“ADNSU-da imtahanlar onlayn şifahi formatda keçiriləcək” - rn - Mustafa Babanlı
Müsahibə
Oxunub: 1369
19 May 2020 | 16:13
“ADNSU-da imtahanlar onlayn şifahi formatda keçiriləcək” - rn - Mustafa Babanlı
2019-2020-ci tədris ilinin yay imtahan sessiyasının təşkili ilə bağlı çoxsaylı sualları mayın 7-də onlayn “Açıq qapı” vasitəsilə təqribən 3 saat ərzində cavablandıran  ADNSU-nun rektoru, professor Mustafa Babanlı qısa blis-müsahibə vasitəsilə tələbələri ən çox maraqlandıran məsələrə bir daha aydınlıq gətirib. Moderator.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, müsahibədə imtahanların təşkili, vaxtı, tələbələrin biliklərinin qiymətləndirilməsi meyarları, buraxılış işləri və magistr dissertasiyalarının müdafiəsi ilə yanaşı, ADNSU-da magistratura və doktoranturaya, eləcə də ikinci ali təhsilə qəbul, sosial baxımdan həssas əhali kateqoriyasına aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi və digər məsələlərə aydınlıq gətirilib. 

-Qarşıdan gələn semestr imtahanları hansı formatda və nə zaman keçiriləcək?

- Bu günə olan nəticə budur ki, əgər karantin qaydaları ilə bağlı yumşalma olmasa, imtahanların hamısı onlayn şifahi formatda keçiriləcək. Semestr imtahanları zaman baxımından əvvəlki qaydada keçiriləcək. Ümumilikdə imtahan sessiyasına iyun ayının əvvəlindən başlamağı planlaşdırırıq. Cədvəllər artıq may ayının 20-ə hazır olacaq və tələbələrin diqqətinə çatdırılacaq. Ola bilsin ki, imtahan sessiyası adi sessiya dövründən uzun çəksin.

-Tələbələrin biliyi hansı meyarlar əsasında qiymətləndiriləcək, tələbələrə güzəştlər olacaqmı?

- Bildiyiniz kimi, ADNSU unibook sisteminə malikdir. Tələbələrimiz həmişə olduğu kimi, semestrin əvvəlindən bütün materialları alıblar. Bizim tələbələrə güzəştimiz ondan ibarət olacaq ki, onlara əvvəlki illərdən fərqli olaraq passiv sillabusdan suallar düşməyəcək. Yalnız unibookda olan aktiv sillabusa daxil olan materiallar olacaq. Bu da uyğun materialların təxminən, 55 faizidir. Sualların hamısı orta və yüngül dərəcəli suallar olacaq. Tələbənin cavablandırdığı hər sual üzrə müəllim həmin cavaba uyğun ən azı bir sual verərək tələbənin sual üzrə biliyi nə qədər mənimsədiyini müəyyənləşdirəcək. Ümumilikdə imtahan balı tələbənin imtahanqabağı aktivliyi və imtahanda verdiyi cavab əsasında formalaşacaq. Bu nisbət 30%//70% kimi götürülüb. 30% -  aktivlikdən, təqdimatdan, 70% isə  imtahanda verdiyi cavabdan  formalaşacaq. Orada da hər bir suala 1,4 əmsalla baxılacaq, yəni əvvəl tələbə 10 bal ala bilirdisə, indi həmin sualdan 14 bal ala biləcək.

Müəllim tələbənin semestr ərzində qazandığı biliyini 100 ballıq şkala üzrə 85 bal qiymətləndirirsə, biz onu olduğu kimi qəbul edəcəyik.  Amma tələbə düşünməsin ki, müəllimin imtahan prosesi nəzarətdən kənarda qalacaq. Müəllimlərin imtahan prosesi komissiya şəkilində izləniləcək, video formatda çəkiləcək, hər bir tələbənin cavabları dinləniləcək.

-İmtahan üçün ümumilikdə nə qədər vaxt ayrılacaq?

