İqtidarın gizli müxalifət planı: münasibətlərə doğru üçüncü cəhd
Siyasət
Oxunub: 2203
26 Apr 2020 | 12:09
İqtidarın gizli müxalifət planı:  münasibətlərə doğru üçüncü cəhd
Ali Məhkəmə REAL sədri İlqar Məmmədova bəraət verdi. Keçmiş məhbusa 234 min manat mənəvi təzminat ödəniləcək. Azərbaycan tarixində müxalifətlə bağlı bu kimi bu kimi məhkəmə hökmü nadir rastlanan hadisədir...

Bəraətdən dərhal sonra sosial şəbəkələrdə AXCP tərəfdarları tərəfindən REAL-a və şəxsən İlqar Məmmədova qarşı əks-təbliğat kampaniyası başladı. Əslində bu kampaniya İlqar bəy hələ həbsdə olanda da aparılırdı. Ancaq o vaxt da Cəbhəçilər tərəfindən aparılan həmin kampaniya epizodik xarakter daşıyırdı və kəskin deyildi. Çünki ictimai rəy dörd divar arasında olan bir siyasətçi haqqında yazılan tənqidi süngü ilə qarşılayırdı.

Niyə indi AXCP İlqar Məmmədova qarşı kökləndi? İş orasındadır ki, Əli Kərimli müxalifətin vahid lideri olmaq uğrunda İsa Qəmbərlə 15 ilə yaxın savaş apardı. Müxalifət düşərgəsini yaman günə qoyan bu savaş gizli və aşkar gedirdi. Sonda Əli Kərimli İsa Qəmbəri neytrallaşdıra bildi və öz aləmində müxalifətin vahid liderinə çevrildi...

Ancaq həbsdə olan İlqar Məmmədovun reytinqi xalq arasında sürətlə yüksəlirdi və bu, Əli Kərimlini narahat etməyə bilməzdi. Əli Kərimli etiraf etməsə də İlqar bəyi öz perspektivinə təhlükə kimi görürdü.

AXCP-
Şübhəsiz ki, iqtidar da AXCP ilə Müsavat Partiyası arasında rəqabətin davamlı və kəskin olmasında maraqlı idi və öz imkanları çərçivəsində bu rəqabətin daha da alovlanmasına təkan verirdi. Müxalifətdaxili prosesləri nəzarətdə saxlamaq və tənzimləmək üçün bu, iqtidara lazım idi. Ancaq İsa Qəmbər Müsavat Partiyasının başqanı vəzifəsi üçün keçirilən növbəti seçkiyə qatılmadı. Arif Hacılının öndərliyində isə Müsavat Partiyası xalq arasında nüfuzunun əhəmiyyətli hissəsini itirdi, nəticədə Əli Kərimlinin müxalifət düşərgəsində yüksəlişi başladı.

Milli
Diqqət edin! 2009-cu ilin yanvar ayında bir qrup gənc intellektual və yeni nəsil siyasətçilər tərəfindən Respublikaçı Alternativ Hərəkatı təsis edildi. Əslində REAL AXCP ilə müqayisədə say baxımından kiçik bir qrupdur. Ancaq bu kiçik qrupda olanların intellektual çəkisi çox yüksəkdir. Ən önəmlisi isə odur ki, onlar “klassik AXC-nin şinelindən” çıxmayıblar, yəni siyasi baxışları və "materialları" ciddi şəkildə fərqlidir; bu təşkilat birmənalı şəkildə Qərb dəyərlərinə bağlıdır. Ancaq bunu AXCP haqqında demək olmaz. Bəli, Əli Kərimli tərəddüd etmədən deyə bilər ki, AXCP Qərbyönümlü siyasi təşkilatdır. Ancaq ortada “Milli Şura” amili var. Azərbaycan demokratik qüvvələrinin Milli Şurası 2013-cü il mayın 28-də yarandı. Bu təşkilatın arxasında isə “Milyarderlər İttifaqı” dayanmışdı. O vaxt YAP-ın bu məsələyə rəsmi mövqeyi belə idi: Rusiyada “Milyarderlər İttifaqı” yaranıb, onlar anti-Azərbaycan mövqeyi tutublar. Erməni planı əsasında Azərbaycandakı bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməklə məşğuldurlar. Anti-Azərbaycan qüvvələri dedikdə isə Milli Şuranı nəzərdə tuturdular.

Milli

İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov, Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət... bir sözlə müxalifətin bütün qaymaqları bir araya gəlmişdi. Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçildi. Baş nazirin sabiq I müavini Abbas Abbasov bu işdə xüsusi fəallıq göstərirdi. Dağıstanın rəhbəri Ramazan Abdulatipov isə A.Abbasovla birgə “Milyaderlər İttifaqı”nda təmsil olunurdu.

Araz Ağalarov, Vahid Ələkbərov, İsgəndər Xəlilov, Telman İsmayılov və digərləri çiyin-çiyinə dayanmışdı. O vaxt “Milyarderlər İttifaqı”nda təmsil olunanların ümumi varidatı 40-48 milyard dollar həcmində qiymətləndirilirdi.

Düşünün ki, İlham Əliyevlə quda olan Araz Ağalarov da bu sırada yer almışdı. Çünki Putinin göstərişinə qarşı çıxmaq hər şeyi itirmək anlamına gəlirdi.

Ancaq Abbas Abbasovun timsalında rəsmi Bakıya qarşı sərt mövqe tutan bir qurum yarandığı kimi də günlərin birində tarixə qovuşdu.

İttifaqda təmsil olunanlar isə Azərbaycan hakimiyyətinə sadiqlik bəyanatları verərək “siyasi səhnədən” çəkildilər.

“O kəslər ki, hazırda bizə qarşı dururlar onlar gedəcəklər, inanın mənə. Onlar gedəcəklər, onlar olmayacaq”, deyərək iqtidarı hədələyən Abbas Abbasov isə hakimiyyətlə bütün körpüləri yandırdı, Azərbaycana bir daha dönmək şansını, Milli Məclisdə oturan oğlu isə mandatını itirdi.

Milyarderlər

“Milyarderlər İttifaqı” nədən siyasi səhnədən çəkildi? Çünki İlham Əliyev çevik manevrlər etdi və Vladimir Putinlə anlaşa bildi, nəticədə süni qurum olan “Milyarderlər İtiifaqı”na və onun Azərbaycandakı uzantısı olan Milli Şuraya olan ehtiyac aradan qalxdı. İlham Əliyev iqtidarda olduğu müddətdə qarşılaşdığı ən ağır sınaqdan uğurla çıxdı.

Bu olay bir daha göstərdi ki, Azərbaycan müxalifəti ideoloji baxımdan etibarsızdır. Hətta Putinin göstərişi ilə Rusiya kimi bir ölkənin yanında da yer ala bilər. Şübhəsiz ki, bu prosesi Qərb ölkələri də yaxından izləyirdi. Bu olaydan sonra Azərbaycan müxalifətinə Qərbin inamı ciddi şəkildə azaldı. Belə bir fonda İlqar Məmmodova Qərbin dəstəyi getdikcə artmağa başladı...

Yeri gəlmişkən bir məsələyə də toxunaq. Niyə Vladimir Putin İlham Əliyevə qarşı belə bir gediş etdi? Çünki Azərbaycan Heydər Əliyevdən qalmış ənənəyə əsasən Qərblə Rusiya arasında balanslaşdırılmış xarici siyasət yeridirdi. Ancaq İlham Əliyev Azərbaycanın maraqlarından çıxış edərək (Qarabağ münaqişəsi) Qərbə daha çox yaxınlaşmaq istədi. 2013-cü ilin oktyabrında prezident seçkisi keçiriləcəkdi. Bu kimi amillər Rusiyanı hərəkətə keçməyə vadar etdi. Azərbaycanda Rusiyaya bağlı siyasi partiyalar yox səviyyəsində idi. Bu səbəbdən də Rusiya öz ərazisində olan milyarderlərin üzərindən belə bir plana əl atdı. Rəsmi Moskva artıq Gürcüstanda bu variantdan uğurla istifadə etmişdi. Məhz Rusiyada milyarder olmuş Bidzina İvanişvili (2012-ci il oktyabr) ABŞ-la müttəfiq olan prezident Mixael Saakaşvilini iqtidardan uzaqlaşdırdi.

Özü də Gürcüstanda söhbət bir milyarderdən - broker liderdən gedirdi, Azərbaycana münasibətdə isə bir topa milyarder bir araya gəlmişdi.

Milli Şura sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədlyi heç qeydə də alınmadı. Çünki sənədləri araşdırılarkən, Rüstəm İbrahimbəyovun Azərbaycan və Rusiya vətəndaşı olmaqla, ikili vətəndaşlığı müəyyən edildi. Azərbaycan qanunlarına görə isə ikili vətəndaşlığı olan şəxs prezidentliyə namizəd ola bilməzdi. Bu olaya görə də müxalifət ciddi qınaqlarla üzləşdi. Yeri gəlmişkən həmin seçkidə İlqar Məmmədov prezidentliyə namizəd kimi qeydə alınmışdı. O vaxt o, o qədər də tanınmış siyasətçi deyildi. Heç kim ondan nəsə gözləmirdi də. Həmin seçkidə İlham Əliyev elə bir müqavimətlə üzləşmədi və qalib elan olundu. İlham Əliyev Rusiya ilə mövcud olan problemi vaxtında ardan qaldırdı və qələbəsini daha öncədən sığortaladı.

Maraqlıdır ki, seçki başa çatdıqdan sonra Müsavat Partiyasının cəhdinə baxmayaraq Milli Şura fəaliyyətini dayandırmadı. Düzdür, bu təşkilata Rusiya 2013-cü ildə olan marağını itirib. Özü də Milli Şuranı təsis edən təşkilatlar, nüfuzlu şəxslər çoxdan bu təşkilatı tərk ediblər. Əslində ortada AXCP-dən başqa kimsə qalmayıb. Faktiki Əli Kərimli Milli Şuranı özününküləşdirib. Çox güman ki, o, Milli Şura adının narazı elektorat üçün daha cazibədar olduğunu düşünür.

İlqar bəy həbsdən çıxdıqdan sonra isə vəziyyət dəyişdi. Onun siyasi proseslərə baxışı cəbhəçilərin yanaşmasından ciddi şəkildə fərqlənirdi. Cəbhəçilər hamını küçələrə, mitinqlərə səsləyirdi, o isə xalqı parlament seçkilərinə hazırlamağın önəmindən danışırdı.

İlqar
Cəbhənin baxışına görə, İlqar Məmmədovla iqtidar arasında anlaşma əldə olunmuşdu və bu, onların ürəyincə deyildi. AXCP-nin istəyi o idi ki, YAP iqtidarına müxalif olanlar Əli Kərimlinin öndərliyi altında siyasi hakimiyyəti dəyişmək uğrunda mübarizəyə qoşulsun. Ancaq İlqar Məmmədov Əli Kərimlinin liderliyini qəbul etmək fikrində deyildi. Yadınızdadırsa, bloqer Mehman Hüseynovun həbsdə üzləşdiyi problemlə bağlı təyin olunmuş mitinqdə İlqar Məmmədov tribunada Əli Kərimli ilə yanaşı dayanmışdı. Həmin mitinqdə Əli Kərimli dönə-dönə özünü müxalifətin vahid lideri elan etdi və bütün məsuliyyəti öz üzərinə götürdüyünü söylədi. O çıxışdan sonra müxalifətdaxili həmrəyliyə olan ümidlər birdəfəlik dəfn olundu.

İlqar Məmmədov AXCP və onun tərəfdarlarını "İcazəli mitinq vasitəsilə inqilab etməyi vəd edənlər”, adlandırır: “Deyirdim sizə: gedək seçkiyə, görək insanları səslərin müdafiəsinə səfərbər edə bilirikmi. Dediniz ki, yox e, biz meydanlardan birbaşa hakimiyyətə gələcəyik. 8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, biz inqilab eləmək istəyirik, İlqar Məmmədov imkan vermir. Yaxşı, "inqilab-inqilab" deyirdiniz: 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi?”

AXCP ilə REAL arasında ideoloji savaş uzun müddətdir ki, davam edir. Ali Məhkəmənin son qərarı isə bu savaşı daha da körüklədi. Müxalifət düşərgəsində vəziyyəti daha da mürəkkəbləşdi. Baş verənlərə müxalifətdaxili vətəndaş müharibəsi də demək olar.

Çəbhəçilərin əsas arqumenti odur ki, İlqar Məmmədovla iqtidar arasında gizli anlaşma var. Onlar bu anlaşmanı az qala vətənə xəyanət kimi dəyərləndirirlər.

Ancaq siyasi prosesləri uzun müddət ərzində izləyənlər yaxşı bilir ki, bir vaxtlar AXCP ilə YAP arasında da belə bir anlaşma vardı.

Etibar
YAP Əli Kərimlidən öncə isə Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovla anlaşmışdı. O da sirr deyil ki, AXC ilə rəqabətdə olan YAP sədri Heydər Əliyevin iqtidara gəlməsində Etibar Məmmədov ciddi rol oynamışdı. Elə ona görə də o, AMİP sədri olaraq 1995-2000-ci illərdə millət vəkili seçilmişdi. Heydər Əliyevin xeyir-duası ilə bur çox nazirlər və önəmli fiqurlarla Etibar Məmmədov arasında xoş münasibət yaranmışdı. Ancaq 1998-ci ildə keçirilən prezident seçkisi bu münasibətləri sarsıtdı. Belə ki, Etibar bəy Heydər Əliyevə qarşı sərt çıxışlar etməyə başladı. O, elə düşünürdü ki, iqtidarda olan Ermənistan və Naxçıvan əsilli elita ona stavka edə bilər. Çünki o, gənc və perspektivli bir siyasətçidir; Heydər Əliyev nə qədər təcrübəli siyasətçi olsa da xeyli yaşlıdır və bu amil ona böyük şans verir. Ancaq onun düşündüyü kimi olmadı. Heydər Əliyev yenidən prezident seçildi. Etibar Məmmədovun isə iqtidarla olan münasibətləri dalana dirəndi. Tezliklə MİP öz təmtəraqlı ofisindən də qovuldu.

2004-cü ildə AMİP sədrliyindən istefa verən Etibar Məmmədov partiya Qurultayının qərarı ilə AMİP-in fəxri lideri elan olunub. O, siyasətdən demək olar ki, kənardadır. Böyük ehtimalla demək olar ki, növbəti anlaşmaya əsasən iqtidar ona müəyyən güzəştlər edib. Əvəzində isə o, sadəcə siyasi prosesləri seyr etməklə məşğuldur.

Etibar Məmmədov Heydər Əliyevi məyus etdikdən sonra iqtidarın Əli Kərimliyə marağı daha da artdı. Unudanlara xatırladım ki, Əli Kərimli və yaxın ətrafı 3 dəfə Milli Məclisə seçilib. Təbii ki, bu, təsadüfi deyil.

Əhəd
2003-cü ildə-prezident seçkisi ərəfəsində iqtidarla Əli Kərimli arasında olan xoş münasibətlər ciddi şəkildə iflasa uğradı. O vaxt Milli Məclisin üzvü olan, hazırda isə Daşkəsən rayonu icra başçısı işləyən Əhəd Abıyev parlamentdə Əli Kərimli ilə bağlı bıabırçı bir çıxış etdi. Məhz həmin çıxış iqtidarla Əli Kərimli arasında körpülərin yanıb kül olduğunu təsdiqlədi.
Niyə belə oldu? Heydər Əliyev müxalifətlə anlaşmağa çalışırdı. Ancaq müxalifət hər fürsətdə bu anlaşmadan imtina edirdi. Öncə Etibar Məmmədov, daha sonra isə Əli Kərimli ortada olan anlaşmanı pozdu. Səbəb də bəllidir. Onlar, əslində isə bütün müxalifət hesab edirdi ki, Heydər Əliyev dünyasın dəyişən kimi YAP durduğu yerdə darmadağın olacaq və onlar heç bir müqavimətlə üzləşmədən yenidən iqtidara gələcəklər. O vaxt iqtidarın “X” günü” adlı bir ifadə də yaranmışdı...

Müxalifət İlham Əliyev faktorunu qətiyyən nəzərə almırdı. Özündən razılıq o həddə idi ki, onlar İlham Əliyevi nəyinki siyasi lider, heç siyasətçi kimi də qəbul etmirdilər. Ancaq İlham Əliyev onları dönə-dönə məyus etdi və bu proses davam edir.

Bu, iqtidarın müxalifətlə anlaşmağa göstərdiyi üçüncü cəhd hesab oluna bilər. Düşünürəm ki, iqtidarla İlqar Məmmədov gerçəkdən dı anlaşıblar, daha doğrusu tərəflər razılığa gəliblər. Biz sadəcə o razılıqdan irəli gələn prosesləri izləyirik.

AXCP sədri isə bir vaxtlar özünün etdiyi siyasi gedişlərin İlqar Məmmədov tərəfindən təkrarlanmasını Azərbaycana xəyanət kimi təqdim etməyə çalışır.

Məncə, Heydər Əliyevin müxalifətlə anlaşmaq cəhdi son dərəcə müsbət bir hadisə idi. Əgər bu anlaşma davamlı olsaydı Azərbaycanda hər şey yaxşı mənada başqa cür ola bilərdi. Təəssüf ki, bu anlaşmalar müxalifət liderlərinin siyasi prosesləri yanlış dəyərləndirmələri və səbatsızlıqları nəticəsində iflasa uğradı.

Bu dəfə necə olacaq? Ümid edirəm ki, üçüncü cəhd uğurlu olacaq. Son vaxtlar dövlət başçısı iqtidar-müxalifət dialoqundan mütəmadi şəkildə danışır. Əlbəttə, bu, təsadüfi deyil. Prezident birmənalı şəkildə deyir ki, “5-ci kalon”a heç bir güzəşt olmayacaq. Əminəm ki, İlham Əliyev “5-ci kalon” dedikdə daha çox AXCP-ni nəzərdə tutur.

2013-cü ildə Azərbaycan müxalifətinin anti-milli mövqe tutması İlham Əliyevi ehtiyatlı olmağa vadar etdi. Belə ki, o, 2018-ci ildə prezident seçkisini, 2020-ci ildə isə parlament seçkisini vaxtından əvvəl keçirməli oldu. Belə bir qəfil gedişlə o, xarici güc mərkəzlərinin daxildəki “5-ci kalonla” yenidən bir araya gəlməsinə imkan vermədi.

REAL-iqtidar münasibətləri haqqında isə açıq danışmaq lazımdır. Çünki bu işdə qəbahət sayıla biləcək bir şey yoxdur. Əksinə, Azərbaycanda iqtidarla müxalifət arasında bir çox məsələlərdə ortaq mövqeyin olmaması biabırçılıq kimi dəyərləndirilməlidir.

Mənim düşüncəmə görə, müxalifət maksimalist mövqedən imtina etməlidir və siyasi proseslərə adekvat yanaşma sərgiləməlidir. Siyasi partiyalar arasında qarşılıqlı etimadın olması Azərbaycanı hədəf alan düşmən qüvvələri məyus edə bilər. Niyə biz düşməni sevindirməliyik ki? Qarşılıqlı şəkildə güzəştə getmək, fərqli mövqeləri uzlaşdırmaq dövlətin və millətin inkişafına töhfə vermək deməkdir.

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi dövlətimiz və millətimiz üçün böyük fəlakətdir. Təəssüf ki, bu fəlakəti toy-bayram kimi qarşılayan müxalifətçilər də var. Onlar hesab edir ki, Azərbaycanda iqtisadi durum nə qədər pis olsa İlham Əliyevin iqtidardan uzaqlaşdırılması bir o qədər asan olacaq. Çörək almağa belə pul tapmayan xalq axırda üsyan edəcək, bunlar da fürsətdən yararlanıb iqtidarı ələ keçirəcəklər.

Görün bəzi müxalifətçilərimiz nə gündədir və nəyə sevinirlər? Belə xam xəyallara düşüb nəyə ümid edirlər? Əməlli-başlı manyak olub gediblər. Təbii ki, bu qafada olan və dövlətlə düşmənçilik edən müxalif qüvvələrlə iqtidarın anlaşması mümkün deyil.

Azərbaycan hər birimizin vətəndir və biz bir-birimizə dirsək göstərməli deyilik. Əminəm ki, bir birimizə əl uzatsaq daha böyük uğurlara imza ata bilərik. Azərbaycana daxili sabitlik hava və su kimi lazımdır. Bu sabitlik isə siyasi qüvvələr arasında yarana biləcək konsensusdan keçir. Mən REAL-iqtidar münasibətlərinə məhz bu kontekstdən yanaşmağın tərəfdarıyam.(musavat.com)
Oxşar xəbərlər
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
GÜNLÜK
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...