İranın «müsləman qardaşlığı»ı illüziyası
Araşdırma
Oxunub: 5531
23 Aug 2013 | 11:26
İranın «müsləman qardaşlığı»ı illüziyası

Azərbaycan yaxın qonşusu olan İranın daxili işlərinə heç vaxt qarışmamış, bu ölkədə daim sabitliyin olmasını arzulamışdır. Təəssüflə qeyd etməliyik ki, rəsmi Bakının İranla iktərəfli əlaqələrdə mehriban qonşuluq və dostluq prinsiplərini rəhbər tutmasına baxmayaraq, adıçəkilən ölkə Azərbaycan dövlətinə qarşı münasibətdə heç də səmimi olmadığını zaman-zaman ən müxtəlif səviyyələrdə göstərmişdir. İran mətbuatında türk xalqları daim təhqir edilir, televiziya kanallarında gecə-gündüz müstəqil, dünyəvi və demokratik Azərbaycan dövlətçiliyinə qarşı «mübarizə aparılır». İran rəsmiləri bunu ölkə mətbuatının güya müstəqil olması ilə əlaqləndirsələr də, əslində, İran mətbuatında bu «müstəqilliyin» haradan qaynaqlandığını hamı yaxşı bilir. 

Prezident İlham Əliyev regionda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər fonunda tarazlı siyasət yürüdərək xarici siyasətdə İranla əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Respublikamız ABŞ və bəzi Qərb dövlətlərinin İrana qarşı artan təzyiqləri fonunda geosiyasi rəqabət meydanına, hansısa dövlətin «platsdarm»ına çevrilmək niyyətindən uzaq olduğunu bəyan edərək qonşu dövlətlə mehriban münasibətlərin qorunub saxlanılmasının tərəfdarı kimi çıxış edib. Rəsmi Bakı İran-ABŞ münasibətlərindəki gərginliyin ilk gündən diplomatik danışıqlar vasitəsilə, dinc yolla həllinə tərəfdar olduğunu bəyan edib. ABŞ-ın «nüvə təhlükəsi» ilə bağlı narahatlığını başa düşən rəsmi Bakı, həmçinin, İranın uranın zənginləşdirilməsi proqramının dinc məqsədlərə - nüvə enerjisi əldə etmək niyyətinə hesablandığına ümidvar olduğunu vurğulayıb. 

İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin dövlət başçısı kimi fəaliyyəti dövründə izləyəcəyi siyasət hazırda aktual məsələlərdən biri olarq qalır. Onun Azərbaycana, Ermənistana, Azərbaycanın torpaqlarının işğalı faktına yanaşmasının necə olacağı bizim üçün daha maraqlıdır. Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmiş Ermənistan prezidenti Serj Sərkisyanla görüşdə səsləndirilən bəyanatlar, İran dövlətinin işğalçı Ermənistana münasibətinin dəyişməyəcəyini deməyə əsas verir. İranın Azərbaycana, Ermənistana, Azərbaycanın torpaqlarının işğalı faktına münasibətini kiminsə prezident seçilməsi yox, bütövlükdə, qonşu ölkənin dövlət siyasəti müəyyənləşdiri. 

Həsən Ruhani ilə Serj Sərkisyanın Tehranda keçirilən görüşündə ölkələrarası münasibətlər və eləcə də Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb. Ermənistanla İranın dostluq münasibətlərindən olduğu ifadə edilib. Onlar dostluğun, qardaşlığın yüksən səviyyədə davam etdirilməsi haqda fikirlər söyləyiblər. Bu görüşdə hətta ermənilərlə farsların eyni tarixi köklərə malik olduğunu səsləndiriblər. Sarkisyan farsların və ermənilərin qədim “ari” irqinə məxsus olduğuna işarə edərək deyib ki, bu gün İran və Ermənistan faktiki olaraq, həmin tarixi köklərə istinad edərək birlikdə eyni siyasəti və hədəfləri paylaşırlar. (Almaniyada vaxtilə hakimiyyətdə olan A.Hitler də almanları dünyanın ən ali «ari» irqinə mənsub olduğunu bildirmişdi. Bu siyasətlə başqa millətləri yer üzündən «silmək» kimi bir yol seçmişdilər. Dünyanı fəlakətə aparan II Dünya müharibəsinin acı nəticələri hələ də unudulmayıb). İranın yeni seçilmiş prezidenti də Serj Sərkisyanın bu açıqlaması ilə tamamilə razı qaldığını deyib. Bu onu göstərir ki, biz, İranın işğalçı Ermənistana münasibətinin dəyişəcəyini gözləyə bilmərik. 

İslam dəyərlərini daim önə çəkən İranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ilə sıx münasibətlər qurması islam prinsipləri ilə bir araya sığmır. Dünyaya bəllidir ki, Ermənistanın təcavüzü nəticəsində 20 faiz torpağımız işğal edilmiş və 1 milyondan artıq müsəlman öz doğma yurdlarındann didərgin düşmüşdür. İran dövləti isə müsəlman qardaşlığından dəm vurduğu halda işğalçı dövlətlə bütün sahələrdə əməkdaşlıq edir. Aclıq və səfalət içərisində çabalayan Ermənistana hər cür yardımlar edərək bununla da  işğalçı dövlətin əməllərinə göz yumur. İran dövləti unudur ki, Ermənistanda bir nəfər də olsun müsəlman qalmayıb. Müqəddəs ziyarətgahlarımız, məscidlərimiz, ata-babalarımızın qəbir yerləri vəhşicəsinə dağıdılıb. Üzdə müsəlman həmrəyliyindən danışan İran Prezidentinin işğalçı Ermənistanın dövlət başçısı ilə görüşərək son dərəcə səmimi münasibət qurması (qucaqlaşıb öpüşmələri) «müsləman qardaşlığı»nın illüziyadan başqa bir şey olmadığını təsdiqləyir. İranın Ermənistana göstərdiyi isti münasibətdən fərqli olaraq müsəlman dünyasında xüsusi yeri olan qardaş Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı nəinki ölkəmizin haqlı mövqeyini birmənalı dəstəkləyirlər, təcavüzkar ölkə ilə hər hansı münasibət qurmurlar. 
İranın üzərinə qara buludlar toplanmaqdadır. Amma Azərbaycanda çox az adam tapılar ki, İranın bombalanmasını, İraqın, Əfqanıstanın düşdüyü vəziyyətə qalmasını arzulasın. Axı, bu gün bir rejimə görə, milyonlarla soydaşımızın yaşadığı, tarixi şəhərlərimizə, mədəniyyətimizə, dövlətçiliyimizin mərkəzi olmuş torpaqların şumlanmasını kim istəyər? Bu mövqeni Azərbaycan rəsmiləri də dəfələrlə bəyan ediblər ki, İrana hərbi müdaxilə bizim maraqlarımıza cavab vermir.  Ancaq təəssüf ki, İran hökuməti nə Azərbaycanın bu səmimi niyyətini dəyərləndirə bilir, nə də onları gözləyən real təhlükəni. 

İranda yeni prezidentin seçilməsindən sonra Azərbaycanla İran arasında münasibətlər, eyni zamanda, qonşu ölkədə öz tarixi torpaqlarında yaşayan azərbaycanlıların taleyi məsələsi hamımızın diqqətindədir. Bəzilərində Həsən Ruhaninin prezidentliyi dövründə bu yöndə hansı yeniliklərin olacağı ilə bağlı gözləntilər var. Ancaq indiyəqədərki təcrübəyə əsaslansaq, deyə bilərik ki, İranın Azərbaycana və ya bu ölkədə yaşayan soydaşlarımıza münasibəti, şəxslərin mövqeyindən asılı deyil, dövlət siyasətindən irəli gələn nəticələrdir. Əgər şəxsi münasibətlərə qalsaydı, Əhmədnejadın prezidentliyi dövründə İranın Azərbaycana qarşı siyasətində, Ermənistan-İran əlaqələrində fərqli yanaşmanın şahidi olardıq. Çünki Əhmədnejad Azərbaycan rəhbərliyi ilə şəxsi münasibətlərdə sələflərindən daha mehriban görünürdü. Ancaq onun prezidentliyi dövründə Azərbaycana qarşı siyasətdə müsbət irəliləyişlər görmədik, daxildə müəyyən təxribatçı qüvvələrin dəstəklənməsi, işğalçı Ermənistanla əlaqələrin daha da gücləndirilməsini gördük. İranda yaşayan azərbaycanlıların milli-mədəni haqları ilə bağlı heç bir addım atılmadı. Baxmayaraq ki, bir vaxtlar Əhmədnejad da Həsən Ruhani kimi Təbrizdə Azərbaycan dilində «Heydərbabaya salam» şeirini söyləmişdi. İranda prezidentliyə namizədlərin xüsusi seçim əsasında seçkiyə buraxılmasını nəzərə alsaq, seçilən prezidentin adı və kimliyi şərti xarakter daşıyır: Bu baxımdan, Həsən Ruhaninin prezidentliyinə xüsusi ümidlər bəsləmək, daha çox özünü aldatmağa xidmət edə bilər.

Düzdür, İran nüvə silahı əldə etməyə cəhd göstərir. Çünki, bölgədə Türkiyə, Misir kimi dövlətlərlə rəqabət aparmaq üçün İranın nüvə silahına sahib olması önəmlidir. Bununla belə, nəzərə almaq lazımdır ki, nüvə silahı əldə etmək asan məsələ deyil. Bunu Qərb dövlətləri də yaxşı bilir. Ona görə də mən yaxın gələcəkdə nüvə mövzusunda ABŞ-la konstruktiv dialoqu real hesab etmirəm.  Bu nüvə mövzusu az qala hər iki tərəfin ideoloji silahına çevrilib. Və tərəflər bu “silah”dan uzun illər istifadə etməyə çalışırlar. 
Bütövlükdə, İran rəhbərliyinin apardığı uğursuz siyasət adı çəkilən dövlətin dünyada təklənməsinə gətirib çıxarıb. Yaxın və uzaq ölkələrlə ultimatum dilində danışan və dünyada gedən proseslərdən özünü təcrid edən İran artıq Qərbin iqtisadi və siyasi sanksiyaları məngənəsində sıxılıb qalıb. İran hazırkı şəraitdə Azərbaycanla münasibətləri normal məcrada inkişaf etdirməlidir. Münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində inkişaf etdirilməsi bugün və gələcək üçün son dərəcə vacibdir. Siyasi analitiklər müsəlman dövlətləri tərəfindən dəstəklənməyən İran barədə nikbin proqnozlar irəli sürmürlər. İran tərəfi yaranmış vəziyyətdən ən qısa zamanda  ciddi nəticə çıxarmalıdır.

Baba TAÄžIYEV
 “İrəli Azərbaycan” İctimai Birliyinin sədri ,sabiq millət vəkili
www.babatagiyev.az

Oxşar xəbərlər
23:37, Bu gün
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
23:35, Bu gün
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
23:32, Bu gün
Bakıda bu evlər bahalaşdı
23:26, Bu gün
Gəncədə yaşayış binasın dam örtüyü yanır
23:20, Bu gün
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
22:55, Bu gün
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
22:50, Bu gün
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
22:47, Bu gün
İşıqforda güllə yağışı: Yaralılar var
22:44, Bu gün
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
22:43, Bu gün
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
22:41, Bu gün
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
22:38, Bu gün
İndoneziya Cakartaya xüsusi status verir
22:35, Bu gün
Dostunun ad günündə dava saldı: Həbs olundu
22:33, Bu gün
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
22:30, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
22:30, Bu gün
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
22:27, Bu gün
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
22:22, Bu gün
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
22:18, Bu gün
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
22:07, Bu gün
Quzu ətindən baha olan göbələk növü - VİDEO
22:03, Bu gün
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
21:59, Bu gün
Ən şanssız 4 bürc
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:30, Bu gün
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi