\"O qədər olub ki, platonik sevmişəm, nəinki sevmək, hətta əziyyət də çəkmişəm\"
Oxunub: 1650
25 Apr 2020 | 20:25
\
Özü kimi sənəti də, mahnıları da nazlı-qəmzəlidir. Az görünsə də, efirlərə çox çıxmasa da, insanlara haqqında danışdırmağı, özünü dinlətməyi çox yaxşı bacarır. Bəzi həmkarları öz mahnıları üçün asan, yaddaqalan, bəsit söz axtarışına çıxanda, o, klassiklərin, tanınmış şairlərin məna yükü dərin, sevilən şeirlərinə müraciət edir.

O, şeirləri seçməklə kifayətlənmir, bəstələdiyi gözəl, fərqli musiqilərlə onlara həm də nəğmə ömrü bəxş edir.

Səhnəyə çıxdığı ilk gündən adından söz etdirməyi bacaran Əməkdar artist Xumar Qədimovadan danışırıq. Aprelin 26-sı ad gününü qeyd edəcək Xumar xanımla əlaqə saxlayıb, həm qəzetimiz adından təbrik etdik, həm də doğum günü ərəfəsində təkcə sənətdən, musiqidən, mahnılarından yox, bir çox başqa mövzulardan da danışdıq. Suallarımızı özümüzə bələdçi edib Xumar Qədimova dünyasını səyahətə çıxdıq.  


- Xumar xanım, bu günləri necə keçirirsiniz?

- Bu sualınıza ölməz Əhməd Cavadın "Mayıs" şeirindən iki bəndlə cavab verə bilərəm: 

Mən hər ildə bir mayısa
Lap çox ümidlər bağlaram.
Hər gələcək mayıs üçün
Nisan ağlar, mən ağlaram.

Düşdüm çorluq biyabana,
Sığınamam bir insana.
Gözəl mayıs ümid səna
Hər yan ağlar, mən ağlaram! 

- Sizi daha çox "Səhnəmizin nazlı Xumarı" adlandırırlar. Xaraktercə beləsiniz, yoxsa bu, sizin səhnə imicinizdir?

- Bir qadın kimi də, insan kimi də bunu özümdə hiss edirəm. Həm özüm hiss edirəm, həm də ətrafdan görünür ki, təbiətən ruhumda da, davranışımda da bir zəriflik var. Bu, məndən asılı olan bir şey deyil, ümumiyyətlə, fizionomiyam belədir, zərif adamam. Məncə, o naz da həmin o zəriflikdən yaranıb, doğulub.

- Nələrdən zövq alırsınız? Zamanla zövqlərinizin dəyişdiyi olurmu?

- Çox şeydən zövq ala bilərəm. Zövqlərin çoxalması, yenilərinin əlavə olunması da mümkündür, sabit qalması da. Əvvəldən zövqümü nə oxşayırsa, onu dəyişə bilmərəm, o qalır, amma zamanla zövqlərimin arasına yeniləri də əlavə edilə bilir - yeni kəşflər olduqca zövqlər də arta bilər.

- Sizin başqalarından fərqiniz nədir?

- Əgər xırdalıqlara varsaq, ayrı-ayrı götürəndə bir çox xüsusiyyətim məni başqalarından fərqləndirir. Belə deyək də, başqalarından fərqim, məncə, elə fərqliliyin özüdür (gülür). Ürəyimdir, Allahın verdiyi xarizmadır fərqim. Sənətdə də, görünüşdə də, xarakterdə də olan xarizmamdır məni başqalarından fərqləndirən. Xarizma insanda ya var, ya da, ümumiyyətlə, yoxdur.

- Həyatda elə dərslər varmı ki, onu təhsillə yox, yaşla, təcrübə ilə öyrənmisiniz?

- İndi məndə elə xüsusiyyətlər var ki, gəncliyimdə də belə idim. Elə bir böyük fərqim yoxdur. Onda da indiki Xumar olmuşam. Amma az hallarda ola bilər ki, gənc qız bu cür düşünsün, dərk eləsin. Və təbii ki, yaş artdıqca, zaman keçdikcə nələrsə dəyişir, kamilləşirsən. O da fərdi bir şeydir, məncə. İnsana görə dəyişir.  

"Özümü göstərim, özümdən çox danışım, ortalıqda olum - bunlar mənə yad şeylərdir"  

- Vikipediyada sizin haqqınızdakı məlumatlar çox az, yaradıcılığınız haqda isə hətta yox dərəcəsindədir. Bundan xəbəriniz var? Nə əcəb dəyişmirsiniz?

- O Vikipediya, Yutub, İnstaqram - bu mövzular nəsə məni heç vaxt narahat etmir. Bir az özümü tərifləyim də (gülür). O da, məncə, yaradıcı, mükəmməl olmaqdandır. Yəni sənətinə güvəndiyin üçün səni başqa heç nə narahat eləmir. Məsələn, müğənnilər var ki, İnstaqramda izləyici saylarını artırırlar, Yutubda baxış saylarını həmişə diqqətdə saxlayırlar və sair. Ramiz Rövşənin tez-tez işlətdiyim bir sözü var, deyir, "hamı mənə sarı gəlir, mən durmuşam yerimdə". Həqiqətən də mən hər zaman öz sənətimlə yerimdə durmuşam. Bir də baxmışam ki, mahnılarım öz-özünə məşhur olur, izləyici toplayır. Mən bunların arxasınca heç vaxt qaçmamışam. Özümü tanıdım, özümü göstərim, özümdən çox danışım, ortalıqda olum - bunlar mənə yad şeylərdir. Bəlkə də, bayaq dediyimiz o xarizma, sənət, mahnılar özü məni təqdim edir insanlara. Ta əvvəlindən belə olub. Məhz bunlar məni insanlara tanıtdırdı, sevdirdi, özüm bunun üçün əlavə heç nə etmədim. Amma dediyiniz mövzuyla bağlı yenə də maraqlanaram. Siz dediniz, indi eşidirəm, xəbərim yox idi.

- Deyəsən, doğum gününüz belə səhv yazılıb orda.

- Əslində, Vikipediyada yazıblar ki, mən fevralın 1-i anadan olmuşam. Əvvəllər həmin gün məni çox təbrik edənlər olurdu, indi artıq ordakı səhvi bilirlər. Mən doğum günümü qeyd etməyi, həmin günü deməyi heç sevmirəm. Hətta əvvəl Vikipediyada bu səhvin getməyinə sevinirdim ki, nə yaxşı, qoy elə səhv bilsinlər. Doğum günlərini elə də önəmsəmirəm, ad günümün keçirilməsi, hər kəsin bunu bilməsi vacib deyil mənimçün. Mütləq olan mənim varlığımdır. Tamaşaçı üçün nə göstərmişik, nələr etmişik, ruhunu oxşaya bilmişikmi, ürəklərindən keçəni, dilinin ucunda olanları deyə bilmişikmi - bax, vacib olan budur.

Əslində, mən yazda doğulmuşam. Elə bu ay, aprelin 26-sı doğum günümdür. Karantində doğum günü keçirmək də yazılıbmış taleyimizə, qismətimizə.

Yeri gəlmişkən, bu ay yazılarını sevə-sevə oxuduğum Seymur Baycanın da doğum günüdür. Bu günlərdə onun "Seymur Baycan-44" adlı yazısını oxudum, çox təsirləndim. Mən onu da təbrik edirəm, ona ən gözəl arzularımı çatdırıram. Virusa yoluxmağını heç istəmirəm (gülür).

Həmçinin, çox hörmət etdiyim jurnalist Lalə Yusifqızı da bu ayda doğulub. Onu da təbrik edir, gözəl günlər arzu edirəm. Ondan başqa, aprel ayında anadan olan məni sevənləri, mənim sevdiklərimi, hər kəsi təbrik edirəm!

- Şou-biznesin içərisində ola-ola bu qədər uzaq qalmağı necə bacarırsınız?

- Məncə, şou-biznesin içərisində deyiləm, elə kənardayam. Ona görə də kənar ola bilirəm. 

- Nədənsə, həmişə sizin insanlardan uzaq durduğunuzu, qaçdığınızı düşünmüşəm.

- Əslində, insanlardan qaçmıram. Sadəcə, hər adamla yaxınlıq, dostluq edə bilmirəm. Bu, heç mümkün də deyil. Bəlkə də o cür olmasam, bu gün Xumar olmazdım.

- Sizcə, insanın ruhunu kirlədən nədir: daxili, yoxsa ətrafı?

- İnsanın ruhunu kirlədən birmənalı şəkildə ətrafdır. İnsandır insanın ruhunu kirlədən. Hətta təbiəti belə kirlədən insandır. Yəni insan insanı istəsə, yaşada da bilər, məhv eləyə də.

- Platonik sevgiylə bağlı nə düşünürsünüz? Heç platonik sevgi yaşadığınız olub?

- Vay, vay, platonik sevgidən danışma. O qədər olub ki, platonik sevmişəm, vurulmuşam, nəinki sevmək, hətta bundan ötrü əziyyət də çəkmişəm. Amma çox az sürüb. Çünki məncə, sevgi qarşılıqlı olmalıdır. Qarşılıqsız sevgi çox davam edə bilməz.

- "Daha səni üzməyəcəm" deyəndə kimə söz vermisiniz?

- Ümumiyyətlə, insanları üzməyi sevmirəm. Qarşımdakı səhv olarsa, onu üzə bilərəm. Amma o, mükəmməl olsun, doğru olsun, mən onu üzüm, bu, mümkün deyil. Mən doğruluğu, düzgünlüyü xəstəlik dərəcəsində, ifrat şəkildə sevənəm. Hətta bəzən bu mövzuda özümə yazığım gəlir. Qarşımdakı günahkar olsa belə, onu üzəndən sonra yenə də pis oluram ki, gərək etməyəydim. Bu xasiyyət yaxşı deyil amma. Çünki qarşımdakı ondan istifadə edə bilər, bəlkə də edir.

- İstifadə demişkən, etibarınızdan istifadə edənlər olubmu?

- Əlbəttə, etibarımdan istifadə edən çox olub. Elə bu yaxınlarda ailə etibarımızdan istifadə eləyən biri də oldu. Belə insanlara nə deyəcəyimi özüm də bilmirəm. O, etibardan istifadə etmək də deyil, bununla insan öz tərbiyəsini nümayiş etdirir. Hər insan özünü yaşayır. Yəni mən qarşımdakı kimi ola bilmərəm axı. Mən özüməm, necə deyərlər, özüm olması gərəkənəm. Amma bəzən belə olmaq da doğru deyil. Çünki insan inanmağının, etibarının zərbələrini də görə bilir.

- Xumar Qədimova necə anadır?

- Həddindən artıq həssas anayam. Narahat, çox diqqətli, qayğıkeş, sahiblənə bilən anayam, insanam. Məncə, insan mükəmməldirsə, sevməyi bacarırsa, o, təkcə ana kimi deyil, yar kimi də, bala kimi də mükəmməl olacaq, canla, içdən sevəcək. İstərdim ki, belə olmayım. Çünki bu xüsusiyyətim məni ağrıda da bilir. Mən sevdimmi, adam kimi sevərəm.

"Qadınlar mənimlə Xumar Qədimova ola bilməməyin düşmənçiliyini aparırlar" 

- Möcüzəyə inanırsınız? Həyatınızda yaşadığınız ən böyük möcüzə nə olub?

- Möcüzələrə çox inanıram. Allahıma minnətdaram ki, mən o insanlardanam. Həyatım boyunca bir neçə dəfə Allah mənə gözəl möcüzələr yaşadıb. Ağlıma gəlməyən, düşünməyəcəyim möcüzələri göndərib Allah mənə. Həmin möcüzələrdən zamanında dəyərləndirdiyim də olub, bu dəqiqə belə peşmançılığını yaşadığım, dəyərləndirmədiyim də. Onlar üçün indi də heyfislənirəm.

- Bir psixoloq deyirdi ki, kədərin ən pik anında insan gülür, sevincin ən pik anında isə ağlayır. Güldüyünüz dərdiniz, ağladığınız sevinciniz olub heç?

- Bir söz də var, deyir, elə bədbəxtliklər var ki, ondan xoşbəxtlik yaranır. Məhz onu yaşamaq mənə qismət olub. Sevincdən ağlamaq isə, təbii ki, olur. Allahdan arzu edirəm, bütün insanlar sevincdən ağlasınlar.

- Deyirlər, qadının düşməni elə qadındır. Qadınlar ən çox sizinlə nəyin düşmənçıliyini aparıblar?

- (gülür) Məncə, qadınlar mənimlə Xumar Qədimova ola bilməməyin düşmənçıliyini aparırlar.

- Həmişə sakitsiniz, müsahibələrinizdə də soyuqqanlı görünürsünüz. Xumar xanımı nə özündən çıxara bilər?

- Haqsızlıq. Bu, qətiyyən dözmədiyim, qəbul etmədiyim bir şeydir. Haqsızlığa bağıraraq etiraz edə bilərəm. Məncə, insanda mütləq vacib olan şey vicdandır. Vicdanı olan adam nə haqsızlıq edər, nə də haqsızlığa dözər. Mən də dözə bilmirəm.  

"Ədəbiyyata vurğun insan heç vaxt pis ola bilməz" 

- Sizcə, yaradıcı insan necə olmalıdır?

- Məncə, yaradıcı insan elə yaradan olmalıdır, yaratmalıdır, vəssalam.

- "İnsanlar ədəbiyyatı sevsələr, cinayət etməzlər" deyirsiniz. Bəs onda yüz illərdir, ədəbiyyat və musiqi insanlığı niyə dəyişə bilmir? Təkcə lazımınca sevilmədiklərinə görəmi?

- Nə bilim, bəlkə də səhv düşünürəm, amma məncə, şeiri, poeziyanı sevən, ədəbiyyata vurğun insan heç vaxt pis ola bilməz (gülür). Amma doğru deyirsiniz ki, yüz illərdir ədəbiyyat, musiqi insanlığı dəyişə bilmir. Nə bilim...

- Rəşad Məciddən bir neçə şeir oxumusunuz. Onun yaradıcılığında diqqətinizi çəkən nədir?

- Rəşad Məcidin şeirlərində nəğmə var. Yəni şeiri oxuyursan, o nəğmə içindəcə doğulur. Onun şeirlərinin çoxunda özümü görürəm. İnsan o misraların arasında öz düşüncələrini, yaşadıqlarını tapa bilir. Onda da musiqi, nəğmə yaranır. Çox sevinirəm ki, onun üç şeirinə mahnı oxumuşam: "Bir də gəlməyəcək", "Səbəbi sənsən" və "Daha səni üzməyəcəm". Üçü də necə məşhur oldu, İlahi, necə sevildi. Bu sevginin özü çox ləzzət eləyir. Maşallah.

- Xumar tək qadın bir də kimin həyatına gəlməyəcək?

- (gülür) Elə Rəşad Məcidin.

- Yaradıcılıq və siyasət, sizcə, birgə ola bilər?

- Nəinki birgə olmaq, məncə, siyasətçi həm də yaradıcı olsa, əksinə, çox gözəl olar. Onda o, həm də çox gözəl siyasətçi olacaq. Belə nümunələr heç də az deyil.  

"Mahnılarımı özüm də çox sevirəm" 

- Xumar xanım, kimin ruhuyla yaşayırsınız?

- Bu sual yəqin ki, mənim "Ruhumla yaşayıram" mahnımdan doğulub. O, çox gözəl bir nəğmədir. Mənim bəstələrimin ən gözəlidir demək olar. İnsanlar o mahnını çox sevirlər. Hətta o mahnını rəhmətlik klarnet ifaçısı Zahid Sabirabadlı da ifa eləmişdi. Onun da sənət həyatında o mahnının çox böyük rolu oldu. Çox sevildi. Gözəl əsərdir, məncə.

Sualınıza gəldikdə isə, kimin ruhunla yaşamağa qalanda, məncə, elə o mahnının adında olduğu kimi, mən də öz ruhumla öz ruhumu yaşayıram.

- Mahnılarınızda qəribə sehr var - insanı həmin an üçün dünyadan qoparmağı bacaran sehr. Bunun səbəbi nədir, sizcə, musiqiniz, mahnıya seçdiyiniz sözlər, səsiniz, ya ifa tərziniz?

- Vallah, mən özüm də çox sevirəm mahnılarımı, onlara seçdiyim sözləri. Dinləyəndə deyirəm ki, İlahi, bu, nə gözəl sözlər, nə gözəl musiqi, nə gözəl ifadır. Heç özüm də bilmirəm o sehr nədir, hardandır. Mənə də maraqlıdır (gülür).

- Sənətinizə nələri qurban vermisiniz?

- Sənətimə heç nəyi qurban verməmişəm. Amma əfsuslar olsun ki, sənətimi nələrəsə qurban verdiyim olub. Bunun da peşmanlığını çəkmişəm.

- Sizi İranda, Türkiyədə və başqa ölkələrdə də sevənlər az deyil. Xüsusən, Təbrizdə çox sevildiyiniz bilinir. Gələcəkdə oralarda da konsert vermək fikriniz ola bilərmi?

- Yerində, vaxtında verilmiş sualdır bu. Novruz bayramında Azərbaycan və Türkiyə iş adamlarının birgə dəvəti ilə Türkiyədə böyük konsert proqramım olmalı idi. Çox öncədən dəvətli idim, planlaşdırılmışdı, amma məlum hadisələrlə bağlı gedə bilmədim. İnşallah, dünyamız düzəlsin, bu bəlalar çəkilib getsin, Türkiyədə çox gözəl bir konsertim olacaq.

İrandan təkliflər, istəklər çoxdur. Təbii ki, orda da konsert verməyi çox istəyərəm. Eyni zamanda, İrandakı qanunlarla bağlı deyəsən, konsert məsələləri çətindir. Amma yaxşı, ürəyimizcə təkliflər olsa, dəyərləndirərik İnşallah. Mən fars musiqisini çox sevirəm. Türkiyə musiqilərini də zaman-zaman ifa edirəm. Hətta türk mahnılarını onlardan da gözəl oxuyuram. Yaxında Ququşun da bir mahnısını oxuyacağam. Aranjemanı hazırdır. Mənim bəstələrim, musiqilərim həm İran, həm də türkiyəlilərə yaxındır. Məncə, o səbəbdən çox sevirlər.(525.az)
Oxşar xəbərlər
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
27 Mar 2024 | 23:47
Britaniya rekord sayda miqrant axını ilə üzləşib
27 Mar 2024 | 23:40
İtkin düşmüş Gəncə sakini tapılıb
27 Mar 2024 | 23:28
“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:22
“İdea Education Center” üçün 25 min manatlıq cərimə təhlükəsi
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:03
Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:44
Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib
GÜNLÜK
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
HƏFTƏLİK
21 Mar 2024 | 13:55
"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
AYLIQ
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!