17 avqust Azərbaycanın görkəmli opera və estrada
müğənnisi Müslüm Maqomayevin doğum günüdür. Mədəniyyət və Turizm Nazirliyinin
mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, bu gün Müslüm
Maqomayevin xatirəsi Fəxri Xiyabanda yad olunacaq. Mərasimdə Mədəniyyət və
Turizm Nazirliyinin rəsmiləri, xalq artistləri, tanınmış musiqiçilər iştirak
edəcəklər.
Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Azərbaycan
Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “