Qarabağ müharibəsi bu qədər general “udmayıb”
Azərbaycanda son illər rüşvət, korrupsiya, məmur özbaşınalığına qarşı aparılan müabrizə çərçivəsində xeyli sayda generalın vəzifədən azad edildiyi, bəzilərinin isə məsuliyyətə cəlb edildiyi məlumdur. Bir tək MTN olayları sırasında nazirliyin əksər generalları işdən azad edildi, bir qismi isə həbs edildi ki, bu da ölkəmizin müstəqillik tarixində ən böyük “general itkisi” idi.
Bu günlərdə DTX-nın
DSX-da keçirdiyi əməliyyatlsr sırasında daha bir generalın məsuliyyətə cəlb
edilməsi, general itkiləri ilə bağlı arzuedilməz statistikanın davam etdiyini
göstərir.
Şübhəsiz, kimliyindən,
daşıdığı rütbə və vəzifədən asılı olmayaraq, qanunu pozan, dövlətin ona verdiyi
səlahiyyətdən sui-istifadə edən şəxslərin məsuliyyətə cəlb edilməsi təqdirəlayiqdir
və bu, dövlətimizin bu məsələdəki prinsipiallığından xəbər verir. Lakin son illər
xeyli sayda generalın yarıtmaz fəalliyyətinə görə işdən uzaqlaşdırılması və məsuliyyətə
cəlb edilməsi, həm də öz nəfsinə yenik düşən generallarımızın sayındakı
artımdan xəbər verir. Son illərin statistikası göstərir ki, rüşvət və
korrupsiya, pul və sərvət hərisliyi bəzi generalları sürətlə udmaqdadır. Hansı ki,
Qarabağ müharibəsi bu qədər general udmayıb.
Əslində, torpaqları işğal
altında qalan, müharibə şəraitində olan bir ölkədə rüşvətin müharibədən daha
çox general “udması” həmin ölkənin faciəsidir. Və bu faciə, “arxa cəbhədə”, sərvət
ehtirası ilə mübarizədə yaşanan general itkiləri daha bir həqiqəti yada salır. Bu
həqiqət ən böyük savaşın insanın öz nəfsi ilə mübarizəsidir. Hansı ki, bu
mübarizədə generalların belə bəzən asanlıqla məğlub olduğu göz önündədir.
Pul, şöhrət və vəzifə yer
üzündəki əksər insanın xəyalıdır. Bu baxımdan istənilən kəsin öz xəyallarının
arxasınca getməsi, bu xəyalları gerçəkəşdirmək üçün səy göstərməsi
anlaşılandır. Suç olan bu deyil. Suç olan bu xəyalları xalqa və dövlətə, qanun
və onun tələblərinə xəyanət edərək reallaşdırmaqdır. İşin bağışlanmayan, qəbuledilməyən
tərəfi məzh budur.
Xəyallar gözəldir... Ta
ki, özünə və ölkənə xəyanət etmədiyin müddətdə..
Seymur ƏLİYEV
E-mail: seymur_dq04@mail.ru









