Mehman Əliyev: “Ehtiyat namizəd çoxdan müəyyənləşməli idi” - MÜSAHİBƏ
Müsahibə
Oxunub: 5521
23 Aug 2013 | 11:19
Mehman Əliyev: “Ehtiyat namizəd çoxdan müəyyənləşməli idi” - MÜSAHİBƏ



Milli Şuranın avqustun 19-da keçirilən toplantısında demokratik düşərgəni narahat edən ehtiyat namizəd məsələsi ilə bağlı ümumi razılaşma əldə edilsə də, hələlik bu namizədin kimliyi bəlli deyil. Ehtiyat namizədin kimliyi Milli Şuranın növbəti müzakirələrində müəyyənləşəcək ki, bu da qarşıdakı seçkilərlə bağlı mövcud mənzərənin bir qədər də aydınlaşmasına yardım edəcək. Lakin Milli Şurada ziddiyyətli qüvvələrin təmsil olunduğunu iddia edən bəzi siyasilər hesab edir ki, adıçəkilən qurumun bu məsələdə konkret razılığa gəlməsi o qədər də asan olmayacaq. Siyasilərin fikrincə, artıq indidən ehtiyat namizədin kimliyi ilə bağlı ölkə mətbuatında müxtəlif şəxslərin adı hallanır ki, bu da Milli Şuradakı fərqli qrupların fəaliyyəti ilə bağlıdır. Bu baxımdan ehtiyat namizədin kimliyi ilə bağlı aparılacaq müzakirələrin ciddi qarşıdurma və narazılığa rəvac verəcəyini iddia edənlərin sayı heç də az deyil. Odur ki, Milli Şura üzvü, “Turan” İnformasiya Agentliyinin  baş direktoru Mehman Əliyevlə söhbətimizdə bu və bu kimi digər məsələlərə aydınlıq gətirməyə, vəziyyətdən çıxış yollarını müzakirə etməyə çalışdıq.

- Mehman bəy, öncə Milli Şuranın 18 avqust tarixli aksiyası ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə bu aksiya ona olan ümidləri doğrultdumu?

- Bildiyiniz kimi, bu aksiyada iştirak edəcək insanların sayı ilə bağlı fərqli fikirlər var idi. Bəziləri hesab edirdi ki, aksiyada 10 min insan iştirak edəcək. Bir çoxları daha çox insanın iştirak edəcəyini güman edirdi. Aksiyada iştirak edənlərin əksəriyyətini isə partiya mənsubiyyəti olan şəxslər, əsasən də AXCP və Müsavat üzvləri təşkil edirdi. Lakin bu bir həqiqətdir ki, aksiya əvvəlcədən proqnozlaşdırılan rəqəmlərin heç birini əhatə etmədi.

- Milli Şuranın avqustun 19-da keçirilən sessiyasında vahid namizədlə yanaşı, ehtiyat namizədin də müəyyənləşməsi zəruri hesab edildi. Vahid namizədlə yanaşı, həm də ehtiyat namizəd məsələsinin gündəmə gəlməsinə necə baxırsınız? Sizcə bunu Milli Şuranın seçkilərdə iştirakını birmənalı şəkildə sığortalayan faktor hesab etmək olarmı?

- Burada əsas məsələ ondan ibarətdir ki, Milli Şurada təmsil olunan partiyalar maraqlıdır ki, Milli Şura bir koalisiya formatı kimi qalsın. Öz fəaliyyətini seçkidən sonra da davam etdirsin. Yəni demokratik inkişaf uğrundakı proseslərdə iştirakını davam etdirsin. Bu istək mövcuddur. Lakin bununla belə fərqli baxışlar, fərqli yanaşmalar da mövcuddur. Bunun özü də normaldır. Vahid namizəd ideyası ortaq ideya oldu. Milli Şuraya daxil olan bir çox partiyalar hesab edirdi ki, R.İbrahimbəyov vahid namizəd olaraq qalır, əgər qeydiyyatdan keçmirsə, deməli seçkidə bu partiyalar iştirak etmir. Onlar istəyir ki, proseslər bu məcrada inkişaf etsə, Milli Şura seçkiyə qoşulmasın. Digər tərəf isə hesab edir ki, R.İbrahimbəyovu dəstəkləməkdə davam etmək, onun vahid namizədliyini saxlamaq lazımdır. Lakin bununla belə onun namizədliyi qeydə alınmasa, bu yöndə hansısa problem çıxsa, Milli Şura hökmən seçkidə iştirak etməlidir. Ortaq bir məxrəc isə son olaraq bundan ibarət oldu ki, ehtiyat namizəd olsun və lazım gələndə həmin namizədlə birlikdə proseslərin sonrakı mərhələsində iştirak etmək, gələcək mübarizəni təmin etmək mümkün olsun. Avqustun 19-da keçirilən sessiyada bu problem həll edildi. 

- Mətbuata açıqlamanızda qeyd etdiniz ki, Milli Şurada müxalifətin seçkiyə qatılmasını əngəlləmək istəyən qüvvələr var. Maraqlıdır, bu qüvvələr hansılardır?

- Bilirsiz, bu gün biz yaxşı bilirik ki, Milli Şura çətin durumdadır. Onun seçkiqabağı apardığı siyasət, seçkiöncəsi gördüyü işlər ciddi problemlərlə üzləşib. Bu isə onunla bağlıdır ki, Milli Şuranın vahid namizədi qeydiyyatdan keçə bilmir. Bu bir reallıqdır. Seçkiyə doğru getdiyimiz indiki dövrdə biz müxtəlif məsələlərlə bağlı toplantılar keçirir və bununla da yenə vaxt itkisinə məruz qalırıq. Şəxsən mənim fikrim bundan ibarətdir ki, ehtiyat namizəd və ya namizədlər çoxdan müəyyənləşdirilməli idi. Vaxtında bu istiqamətdə ciddi işlər görməli idik. Ehtiyat namizəd məsələsində partiyaların özlərini necə aparacağına diqqət yetirəcəyik. Son olaraq hansı qərarın veriləcəyi də diqqət mərkəzində olacaq. Onda aydın görünəcək ki, hansı partiyalar alternativsiz seçkilərin keçirilməsinin tərəfdarıdır. Onda biz deyə biləcəyik ki, kim hansı məqsədlərə xidmət edir. Həmin partiyalar da açıqlama verməli olacaqlar ki, onların mövqeyi nədən ibarətdir. O zaman jurnalistlərin də onlara sualları olacaq və media həmin partiya təmsilçilərindən soruşacaq ki, niyə seçkilərə qatılmırsınız? Seçkilərə qatılmamaqda məqsədiniz nədir? 

- Rüstəm İbrahimbəyov ehtiyat namizədlə bağlı Milli Şura üzvlərindən birinin namizədliyi üzərində dayandığını, amma hələlik onun adını açıqlamaq istəmədiyini bildirib. Eyni zamanda professor Cəmil Həsənlinin ehtiyat namizəd olmasını arzuladığını ifadə edib. R.İbrahimbəyovun hər iki fikrini müqayisə etsək, o zaman söyləmək olarmı ki, Milli Şura sədrinin fikrində tutduğu namizəd məhz Cəmil Həsənlidir?

- Bunu qəti deyə bilmərəm. Amma bütövlükdə C.Həsənlinin namizədliyi normaldır. Mən də istərdim ki, Milli Şuranın ehtiyat namizədi Cəmil Həsənli olsun. Söhbət ondan gedir ki, məsələyə konkret yanaşmaq, konkret isimlərin üzərində dayanmaq lazımdır. Vaxtı uzatmağın mənası yoxdur. Çünki biz onsuz da vaxt itiririk. Namizədin qeydiyyatdan keçməsi məsələsi var. Burada başqa problemlər meydana gələ bilər. Namizəd qeydiyyatdan keçməyə də bilər. Əgər ehtiyat namizədlə bağlı təklif varsa, bu təklif çoxdan səslənməli idi. R.İbrahimbəyov deyir ki, bir neçə namizədin seçkilərə qatılması məqsədəuyğun sayıla bilər. Amma məsələni daha konkret qoymaq lazımdır. Məsələn, demək lazımdır ki, beş nəfər, konkret bu insanlar seçkiyə qatılmalıdır. Ortada belə yanaşma yoxdur. Ortada nə sədr, nə də Milli Şuranın aparıcı simaları tərəfindən qəti qərarlar yoxdur. Bu isə arzuedilən deyil. 

- Ehtiyat namizəd kimi sizin namizədliyinizin dəstəklənməsi ehtimalı nə qədərdir?

- Məsələ bundadır ki, Mehman Əliyevi istəyənlər də var, istəməyənlər də var. Məni istəyənlər öz mövqelərini mənə bildiriblər və qeyd ediblər ki, namizədliyini dəstəkləməyə hazırıq. Bu, əsasən gənclər təşkilatları tərəfindən gələn mesajlardır. Digər tərəf isə hələlik susur. Mən hesab edirəm ki, qarşıdakı proseslərdə bu qüvvələr də özlərini göstərəcəklər. Mən bunu bilirəm və bunu özümə problem hesab etmirəm. Bu mənim üçün normaldır. Mən adi bir vətəndaşam və bu mənada məni kimlərsə istəyə də bilər, istəməyə də. 

- Milli Şurada elə bir şəxs varmı ki, onun namizədliyini əsla məqbul hesab etmirsiniz və əgər ehtiyat namizəd kimi həmin şəxsin üzərində dayanılsa öz narazılığınızı ifadə edəcəksiniz?

- Bilirsiniz, mən daha çox prosesin tərəfdarıyam. Mən KİV-də də, Milli Şuradakı toplantılarda da vahid namizəd ideyasının əleyhinə çıxmışam. On ildir ki, mən bununla bağlı fikirlərimi açıq şəkildə bildirirəm. Mən bildirmişəm ki, vahid namizəddən deyil, vahid hərəkatdan söhbət gedə bilər. Azad və ədalətli seçki uğrunda vahid hərəkatın tərəfdarıyam. Burada da hamı birləşməli və seçkilərin ədalətli keçirilməsi üçün səy göstərməlidir. Belə olarsa, heç bir problem ortaya çıxmaz. Kim istəyir öz namizədliyini versin. Nə problem var ki? Əsas məsələ budur ki, xalq öz seçimini eləsin. Seçki şəffaf olsun. Lakin bir çox liderlər bundan qorxur. Niyə qorxurlar, bunu başa düşmüş deyiləm. Onlar niyə bu cür şəffaf və ədalətli seçkinin keçirilməsini istəmirlər? Bu gün mən məhz bu sualları qoyuram. Mən son proseslərlə bağlı da bildirdim ki, azad və ədalətli seçkilər olmalıdır. Lakin yenə də vahid namizəd ideyası üzərində dayanıldı və bu ideya yenə də böhrana səbəb oldu. Mən buna görə də hər zaman vahid namizəd ideyasının əleyhinə olmuşam. Amma buna baxmayaraq mən bu prosesdə iştirak etmişəm. Milli Şuraya qoşulmuşam. Düşünmüşəm ki, Milli Şura hansısa bir formada proseslərə təsir edə bilər. Heç deyilsə, müəyyən demokratik prosesləri təkrarlaya bilərik və s. Buna görə də heç vaxt bu proseslərdən qaçmamışam. Mən həm siyasi, həm media, həm də digər müstəvilərdə bu mövqeyi ortaya qoymuşam. Milli Şurada da bu məsələdə geri çəkilməmişəm. Milli Şura səsə qoyub kimin ehtiyat namizədliyi üzərində dayansa, çoxluq kimi müdafiə etsə, mən də bu qərarın tərəfində olacam. Hətta mən həmin namizədin əleyhinə səs versəm də, qərara hörmətlə yanaşacam və onu dəstəkləyəcəm. 

- Bəzi siyasilər iddia edir ki, Rafiq Əliyevin namizədliyi Rüstəm İbrahimbəyovun namizədliyindən daha uğurlu idi və bu mənada Milli Şura Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməklə ciddi yanlışlığa yol verdi. Bu qənaəti bölüşürsünüzmü?

- Rafiq Əliyev Ziyalılar Forumunda kifayət qədər aktiv fəaliyyət göstərirdi. Buna görə də müəyyən təzyiqlərə məruz qalmışdı. Amma Milli Şura yaranandan R.Əliyev proseslərdən uzaqlaşdı. O, bu addımı hansı səbəbdən atdığını açıqlamadı. Amma fakt budur ki, o, bu gün də proseslərdə iştirak etmir və bu proseslərdən uzaqlaşmağı daha məqbul hesab edir. Ola bilsin ki, o, Milli Şura ideyasını qəbul etməyib. 

- Lakin ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Rafiq Əliyevin prosesdən uzaqlaşması müxalif liderlərin ona yetərincə dəstək verməməsi ilə bağlıdır.

- Məndə belə bir məlumat yoxdur. Ümumiyyətlə, vahid namizəd ideyası Milli Şura təsis olunan zaman müzakirə edilməyə başlayıb. R.Əliyev isə Milli Şura ideyası meydana çıxanda proseslərdən uzaqlaşmışdı. Mən hesab edirəm ki, Rafiq müəllim düşünürdü ki, Ziyalılar Forumu kənarda qalmalıdır. Proseslərə kənardan təsir etməlidir. Hansısa koalisiyaya  girməməlidir. Yəqin ki, o, məhz bu baxımdan siyasi çərçvəyə daxil olmaq istəməyib. Bu mənim şəxsi fikrimdir. Bu səbəbdən də hesab etmirəm ki, R.Əliyevin proseslərdən uzaqlaşması ona yetərincə dəstəyin olmaması ilə bağlı olub. Sadəcə olaraq, o, özü proseslərdə iştirak etmək istəməyib. O, həmçinin vahid namizəd olmaq istəmədiyini də bəyan etmişdi. 

- Artıq bir neçə aydır ki, Milli Şuranın Rusiya layihəsi olduğu ilə bağlı bəzi siyasilər ciddi ittihamlar səsləndirir. Sizcə Milli Şuranın Rusiya və ya Rusiyadakı müəyyən dairələrlə az və ya çox dərəcədə hər hansı bir bağlılığı varmı?

- Yadınıza salım ki, 2003-cü il seçkilərində aparıcı rolu amerikalılar oynayırdı. Ümumiyyətlə, bütün seçkilərdə aparıcı rolu amerikanlar oynayır. 2003-cü ildə amerikalılarla ruslar eyni mövqe nümayiş etdirdilər. 2013-cü illə 2003-cü il arasında isə böyük fərq var. Ruslar Qəbələdən getdilər, iqtisadi və s. maraqları xeyli dərəcədə azalıb, mövqeləri xeyli zəifləyib. Amerikalıların mövqeyi isə daha da güclənib. Dominant olaraq amerikalılar qalır, ruslar isə dəstəkverici rolla kifayətlənirlər. Bu baxımdan bu, daha çox beynəlxalq layihə ola bilər.. Amma aparıcı rol yenə də Amerikaya məxsusdur. 

Seymur Əliyev (“Hürriyyət” qəzeti)


Oxşar xəbərlər
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
GÜNLÜK
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR