Fərhad Əliyevə Mədət Quliyev təzyiq edib?
Məlum olduğu kimi 2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş sabiq iqtisadi inkişaf naziri professor Cəmil Həsənlinin prezident seçkisində Milli Şuranın namizədi seçilməsinə toxunaraq belə bəyanat verib: “Cəmil Həsənli mənim həmyerlim, uzaq qohumumdur və eyni zamanda hüquqlarımı müdafiə komitəsinin sədridir. Cəmil Həsənliyə çox böyük hörmətim var, mənim üçün çəkdiyi əziyyətlərinə görə ona minnətdaram. Bununla belə, prezident seçkisində yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum cənab İlham Əliyevə inanıram və onu dəstəkləyirəm”.
"Bizim Yol" qəzeti isə yazır ki, sabiq nazir bu bəyanatı təzyiq altında verib. Belə ki, Cəmil Həsənlinin prezidentliyə namizədliyi irəli sürüləndən dərhal sonra Pentensiar Xidmətin rəisi Mədət Quliyev sabiq nazirin cəza çəkdiyi müəssisəyə gəlib. Əvvəlcə Fərhad Əliyevə Cəmil Həsənli əleyhinə bəyanata imza atmağı tələb edən Mədət Quliyev sabiq nazirin etirazından sonra güzəştə gedib. Mənbə bildirir ki, M.Quliyev F.Əliyevə təzyiq üçün bir müddət əvvəl ondan götürülən qanunsuz mobil telefonla bağlı açıq qalmış sənədi xatırladıb. Yenidən cinayət məsuliyyətinə cəlb ediləcəyindən ehtiyyatlanan F.Əliyev bu bəyanatı yazmalı olub. P.S Növbəti sayımızda Penitensiar Xidmətin bu xəbərlə bağlı mövqeyini dərc etməyə çalışacağıq.









