“Bu məsələ əslində çox ciddi məsələdir. Amma onunla qeyri-ciddi insanlar məşğul olanda bu fikir də qeyri ciddi qarşılanır. Buna ciddi dövlət dəstəyi və beynəlxalq dəstək lazımdır”.
Bu sözləri Moderator.az-a mühacirətdə Qərbi Azərbaycan Respublikasının elan edilməsinə münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri hesab edir ki, ideya özlüyündə ciddi mahiyyət daşıyır, ancaq onunla da ciddi insanlar məşğul olmalıdırlar:
“Bu baxımdan bu işin içində də ciddi insanlar olmalıdır. Yoxsa özfəaliyyət şəklində ortaya çıxmaq bir nəticə verməz. Əvvəllər də olub, sonra ləğv olub, indi yenə də ortaya çıxır. Bu necə ola bilər?
Ona görə də ciddi və davamlı iş olamlıdır.
Ancaq ideyanın özü çox ciddi ideyadır. Əgər Azərbaycanda ciddi insanlar ortaya çıxıb bu işlə əsaslı şəkildə məşğul ola bilsələr, bunun kifəyət qədər siyasi nəticələri ola bilər”.
Taleh