Qüdrət Həsənquliyev: “Onların Putinə yazdıqları məktubu oxuyanda xəcalət çəkdim"
Oxunub: 6541
26 Aug 2013 | 19:19
Qüdrət Həsənquliyev: “Onların Putinə yazdıqları məktubu oxuyanda xəcalət çəkdim
 
  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib.  Moderator.az  həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, bu prezident seçkilərini digərlərindən fərqləndirən cəhətlərdən biri də namizədlərin sayının kifayət qədər çox olmasıdır. Yaranmış vəziyyəti necə dəyərləndirisiniz?

- Prezidentliyə namizədliyini irəli sürən şəxslərin sayının çox olmasını normal qəbul edirəm. Azərbaycan Respublikasının Konstitusiyasında prezidentliyə namizədlərlə bağlı müəyyən tələblər var və bu tələblərə uyğun gələn istənilən Azərbaycan vətəndaşı öz namizədliyini irəli sürə bilər, yaxud onun namizədliyi təşəbbüs qrupu, siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən irəli sürülə bilər. Amma doğrusu, mən inanmıram ki, sənədlərini Mərkəzi Seçki Komissiyasını təqdim edən şəxslərin hamısı namizədliklərinin müdafiəsi üçün gərəkli olan 40 imzanı toplaya bilsinlər. Bunu öz təcrübəmizdən çıxış edərək deyirəm. BAXCP Azərbaycanın əksər bölgələrində kifayət qədər tərəfdarı və formalaşmış strukturları olan partiyadır. Buna baxmayaraq, partiyanın ayrı-ayrı rayon, şəhər təşkilatları və tərəfdarlarımız imzatoplama kampaniyası zamanı kifayət qədər problemlərlə qarşılaşırlar. Çünki insanlar bu kampaniyaya həvəslə qoşulmurlar. Bu baxımdan seçkilərdə fərdi qaydada iştirak edən, eləcə də ciddi təşkilati strukturları olmayan qurumları təmsil edən şəxslərin bu işin öhdəsindən gələ biləcəklərinə şübhə ilə yanaşıram.

- Namizədliyinizin müdafiəsi ilə bağlı imzatoplama kampaniyası necə gedir? Hər hansı bir qanun pozuntusu ilə qarşılaşmısınızmı?

- Seçki kampaniyasının gedişi ilə bağlı isə onu deyə bilərəm ki, bu günədək qanun pozuntusu ilə qarşılaşmamışıq. Kütləvi informasiya vasitələrində seçkilərdə iştirak edən digər şəxslər və partiyalara münasibətdə də hər hansı bir qanun pozuntusuna yol verildiyi barədə informasiyaya rast gəlməmişəm. BAXCP-nin üzvləri Azərbaycanın əksər rayonlarında müvafiq seçki dairələri üzrə imzatoplama kampaniyasına başlayıblar. Verilən son məlumata görə əksər rayonlarda imzatoplama kampaniyası başa çatmaq üzrədir. Artıq imza vərəqələrinin bir hissəsi partiyanın seçki qərargahına təqdim olunub. İmzaların toplanılması üçün partiyanın müəyyənləşdirdiyi son tarix sentyabrın 2-də başa çatır. Bundan sonra isə təxminən 2-3 gün müddətində imza vərəqələri seçki qərargahında yoxlanılacaq və prezidentliyə namizədin qeydə alınması üçün tələb olunan digər sənədlərlə birgə Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. Hesab edirəm ki, bizim imza toplayan partiya üzvləri kifayət qədər məsuliyyətli və təcrübəli şəxslərdir. Şübhəsiz ki, azsaylı səhvlərin olması da mümkündür. Amma əminəm ki, qanunvericiliyin tələblərinə cavab verən ən səliqəli imza toplayan və təhvil verənlərdən biri də biz olacağıq. Bu baxımdan, düşünürəm ki, partiyanın seçkilərə qatılması üçün hər hansı bir problem yaranmayacaq. Təbliğat kampaniyası başladıqdan sonra isə, BAXCP yenə də fərqli bir seçki texnologtyası ilə çıxış edəcək. Çalışacağıq ki, seçkilərdə ciddi mübarizə aparaq, öz ideyalarımızı, fikirlərimizi Azərbaycan cəmiyyətinə çatdıraq.

- Qüdrət bəy, bildiyiniz kimi Milli Şura artıq özünün ehtiyat namizədini müəyyənləşdirib. Amma yaranmış vəziyyət onu göstərir ki, Cəmil Həsənli Milli Şuranın ehtiyat yox, əsas namizədi kimi seçkilərdə iştirak edəcək”¦

- Hələ İctimai Palata vahid namizəd məsələsini müzakirə edəndə bildirmişdim ki, onlar üçün ən uğurlu namizədlər Cəmil Həsənli və ya Ərəstun Oruclu ola bilər. Yəni, bu şəxslərin namizədliklərinin üzərində dayansalar daha çox səs toplaya bilərlər. Bununla yanaşı, bu şəxslərin də seçkilərdə qalib gəlmək şanlarının olmadığını söyləmişdim. Eyni zamanda qeyd etmişdim ki, Cəmil Həsənli və Ərəstun Oruclu həmin düşərgənin digər təmsilçiləri ilə müqayisədə daha çox səs toplaya və növbəti mərhələ üçün özlərini bir siyasi güc kimi qoruyub saxlaya bilərlər. Çox təəssüf ki, o zaman mənim məsləhətimə qulaq asmadılar. Mənim açıqlamamdan sonra Ərəstun Orucluya qarşı xoşəgəlməz, iyrənc bir kampaniya başladıldı. Ərəstun Oruclu da necə bir bataqlığa düşdüyünü gördü, ətrafındakı insanların nə qədər qeyri-səmimi olduqlarını anladı və o düşərgədən uzaqlaşdı. İndi özü müstəqil namizəd kimi seçkilərə qatılıb. Cəmil Həsənlinin namizədliyini isə çox urvatsız bir şəkildə irəli sürdülər. Həm də İctimai Palatanın yox, Milli Şuranın namizədi kimi”¦ Və bu o zaman baş verdi ki, Milli Şura artıq Rusiyanın layihəsi kimi ifşa olunmuşdu. Siz bilirsiniz ki, Putinin Azərbaycana səfərinədək Milli Şuranın bütün siyasəti məhz Rusiya faktoru üzərində qurulmuşdu. Belə bir fikir aşılanırdı ki, Rusiya İlham Əliyevi növbəti dəfə prezident kimi görmək istəmir, buna görə də Rusiya Azərbaycanda hakimiyyəti dəyişəcək və onlar da hakimiyyətə gələcəklər. Putinin səfərindən sonra isə onlar çox sarsıdıcı bir iflas prosesi yaşadılar. Bundan sonra Milli Şuraya daxil olan partiyalar, o cümlədən İsa Qəmbər və Əli Kərimli seçkilərdə iştirakın mənasız olduğunu başa düşüb geri çəkildilər. Və çox urvatsız bir şəkildə Cəmil Həsənlinin namizədliyinin üzərində dayandılar. İndi isə nəinki Cəmil Həsənli, dünyanın bütün siyasi texnoloqları yığışsa da Milli Şuranı düşdüyü acınacaqlı durumdan, iflasdan xilas etmək mümkün olmayacaq. Əvvəla, mən daha öncə demişdim ki, Cəmil Həsənli, yaxud Ərəstun Oruclu, yəni adıçəkilən bu şəxslərdən biri İctimai Palatanın namizədi olarsa onlar nisbətən daha çox səs ala bilərlər. İndi isə onların hər ikisi seçkilərə qatılıb və bu da səslərin parçalanması deməkdir. Digər tərəfdən, Cəmil Həsənlinin namizədliyi daha öncə qeyd etdiyim kimi, Milli Şura iflasa uğradıqdan, bu qurumun Rusiyanın manipulyativ və uzaq strateji hədəfi olmayan layihəsi olduğuna şübhə qalmadıqdan sonra irəli sürüldü ki, bu da artıq onun milli güc kimi dəstək ala biləcəyinə ciddi şübhə yaradır. Əgər Cəmil Həsənli Milli Şuranın ifalasından sonra seçkilərə müstəqil namizəd kimi qatılsaydı daha çox səs qazana bilərdi. İndiki halda isə Cəmil Həsənlinin özü də, onun namizədliyini irəli sürənlər də Milli Şuranın prezidentliyə namizədinin bu seçkilərdə bir vasitə kimi iştirak edəcəyini etiraf edirlər. Yəni Cəmil Həsənli seçkilərə hakimiyyəti alıb Milli Şuradakı partiyalara ötürmək kimi bir missiya ilə görəvləndirilən şəxs kimi, vasitə kimi qatılır. Əgər o namizədliyini müstəqil şəkildə irəli sürsəydi və bəyan etsəydi ki, mən gələcəyəm və 5 il müddətində bu dövləti idarə edəcəyəm, bu təbii ki, onun namizədliyinin daha ciddi qəbul edilməsinə zəmin yaradardı. Amma indi Cəmil Həsənlinin seçkilərdə iştirakı 2 illik keçici bir dönəmə hesablanıb. Buna görə də, hətta Cəmil Həsənliyə şəxsi simpatiyası olan insanlar da onun seçkilərə Yusif Sərrac missiyası ilə qatıldığını yaxşı başa düşürlər. Amma bütün hallarda Milli Şuranın vahid namizədi əgər seçicilərin 1-2 faizinin səsini ala biləcəksə bunun yarısından çoxu Cəmil Həsənlinin cəmiyyətdə bir alim kimi tanınmasına görə, onun özünə görə olacaq. Milli Şuraya daxil olan partiyalara görə bu qurumun vahid namizədinin heç 1 faiz səs almaq imkanı belə yoxdur. Milli Şuraya daxil olan partiyalar bəyan etmişdilər ki. onların hər birinin Bakı şəhərində 5-6 min üzvü var. Əgər bunun real olduğunu qəbul etsək, o zaman belə anlaşılır ki, bu partiyaların üzvləri belə onları dəstəkləmirlər. Bunu sonuncu mitinq də sübuta yetirdi. Həmin mitinqdə Milli Şuradakı partiyaların funksionerlərindən özgə demək olar ki, heç kim iştirak etmirdi. Hətta bəzi partiyaların funksionerləri belə tam tərkibdə mitinqə qatılmamışdılar. Baxmayaraq ki, həmin şəxslər partiya rəhbərliyindən maaş alırlar. Bütün bunlardan sonra, həmin partiyaların siyasi güc mərkəzi kimi mövcudluqları ciddi şübhə doğurur.

Onlar isə mənim bir müddət öncə dediklərimin üzərinə gəldilər. Amma çox gec və uğursuz bir şəkildə”¦

Yenə də onlara məsləhət görürəm ki, öz vahid namizədlərinə seçkidən sonra təzyiq etməsinlər və ona qarşı «seçkilərin nəticələrini tanıma», «seçilmiş prezidentin legtimliyini şübhə altına al» kimi mənasız və heç bir perspektiv vəd etməyən tələblər irəli sürməsinlər. Əksinə yaxşı olar ki, seçilmiş prezidenti təbrik etsinlər, ölkənin və cəmiyyətin inkişafı naminə əməkdaşlıq təklifində bulunsunlar. Radikal mövqedən əl çəksinlər. Çünki radikallıqla cəmiyyətdə heç nəyi dəyişmək mümkün deyil. Cəmiyyət o zaman dəyişikliyə gedir ki, onun özü buna hazır olsun. Belə olacağı və liderlərini dəyişəcəkləri təqdirdə növbəti mərhələdə nəyə isə nail ola bilərlər. Yaxşı olar ki, Milli Şuraya daxil olan partiyalar bir siyasi təşkilatda birləşsinlər və Cəmil Həsənli də həmin təşkilatın sədri olsun. Bu ideyanı qəbul edərlərsə növbəti parlament seçkilərində onların parlamentdə təmsil olunmaq imkanları yarana bilər. Amma Milli Şura ilə bağlı yaranmış vəziyyət bu qurumdakı partiya sədrlərinin nə qədər səriştəsiz, məsuliyyətsiz və qabiliyyətsiz davrandıqlarını ortaya çıxartdı. Bu vəziyyət onların bu günə kimi özlərinə xitabən bəyan etdikləri «mili qüvvə», «mili-demokratik qüvvə» iddialarının da nə qədər puç və əsassız olduğunu sübuta yetirdi. Rusiyadan, İrandan dəstək gözəmək, həm də demokratiyanın inkişafı istiqamətində dəstək gözləmək, onların dəstəyilə Azərbaycanda hakimiyyətə gəlməyi düşünmək, bu istiqamətdə fəaliyyətə qoşulmaq və eyni zamanda «mili demokratik qüvvə» adına iddia etmək qədər təzadlı düşüncəyə, ziddiyyətli mövqeyə rast gəlmək mümkün deyil. Baş verənlər sübuta yetirdi ki, bu adamlar nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək, həm də öz ölkələrində dəhşətli rejim yaratmış insanların dəstəyilə iqtidara yiyələnmək istəyirlər. Burada heç bir millilikdən, demokratik düşüncədən söhbət gedə bilməz. Sözün doğrusu, onların Putinə yazdıqları məktubu oxuyanda xəcalət çəkdim. Elə bil bu məktubu Putinə yox, Nelson Mandelaya yazıblar”¦ Bununla da özlərini tamilə ifşa etdilər.

Yaxşı olar ki, çətin də olsa özlərində güc tapıb öz partiya yoldaşlarına sonuncu yaxşılıqlarını etsinlər: Üsulu siyasətdən getsinlər.
Oxşar xəbərlər
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
GÜNLÜK
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır