\"Paşinyanın gorbagor babası Qaregin Njdenin legionunda Almaniya cəbhəsində vuruşub”
Oxunub: 1445
12 May 2020 | 16:30
\
«Ermənistanda faşizm ideologiyasının, etnik təmizləmə və terrorizmin dövlət siyasətinə çevrildiyini təsdiqləyən faktlar saysız-hesabsızdır. Bu faktların çoxluğu fonunda dünya birliyi tərəfindən işğalçı dövlətə hələ də hansısa bir təzyiqin göstərilməməsi Ermənistan hakimiyyətinin gündən-günə daha da ərköyünləşməsinə, ən əsası bu istiqamətdə üzə çıxan yeni faktlardan zərrə qədər də narahat olmamasına, əksinə, nasizmi əməli işdə dəstəkləməsi kimi məqamların açıq-aşkar nümayişinə səbəb olur. Hakimiyyətə gəldiyi gündən qeyri-adekvat addımları ilə siyasətdən nə qədər uzaq olduğunu, tarixi faktları əcdadlarının xislətinə uyğun saxtalaşdırmaq yolunu tutduğunu, hətta İkinci Dünya müharibəsində faşizm üzərində böyük Qələbənin 75 illiyi ərəfəsində insanlığa qənim kəsilmiş nasizm ideologiyasının qızğın təbliğatçısı olduğunu, utanıb-qızarmadan faşistlərə xidmət edən erməni sələflərinin ünvanına mədhiyyələr yağdırdığını nümayiş etdirən “demokrat libasına bürünmüş” baş nazir Nikol Paşinyan yenə də növbəti olayla gündəmin mövzusuna çevrilib. Belə ki, bir çox insanların sosial mediada müharibədə iştirak etmiş ata-babalarına aid foto və məlumatlar paylaşması axınına qoşulan Ermənistanın baş naziri Nikol Paşinyan bu paylaşımı ilə nəinki dünya ictimaiyyətinin, hətta öz ermənilərinin də sərt reaksiyası ilə üzləşib. Həmin paylaşım araşdırmaların aparılmasına və belə bir faktın açıqlanmasına səbəb olub ki, Paşinyanın bu gün adını daşıdığı gorbagor babası 1943-cü ildə Qaregin Njdenin legionunda Almaniya cəbhəsində vuruşub.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

İşğalçı ölkənin indiki qaragüruhçu hakimiyyətinin tarixi həqiqətin üzə çıxmasından ciddi narahatlıq keçirdiyini diqqətə çatdıran Vüqar Rəhimzadə bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin saytında dərhal bu faktı inkar edən məlumatın dərc olunması dünya və erməni ictimaiyyəti arasında müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz: “Həmin gülünc məlumatda bildirilir ki, Yenokovan kəndindən müharibədə iki Nikol Paşinyan adlı şəxs iştirak edib. Onlardan biri SSRİ ordusunda, digəri isə düşmən cəbhədə olub. Baş nazirin babası faşistlərin tərəfdarı olmayıb. Bax, bu da növbəti erməni riyakarlığı, növbəti erməni fitnə-fəsadı! Bu günə qədər tarixi torpaqlarımızı öz adlarına çıxıb, Dağlıq Qarabağın Ermənistana məxsusluğunu həyasızcasına dilə gətirib, hətta sonralar müstəqil dövlət kimi fəaliyyət göstərdiyini iddia edən işğalçı ölkənin hoqqabaz, diletant rəhbərindən nəhayət özü ilə bağlı əsl həqiqətin üzə çıxmasından sonra utanıb-qızarmasını, faşizm ideologiyasının qurbanlarının doğmalarından və yaxınlarından üzr istəməsini, hətta ən azı məcburiyyət qarşısında qalıb tarixi faktları təsdiq etməsini gözləmək sadəlövlük olardı.» V.Rəhimzadə qeyd edib ki, son illərdə işğalçı Ermənistanın mərkəzində və digər bölgələrində faşist canilərinin - “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəllərinin qoyulması faşizmə olan rəğbətin bariz nümunəsidir: “O da məlumdur ki, Ermənistan rəhbərliyinin bilavasitə iştirakı ilə İrəvan şəhərinin mərkəzində nasist Njdenin heykəlinin açılış oldu. Halbuki bu üzdəniraq “qəhrəman”ların alman nasistləri ilə sıx əlaqələri haqqında çoxlu sayda faktlar xarici ölkələrin arxivlərində kifayət qədərdir.”

Baş redaktor bildirib ki, dövlətimizin başçısı İlham Əliyev istər beynəlxalq səviyyəli tədbirlərdə, istərsə də dünyanın nüfuzlu mətbu orqanlarına verdiyi müsahibələrdə daim bu məsələyə xüsusi diqqət yönəldir: «Möhtərəm Prezidentimiz İlham Əliyev bu günlərdə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində də bildirdi ki, İkinci Dünya müharibəsində ermənilər faşistlərlə yaxından əməkdaşlıq edib, Ermənistan açıq-aşkar şəkildə faşizm təlimlərini yayır, faşizm cəlladlarını qəhrəmanlaşdırır. «Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir» söyləyən cənab İlham Əliyev onu da vurğulayıb ki, bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adamın cinayətləri sübut olunub. Qələbənin 75 illiyi ərəfəsində həm Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş sənədlər də buna sübutdur. Bu adam müharibə dövründə bildirmişdir ki, Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Njdenin təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb.»

«Dövlətimizin başçısının bu bəyanatları işğalçı ölkədə ciddi narahatlığa səbəb olduğundan Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat verib. Yenə də reallığın inkarı. Əvvəldə də qeyd etdiyimiz kimi, illər boyu tarixi saxtalaşdırmaq yolunu tutan bir dövlətin hər hansı bir məsələ ilə bağlı bəyanatının yalan və uydurma faktlar üzərində qurulması da adi haldır» söyləyən V.Rəhimzadə qeyd edib ki, bəyanatda əksini tapan fikirlər faşizm üzərində Qələbəyə ləkə olmaqla yanaşı, həm də çox gülünc görünür: “İddia olunur ki, guya Azərbaycan Qələbənin 75 illiyi münasibəti ilə antierməni siyasətini bu kontekstdə istifadə edir. Daim fakt qarşısında aciz qalan işğalçı dövlət bu gün də həmin acizliyini belə sərsəm bəyanatlar səsləndirməklə ört-basdır etməyə çalışır.”

Baş redaktor diqqəti ölkə Prezidenti İlham Əliyevin ötən il “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində çıxışı zamanı ermənilərə ünvanladığı tutarlı faktlara yönəldib: “Möhtərəm Prezidentimiz “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlara əsaslanaraq ifşa etmişdir. Cənab İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı işğalçı dövlətə tutarlı cavab oldu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, eyni zamanda, digər beynəlxalq qurumların və dövlətlərin qərar və qətnamələrində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu əsaslı şəkildə qeyd olunur, eyni zamanda, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilir. Amma beynəlxalq ictimaiyyətin obyektiv tələbinə məhəl qoymayan işğalçı Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nda dünya birliyi tərəfindən qəbul olunmayan, beynəlxalq hüquq normalarına, demokratik dəyərlərə zidd addım kimi dəyərləndirilən “seçkilər” keçirməklə özünə təsəlli verməyə çalışır ki, güya bu ərazi onlara məxsusdur. Artıq dünya həqiqətə həqiqət gözü ilə baxmağın zamanı olduğunu atdığı addımları ilə təsdiqləyir. Dövlətimizin münaqişənin həllində mövqeyi dəyişməzdir: Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapmalıdır. Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının Sammitində Prezident İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini bir daha dünyaya bəyan etmişdir. Möhtərəm Prezidentimiz bu məqamı da təəssüf hissi ilə qeyd etmişdir ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. Cənab İlham Əliyev bu çağırışı etmişdir ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.”

V.Rəhimzadə vurğulayıb ki, bu gün arxiv sənədlərinin də Nikol Paşinyanın babasının faşistlərin tərəfindən döyüşdüyünü təsdiqlədiyi halda Ermənistan rəsmilərinin bu faktı inkar yolunu tutmaları dövlətimizin başçısı İlham Əliyevin Aşqabad Sammitində söylədiyi faktların qarşısında Nikol Paşinyanın bu canini müdafiə etməsini xatırlamağı zərurətə çevirir. O, Njdenin həbs düşərgəsində olmasını belə əsaslandırmışdı ki, Soljenitsin də həbs düşərgəsində olub. Bu iki şəxsin arasında müqayisə aparmağın özü heç bir məntiqə sığan addım deyil. Dövlətimizin başçısı həmin çıxışında Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etməyin həyasızlığın yüksək dərəcəsi olduğunu bəyan etmişdir.

V.Rəhimzadə bu təhlillər əsasında belə bir qənaətə gəlir ki, işğalçı ölkədə hakimiyyətin dəyişməsinə baxmayaraq, yenə də əvvəlki rejimin mahiyyəti dəyişməz olaraq qalıb: “Bugünümüzün əsas tələbi Ermənistana dünya ictimaiyyəti tərəfindən çox sərt şəkildə «dur» söylənilməsidir. Nə qədər ki Ermənitsan bu təzyiqlərdən uzaqdır, belə faktların aşkarlanması onlar üçün adi hal olmaqla yanaşı, nə qədər qəribə görünsə də, hətta qürurvericidir.”
Oxşar xəbərlər
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:40, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı