Türk birliyinə mane olan SƏBƏBLƏR: “Ortaya siyasi iradə qoymağın zamanıdır”
Siyasət
Oxunub: 1583
05 May 2020 | 11:03
Türk birliyinə mane olan SƏBƏBLƏR:  “Ortaya siyasi iradə qoymağın zamanıdır”
Son illər türk xalqları arasında inteqrasiya meylləri, mədəni əlaqələr artıb.
Lakin türk birliyinə doğru gediləsi uzun yol, görüləsi çoxlu işlər var. hələ də ortaq ünsiyyət vasitəsi ilə bağlı məsələ həllini tapmayıb. Türk birliyinin yaranmasına hələ də ciddi əngəllər var.
Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında deyib ki, türk birliyinin güclənməsi üçün ilk növbədə, türkçülüyün mahiyyəti, yəni onun tarixi və fəlsəfəsi ortaya qoyulmalıdır:
“Türk birliyi deyilən anlayışın siyasi, iqtisadi, mədəni anlamda bir altyapısı, bazası olmalıdır. 19-20-ci əsrlərdə antitürk qüvvələr tərəfindən bu altyapı əsasən dağıdılıb. Son əsrlərdə antitürk qüvvələr Türk xalqlarının birliyinin baş tutmaması istiqamətində əllərindən gələni ediblər. Bu cəhdlər bu gün də davam edir. Bu baxımdan Türk xalqları arasında dildə, fikirdə, işdə birlik ideyası da 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə və digər ziyalılar tərəfindən antitürkçü ideyalara qarşı olaraq irəli sürülüb. Bu tezis daha çox İsmayıl bəy Qaspıralının adı ilə bağlı olsa da, əslində o dövrdə bütün türkçü aydınların düşüncəsi idi. Çünki o dövrdə artıq antitürk qüvvələrin, xüsusilə də Böyük Britaniya və Rusiyanın siyasi oyunları nəticəsində Türk xalqları arasında dildə və fikirdə birlik xeyli dərəcədə zədələnib”.
Faiq Ələkbərli hesab edir ki, türk xalqları əsas diqqəti dildə və fikirdə birlik məsələsinə yönəltməlidir:
“Ötən 30 il ərzində dildə və fikirdə birlik məsələsində müəyyən uğurlar əldə edilsə də, bu məsələdə istədiyimiz nöqtəyə gəlib çata bilməmişik. Hələ də, Türk xalqlarının nümayəndələri əsasən öz aralarında ortaq türkcə ilə deyil, rus, ingilis və başqa dillərdə danışırlar. Halbuki bu günə qədər bütün Türk dövlətləri məktəblərdə ortaq türkcə layihəsini həyata keçirə bilərdilər. Ortaq Türk dili kitabı hazırlamaq və tədris etmək ilk baxışda çətin görünsə də, mümkün və reallığa uyğundur. Türk xalqları arasında fikirdə birlik məsələsinə gəlincə, hələlik yetərli iradə ortaya qoyulmur. Amma ortaya siyasi iradə qoymağın zamanıdır. Məsələn, Türkiyədə bəzi siyasi qüvvələr ümmətçi siyasət yürüdür və ərəb-müsəlman dövlətlərinə daha çox diqqət ayırır. Fikrimcə, türk dünyasında, ancaq özəlliklə də Türkiyədə türklüyə bu cür münasibət kökündən dəyişilməlidir”.
Filosof alim hesab edir ki, Orta Asiyanın türk dövlətləri arasında Qazaxıstan islamçılıqdan çox türkçülüyə üstünlük verməkdə doğru yol tutub:
“Xüsusilə də Nursultan Nazarbayevin türklüyü ön plana çıxmasında müstəsna rolu var. Sadəcə olaraq, Qazaxıstanın türk birliyini Rusiya Federasiyasına meylli Avrasiya formatında görməsi yanlışdır. Doğrudur, Qazaxıstan buna bir çox hallarda məcbur edilir. Eyni sözləri Qırğızıstan və Türkmənistan haqqında da deyə bilərik. Hətta, İslam Kərimovdan sonra Özbəkistanın Türk birliyinə daha sağlam addımlar atır”.
F.Ələkbərlinin fikrincə, Orta Asiyanın türk dövlətləri kimi Azərbaycana da ən çox təzyiq Rusiya Federasiyasından gəlir:
“Əslində Azərbaycanda məfkurə baxımından türkçülük dinçiliyə nisbətdə özünü daha çox büruzə verir. Azərbaycanın əsas problemi Rusiyanın təzyiqi, İranın təsiri və bunların fonunda torpaqlarını işğaldan azad edə bilməməsidir. Bu isə Azərbaycanda türkçülüyün istənilən şəkildə öz əksini tapmasına əngəl olur. Doğrudur, son illərdə Türk Geneşi, ya da Türk Konseyi nisbətən aktivləşib. Hətta, Türkmənistan və Macarıstan da Türk birliyinə isti yanaşmağa başlayıb. Ancaq bu birliyin bazası doğru müəyyən olmadan, onun güclənməsi və dünyada real bir birliyə çevrilməsindən danışmaq tezdir. Hər halda dünyada real bir Türk birliyi, başqa digər qüvvələrin nəzarəti olmadan baş tutanda gerçək olacaq”.
Aydın
Cebhe.info

  03.05.2020 

//cebhe.info/turk_birliyine_mane_olan_sebebler_ldquo_ortaya_siyasi_irade_qoymagin_zamanidir_rdquo-205194
Türk birliyinə mane olan SƏBƏBLƏR: “Ortaya siyasi iradə qoymağın zamanıdır”
Son illər türk xalqları arasında inteqrasiya meylləri, mədəni əlaqələr artıb. Lakin t
cebhe.info


10:57

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏHMƏD BƏY AĞAOĞLU
4.Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Əhməd bəy Ağaoğlu nə qədər İslam mədəniyyəti və “İslam millətçiliyi” tərəfdarı olsa da, bununla yanaşı türk kimliyini, türk varlığını bir sözlə, Türk dünyagörüşünü də ifadə etmişdir. Ağaoğlunun “islam millətçiliyi” ilə yanaşı türkçülüyə meyil etməsində ən başlıca amil Qafqazda ruslaşdırma, farslaşdırma siyasəti, o cümlədən 1905-1906-cı illərdə çar Rusyasının əli ilə baş verən erməni-müsəlman münaqişəsi olmuşdur.  Ümumilikdə isə, “İslam millətçiliyi” bütün müsəlman xalqlarını vahid mədəniyyət, vahid ideya, vahid dini-siyasi millət olaraq bir arada tutmaq qədər vacib olduğu halda, eyni zamanda, dörd bir tərəfdən türk varlığına qarşı açılmış savaşlara dayanmaq üçün türkçülüyü də vacib etmişdir. Amcaq Ağaoğlunun nəzərində türkçülük süni bir millətçilik deyil, islamçılıqla səsləşən bir ideyadır. O, “Qafqazda milli ədavət varmı?” (1902) adlı məqaləsində süni millətçiliklə əsil millətçiliyi bir-birindən ayırmağa çalışmışdır.  Onun fikrincə, “süni millətçiliyi” yaradan daha çox şəhər mühiti və onun məhdud görüşlü “intellektualları”dır: “Bir tərəfdən din, irq, digər tərəfdən isə insana nifrət – budur həmin “millətçilər”in guya öz millətçi tendensiyalarını bəyan etmək üçün istifadə etdiyi sevimli silahlar. Bu “intellektual əhval-ruhiyyə” şəhər islahatı keçiriləndən sonra bizim aramızda daha çox kəskinləşmişdir. Xalqı təmsil etməyə can atan, özgələrin fikirlərinə, sərbəstliyinə dözümsüz olan, başqalarının hüquqlarına, hisslərinə hörmət etməyən bu “intellektual fanatiklər” xalqın “qayğısına qalanlar” adı altında “din”lə, “irq”lə, “tarixi xatirələr”lə oynaqlaşırlar. Onlar hər boş şeyə, hər adi həvəsə milli-dini don geyindirməyə çalışırlar və nəticədə süni millətçilik meydana gəlir ki, bizim çoxsaylı “millətçilər” ondan məharətlə və özlərinə sərf edən kimi yararlanırlr”. 
O, “Qafqazda milli məsələ” (1904) məqaləsində də yazırdı ki, yaxşı və pis millətçilik var: “Birincisi vətənə məhəbbətlə, dil ilə, qan ilə, ümumi ənənələr və tabe ilə bağlı olduğunuz insanlara qeyri-ixtiyari rəğbət etməkdir. Bu cür millətçiliyi təbiət özü yaradır və heç bir kapitalın, heç bir qəzetin burada işi yoxdur. Təbii olduğu üçün belə millətçilik həm gözəldir, həm də xeyirxahdır. O, xeyirxahlıq etmək, vətənə xidmət göstərmək, onun uğrunda özünü, vaxtını, gücünü quran vermək arzusundan o tərəfə keçmir. Ancaq pis millətçilik də var – ədavətə, nifrətə, başqalarını nifrət etməyə və əzməyə sürükləyən barışmaz millətçilik. Belə millətçilik sünidir, qeyri-təbiidir, onu insanlar  və kapital yaradır”. 
Ağaoğluya görə, Qafqazda pis millətçilik də təşəkkül tapmaqdadır və bunu heç kim inkar edə bilməz: “O, mövcuddur və hər gün həyatımızı korlayır. Bu faktdır. Belə millətçiliyin haradan gəlməsi isə başqa bir məsələdir ki, onu anlamaq üçün bu bəlanın bizim diyara nə vaxtdan gəldiyini xatırlamaq yetər. Bir şey şəksizdir: bizdə sənaye, iri ticarət mərkəzləri, bir sözlə, kapital olmayana qədər pis millətçilik də yox idi. Gəldiyimiz yeganə qənaət budur ki, Qafqazda kütlə arasında, şəhər mərkəzlərində, kəndlərdə və tarlalarda heç kim millətçilik barədə düşünmür; orada hamı hiyləgərcəsinə müdriklik etmədən, sadə, eyni vətənin övladları kimi, eyni qayğılarla əhatələnən, ümumi zəhmətlə birləşən, bir-birinin köməyinə gələn insanlar kimi yaşayır”.
Ağaoğluna görə, “pis millətçilik” ilk növbədə Avropada kapitalizmin yaranmasıyla meydana çıxmış, burada burjuaziya və millətçilik bir-birinə bağlı olduğu üçün burjua olub millətçi olmamaq qeyri-mümkün olmuşdur: “Kapital soyğunçuluqda heç nəyə fərq qoymamaq isə kosmopolitizmdir. O, özünkünü də, özgəni də, ellini də, yəhudini də eyni rahatlıqla məhv edir. Lakin onun kosmopolitzmi bundan o yana keçmir.  Özgəni məhv etmək lazım olanda və həmin özgə bunu könüllü etmək istəməyəndə kapital sözün ən pis mənasında millətçi olur”. O, daha sonra yazırdı: “Avropanı – barışmaz millətçiliyin bu klassik ölkəsini götürün. Onu yaradan həmin kapital deyilmi? Hansısa bazarda ingilis kapitalisti ilə rəqabət aparmaq istəyən fransız kapitalisti öz vətəninində ingilislərə qarşı nifrət, paxıllıq hisslərini oyadır. Unutmayın ki, onun bunun üçün vasitələri – qəzetlər, jurnallar, teleqraf agentlikləri və görkəmli, nüfuzlu mövqeyi var. O, həmvətənlərinin xoş hisslərindən, onların öz millətinə, vətəninə sevgisindən istifadə edir, bu hissləri pis yola çəkir, yaxşı millətçiliyi pis millətçiliyə çevrir. Bu azmış kimi, mənfəət qazanmaq üçün o, qayğı adı altında imkansızlığa düçar etdiyi, proletariata çevirdiyi əhalinin üçdə bir hissəsinə pis millətçiliyi artıqlaması ilə aşılayır. Bunlar barışmaz millətçiliyi daha da gücləndirir, inkişaf etdrir, dəstəkləyir”. Ağaoğlunun dünyagörüşündə ilk dövrlərdə islamçılıq, islam millətçiliyi ideoloji xarakter daşıdığı halda, türkçülük isə daha çox xüsusi mahiyyət kəsb etmişdir. Buradakı xüsusiliyin mahiyyətində də çar Rusiyasının işğalı altında olan türk-tatar xalqlarının dini millətçilikdən daha çox etnik-milli millətçiliyə görə assimliyasiyaya məruz qalması idi. Türkçülük hissinin güclənməsi də farslaşdırma, ruslaşdırma, erməniləşdirmə siyasəti qarşısında mühüm siyasi faktor idi. Ağaoğluna görə, Rusiyadakı müsəlman cəmiyyəti də yalnız dini deyil, həm də milli xarakterlidir: «Bütün bu cəmiyyət yalnız dini cəmiyyət olmayıb, eyni zamanda etnik bir varlıqdır. Çünki bizim Rusiya müsəlmanları çox az istisna ilə böyük türk-tatar irqinə mənsubdurlar”. 
Y.Akçuranın təbrincə desək, ruslaşdırmaya, farslaşdırmaya qarşı dayanmaq, məzhəb ayrılığına son qoyaraq düşmənlərinə fürsət verməmək baxımından Ə.Ağaoğlu, Ə.Hüseynzadə və Ə.Topçubaşı Qafqaz türklüyündə birliyin yaranmasına çalışmışlar. Ona görə də Ə.Ağaoğlu nə qədər «İslam milləçiliyi»ndən çıxış etsə də, Azərbaycan türklərinin oyanması baxımından gördüyü milli işləri, xüsusilə erməni-müsəlman münaqişəsi zamanı «Difai»nin lideri kimi apardığı mübarizə onu islamçılığın ideoloqu ilə yanaşı, türkçü adlandırmağa layiq edir. Tanınmış alim T.Svyatoxovski yazır: «Tatar-erməni mübaribəsi nəticəsində meydana gələn «Difai» özünün əsasən antirus fəaliyyəti ilə Şamil dövründən bu yana təşkilatlanmış heç bir müqavimətlə üzləşməyən çar rejiminə uzun illər boyu mütilik tabeçilyə zərbə endirmiş oldu». 
Ümumiyyətlə, Ağaoğlu “Kaspi”, “Həyat” və “İrşad” qəzetlərində dərc olunan məqalələrində çar Rusiyasında aparılan ruslaşdırma, erməniləşdirmə, xristianlaşdırma siyasəti nəticəsində türkçülüyün və islamlığın aşağılanmasına birmənalı şəkildə qarşı çıxmış, türklüyün və müsəlmanlığın əsil mahiyyətini ifadə etməyə çalışmışdır. Məsələn, o, “İrşad” qəzetində nəşr olunan “Tulu edən ay parçası” məqaləsində açıq şəkildə türklüyün və müsəlmanlığın müdafiəçisi kimi çıxış edir və bunun səbəblərini göstərirdi: “Türklük və müsəlmanlıq məsələsinə gəldikdə yenə menşikovlar bilməlidirlər ki, biz müsəlmanız və türküz. Nə müsəlmanlıqda və nə türklükdə elə bir ləkə gətirən bir şey yoxdur ki, biz öz müsəlmanlığımızı və türklüyümüzü gizləyək. İslam dünyada ən əvvəlinci dinlərdən birisidir. Onda elə bir insanpərəstlik vardır ki, insana fəxr və səadətdən savayı bir şey gətirməz. İslamda nə var ki, biz ondan utanıb öz müsəlman olmağımıza pərdə çəkək? Menşikovlara islam xoş  gəlməyir. Mənə də xristianlıq xoş gəlməyir. Onlar öz yollarında, mən də öz yolumda. Nə onlara, nə də mənə bundan bir töhmət, bir məzəmmət gəlməz. Türk tayfası isə əlan Asiya və Afrikada islamlar arasında ən böyük, ən rəşid, ən müstəid, ən qabil, ən həmiyyətli, ən birinci tayfadır. Türklük ilə ancaq iftixar etmək olar”. O, açıq şəkildə yazırdı ki, türklük elə bir hiss, duyğudur ki, onu heç kim türkün əlindən zorla ala bilməz: “Türk olub da qəlbi-meylimiz dünyada, hər yerdə türk var isə onadır. Bu bir hissi-təbiidir. Dünyada heç bir güc, heç bir zor bizim əlimizdən alamaz”.
Ağaoğlunun fikrincə, ancaq antitürk, antiislam ideoloqların ifadə etdiyi kimi, müsəlman və türk olmaq heç də “panislamist” və “pantürkist” olmaq demək deyildir: “Çünki panislamist demək, yəni cümlə müsəlmanları bir müsəlman dövlətin təxti-idarəsinə cəm etmək deməkdir. Pantürkizm demək də cümlə türkləri bir türk dövlətinin təxti-həkumətinə cəm etmək deməkdir. Əgər məna belə isə dünyada bir müsəlman, bir türk tapılmaz ki, belə xəyal ilə uğraşsın. Əgər tapılsa belə divanədir. Çünki müsəlmanlar və türklərin indiki halında belə fikirlərə alışmaq Don Kixot kimi yel dəyirmanı ilə vuruşmaq kimidir. İslam və türk bu halda elə pərişan, elə məzlumdurlar ki, bu növ fikirlərə əsla belə yer vermiyorlar. Müsəlmanların və türklərin yüzdə doxsanı özgə tayfaların əlindədirlər ki, olsun Avropa tayfalarından. Bu tayfalar alim, müsəlləh tayfalardır”. 
Ağaoğlu sonralar özü də çar hökumətinin ruslaşdırma siyasətinə qarşı “Hürriyyət, Müsavat, Ədalət!» devizi ilə nəşr olunan “İrşad” qəzetinin tutduğu məsləki belə izah etmişdir: Birincisi rus hökumətinə qarşı mücadilə edərək türk ünsürünün siyasi hüquqlarını təmin etmək, ikincisi isə, türk ünsüründə birlik fikrini yaratmaq. Doğrudan da, Ə.Ağaoğlu həmin dövrdə çar hökumətinin, eləcə də marksist-leninçilərin Türk xalqlarına qarşı yeritdiyi riyakar siyasəti ifşa etməyə çalışmış, sonuncuları ittihad və ittifaqa çağırmışdı. 
Onun fikrincə, çar hökumətinin siyasəti isə, sadə rusların türklərə olan münasibətindən tamam fərqlidir. Belə ki, sadə ruslarla türk-tatarlar arasında gizli bir doğmalıq, yaxınlıq vardır, çünki rusların damaralarında türk-tatar qanı çoxdur. Tatarların bir neçə yüz il davam etmiş hökmranlığı hədər getməmiş, hər iki irq bir-birinə möhkəm qaynayıb qarışmışdır. Bir sözlə, ruslarla türk-tatarlar aralarındakı din ayrılığına baxmayaraq, tatarların öz antropoloji xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, bir çox rus ailələrinin də damarlarından tatar qanı axır. Ancaq türk-tatarlarla ruslar arasındakı bu doğmalığa, yaxınlığa rəğmən, 1-ci rus inqilabına qədər çar Rusiyası «mənfur məzhəbçilik-ruslaşdırma siyasəti» aparmış, onları ən mühüm hüquqlardan belə məhrum etmişdir. Ə.Ağaoğlu yazır: “Biz indiyə qədər doğrudan da ümumi anamız olan Vətənin ögey oğulları olmuşuq, bizə etibar etmirdilər, bizi kənarda saxlayırdılar, bizi ən mühüm hüquqlardan məhrum edirdilər, Yer kürəsinin bütün xalqlarına verilmiş ən bəsit və eyni zamanda gərəkli mədəniyyət müəssisələrini bizə verməkdən imtina edirdilər”.
Deməli, ruslaşdırma siyasətində başlıca rolu rus hökuməti həyata keçirmiş və bu zaman onlar ruslarla türk-tatarlar arasındakı yaxınlıqlarını nəinki nəzərə almamış, hətta onları vəhşi, yarıminsan kimi qələmə vermişlər. Maraqlıdır ki, vəziyyətin bu dərəcəyə çatmasında isə rus məmurları mərkəzi hökuməti deyil, türk-tatarların özlərini günahkar saymışlar. Belə ki, Ə.Ağaoğlu və başqa ziyalıların ruslaşdırma ilə bağlı imperiya məmurlarına yönəlmiş ittihamlarına onların cavabı belə olmuşdur: təqsir sizin özünüzdədir, axı siz nə üçün səsinizi çıxarmırdınız, nə üçün indiyə qədər özünüzü göstərmirdiniz. Ə.Ağaoğlu isə, rus məmurlarının bu iradlarını acı həqiqət kimi dərk edib sarsıldıqlarını bildirmişdir. Fikrimizcə, rus məmurları bu iradlarında heç də haqlı deyildilər. Buna ən bariz nümunə kimi «Əkinçi»nin bağlanmasını, uzun müddət türk dilində qəzetlərin nəşrinə qadağan qoyulmasını, çar zülmünə qarşı tək-tük çıxanların ya öldürülməsini, ya da Sibirə sürgün edilməsini göstərə bilərik.
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO