Azərbaycan evsizlər ölkəsinə çevrilir
İqtisadiyyat
Oxunub: 6533
24 Aug 2013 | 09:03
Azərbaycan evsizlər ölkəsinə çevrilir
İndi gənclər üçün ucuz mənzillər tikilməsi məsələsindən həm rəsmilər, həm də ekspertlər çox danışır. Artıq on ilə yaxındır ki, mətbuat orqanları, o cümlədən ANS PRESS bu barədə verilən vədlərin salnaməsini yazmaqdadır. Dövlət rəsmiləri və onlara yaxın ekspertlər hər gün yeni bir versiya irəli sürürlər: gah Almaniyadakı kimi mənzil depozitlərinin tətbiq ediləcəyini, gah da gənclər üçün ucuz və kiçik ölçülü mənzillərdən ibarət xüsusi şəhərciklərin tikiləcəyini bildirirlər. Bu cür bəyanatlar bir növ manipulyasiyaya bənzəyir və evsiz-eşiksizlərə mütəmadi verilən ümid rolunu oynayır. 

Reallıqda isə hər il evsizlər ordusuna təxminən 20 min yeni qurulmuş ailə qoşulur və bu, respublikada sayı yetərincə yüksək olan evsiz ailə təsərrüfatlarının sıralarını bir az da genişləndirir. Müxtəlif ekspert hesablamalarına görə, Azərbaycanda 700 minə yaxın ailənin evi yoxdur. Belə ailələr ya qohumlarının yanında, ya da kirayədə yaşamağa məcburdurlar. Ölkə üzrə 1,9 milyon ailə təsərrüfatının olduğu nəzərə alınarsa, təxminən 37%-ə bərabər evsizlər göstəricisi yetərincə yüksək görünür. Beləliklə, Azərbaycan da əhalisinin 60 faizindən çoxu kirayədə yaşayan Türkiyə kimi ölkələrin sırasına yuvarlanır. İstanbulda çap olunan «Hürriyet» qəzetinin araşdırmasına görə, bu ölkədə əhalinin 62 faizinin öz evi yoxdur.

Yəni vaxtında tədbir görülməzsə Azərbaycan da bu vəziyyətə düşəcək və son illərdə imkansızların evlə təmin edilməsi üçün tətbiq edilən dövlət ipoteka proqramının da bu məsələyə elə də təsiri olmur. İl ərzində ipoteka proqramı çərçivəsində 2-2,5 min ədəd mənzil satılır ki, bu da hər il on minlərlə artan ehtiyacı qarşılamır. Dövlət büdcəsindən bu istiqamətdə verilən və illik dərəcəsi 4%-ə bərabər sosial ipoteka üçün ayrılmış vəsaitlər banklara çatan kimi dərhal istifadə edilir. Yəni artıq iyul ayı olmasına baxmayaraq bu il sosial ipoteka üçün nəzərdə tutulmuş 40 milyon manat vəsait tam xərclənib. İllik dərəcəsi 8% olan adi ipoteka üzrə isə təxminən 20 milyon manat xərclənməmiş vəsait qalıb ki, bunun da sentyabrda tam istifadə ediləcəyi düşünlür. Göründüyü kimi, ipoteka üçün ayrılan vəsaitlər onlar üçün olan ehtiyacı tam qarşılamır. Və bu da təbiidir. Hər halda, şəhərdə kirayə qiymətləri 300-500 manat arasındadır, ipoteka üzrə orta ödənişlər isə 300 manat ətrafında dəyişir. Yəni kirayə qalan vətəndaş üçün eyni pulu ödəməklə ipoteka götürmək qat-qat sərfəlidir.

Lakin ipoteka vəsaitlərinin bazara güclü təsiri var və qiymətləri artırır. Məsələn, iyul ayında bazara girən 20 milyon manat sosial ipoteka vəsaiti Bakıda 1 kvadratmetrin orta qiymətini 870 manatdan 884 manata qədər qaldırıb. Görünür, məhz buna görədir ki, hökumət ipoteka vəsaitlərindən çox ehtiyatla istifadə edir, tələbin təklifi üstələməməsi üçün bazara az vəsait buraxır. Amma göründüyü kimi, bu məsələnin həll yolu deyil və evsizlik problemini daha da dərinləşdirir.

İqtisadçı ekspert Samir Əliyev vəziyyətdən çıxışı mümkün sayır və bu istiqamətdə paralel olaraq bir neçə məsələ üzrə islahatlar aparmağı təklif edir. O, ANS PRESS-in əməkdaşı ilə söhbətində bazarın tam tələbatını ödəmək üçün ipotekaya dövlət büdcəsindən ayrılmış vəsaitləri 200-300 milyon manata qaldırmağı məsləhət bilir: “Bazarın həcmi 10 dəfəyə qədər qaldırılmalıdır. Hazırda 700 milyon manat təşkil edən ipoteka bazarı 5-7 milyard manata kimi artmalıdır”. İqtisadçı ekspert gələn ilki büdcədə bunu mütləq etməyi vacib sayır: “Rusiyadan əmək miqrantlarının bir qismi geri qayıdır və onlar əsasən Bakıya üz tuturlar. Hələ ki, bu proses gizli gedir, amma yaxın 1-2 ildə güclənəcək və açıq müstəviyə keçəcək”.

Ekspertin fikrincə, mənzillərin satışı üçün 20 faiz məbləğində ilkin ödənişin tələb edilməsi də ipotekanı əngəlləyən problemlərdəndir. “2007-ci ildə ilkin ödənişləri təmin etmək üçün Zəmanət Fondunun yaradılması barədə sərəncam verilib, amma hələ ki, bu istiqamətdə heç bir addım atılmayıb. Bu da normal maaşı olan, amma ilkin ödəniş verə bilməyən vətəndaşlar üçün problem yaradır. Yəni indiki şərtlərlə mənzil almaq istəyənin əlində ilkin ödəniş üçün ən azı 5 min pul olmalıdır”,- deyə Samir Əliyev vurğulayır. Onun fikrincə, ipoteka kreditinin özünün alınması prosesi də uzun sürən və “bahalı” prosesdir: “İpoteka krediti almaq üçün 20-yə kimi sənəd tələb olunur. Bu sənədləri almağın özü də 5 min manata qədər xərc aparır, təbii ki, evi olmayanlarda bu qədər pul və hövsələ olmur. Ona görə də bu proses də həll edilməli və sənədləşmədə “vahid pəncərə” sistemi tətbiq edilməlidir. Bu da elektron hökumətin tətbiq edilməsi ilə mümkündür”.

Samir Əliyev də bu fikirdədir ki, ipotekaya çıxışın asanlaşdırıması və bu məqsədlə ayrılan vəsaitlərin artması bazara təsir edəcək və qiymətləri artıracaq: “Bunun qarşısını almaq üçün dövlət özü mənzil tikintisi üçün sifarişlər verməli və əhalinin bir sıra az təminatlı təbəqələrini mənzillə təmin etməlidir. Hazırda belə layihələr məcburi köçkünlər üçün gerçəkləşdirilir. Gələcəkdə bu işlər davam etdirilməli və əhalinin digər az təminatlı sahələrini də əhatə etməlidir”.

Qeyd edək ki, bu cür layihələr artıq bir sıra postsovet ölkələrində gerçəkləşdirilməkdədir. Məsələn, Belarusun paytaxtı Minskdə vətəndaşların 14 kateqoriyasının sosial mənzil almağa ixtiyarı çatır. Onların sırasında yetim uşaqlar, valdeyn himayəsindən məhrum olmuş uşaqlar, 1-ci və 2-ci qrupdan olan aztəminatlı əlillər, tənha işləməyən əlillər, müharibə veteranları və s. yer alır. Lakin bu da ailələrin geniş kütləsini mənzillə təmin edən variant deyil və Minskdə bu kateqoriyalara uyğun gələn cəmi 1000 ailə var.

Buna görə də Azərbaycan daha geniş kütlələri əhatə edən varianta üstünlük verməlidir. Bu məsələdə Honk Konqun təcrübəsi əlverişli ola bilər. Bu şəhərdə rezidentlərin yarısı sosial binlarda yaşayır. Başqa evlərlə müqayisədə bu binalarla kirayələr xeyli ucuzdur. Adətən dövlət mülkiyyətində olur və özəlləşdirilmir. Finlandiyada da mənzil fondunun 30%-i sosial binaların payına düşür. Adətən belə evlərdə sakinlər ölənə və ya mənzil sahibi olana qədər qalırlar. Bu evlərdə qalanlar ayda müəyyən qədər əlavə pul ödəməklə mənzilin mülkiyyət hüququn əldə edə bilərlər. Amma çox vaxt insanlar, xüsusilə də yaşlılar bunu etmirlər. Çünki övadları evi tərk edib ayrı mənzilə daşınırlar, öz həyatlarını yaşayırlar. Yaşlı insanlar isə onlar üçün hər hansı mülk qoymaq istəmirlər.

Təbii ki, bu, Azərbaycan mentalitetinə uyğun gəlmir və ailə ənənələrini məhv edir. Bizim üçün daha əlverişli Türkiyədə gerçəkləşdirilən sosial mənzil layihəsidir. Qonşu ölkədə gerçəkləşdirilən TOKİ (Toplu Bina İdarəsi Nazirliyi) layihəsi çərçivəsində çox ucuz mənzillər inşa edilir və uzun müddətli faizsiz kreditə verilir. 2023-cü ilə kimi Türkiyədə 1 milyona yaxın belə mənzil inşa ediləcək. Adətən 25-30 ilə kreditə verilən bu mənzillərdə aylıq ödəniş 100-150 dolları keçmir. Ödəniş başa çatdıqdan sonra isə ev xüsusi mülkiyyətə keçir. Yəni Azərbaycanın öyrənməsi üçün yetərincə əlverişli nümunə var, sadəcə bütün bunları elmək üçün ilk addımlar atılmaldır. Əks halda, sosial mənzil barədə başlamış yeni söhbətlər də əvvəlkilər kimi yola vermək variantı olacaq.

Oxşar xəbərlər
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”