Xarici İşlər Nazirliyinin dişsiz bəyanatı kəskin etirazlara səbəb oldu... - İTTİHAM
Oxunub: 2791
22 Apr 2020 | 21:37
Xarici İşlər Nazirliyinin dişsiz bəyanatı kəskin etirazlara səbəb oldu...  - İTTİHAM

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın adından mətbuatda yayılan bəyanat etirazlara səbəb olub. Söhbət Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın ötən gün sərsəm münasibət bildirməsinə rəsmi Bakının olduqca loyal, dişsiz, bir az da ehtiyatlı reaksiyasından gedir.

Məlum olduğu kimi, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi videokonfrans zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanata, mərhələli həlli özündə ehtiva edən razılaşma variantının masa üzərində olmasına dair dediklərinə Ermənistanın XİN rəhbəri kəskin münasibət bildirib. Ermənistanın xarici işlər naziri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirib. Eyni zamanda indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar edib. Mnatsakanyan həyasızcasına deyib ki, heç bir ərazi qaytarılmasından söhbət gedə bilməz.

O, hətta Ağdam rayonunu “təhlükəsizlik zolağı” olaraq təqdim edib və azərbaycanlı həmkarından tutarlı cavab almayıb. Daha sonra Azərbaycan XİN ənənəvi qaydada Helsinki Yekun Aktına və digər beynəlxalq sənədlərə istinad edərək öz aləmində rəsmi İrəvana cavab verib. Təbii ki, bu cavab mətbuat xidmətinin adına yazıla bilməz, bu, bütövlükdə XİN-in mövqeyidir. Bütün dünya bilir ki, Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, işğal zonasında Nikol Paşinyanın oğlu daxil, Ermənistandan gəlmiş hərbçilər yerləşdirilib, süni məskunlaşdırma davam edir. Belə olan halda Ermənistan XİN rəhbərinin hətta Dağlıq Qarabağın hüdudlarından kənar rayonlara da açıq iddia ortaya qoyması, bunu danışıqların gedişində bəyan etməsi və üstəlik, Qarabağ danışıqlarının davamı barədə anlaşmanın əldə olunması başa düşülmür. Məntiqlə Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov Lavrovun və həmsədrlərin iştirak etdiyi videomüzakirələrdə rəsmi Bakının və Azərbaycan xalqının mövqeyini ifadə edib danışıqların əhəmiyyətsizliyi barədə açıq mətnlə mövqe bildirməli idi. Cənab Məmmədyarov heç olmasa Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatından, həmçinin dövlət başçımızın Münhendə Nikol Paşinyanı beynəlxalq aləmin gözü qarşısında rəzil vəziyyətə salmasından nümunə götürməli, hücum diplomatiyası barədə ali rəhbərliyin yürütdüyü siyasi kursa uyğun davranmalı idi.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya ... 

Bu barədə Musavat.com-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun cavabı kifayət qədər sərt oldu: “Erməni nazirə bu şəkildə reaksiya verilməsinin səbəblərindən söhbət gedirsə, bunun çox sadə cavabı ondan ibarətdir ki, bu nazirlik bizə, yəni Azərbaycan adında ölkəyə işləmir. Azdan-çoxdan peşə baxımından mənim də hansısa biliklərim var. Bu mənada mən hazırda nazirlikdən ayrı cavab gözləmirəm”.

T.Zülfüqarov onu da bildirdi ki, vəziyyəti bildiyindən nazirliyin cavabları heç vaxt onunçün maraqlı olmayıb. Nazirlərin virtual görüşünə gəldikdə, T.Zülfüqarov bildirdi ki, orada deyilən sözləri şərh etmək düzgün olmaz: “Mənimçün maraq kəsb edən bunlar deyil. Mənimçün maraqlı budur ki, bunlar nəyə görə birdən-birə oyanıb hamısı bir yerdə danışmağa başlayıb? Əsas məsələ budur. Hamı başa düşür ki, koronavirus ötüb keçəcək. Amma iqtisadi böhran, maliyyə böhranı, Rusiyanın mövcud vəziyyəti bir çoxlarını düşündürür. Bu mənada birmənalı demək olar ki, artıq Ermənistanın işğalçı mövqeyinin əsas potensialı olan Rusiyanın dəstəyi demək olar qalmayıb. Bir müddət əvvəl də buna aid fikirlər səsləndirmişik ki, indi Azərbaycan Ermənistanla üzbəüz qalıb. Təbii ki, bu vəziyyət ilk növbədə erməniləri və onların havadarlarını narahat edir. Onlar başa düşürlər ki, bu gün heç olmasa bəyanat vermək iqtidarındadırlar, böhran davam etdikcə heç bəyanata da ehtiyac qalmayacaq. Odur ki, öz varlığını göstərmək və Ermənistana hansısa proseslərin getdiyini, guya nə isə danışıqların getdiyini nümayiş etdirmək üçün təbii ki, bu səhnəciyi, teatrı bizim üçün yaradıblar”.

Fazil Mustafa on Results of Current Year


Deputat Fazil Mustafa bu mövzuda sosial şəbəkədə ayrıca statusla çıxış edib. Millət vəkili bildirib: “Ötən gün Rusiyanın xarici işlər naziri Azərbaycanın işğal olunmuş rayonlarının azad olunacağına və Dağlıq Qarabağ probleminin də danışıqlar yolu ilə həllinə zahirən ümid yaradan açıqlama verdi. Ardınca Ermənistan xarici işlər naziri onun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirdi, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi. Düşündüm ki, bu erməni həyasızlığının cavabını sərt şəkildə ilk olaraq, görəsən, hansı qurum verəcəkdir? Baxdım ki, yenə də sərt və tutarlı cavab Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdən gəldi. İllərdir artıq alışmışıq: işğalçı Ermənistanın bütün sayıqlamalarının cavabını “Valday” Diskussiya Klubunda, MDB dövlət başçılarının zirvə görüşdə, yaxud Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan açıq debatda birbaşa ölkə prezidenti cənab İlham Əliyevin özü verir. Bəzən də bu missiyanı başqa platformalarda onun administrasiyasının məsul şəxsləri öz üzərinə götürürlər”.

F.Mustafa bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” keçirməsinə münasibətdə də yenə bu yükü İlham Əliyev öz çiyninə götürərək 2020-ci ilin 1-ci rübünün sosial-iqtisadi yekunlara həsr olunan müşavirədə Azərbaycanın qəti mövqeyini ifadə etdi və sistemli çalışan erməni xarici siyasət maşınının formalaşdırdığı təbliğatın effektini heçə endirdi: “Bizim bu milli davamızın yükünü ən çox ölkə prezidenti, ardınca da ayrı-ayrı siyasi partiyalar, qeyri-hökumət təşkilatları, vətənsevər ekspertlər, diaspora təmsilçiləri götürərək haqq işimizi təbliğ etməklə illərdir erməni yalanlarının effektini azaltmağa çalışırlar. Bu savaşda görünməyən yalnız bir qurum var. O da bu sahədə cəbhənin ön xəttində olması vəzifə borcu sayılan Xarici İşlər Nazirliyimiz və xarici işlər nazirimiz cənab Elmar Məmmədyarovdur. Fərdi qaydada alt səviyyələrdə fədakarlıq edən bir sıra diplomatlarımızın əziyyətlərini yerə vurmadan əminliklə söyləyə bilərəm ki, bizim Xarici İşlər Nazirliyimiz özünü ATƏT-in Minsk Qrupunun yaratdığı bir firma kimi aparır. Diqqət etsəniz, görərsiniz ki, Ermənistanın xarici işlər naziri danışıqlar prosesini darmadağın edən açıqlama ilə çıxış etdiyi halda Azərbaycan xarici işlər naziri cəbhədə atəşkəsin gücləndirilməsindən, COVİD-19-a qarşı mübarizədən və münaqişənin danışıqlar yolu ilə həllindən danışır. Özünü ölkə prezidentindən mandat almış şəxs kimi deyil, sanki ATƏT-in Minsk Qrupu həmsədrlərindən mandat almış filial təmsilçisi kimi apararaq Ermənistan xarici işlər naziri ilə birlikdə 2+3 formatında birgə bəyanatla çıxış edir. Bu o deməkdir ki, ermənilərlə savaşda bizim qəti mövqeyi olan Ali Baş Komandanımız var, güclü ordumuz var, Vətən üçün qan tökməyə hazır xalqımız var, lakin diplomatik artilleriya qurğularımız və canlı birləşmələrimiz sınıq-salxaq vəziyyətdədir”.

