Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam
imzalayıb.
Moderator.az
AzərTAc-a istinadən xəbər verir ki,
sənəddə deyilir:
""Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrası nəticəsində Oğuz rayonunda Olimpiya İdman Kompleksi,
Mərkəzi Rayon Xəstəxanası və digər sosial yönümlü obyektlər tikilərək
istifadəyə verilmiş, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemi
yenidən qurulmuş, çoxsaylı parklar salınmış, bütövlükdə rayonun sosial-iqtisadi
həyatında əsaslı dəyişikliklər baş vermişdir.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nda Oğuz rayonu üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin
sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Oğuz
Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat
fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin
etsin".