\"Azərbaycan həmin tikintiyə razılıq verəndən sonra Ermənistanla danışıqlar aparıldı və...\"
Oxunub: 8849
24 May 2020 | 10:04
\
Moderator.az İranın Azərbaycanda keçmiş səfiri, politoloq Əfşar Süleymaninin yenisabah.az-a müsahibəsini təqdim edir: 
- Əfşar bəy, İran koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələrdən biridir. Bunu infeksiyanın İranı hazırlıqsız yaxalaması ilə yanaşı, pandemiyaya qarşı mübarizənin effektiv aparılmaması ilə izah edənlər də var. Siz bu barədə nə düşünürsünüz?

- Hər halda İran dövləti koronavirus pandemiyasına qarşı bir sıra tədbirlər həyata keçirdi. Hesab edirəm ki, ümumi götürdükdə İranın koronavirusa qarşı mübarizəsi pis deyildi. Burda bir məsələ də var. Bu bəlaya qarşı mübarizədə vətəndaşlar da fəal olmalı, dövlətə kömək etməlidir. Onlar qaydalara riayət etməli, sağlamlıqlarının qorunması üçün lazım olan tədbirləri görməlidir. İranın daxilində vəziyyət çox fərqli idi. Amma hər halda İran pandemiyanı lokallaşdırmaq üçün müəyyən işlər gördü. Təbii ki, nöqsanlar da var idi. Bəzi şəhərlərdə yoluxma çox, bəzilərində lap az olmuşdu. Karantin qaydaları bir az gec elan olundu və bunula bağlı da tənqidlər mövcud idi. 

- Bəzi ölkələrdə artıq pandemiya lokallaşdırılıb. Hətta özünü qalib hesab edənlər də var. Sizcə, İran bəşəriyyəti təhdid edən bu bəla ilə mübarizədən qalib çıxa bildimi?

- Bəli. Hesab edirəm ki, İran bu məsələdə qalib çıxıb. Doğrudur, problem tam olaraq həll olunmayıb. Bu digər ölkələrdə də belədir. Amma vəziyyət əvvəlkindən xeyli dərəcədə fərqlənir. Əgər əvvəllər kütləvi yoluxma və ölüm halları var idisə, indi artıq belə deyil. Yoluxma və ölüm halları kəskin şəkildə azalıb. 

Virusa tam qalib gəlmək üçün vaksin hazırlanmalıdır. İndi dünya bununla məşğuldur. Digər tərəfdən bu bəlanın kökü axtarılır. Necə yaranıb, təbii prosesdir, yoxsa süni şəkildə yaradılıb və s. bu kimi suallara cavab axtarılır. Müxtəlif iddialar, mülahizələr səsləndirlir. ÜST də bu virusun nə zaman bitəcəyi haqda da konkret vaxt deyə bilmir. Ona görə də qələbə hələ tam əldə edilməyib.

- Koronavirus pandemiyasından sonra dünya düzəninin dəyişəcəyi barədə müxtəlif mülahizələr irəli sürülür. Bu mülahizələri bölüşürsünüzmü və İranı gözlənilən dəyişikliklərə hazır hesab edirsinizmi?

- Post-koronavirus dövründə dünyanın dəyişəcəyi barədə çox fikirlər səsləndirlir, proqnozlar verilir. Müəyyən dəyişikliklər əlbət olacaq. Xüsusilə, dünya artıq başa düşür ki, siyasi, hərbi, iqtisadi məsələlərdən başqa insanların sağlamlığı da önəmlidir. Eyni zamanda koronavirus göstərdi bəşəriyyət gözlənilməz təhdidlərə açıqdır. Yəni, qəfildən insanlıq üçün ciddi təhlükə yaran bilər. Ona görə də elmin, texnologiyanın, səhiyyənin inkişafı prioritet olmalıdır. 

Amma beynəlxalq münsaibətlər sistemində hələ ki, əhəmiyyətli dəyişiklik yoxdur. Yenə də güc faktoru əsas götürülür. Pandemiya dövründə ABŞ-ın İrana, Çinə qarşı atdığı addımlara baxın. Halbuki indiki dövrdə qlobal həmrəylik nəticəsində koronavirus təhdidindən qurtula bilərik. 

İndinin özündə antivirusun tapılması uğrunda da rəqabət gedir, əməkdaşlıq o qədər də ciddi deyil. Bu məsələlər göstərir ki, beynəlxalq aləmdə əsas məsələ gücdür. Bundan başqa gözlənilməz təhdidlərə qarşı ola bilər ki, ümumi bir fond yaradılsın, bu tipli halla qarşılaşanda dünya hazırlıqlı olsun. Həmçinin sığorta məsələləri də önə çıxa bilər. 

Koronavirusdan sonra mənim fikrimcə beynəlxalq aləmdə hansı ölkə güclüdürsə o öz gücünü saxlayacaq. Əgər indiyə kimi olan strategiyalar və ya rəhbərlikləri dəyişilməsə, ədalət məsələləri önə çıxmasa böyük dəyişiklik olmaya bilər. Yəni fikir və düşüncələr dəyişməlidir. Eyni zamanda əməkdaşlıq güclənməlidir. Amma düşünürəm ki, bu olsa belə zaman keçdikcə yenə də siyasi, iqtisadi, texnoloji və həmçinin səhiyyə sahələrində rəqabətlər daha da güclənəcək. Eyni zamanda hərbi rəqabət də öz ağırlığını saxlayacaq.    

- Koronavirusla bağlı müstəqil təhqiqatın aparılması gündəmə gəlib. İranın bu məsələdə mövqeyi barədə nə deyə bilərsiniz?

- Əlbəttə, bu məsələ ilə bağlı təhqiqata ehtiyac var. Bu müstəqil şəkildə də ola bilər. Amma elə ölkələr var ki, onun müstəqil təhqiqat aparmaq imkanları məhduddur. Dünya ölkələrinin elmi və texniki potensialı eyni deyil. Ona görə də təhqiqatın birgə aparılması daha səmərəli ola bilər. Olsun, müstəqil təhqiqat da aparılsın. Bu təhqiqatların nəticələri təhlil edilsin və nəhayət, bu bəlanın kökü tapılsın. Fikrimcə, bu təhqiqatlar beynəlxaql təşkilatların, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti aparılsa daha yaxşı olar. Bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, Çin müstəqil təhqiqata razılıq vermir. 

Hər halda görünən budur ki, bu məsələ bir qədər uzanacaq. Hesab edirəm ki, istər koronavirusla bağlı təhqiqatlar, istərsə də infeksiyaya qarşı mübarizə birgə aparılmalıdır.

- Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə gərginlik yaranıb. Doğrudur, bununla bağlı Bakı və Tehran arasında saziş imzalanıb. Amma Azərbaycan cəmiyyəti erməni faktorunu əsas gətirərək bu layihənin dayandırılmasına çağırışlar edir. Sizin bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Bu məsələ barədə İran və Azərbaycan tərəfi araında razılıq əldə olunanda mən öz ölkəmin Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışırdım. Yəni, o zaman hələ Azərbaycana səfir göndərilməmişdim. Bu məsələ bizim nəzarətimiz altında idi. Aydındır ki, həmin ərazilər Azərbaycanındır və işğal altınadır. 

Əslində söhbət belə oldu ki, onsuz da işğal altında olan bu torpaqlar Azərbaycana qaytarılmalıdır. O zaman Azərbaycan da bu layihədən bəhrələnəcək. Yəni, Azərbaycan tərəfi əslində bu məqsədlə razılıq verdi. Daha sonra erməni tərəfi ilə danışıqlar aparıldı və beləliklə, layihənin icrasına başlanıldı.
Oxşar xəbərlər
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:21
"Biz Rusiya xalqını qətlə yetirəcəyik" - "Xorasan İslam Dövləti"
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 18:52
Rusiya XİN: Bakı və İrəvan mübahisələri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməlidir
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:21
"Biz Rusiya xalqını qətlə yetirəcəyik" - "Xorasan İslam Dövləti"
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 18:52
Rusiya XİN: Bakı və İrəvan mübahisələri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməlidir