ABŞ dünyanın ilk gözəgörünməz ordusunu yaratmaqdadır.
Moderator.az ABŞ mətbuatına istinadən xəbər verir ki, layihənin mahiyyətini “ağıllı əsgər” geyimlərinin yaradılması təşkil edir. Belə ki, bu geyimlərdə yerləşdirilən xüsusi rəqəmsal nişanlar, eləcə də görmə böyüdülməsi sistemi bu hərbçiləri sadəcə düşmən üçün görünməz etməyəcək, həm də dost və düşmən hərbçilərini tanımağa kömək edəcək. Yeni təchizat ABŞ hərbçilərinə düşmənə səssizcə yaxınlaşmaqda, qəfil həmlə etməkdə, onlar üçün gözəgörünməz olmaqda kömək edəcək.
“Görünməz əsgərlər”in digər bir üstünlüyü onların gecəgörmə cihazları, habelə quru radar sistemləri vasitəsi ilə də təsbit etməyin mümkünsüzlüyüdür.
Məlumat üçün qeyd edək ki, bu layihəyə ABŞ-da 1980-cı illərdən etibarən gündəmdə olsa da, onun reallaşması istiqamətində ciddi addımlar son bir ildə atılmaqdadır. Əgər “görünməz əsgərlər”lə bağlı layihə test sınaqlarından uğurla çıxarsa, bu, dünya hərbində ciddi yenilik və dönüşə səbəb olacaq.
Seymur ƏLİYEV