan öncə bu binada yaşamayan, həyətdən sadəcə dayanacaq kimi istifadə edən çoxlu sayda sürücü burada avtomobil saxlayırdı ki, şlaqbaumun qoyulması ilə bu problem də ortadan qalxdı. Bundan sonra binanın həyətindən yalnız burada məskunlaşan sakinlər istifadə etməyə başladı. Avtomobil sıxlığı və s. kimi narahatlıqlara son qoyuldu. Yəni şlaqbaumun qoyulması universitetlə paralel olaraq, burada məskunlaşan vətəndaşların da işini asanlaşdırdı. Odur ki, indi universiteti şlaqbaum qoymaqda ittiham etmək, bunu özfəaliyyət, yaxud sakinlərə hörmətsizlik, saymamazlıq kimi dəyərləndirmək, yumşaq desək,ədalətsiz yanaşmadır”.

 

 “Universitet sakinlər üçün də az iş görməyib”

 

Məsələ ilə bağlı açıqlama verən Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov da universitet haqqında səslənən ittihamların həqiqətə zidd olduğunu bildirib:

“Qərbi Kaspi Universiteti haqqında səslənən bu iddiaların heç bir əsası yoxdur və bu iddianı dilə gətirənlər dediklərini sübut edəcək hər hansı fakt təqdim edə bilməzlər. Çünki belə bir fakt yoxdur. 8 ailədən satın alınan evlərə gəlincə, bunlar iddia edildiyi kimi, universitet rəhbərinin qohumlarının adına deyil, universitetin adına rəsmiləşdirilib, onun balansına daxil edilib. Sakinlər də universitetimizin həyata keçirdiyi təmir-bərpa işindən az fayda əldə etməyiblər. Nümunə üçün qeyd edim ki, 2002-ci ildə universitet binasının köhnədən qalan, qır çəkilən və keyfiyyət etibari ilə ömrünü başa vuran dam örtüyü müasir dam örtüyü ilə əvəz olunub ki, bu da sadəcə universitetin deyil, həmin sakinlərin damını da əhatə edirdi - Halbuki qonşuların  yaşadığı bina universitet binası ilə qapalı həyət təşkil edirsə də, arxa küçəyə baxan, bir o qədər də tarixi görkəmi olmayan bir binadır və onun damının universitet damına aidiyyəti yoxdur - nəticədə, yağışlı havalarda evlərə su dammasının qarşısını alındı, universitetlə yanaşı, sakinlərin də bu problemi həll olundu. Universitetin daxilindəki meydançaya asfalt örtüyü çəkildi ki, bu da həyəti daha baxımlı və abad etdi.

Bundan  başqa, təmir işləri fonunda binanın su-kanalizasiya sistemi yeniləndi ki, bu, sakinlərin də sözügedən xidmətlərdən yüksək keyfiyyətlə yararlanmasına şərait yaratdı. Bir sözlə, araşdırsanız görərsiniz ki, əslində universitet sakinlər üçün də az iş görməyib və görülən bütün bu işlərin hamısı universitetin öz vəsaiti hesabına reallaşıb. Bir sözlə, yazılarda qərəzli, sanki istədiyini ala bilməyən, universiteti bu qərəzlə təqib edən, faktları öz maraqlarına uyğun təhrif edən jurnalist üslubu açıq-aydın hiss olunur”.

 

“İndi gördüyünüz bu kitabxananın yerində uçmaqda olan çardaq var idi ki...”

 

Mətbuat katibi 2002-ci ildə aparılan təmir-bərpa işləri çərçivəsində binanın bərbad vəziyyətdə olan çardaq hissəsinin də tarixi görünüşünə uyğun şəkildə bərpa edildiyini, orada kitabxana və sinif otaqları yaradıldığını bildirdi:

 

“18 il əvvəl aparılan təmir-bərpa işləri çərçivəsində universitet binasının uçmaqda olan çardağı da tamamilə tarixi formasına uyğun şəkildə bərpa edildi. Həmin çardağın bir hissəsi isə sinif otaqları kimi tələblərimizin ixtiyarına verildi. Başqa sözlə desək, həm tarixi binanın görünüşü bərpa edildi, həm də təlim-tədris üçün daha əlverişli şərait yaradıldı.

Universitetin arxa həyət hissəsində, yaşayış olan binanın zirzəmisində vaxtı ilə Bakı Dövlət Universitetinin arxivi yerləşib, BDU üçün yeni binalar tikiləndə, arxiv də köçdü və qanuni əsaslarla universitetimiz həmin zirzəmini alaraq orada da bərpa təmizlik işləri apardı və kitabxana yerləşdirdi. Burda daim sakitlik hökm sürür, təmizlikdir, bu, başqa nəyinsə fəaliyyət göstərməsindən daha sakit şərait yaradır”.  

 

“Burada tarixən inzibati idarə və qurumlar fəaliyyət göstərib”

 

12 ildən çoxdur ki, universitet binasının komendantı kimi çalışan Gülnarə Hüseynova da Qərbi Kaspi Universitetinin apardığı təmir-bərpa işlərini xatırladı:

 

“Məlumat üçün qeyd edim ki, hazırda binanın universitet yerləşən, təlim-tədris prosesinin aparıldığı hissəsi tarixən heç vaxt yaşayış yeri olmayıb. Yəni burada hər zaman inzibati idarə və qurumlar yerləşib. Yazıldığı kimi, universitetdəki təlim-tədris prosesinin onlara hər hansı formada maneçiliyi də yoxdur. Əksinə, universitetin hesabına bütün binanın kanalizasiya problemi həll edildi, su xətti yeniləndi. Bina və həyəti daha baxımlı və abad hal aldı”.

 

 “Vaxtiylə bura siçovullarla dolu idi, indi isə...”

 

1997-ci ilə qədər sözügedən binada məskunlaşan Fəridə Vəliyeva universitetin tarixi binanın qorunmasında, abadlaşmasında mühüm rol oynadığını təsdiqlədi:

 

“Mən 1997-ci ilə qədər bu binada yaşamışam. O zaman buralar olduqca pis vəziyyətdə idi. Zirzəmiyə çirkab sular yığışar, ətrafa üfunət qoxusu yayılardı. Vaxtiylə bura siçovullarla dolu idi. Aparılan abadlıq işləri sayəsində bütün bu problemlər ortadan qalxdı. Bu gün zirzəmidə tələbə-müəllim kontingentinin tələblərinə cavab verən bufet fəaliyyət göstərir. Bina öz tarixi simasını bərpa edib. Buna görə də binanın tarixi görüntüsünün pozulması, onu görkəminə xələl gətirilməsi ilə bağl ıdeyilənlərlə əsla razı deyiləm”.

 

MİS rəisi: “Binanın qəzalı vəziyyətdə olması, tarixi görkəminin korlanması fikri ilə razı deyiləm”

 

Saytımıza açıqlama verən Bakı şəhər Səbail rayonu 8 saylı mənzil istismar sahəsinin rəisi  Faiq Qarayev binanın guya qəzalı vəziyyətdə olması ilə bağlı səslənən fikirlərin həqiqətə zidd olduğunu vurğuladı:

 

“Qərbi Kaspi Universitetinin yerləşdiyi tarixi binanın qəzalı vəziyyətdə olması ilə bağlı səslənən fikirlər tamamilə əsassızdır. Bina qəzalı vəziyyətdə deyil. Əsası 1905-ci ildə qoyulan üçmərtəbəli bu binada sovet dönəmində də təhsilə aid müəssisələr yerləşib. Əvvəllər binanın həyət tərəfdəki hissəsində Bakı Dövlət Universitetinin arxivi yerləşirdi. Etiraf etmək lazımdır ki, universitet bu binanın təmir edilməsi, abadlaşdırlması baxımından çox iş görüb. Binada, o cümlədən yaşayış olan arxa binanın qır çəkilən damı universitetin hesabına müasir dam örtüyü ilə əvəzlənib. Həyətdə bir sıra abadlıq işləri görülüb. Uçan pilləkən bərpa edilib. Binanın içəri fasadında görülən işlər əlaqədar dövlət qurumları tərəfindən razılaşdırılıb və binanın tarixi görünüşünə, memarlıq quruluşuna uyğun şəkildə həyata keçirilib. Başqa sözlə desək, universitetin xidmətlərini, gördüyü işləri inkar etmək olmaz... Orada bəzi sakinlər evlərini çox baha qiymətə satmaq istəyirlər. Lakin universitet və digər qurumlar da həmin qiymətə bu mənzilləri almaq istəmirlər. Ona görə də sakinlər narazılıq edib, şikayətlənirlər...”

 

Fikirlər yanılda bilər, amma faktlar əsla...

 

Göründüyü kimi, Qərbi Kaspi Universitetində müşahidə etdiklərimiz universitetlıə bağlı səslənən iddiaların əsassız olduğunu sübut edir. Öz gördüyümüz, şahid olduğumuz nüanslarla yanaşı, universitet rəhbərliyinin təqdim etdiyi çoxsaylı sənədlər, fotolar Qərbi Kaspi Universitetinin tarixi binaya qəsd etməsi, vətəndaşların evlərini qanunsuz ələ keçirməsi ilə bağlı iddiaların hər cür faktdan məhrum əsassız fikirlər olduğunu üzə çıxardı. Və gördüklərimiz bizi bir daha fikirlərə deyil, faktlara, sübutlara istinad etməyin vacibliyini xatırlatdı və bu məşhur həqiqəti yada saldı: “Fikirlər yanılda bilər, amma faktlar əsla...”

 

Sonda qeyd etməliyik ki, Qərbi Kaspi Universitetinin yerləşdiyi tarixi binada müvafiq dövlət təşkilatları tərəfindən universitetin vəsaiti hesabına həyata keçirdiyi bərpa və abadlıq işləri bu binanın tarixiliyinə, ilkin-əzəli görünüşünə nəinki xələl gətirməyib, əksinə, bu binanı həqiqətən də xalqımıza yenidən qazandırıb. Çünki universitet tərəfindən binanın bünövrəsinin möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülüb ki, bu da bir əsrdən çox yaşı olan binanın bundan sonra da bütün əzəməti ilə ayaqda qalmasına, təhsil müəssisəsi kimi minlərlə gəncə elm və aydınlıq bəxş etməsinə imkan verəcək. Və biz tariximizin bir hissəsi olan bu binaya sahib çıxdığı, onu qoruduğu və möhkəmləndirdiyi üçün Qərbi Kaspi Universitetinə yalnız və yalnız təşəkkür edə bilərik...

 

Seymur ƏLİYEV

Moderator.az





Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? -  <i style=REPORTAJ" src="//moderator.az/fotobaza/original/14889.jpg">Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? -  <i style=REPORTAJ" src="//moderator.az/fotobaza/original/14890.jpg">Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? -  <i style=REPORTAJ" src="//moderator.az/fotobaza/original/14891.jpg">Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? -  <i style=REPORTAJ" src="//moderator.az/fotobaza/original/14892.jpg">Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? -  <i style=REPORTAJ" src="//moderator.az/fotobaza/original/14893.jpg">Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? -  <i style=REPORTAJ" src="//moderator.az/fotobaza/original/14894.jpg">Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? -  <i style=REPORTAJ" src="//moderator.az/fotobaza/original/14895.jpg">Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? -  <i style=REPORTAJ" src="//moderator.az/fotobaza/original/14896.jpg">Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? -  <i style=REPORTAJ" src="//moderator.az/fotobaza/original/14897.jpg">Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? -  <i style=REPORTAJ" src="//moderator.az/fotobaza/original/14898.jpg">Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? -  <i style=REPORTAJ" src="//moderator.az/fotobaza/original/14899.jpg">Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? -  <i style=REPORTAJ" src="//moderator.az/fotobaza/original/14900.jpg">
Oxşar xəbərlər
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
GÜNLÜK
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 12:04
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
28 Mar 2024 | 12:02
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
28 Mar 2024 | 12:08
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 12:04
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
28 Mar 2024 | 12:02
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
28 Mar 2024 | 12:08
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət