Türkiyənin Akdəniz Universiteti tərəfindən hazırlanan “Yaşlanma Atlası”nda ölkənin ən uzunömürlü insanlarının yaşadığı bölgə müəyyən edilib.
Moderator.az. Türkiyə mətbuatına istinadla xəbər verir ki, mütəxəssislərin apardığı araşdırmalarda orta yaşın 82 olması ilə Ordu vilayətinin Gölköy rayonu ən üzunömürlü insanların yaşadığı bölgə kimi müəyyən olunub.
Gölköy əhalisi yoluxucu və digər xəsətləiklərə qarşı sağlam yaşamalarının sirrini özlərinin istehsal etdikləri təbii məhsullardan istifadə etmələri ilə izah edirlər. 70-80 yaşlı insanlar hələ də bağ-bağçalarında işləyirlər və təbii məhsullar yetişdirirlər. Bu da insanların xəsətəliklərə qarşı dözümlü olmalarını təmin edir.
Göygöl bələdiyyəsinin sədri Fikri Uludağ deyib ki, bugünə kimi yalnız bir nəfərdə koronavirus olduğu müəyyən edilib ki, o da rayona kənardan gəlib və qısa müddətdə sağalıb:
“Bölgəmizdə 30 min əhali yaşayır və ölkəmizdə ən uzun ömürlü insanların yaşadığı rayondur. Təqribən iki aydır koronavirusla mübarizəni davam etdiririk. İnsanlarımızın immuniteti güclü olduğu üçün bu müddətdə burada koronaya rast gəlinmir”.
Taleh