- Onlayn imtahanlar qrup şəklində olacaq. Hər qrup 6 nəfərdən ibarət alt qruplara bölünəcək. Aktiv rejimdə eyni zamanda  maksimum 6 tələbə və müəllimin iştirakı ilə imtahan keçiriləcək. Buna təxminən, 1 saata qədər vaxt sərf olunacaq. Daha sonra 5 dəqiqəlik fasilədən sonra 6 tələbədən ibarət ikinci alt qrupla imtahan prosesi başlayacaq. Tələbələr onlayn rejimdə bileti çəkəcəklər, onların biletlərindəki suallarını tələbələr də, müəllimlər də eyni vaxtda görəcəklər və bu biletlərdəki suallar kompüter vasitəsi ilə həmin dəqiqə müəyyən olunacaq. Tələbələrin hər birinə hazırlaşmaq üçün 15-20 dəqiqə vaxt veriləcək, lakin arzu edən olarsa bileti çəkdikdən sonra birbaşa cavab vermək də mümkündür.

-Tələbələrin onlayn dərslərdə iştirakı, təqdimatların verilməsi onlayn imtahan zamanı qiymətləndirmədə nə kimi rol oynayacaq?

- Əgər tələbə təqdimatla çıxış edibsə, o  buna görə 20 bala qədər bal toplaya bilər. Tələbə dərslərdə aktiv iştirak edibsə, 10 bal da bundan qazana bilər. Əgər tələbə əvvəlki onlayn dərslərdə iştirak edə bilməyib, lakin indi qoşulursa, müəllim onun qiymətləndirilməsini həyata keçirir. Yəni mayın 15-ə qədər onların ixtiyarları var ki, qoşulsunlar, qiymətləndimədə iştirak etsinlər. Ancaq bu ümumi semestr qiymətləndirilməsi zamanı olmasa onda müəllim artıq  təqdimatları qəbul  edəcək,  onlar bu qiymətləndirmədə 10 baldan məhrum olacaqlar. İkinci bir tərəfdən müəllimin tələbəni qiymətləndirməsi tam sərbəstdir. Əgər müəllim imtahan zamanı tələbənin cavabından məmnun qalırsa, əlavə suallarla onun biliyini yoxlayıb ona 100 ballıq sistem üzrə 100 bal da yaza bilər.

-İstehsalat təcrübəsi ilə bağlı hesabata ehtiyac varmı?

-İstehsalat təcrübəsindən yekun hesabata ehtiyac yoxdur və istehsalat təcrübəsi üzrə nəticələr həmin tələbənin istehsalat təcrübəsinin hansı müəssisədə keçməsindən asılı olaraq mütəxəssisin rəyinə uyğun qiymətləndiriləcək.

-Alt qrup, fərdi qrup və ya 25 faizlə ödənişlə bağlı imtahanlar necə keçəcək?

-Bu semestrə kim necə başlamışdısa, hamısından onlayn rejimdə, eyni qaydada imtahan götürüləcək. Alt qrup və ya fərdi quruplarla bağlı proses gedir. Digər imtahanlar necə götürülürsə, alt quruplara yazılmış tələbələrdən də eyni imtahan götürüləcək. Əgər fərdi qurupdusa, onlar ödənişlərini ediblər, müəllim eyni sistemlə onlardan imtahan götürəcək. Biz sistemdə - unibookda hamısı üçün materialları vermişik. 25 faizlə ödənişlilərə gəldikdə, bu borclar əvvəlki semestrlərin borcu olduğuna görə məlum 25 faizlə həyata keçirilib. Bu semestrdən kəsrləri olanlara gələcəkdə də güzəştlər olacaq. Ancaq 25 faiz əvvəlki illərdən qaldığına, əvvəkli borclar olduğuna görə o qüvvəsində qalır. Həmin imtahanlar da indiki kimi onlayın, şifahi keçiriləcək.  

-Buraxılış işləri necə qiymətləndiriləcək və son təqdim olunma tarixi nə zamandır?

-Tələbələrimizin buraxılış işi yazıb-yazmamasından asılı olaraq hamıya yanaşmamız eynidir. Sadəcə olaraq dövlət imtahanı verəcək tələbələrin orta müvəffəqiyyət göstəriciləri hesablanıb, hamısı artıq bunu bilir. Həmin qiymət onlar üçün yekun attestasiya kimi qeyd olunacaq. Əgər tələbə bununla razılaşmasa, onun üçün imtahan təşkil olunacaq.

Buraxılış işləri antiplagiatla yoxlanılacaq. Təsdiq olunduqdan sonra orada plagiat yoxdur, biz həmin buraxılış işini elektron variantda qəbul edəcəyik. Yəni, ilk dəfə olaraq tələbələri nəzərə alaraq elektron variantda buraxılış işini heç bir müdafiəsiz qəbul edilmiş hesab edəcəyik və tələbəyə yenə ümumi orta müvəffəqiyyət göstəricisini təklif edəcəyik.  Əgər tələbə etiraz etsə ki, mən bununla razı deyiləm, daha yüksək bal üçün mübarizə aparmaq istəyirəm, həmin tələbə üçün uyğun vaxtda müdafiəni təşkil edəcəyik.

Buraxılış işlərinin təqdim olunması tarixi yoxdu, amma yaxşı olar ki, iyun ayının ortalarına, 20-ə qədər təqdim olunsun ki, biz bunu çatdırıb iyul ayının ortalarına qədər yekunlaşdıraq.

-Magistrlərin buraxılış işləri və imtahanları necə olacaq?

-Magistratura fərqli bir pillədir və faktiki olaraq elmi dərəcənin birinci pilləsidir. Ona görə də magistraturada dissertasiya işlərinin müdafiəsi mütləqdir. Biz tələbələrə müxtəlif variantlar təklif edəcəyik. Magistratura dissertasiyalarının müdafiəsi üçün müvəqqəti Elmi Şuralar yaradılır. Ona görə də həmin müdafiə şuraları onlayn rejimdə təqdim olunacaq. Mövcud vəziyyətdən və ekspertlərin hazırlığından asılı olaraq  iyun ayının ortalarından başlayaraq biz bütün işlərin müdafiəsini təşkil edəcəyik. Ondan sonra ekspertlər müşavirə keçirəcəklər, hər bir tələbəni ayrı-ayrı qiymətləndirəcəklər, yekun attestasiya tələbələrin diqqətinə çatdırılacaq.

-Magistratura, doktorantura və ikinci ali təhsil üçün ADNSU-ya qəbul necə həyata keçiriləcək?

- İkinci ali təhsil üçün qəbul əvvəl necə idisə, ümumi qaydada yenə elə olacaq. İkinci təhsillə bağlı ilboyu bizə müraciət etmək mümkündür. Sadəcə tədrisə uyğun olaraq biz onların müsahibəsini keçiririk. 52 nəfər Dövlət İmtahan Mərkəzinin imtahanlarından keçən doktoranlarımızın hamısını bu təhsil piləsinə qəbul etdik. Fürsətdən istifadə edərək bir daha Təhsil nazirinə təşəkkür etmək istəyirəm ki, müraciətimizi nəzərə alıb bəzi ixtisaslarda müsabiqə şərtləri ödənilməyən boş yerlərin digər ixtisaslara paylanılmasını təmin etdi. Növbəti il üçün doktaranturaya qəbulu Təhsil Nazirliyi ilə razılaşdırıb ümumi qaydada ölkə səviyyəsində nə zaman olacaqsa, biz də o zaman prosesə qoşulacağıq.

Magistraturaya qəbula gəldikdə, Dövlət İmtahan Mərkəzi qeydiyyatı nə zaman aparacaqsa, biz də ona uyğun yerləşdirilmiş tələbələrin siyahısını gözləyəcəyik. Ona qədər bizim yalnız Azərbaycan-Fransız Universitetinə (UFAZ) imtahan keçirmək prosesimiz var. Bu imtahanların da təşkil olunması fransız tərəfdaşlarla birlikdə müəyyən olunub. UFAZ-a magistraturaya qəbul olmaq üçün 80 yerə 140 nəfər sənəd verib. Onlardan 50-si UFAZ-ın məzunlarıdır. Digər 80 nəfər ayrı-ayrı ali məktəblərin, o cümlədən ADNSU-nun məzunlarıdır. UFAZ-a magistraturaya qəbul imtahanlarını iyunun 8-də keçirəcəyik.

-MBA, ZU, BA proqramları üzrə təhsil alan tələbələrin imtahan və müdafiələri necə olacaq?

-Bütün universitetdə yanaşma tərzi eynidir və imtahanlar eyni qaydada keçiriləcək. Sadəcə bu proses MBA, ZU, BA proqramları üzrə təhsil alan tələbələr üçün onların proqramlarına uyğun təşkil olunacaq.

-Sosial baxımdan həssas ailələrdən olan tələbələrin təhsil haqlarının dövlət hesabına ödənilməsi prosesi necə həyata keçiriləcək?

-Bu təkcə universitetin işi deyil. Ümumi məlumat bazası var, orada hər bir tələbə, onun valideyni haqqında kifayət qədər məlumatlar var və etibarlı mənbədir. Orada emal olunmuş və bizə təqdim olunmuş sənədlər əsasında həmin məlumatları müvafiq nazirliklərlə razılaşdırdıqdan sonra siyahı təsdiqini tapır. Buna əsasən siyahıya tələbənin adı salınır və bu məsələ yekunlaşır. Xüsusi vurğulamaq istəyirəm ki, dövlət tərəfindən təsdiq olunmuş sənədə əsasən dövlət müəyyən olunmuş kateqoriyaya aid tələbələrin təhsil haqqını bu semestr üçün qarşılayır. Bu semestr həmin siyahıya düşən tələbələrdən kimsə təhsil haqqını ödəyibsə, həmin vəsait tələbənin özünə qaytarılacaq. Adları təsdiq olunan tələbələrdən kimsə ödəməyibsə, biz onlardan təhsil haqqı tələb etmirik. Yəni burada söhbət bir illik təhsil haqqından və ya başqa müddətdən getmir, konkret olaraq hazırkı semestrə şamil olunur. Hələ gələn semestr qəbul necə aparılacaq, nə qədər tələbə ödənişli oxuyacaq bəlli deyil. Ona görə də tələbələrimiz yalnız rəsmi məlumatlara əsaslansınlar və onların adları təsdiq olunubsa narahat olmasınlar, bütün proseslərdə rahat iştirak etsinlər.

-Tələbələrə hansı tövsiyələri vermək istərdiniz?

-Mənim ən böyük xahişim tələbələrin birinci növbədə özlərini, yaxınlarını, əzizlərini qorumaları ilə bağlıdır. Əlbəttə, sağlamlıq birinci məsələdir. Dövlət başçısı da hər dəfə vurğulayır ki, vətəndaşlarımızın sağlamlığı hər bir şeydən üstündür. Biz də mövcud vəziyyətlə bağlı çalışırıq elə bir şərait yaradaq ki, tələbələr təhsildən qalmasınlar. Elə də ola bilər ki, tələbə bu ilin materialını yekunlaşdırmaqdan imtina edir, imtahanlara qoşulmaq istəmir. Belə tələbələrə də anlayışla yanaşacağıq. Onlar üçün sentyabr ayının əvvəllərində heç bir ödəniş olmadan məsləhət saatları və imtahan prosesi təşkil olunacaq. Lakin həmin tələbələr təqaüd proqramından kənarda qalacaqlar.

Yaxşı olardı ki, tələbələrimiz onlayn dərslərdən maksimum yararlanmağa çalışsınlar, müəllimlərlə əlaqə saxlasınlar, əlavə qoşulmalar, əlavə məsləhət saatları lazımdırsa, bunların hamısını biz təmin edəcəyik. Biz imtahan prosesinə mövcud şəraitə uyğun yanaşacağıq, bu prosesin obyektiv və şəffaf keçirilməsini təmin edəcəyik.

Oxşar xəbərlər
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır