“İranın bu addımı birbaşa Ermənistana dəstək verməkdi və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş addımdır”.
Bu sözləri
Moderator.az-a açıqlamasında millət vəkili Fazil Mustafa İranın Araz çayı üzərindən
Azərbaycanın işğal edilmiş ərazilərinə keçid məqsədilə tikdiyi körpülər barədə
medaida yayılan faktlara münasibət bildirərkən deyib.
Fazil
Mustafanın sözlərinə görə, Azərbaycan İranın bu davranışlarını qarşılıqsız
qoymamalıdır:
“Fikrimcə,
Azərbaycan bu məsələlərdə daha fərqli formalardan istifadə etməlidir. İranın Azərbaycanla
bu davranışlarının qarşılığında İsraillə hərbi əməkdaşlığı gücləndirməlidir. Bütün
hallarda İranın bu təhlükəli və qonşuluğa sığmayan davranışına ən azı özünün ərazisini
və suverenliyini qorumağa yönəlmiş digər addımları atmalıdır.
Hesab
edirəm ki, bütün hallarda qeyri-qanuni şəkildə Ermənistanla Azərbaycanın işğal
altındakı ərazilərindən “həyat yolu” açmış İrana bunun, əslində Azərbaycana qarşı
yönəlmiş düşmənçilik hərəkəti olduğunu göstərməlidir”.
Millət vəkili
əlavə edib ki, bunu nümayiş etdirməyin müxtəlif yolları var:
“Azərbaycan
İranla bağlı tutduğu mövqeyi də gələcəkdə nəzərdən keçirməlidir. Biz İranla
bağlı heç bir sanksiyaya qoşulmadıq, Azərbaycandan İrana qarşı hərbi plastdarm
kimi istifadə edilməsinə yol vermədik. Bunun qarşılığında İran bizi açıq-aşkar
bu cür addımlarla çox çətin vəziyyətdə qoyur. Bu, qonşuluq prinsiplərinə ziddir.
Bu, düşməncə
bir addımdır. Çünki bu ərazilər Azərbaycan torpaqlarıdır. İran dərhal o körpülərin
fəaliyyətini dayandırmalıdır. Əks halda, gələcəkdə İrana qarşı hər hansı
prosesdə Azərbaycan bunun cavabını verməlidir”.
Xatırladaq
ki, son günlərdə Ermənistan tərəfindən işğal edilmiş əraizilərimizdə İrana məxsus
yük maşınlarının videogörüntüləri və Cəbrayıl rayonu ərazisində tikilən körpülərin
kosmosdan çəkilmiş fotoları yayılıb. Bu faktlar haqlı olaraq Azərbaycan
ictimaiyyətində kəskin etirazla qarşılanır və işğalçının dəstəklənmisi kimi
qiymətləndirilir.
İran tərəfi
hələlik yayılmış fotolarla bağlı mövqeyini açıqlamayıb.
Taleh