Nüşabə Ələsgərli: \"Müğənnilər pullarını hara xərclədilər ki, indi əşyalarını satırlar?”
Oxunub: 1819
22 May 2020 | 10:56
Nüşabə Ələsgərli:  \
“Yaxşı filmə dəvət etsələr, hətta həmin filmi maliyyələşdirərəm”
Məlum olduğu kimi, may ayının 18-dən etibarən bir çox sahələrin fəaliyyəti yenidən bərpa olundu, bəzi qadağalar aradan qaldırıldı. Lakin toy və yas məclisləri ilə bağlı qadağalar qüvvədə qalmaqdadır. Bununla da əsas qazancı toylardan çıxan bir çox müğənnilər artıq müflisləşib, pulsuz qaldıqlarnı bəyan edirlər.

Bəs əməkdar artist Nüşabə Ələsgərli bu vəziyyətdən necə çıxmağa çalışır? Pandemiya müğənninin maddi və mənəvi durumuna necə təsir edib?

Musavat.com-un əməkdaşı bu və digər suallarla əməkdar artistə müraciət edib.

Müsahibəni təqdim edirik:

 - Günləriniz necə keçir?

- Yaxşı, normal, hər şey qaydasındadır.

- Yəqin ki, daha çox evdə vaxt keçirirsiniz.

- Demək olar ki, bəli.

- Bir neçə gün öncə icazə ilə evdən çıxma qaydası ləğv edildi. Evdən çölə çıxıb, şəhər gəzintisinə çıxdınızmı?

- Mən daha çox evdə qalmağı xoşlayıram, yəni çox da çölə çıxmağa həvəsli biri deyiləm. Amma hər kəs kimi biz də şəhərə çıxdıq. Şəhər üçün çox darıxmışdıq.

- Şəhərdə nələrin dəyişdiyini müşahidə etdiniz?

- Əvvəlki kimi olmasa da, şəhər bir qədər özünə qayıdış etmişdi. Amma hər şey əvvəlki tək deyildi. Hiss olunurdu ki, insanlar bir-birinə çox maraqla, diqqətlə baxırdı, sanki hər kəs insanları görmək üçün darıxıb.

- Sizcə, pandemiya daha nələri dəyişdi?

- Çox şeyləri dəyişdi... Birinci özümdən götürüm, şəxsən mən evə daha çox bağlandım. Bir daha qeyd edirəm ki, əvvəldən evdə qalmağı çox sevirdim, yalnız zərurət olanda və ya məcbur qalanda evdən çıxırdım. Məsələn, indi icazə almadan gəzintiyə çıxa, istədiyim yerə gedə bilərəm, amma getmirəm.

Evdə qalaraq, yeni yeməklər, reseptlər, dadlı şirniyyatlar bişirməyi öyrəndim. Əvvəl də evdə yeməklər bişirirdim, amma indi daha çox şey öyrəndim. Doğrudur, öyrənmək üçün indi bir az gecdir (gülümsəyir), amma ruslar demiş, “luçşe pozje, çem nikoqda”.

İnsanlara gəldikdə isə hiss olundu ki, bəziləri daha çox Allaha tərəf gəlməyə başladı. Bəziləri isə elə öz köhnə peşələrində qaldılar, onlar düzələn deyillər. Beləliklə, bəzi insanlar anladılar ki, bu dünya fanidir, bir az adam olmaq lazımdır.

- Bəziləri hələ də bu pandemiyanın “bir oyun” olduğuna inanır. Bu müddət ərzində siz necə düşündüz?

- Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva bu haqda çox gözəl demişdi ki, “bu, həqiqətən də müharibədir. Sözün əsl mənasında, gözəgörünməz düşmənlə müharibə”. Eləcə də Bill Qeyts bəyan etmişdi ki, “artıq müharibələr əvvəlki kimi raket və tanklarla, bombalarla deyil, başqa cür olacaq. Və bu proses tədricən, mərhələlərlə baş verəcək”. Beləliklə, düşünürəm ki, bu, virus müharibəsidir. Biz artıq birinci mərhələni keçmişik. Bu mərhələ sanki sınaq idi, sınadılar, yoxladılar, iqtisadi məsələləri həll etdilər. Heç bir zaman müharibələr tələfatsız olmur. Düşünürəm ki, ikinci mərhələdə insan itkisi olacaq. Bu bir oyun deyil. Bu, müharibədir, özü də ciddi müharibə və buna zarafatla yanaşmaq olmaz. Əgər dövlət başçıları deyirsə ki, “evdə qalın”, demək ki, evdə qalmaq lazımdır.

- Bəs maddi durumunuz necədir? Həmkarlarınızın əksəriyyəti bildirir ki, maddi durumları yaxşı deyil, müflisləşirlər, hətta bəziləri evinin əşyalarını satmağa başladığını deyir.

- Əvvəllər xalqımız müğənnilərin üstünə çox gedirdilər ki, “çox qazanırlar” və sairə. Müğənnilər əslində may ayında işləmirdilər. Yanvar-fevral ayında çox zəiflik olurdu, həmçinin tariximizdə qara günlər var ki, həmin günlərdə, Ramazan ayında, iki ay Məhərrəmlik ayında işləmirdilər. Ümumi sayanda ilin 6 ayını işləyib, 6 ayında işsiz qalırdılar. İndi 2 aydır ki, toylar dayanıb, həmçinin Ramazan ayı daxil olub. Yəni onu demək istəyirəm ki, bu vəziyyət müğənnilər üçün yenilik deyildi. Bəs onda niyə evinin əşyalarını satırlar, bilmirəm? Bir daha qeyd edirəm ki, biz bu vəziyyəti onsuz da əvvəllər də yaşayırdıq, burada təzə nə var idi ki?

Şəxsən mənim yemək və kommunal xərclərdən başqa digər yerlərə xərcim çıxmayıb. Ona görə başa düşə bilmirəm ki, müğənnilər pullarını hara xərcləyiblər? Bunlar nə yeyib, nə içdilər ki, pulları qurtardı? Axı salonlar işləmirdi, yeni paltar almağa ehtiyac yoxdur, çıxıb gəzmirdilər ki, benzinə ehtiyac yaransın, yeni mahnı yazmırdılar, çünki aranjimanla əlaqədar olan hər yer bağlı idi. Lap yeni paltar alıbsalar da, onu hara geyinəcəkdilər? Həmçinin bu müddət ərzində ev, maşın almayıblar. Pul yalnız yeməyə, kommunal xərclərə gedib. Bir də ki, hər kəsin evində 5-3 manat pulu olur axı.

Bu müddət ərzində ən çox əziyyət çəkənlər günəmuzd işləyənlər oldu, hansı ki, gündəlik 5-10 manat üçün çalışırdılar. Bəli, onların işi çox çətin oldu, pulsuz qaldılar. Amma bizdə o cür vəziyyət deyildi axı, hər halda, hər kəsin evində 5-3 manat pulu olur. İkinci bir tərəfdən, bəziləri dedi ki,  “camaata yardım etdik, ona görə indi də özümüz pulsuz qalmışıq”. Hansı anormal adam evindəkiləri “silib-süpürüb”, aparıb yardıma verər? Əlbəttə ki, heç kəs. Mən də yardım etmişəm. Amma evimdə olanı sona qədər bitirməmişəm axı. Gücüm nəyə çatıb, onu etmişəm. Etdiyim yardımları da öz pulumla həyata keçirmişəm. Bəzən məni qınadılar ki, “hamı yardım etdi, sən etmədin”. Bəzi bədxahların ağzını yummaq üçün etdiyim yardımları çəkmişəm, amma paylaşmamışam, sadəcə, telefonumda arxiv olaraq qalıb. Digər tərəfdən, bildiyiniz kimi, mən universitetdə pedaqoq kimi işləyirəm və həmin universitetdən aldığım maaş mənə bəs edir. Hələ üstəlik, mən bacımın ailəsini də saxlayıram. Beləliklə, bugünlərdə evimdə olan puldan insanlara yardım etdim, maaşımla həm öz, həm də bacımın ailəsini dolandırdım, bir sözlə, hər şeyi ötüşdürə bildim. İnsan gərək ekonomist olsun.

- Maraqlıdır ki, “pulumuz qurtarıb” deyə “ağlayan” müğənnilər əsasən tez-tez efirlərdə villalarını, bahalı maşınlarını nümayiş etdirənlər oldu...

- Gəlin açıq etiraf edək ki, villasını, evini nümayiş etdirən müğənnilərin günahı yoxdur. Məsələn, elə verilişlər var ki, ev verilişi olur və aparıcı məcbur edir ki, müğənni evinin hər tərəfini göstərsin. Aparıcını evə buraxanda, camaat evinə baxıb söz edir, buraxmayanda da aparıcı inciyir. Şəxsən mən heç vaxt evimdə çəkilişə icazə verməmişəm. Buna görə dəfələrlə aparıcılar məndən küsüb.

Amma o ki qaldı müğənnilər bildirir ki, “daha pulumuz qalmayıb”, bu bir daha sübut edir ki, bu dünyadan özünlə heç nə aparmayacaqsan. Nə daşı-divarı, nə də maşını.

- Yəqin ki, siz də müşahidə etdiniz, karantin günlərində yalnız əsl peşəkarlara, əsl sənətkarlara üz tutuldu, canlı efirlərə onlar dəvət aldılar, “balkon konsertləri” verdilər və sairə. Nəyinsə xətrinə fenomenləşən, populyarlaşan ifaçılar isə kölgədə qaldı.

- Bəli, mən də bunu hiss etdim. Bakı Şəhər Mədəniyyət İdarəsi evlərdə canlı konsertləri, AzTV balkonlarda konsertləri təşkil etdi. Bu zaman müraciət olunanlar arasında “İnstagram müğənniləri” yox idi. Yalnız sənətkarlar, peşəkarlar dəvət olundu. Hər zaman belə olub, yaxşılar ələnərək üzə çıxır, pislər isə kənarda qalır.

- Son vaxtlar tez-tez şahidi oluruq ki, sizin də dediyiniz kimi, bir çox “İnstagram müğənniləri”, sənəti ilə deyil, qalmaqalları ilə gündəmə gələn ifaçılar öz sözünü demiş sənətkarlar, xalqın sevimlisi olan xalq artistləri haqqında hədyanlı danışır, söz davasına çıxır, “onları tanımırıq” deyirlər. Bu məsələyə münasibətiniz necədir?

- Xatırlayırsınızsa,  illər öncə məşhur “Həzrəti Yusif” filmi çəkilmişdi. Doğrusu, həmin filmə baxmaq imkanım olmamışdı. Lakin pandemiya dövründə vaxt tapıb filmə baxdım. Orada bir epizod var - Yaqub peyğəmbər nəvələrini başına yığıb, onlara öyüd-nəsihət verir. Bildirir ki, “bu dünyada iki insan xeyir tapmayacaq - biri özündən böyüyə, biri də valideynlərinin üzünə ağ olan”. Vəssalam! Həmin şəxslər heç vaxt xeyir tapmaz, mümkün deyil. Adam böyüyün hörmətini saxlayar. Doğrudur, bu barədə konstitutsiyamızda yazılmayıb, amma insani qanunlarda var. Böyüyə dil uzatmaq olmaz!

 - Filmdən söz düşmüşkən, illər öncə sizi filmdə, teletamaşalarda aktrisa kimi də görmüşdük və deyə bilərəm ki, obrazlarınızın öhdəsindən bacarıqla gəlmişdiniz. Lakin sonralar nədənsə filmlərə və yaxud seriallara çəkilmədiz. Dəvətlər yoxdur, yoxsa özünüz istəmirsiz?

 - Əlbəttə, dəvətlər həmişə olur. Amma sözün düzü, mənim buna vaxtım yoxdur. Bir serial çəkilişi bir gününü alır, belə olan halda da bütün işlərim tökülüb qalır. Bildiyiniz kimi, illər öncə “Qayınana əməliyyatı” və “Yanmış körpülər” serialına çəkilmişdim. Əgər bu haqda sual verirsinizsə, demək ki, obrazlarım yaddaşlarda qalıb. Sadəcə, bir daha qeyd edirəm ki, indi buna vaxtım yoxdur.

Amma gözəl tarixi bir film olsa, dəvət gəlsə məmnuniyyətlə çəkilərdim.

- Tutaq ki, bu cür təklif gəlsə, deyilən qonorarla razılaşarsınızmı, yoxsa sizin öz qonorar məbləğiniz var?

 - Əgər film dəyərlidirsə, nə qonorar, mən özüm onu maliyyələşdirərəm...
Oxşar xəbərlər
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO