Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün 12 may- Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibovun doğum günüdür. Müstəqilliyimizin ilk, ən ağır, ziddiyyətli və mürəkkəb illərində ölkəmizə rəhbərlik etmiş keçmiş dövlət başçısının 82 yaşı tamam olur.
Bu münasibətlə tanınmış ictimai-siyasi xadim, sabiq deputat Maksim Musayev Moderator.az vasitəsi ilə eks-prezidentə təbrik ünvanlayıb. Təbrik mətnində deyilir:
“Hörmətli Ayaz Niyaz oğlu, Sizin doğum gününüzü ürəkdən təbrik edir, Sizə sağlamlıq, uzun ömür diləyirik. Müstəqil dövlətçiliyimizin formalaşmasında əməyiniz gözümüz önündə olub. Azərbaycan Respublikasının birinci Prezidenti kimi ölkəmizin ən ağır günlərindəki xidmətlərinizi unutmaq mümkün deyil. Müstəqilliyimizin beynəlxalq səviyyədə tanınmasında Sizin imzalarınız Azərbaycanın tarixində öz yerini tutmuşdur.
Allah arzularınızı yerinə yetirsin!
Sizə böyük hörmət bəsləyən Milli Məclisin keçmiş üzvü Maksim Musayev.”