Deputat bildirib: “Bütün ölkə və dünya koronavirusla mübarizə apararkən Xarici İşlər Nazirliyinin Azərbaycan idarəetmə sistemində qətiyyən rolu görünmür. Yalnız martın sonundan alayarımçıq nəsə bir iş görməyə başladı və onu da effektli şəkildə başa çatdırmadı. Azərbaycanın gördüyü uğurlu işlər, islahatların xarakteri və mahiyyəti hələ də beynəlxalq auditoriyaya lazımi səviyyədə çatdırılmır, beynəlxalq təşkilatlar və digər dövlətlərlə qalıcı faydalı əlaqələr qurulmur. Xaricdə olan vətəndaşlarla görüşmək və durumu izah etmək, həll yolu tapmaq əvəzinə, səfirlərin əksəriyyəti problemi Bakının üstünə atmaqla məşğuldur. Bütün dünyada durum gərgin olduğu halda Azərbaycanın bir sıra ölkələrdəki səfirləri Bakıda istirahətdədir. İndi də bəhanə edib işlədikləri ölkələrə qayıtmırlar. Səfirlərin əksəriyyəti çalışdıqları ölkələrin media məkanında deyil, daha çox Azərbaycan mətbuatında özlərini göstərməklə məşğuldurlar. Diqqət yetirdikdə görürsən ki, Azərbaycanın xarici işlər naziri yeni tezis və mahiyyət ortaya qoymadan dişsiz, tutarsız və yalnız təkrarlara əsaslanan tezislər əsasında çıxış edir. Sanki ölkənin milli maraqlara əsaslanan mövqeyini qəti, birmənalı və əsaslı şəkildə ifadə etməkdən çəkinir və ya qorxur. İşğalçı tərəf olan Ermənistan daha sərt və tələbkar formada çıxış edir və bizim Xarici İşlər Nazirliyi isə əsasən özünü sığortalamaq prinsipindən çıxış edir. Özünü heç kimlə pis etməmək, “konstruktiv” görünmək kimi meyarlara üstünlük verir. Sanki öz fəaliyyəti ilə Azərbaycanın dövlət başçısını, Azərbaycan xalqını deyil, bizə qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatları, ATƏT-in Minsk Qrupunun həmsədrlərini razı salmaq üçün çalışır”.

F.Mustafa qeyd edib ki, mart ayının sonunda Azərbaycanın işğal olunmuş ərazilərində qondarma seçkilər keçirildi, ənənəvi olaraq Azərbaycanın Xarici İşlər Nazirliyi öz rolunu sadəcə əvvəlki illərdə verdiyi bəyanatı təkrarlamaqda gördü: “Nə Azərbaycanın xarici işlər naziri, nə də müavinlərindən hər hansı biri başlarını özləri üçün diplomatik sanatoriyaya çevirdikləri nazirliyin virtual binasından çölə çıxarıb ciddi bir mövqe ifadə etmədilər. Qondarma “seçkilər”lə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı da Azərbaycanın maraqlarına uyğun gəlmirdi. Xarici İşlər Nazirliyi sanki bu işin Səhiyyə Nazirliyinə aid məsələ olduğunu düşünərək həmsədr ölkələrə tutarlı cavab vermədi. Bu qurumun başında duran şəxslərin öz vəzifə borclarına ciddi yanaşmaması, hər şeyi “öz-özünə düzələcək” inancı ilə əhəmiyyətsizləşdirməsi belə bir təşkilatın varlığı ilə yoxluğu arasında bir fərqin duyulmadığını göstərir. Onların əvəzinə yenə də bu işi Azərbaycan prezidenti gördü və ən sərt formada qondarma qurumun “saxta seçkilərinin” mahiyyətini ifşa etdi”.

Millət vəkili daha sonra yazıb: “Öz maraq standartlarından formalaşdırdıqları insan hüquqlarını əllərində bayraq edərək Azərbaycana təzyiq göstərməyə çalışan ermənipərəst beynəlxalq təşkilatların da cavabını çox nadir hallarda Xarici İşlər Nazirliyi verir. Bu qərəzli qüvvələrin də tutarlı cavabını yenə də ölkə prezidenti İlham Əliyev verməyə məcbur qalır. Bütün bunlar, eyni zamanda Xarici İşlər Nazirliyinin aparatında və bir çox diplomatik nümayəndəliklərdə mövcud olan yarıtmaz kadr siyasətinin nəticəsidir. Bu qurumda coğrafi bölgü prinsipi əsasında siyasi idarələrin rəisi olan şəxslərin əksəriyyəti, ümumiyyətlə diplomatik fəaliyyətə yararsızdılar. Ancaq gün keçirməklə məşğuldurlar və ölkənin taleyüklü problemlərinin həllinə biganə yanaşırlar. Bu gün Xarici İşlər Nazirliyində olan ətalət və qeyri-peşəkarlıq mühitinə görə illər uzunu formalaşmış peşəkar kadrlar, vətənpərvər insanlar diplomatik fəaliyyətdən bezərək uzaqlaşırlar. Burada işə götürmə qaydaları qeyri-şəffaf xarakter daşıyır. Xarici İşlər Nazirliyinin konsulluq idarəsi də mahiyyət etibarilə vətəndaşları incitmək və rüşvətxorluq prinsipləri əsasında çalışır. Bir neçə dəfə Milli Məclisin plenar iclasında da səsləndirmişəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə prezidentinin yürütdüyü hücum xarakterli diplomatiyaya dəstək vermək və bundan irəli gələn tapşırıqları icra etmək gücündə və iqtidarında deyil. Həm də əminliklə söyləyə bilərəm ki, buna heç maraqlı da deyillər. Əgər biz bu ölkənin maraqlarını fədakarcasına müdafiə edən, buna bir şərəf məsələsi kimi baxan bir xarici siyasət qurumuna, bir vətənsevər və peşəkar nazirə, eyni zamanda sağlam diplomatik korpusa sahib olmasaq, bu sahədə nöqsanları düzəltməsək, ciddi kadr islahatları aparmasaq, COVİD-19 fəlakətindən sonra başlayacaq yeni və daha ağır beynəlxalq münasibətlər sistemində fəal oyunçuya çevrilməkdə çətinlik çəkəcəyik”.

modern.az

Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin üzvü Cavanşir Feyziyev də Musavat.com-un mövzu ilə bağlı suallarını cavablandırıb. Onun Azərbaycan XİN-in son bəyanatına reaksiyası gözlənildiyindən daha sərt oldu: "Əlbəttə, Ermənistan XİN başçısının o cür bəyanatından sonra Azərbaycan XİN-in bəyanatında sərt ritorikanın şahidi olmaq istərdik. Təəssüf ki, Azərbaycan XİN-in bəyanatında ritorik sual qoyulur ki, Ermənistanın xarici işlər naziri utanmır? Əlbəttə, utanmır. Utanan adamın siyasətdə nə işi var? Siyasət utananlar üçün deyil. Bu məntiqlə belə çıxır ki, bizim xarici siyasət idarəmiz utanır. Biz bu ətalətdən və təkrarçılıqdan yaxa qurtarmayınca, bu danışıqların heç bir nəticəsi olmayacaq və Ermənistan da bu vəziyyətdən sui-istifadə edərək status-kvonu qorumağa çalışacaq. Ermənistan xarici siyasətinin bu həyasızlığı qarşısında Azərbaycan diplomatiyasının, XİN-in verdiyi reaksiyalardan çıxan qənaət budur: haqlı olduğumuz halda sanki haqsız kimi görünürük, hücum etmək əvəzinə sanki müdafiə olunuruq. Söhbət əlbəttə, diplomatik cinahda hücumdan, yəni diplomatik fəallıqdan gedir. Ölkə başçısı dəfələrlə bəyan edib ki, biz müdafiə olunmaq taktikasından hücum taktikasına keçməliyik. Prezidentin beynəlxalq məsələlərlə bağlı bütün çıxışlarında da həqiqətən ölkə başçısının daim hücum mövqeyində olduğunu görürük. BMT Baş Assambleyasının iclaslarında, Münhen Təhlükəsizlik konfranslarında, Davos İqtisadi  Forumlarında, “Valday” Diskussiya Klubunda və onlarla digər mötəbər tribunalarda Prezident  Ermənistanın təcavüzkar mövqeyini dəfələrlə ifşa edib, ölkəmizdə aparılan ardıcıl islahatlar haqqında ətraflı məlumatlar verib. Hər dəfə belə cıxışlardan sonra Azərbaycana münasibətdə müsbət dəyişikliklərin şahidi oluruq. Xarici siyasət diplomatiyamızda isə adekvat canlanma hələki müşahidə olunmur. Dünyanın təxminən 80 ölkəsində səfirliklər, konsulluq və ya diplomatik missiyalar şəklində təmsilçiliyimiz var. Son 10 il ərzində həyata keçirilən islahatların mahiyyətinə, həcminə və nəticəsinə görə Azərbaycan dünyada lider ölkədir. Bunu danmaq mümkün deyil və hətta müxalifət düşərgəsində dayanan qüvvələrin də böyük əksəriyyəti bu reallığı etiraf edir və qəbul edir. Amma bir sıra beynəlxalq təşkilatlar, o cümlədən bir çox ölkələrin ictimai rəy yaradan siyasi dairələri hələ də ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirir. Bəs bu islahatların nəticələrini xarici ölkələrdə necə tanıdırıq və ya kifayət qədər tanıda bilirikmi? Əgər bu qədər uğurlardan sonra yenə də köhnə, çeynənmiş bəhanələrlə Azərbaycana təzyiqlər davam edirsə, deməli ki, daxili və xarici siyasətdəki uğurlarımızı beynəlxalq səviyyədə tanıda və qəbul etdirə bilməmişik. Amma bəzən ikili standartların mövcudluğundan lazım olduğundan çox danışırıq və hər şeyi onun ayağına yazmağa çalışırıq. Etiraf etməliyik ki, bu bizim diplomatik fəaliyyətimizdən də asılıdır. Bayaq dediyim ki, dünyanın çox böyük bir hissəsində diplomatlarımız çalışır. Amma onların faydalılıq əmsalını dəyərləndirən olubmu? Əlbəttə təcrübəli, vətənpərvər və fədakar diplomatlarımız da var və mən onların bəzilərini şəxsən tanıyıram. Amma bir çox hallarda diplomatik fəaliyyətlə məşğul olanlar bu sahədən uzaq, heç bir siyasi, intellektual hazırlığı olmayan və hətta tutduğu vəzifəyə görə heç bir məsuliyyət hiss etməyənlər də var. Ona görə də diplomatik fəaliyyətimiz bərbad haldadır. Ona görə də ermənilər bu dərəcədə həyasızlıq etməyə cürət edirlər.

Belə vəziyyətdən çıxış yolu yalnız və yalnız islahatlardır. Əslində bizim xarici siyasət fəaliyyətimizdə köklü islahatlara ehtiyac var. Xüsusilə kadr islahatlarına. Bizim Diplomatik Akademiyamız var, Prezident yanında İdarəçilik Akademiyamız var, xaricdə təhsil alıb qayıtmış minlərlə gəncimiz var. Onlar haradadır, onların diplomatik fəaliyyətdə iştirakı varmı? Əlbəttə, yox. Çünki diplomatik fəaliyyətə qəbul prosesi şəffaf deyil,  çox hallarda yerliçilik və regionçuluq prinsipləri əsasında işə qəbul olunurlar. Onların marağı isə xalqın və dövlətin marağı ilə eyni deyil. Onlara sadəcə dünyanın qabaqcıl ölkələrində yaşamaq maraqlıdır. İşlədikləri ölkədə hər hansı kiçik bir uğur qazanılarsa dərhal öz adlarına yazmağa hazırdırlar, uğursuzluq olanda isə səbəbini kimlərinsə üstünə atmağa çalışırlar. İşlədikləri ölkələrdə keçirdikləri tədbirlərin çoxu görüntü xarakterlidir, heç bir effekti yoxdur. Sıralarında olan çalışqan, vətənpərvər gənclər isə ədalətsiz yanaşma nəticəsində tamamilə demotivasiya olunublar. Çünki onlar da görürlər ki, diplomatik karyerada uğur qazanmaq üçün peşəkarlıq qabiliyyəti yox, başqa amillər əsas götürülür".

Elxan Şahinoğlu: "Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ...

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında nazirliyin bu mövqeyindən təəccüblənmədiyini söylədi: “Xarici İşlər Nazirliyi həmişəki açıqlamaları verib. Guya bizim nazirlik nə zaman dişli açıqlamalar verib ki?” Ekspert hesab edir ki, mövqe konkret və birmənalı olmalı idi: “Əslində qətiyyətlə tələb qoyulmalı idi ki, bəli, münaqişə yalnız mərhələli şəkildə, BMT qətnamələrinə istinadən həll olunmalıdır, bunun xaricində istənilən yanaşma bölgəni müharibəyə aparır. Bəyan olunmalı idi ki, indiki ağır şəraitdə biz Ermənistandan yalnız mərhələli həll planının qəbul olunmasını gözləyirik. Əks halda, vəziyyətin ağır olmasına baxmayaraq, yenə də gərəkli addımları ata bilərik”.

Oxşar xəbərlər
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
27 Mar 2024 | 23:47
Britaniya rekord sayda miqrant axını ilə üzləşib
27 Mar 2024 | 23:40
İtkin düşmüş Gəncə sakini tapılıb
27 Mar 2024 | 23:28
“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:22
“İdea Education Center” üçün 25 min manatlıq cərimə təhlükəsi
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:03
Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:44
Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib
27 Mar 2024 | 22:43
Varşavada taksi sürücüləri şəhərin mərkəzini bağlamağa çalışırlar
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 22:35
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:30
Qərbi Azərbaycan Xronikası: Daşnaklar türkləriı Oxçu məscidində diri-diri yandırıblar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 22:06
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq
GÜNLÜK
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
HƏFTƏLİK
21 Mar 2024 | 13:55
"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
AYLIQ
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA