Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏHMƏD BƏY AĞAOĞLU
Araşdırma
Oxunub: 1951
20 Apr 2020 | 09:56
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:  ƏHMƏD BƏY AĞAOĞLU
2. Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Əhməd bəy Ağaoğlunda sosial-demokratizm, ya da marksizm ideyalarına yenidən maraq Malta sürgünü (1919-1921) zamanı yaranmışdır. Belə ki, sürgündən azadlığa çıxdıqdan az sonra Sovet Azərbaycanının başçısı Nəriman Nərimanova məktubunda Ağaoğlu yazırdı ki, Vətənə qayıtmaq və marksist-leninçilərlə bir yerdə sosializm uğrunda mübarizə aparmaq istəyir. Buna səbəb də, sürgündə olduğu zaman oxuduğu kitablardan əldə etdiyi qənaətdir ki, Qərb demokratları, xüsusilə də ingilislər ikiüzlü oyunlar oynayaraq yalnız Şərq xalqlarını istismar etməyib, eyni zamanda Qərb xalqlarını da əsarət altında saxlayır. O, yazırdı: “Bütün bu mütaliələr, düşüncələr və bu müddətdə görmüş olduğum təcrübələr məni dərin və qəti bir imana gətirmişdir ki, istər Şərqdə, istərsə Qərbdə bütün ictimai üsul və bütün ictimai quruluş yalan, qaba sifət, güclülərin gücsüzləri əzmələri üzərində durmaqdadır. O şeyə ki, mədəniyyət, hürriyyət, müsavat deyirlər deyirlər zəhərli bir yalan, alçaq bir riyakarlıqdır ki, onların sayəsində ancaq qaba zülm və haqsızlıq səltənəti qurula bilər. Bu idarə üsulu öz yalan və riyakarlığı davam etdikcə bəşəriyyətə qurtuluş yoxdur və o bəşəriyyət əziyyətə məhkumdur. Ondan ötrü yeganə qurtuluş hal-hazırda Rusiyada hökmfərma olan ideal sayəsində mümkündür. Mən bu hərəkat rəhbərlərinə, bəşəriyyətin xilaskarlarına istirahət, məhəbbət və səadət üçün imanı ilə doğru yol göstərən peyğəmbərlərə baxan kimi baxıram”. 
Ağaoğlunun yaşının kamil çağında marksizm nəzəriyyəsinə bu cür yanaşması göstərir ki, ondan öncə Məhəmməd Əmin Rəsulzadənin, N.Nərimanovun və başqalarının bu cərəyana meyil göstərməsi təsadüfi olmamışdır. Sadəcə, Rəsulzadə marksizmə münasibətdə daim məsafəli davranıb marksizm-leninizmdən isə tamamilə uzaq durduğu halda, N.Nərimanov yalnız ömrünün son illərində sosial-demokratizm ətrafındakı oyunları dərk etməyə başlamış, ancaq yenə də ondan üz döndərməmişdir. Bu baxımdan Ə.Ağaoğlunun Malta sürgünündən sonra, müəyyən hisslərə qapılaraq marksizm-leninizmə ideal kimi baxması təəccüblü deyil. Məhz bu hisslərin təsiri altında Ağaoğlu daha sonra məktubunda yazırdı ki, bolşevizm Şərq üçün də yeganə qurtuluş yoludur. O, yazırdı: “Bu sugüvar, məzlum, təşkilatca zəif, mədəniyyətcə avam, daimi surətdə əsarətə, qul olmağa məhkum olan Şərqin halı Qərbin üzərinə də fəna bir surətdə əks etmiş olur. Zira zəif Şərqi istismar altına alan Qərb imperialistləri Qərb zəhmətkeşlərini də istismar altına alıb boğmağa imkan qazanırlar və bu da ümumbəşəriyyət ailəsi arasında yaxın bir uyğunluq vücuda gətirir.  Rusiya qəhrəmanlarının böyüklüyü də bu dərin həqiqəti dərk etməkdə, bir millətin başqa millət tərəfindən istismar altına alınmasını inkar etməkdə, onu milli müqəddaratını təyini, millətlərin federasiyonu və daxili işdə millətlərin ixtiyaratı prinsipləri ilə əvəz etməkdədir. İştə Şərqi əsarətdən xilas edəcək və onunla bərabər Qərbi də qurutara biləcək budur... Biz Şərq millətləri bütün mövcudiyyətimiz ilə bu ideala ittihaq edəcək (qoşacaq) və Şərq naminə onun vücuda gəlməsinə xidmət etməliyiz. Ələlxüsus İslam Şərqi onu qəbul edəcəkdir və bütün Asiyanı, Afrikanı öz arxasınca dartaraq bütün Qərbi də onun qarşısında səcdə etməyə məcbur edəcək, zəhmətkeş sinfi əsarətə alan yeganə vəsaiti-imperalistlərdən onu xilas edəcəkdir. Bu barədə Bakı fövqalədə tarixi bir rol oynaya bilər”. 
Nərimanovun onun bu istəyinə müsbət cavab verməsinə baxmayaraq, az sonra Ağaoğlu Azərbaycana dönmək fikrindən daşınmışdır. O, Nərimanova yazdığı ikinci məktubunda Quzey Azərbaycana qayıtmamasına üç səbəb: 1) bolşeviklərlə həmfikir olmamasını; 2) türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə qalmasını; 3) onu əsarətdən qurtaran Ankaraya (Atatürkə) namus borcunun olmasını göstərmişdir. Bizcə, Ağaoğlunun çox qısa bir zamanda fikrindən daşınmasında xüsusilə də, rus bolşevizminin əsas mahiyyəti haqqında bilgilərinin artması mühüm rol oynamışdır. 
Zaman zaman sosial-demokratizmə rəğbət bəsləyən Ağaoğlu, ancaq ümumilikdə onların yolunu getməmiş, əsasən islamçılıq, türkçülük və qərbçilik yolunu tutmuşdur. Bu baxımdan Çar Rusiyasında ifrat tərəqqiçilərdən sosial-demokratları, xüsusilə də onun bolşevik qanadını qəbul etməyən Ağaoğlu Osmanlı da isə “Gənc türklər”lə bəzi məsələlərdə fikir ayrılığı yaşamışdır. Müsəlman xalqlarının dirçəlişi məsələsində “Gənc türklər”in bütövlükdə doğru yol tutduqlarını qəbul etməklə yanaşı, Ağaoğlu əsasən iki məsələdə: 1) Avropa ideyalarını ifrat şəkildə təqlid etdiklərinə; 2) islamçılığın elmi nəzəriyyəsi yaranmadan onu siyasiləşdirdiklərinə, yəni siyasi partiya halına gətirdiklərinə görə onlarla razılaşmırdı. O, yazırdı: “Bəziləri (tərəqqiçilər–F.Ə.) belə düşünürlər ki, bütün fəlakətlərin səbəbi müsəlmanların geriliyindən, onların dininin həyat uğrunda mübarizəyə yararsız olmasından irəli gəlir və bu vəziyyəti aradan qaldırmaq üçün bütün həyat quruluşunu dəyişdirmək, Avropanı təqlidə başlamaq lazımdır. Belələri Avropa təsisatının qüvvəsinə hədsiz inamla yanaşaraq onu yoxlamadan, saf-çürük edib araşdırmadan, ölkələrində tətbiq etməyin zəruriliyi haqqında moizələr oxuyurlar”.  
Ağaoğlu belə bir qənaətə gəlmişdir ki, Osmanlıdakı tərəqqiçilər ilk dövrlərdə, yəni XIX əsrin sonlarına qədər islam ölkələrini Avropa elmləri və ideyaları ilə müalicə etmək yolu ilə canlandırmağa çalışmaqla düzgün yol tutsalar da, onlardan bəziləri, xüsusilə səbirsiz olanları (“Gənc türklər”) son nəticəni çıxarmağa tələsdilər. Halbuki din, siyasət, dövlət kimi mühüm məsələlərdə elmi həqiqətlərə çatmaq üçün səbir və təmkinlə hərəkət etmək lazım idi. Ə.Ağaoğluna görə, tərəqqiçilərdən bəziləri (“Gənc türklər”) siyasi məsələlərə qarışmaqla bütün Şərqin inkişafına maneəçilik yaratdılar: “Hərəkat həqiqi obyektivlik və rasionallığını itirdi, siyasiləşdi, partiyalaşdı və arxalandığı xalqı qeyb etdi”. 
Ağaoğlu ümumilikdə, yeni dövrdə tərəqqiçilərin başladıqları yeniləşmə hərəkatını müsbət dəyərləndirmiş, ancaq onun elmi-nəzəri əsasları yaranmadan, ən azı müəyyən bir mərhələ keçmədən siyasiləşməsini doğru hesab etməmişdir. Onun fikrincə, Türkiyədə yenilikçi Midhət Paşa və onun davamçıları olan  “Gənc türklər”in ideyalarının Türk xalqları arasında özünə geniş tərəfdar kütləsi tapmamasının başlıca səbəbi elmi nəzəriyyəsi yaranmadan siyasətdən qaynaqlanması olmuşdur. O, yazırdı: “Həmin kütlələr nə mənəvi, nə də zehni cəhətdən “Gənc türkləri” qavramağa hazır deyildir”. Əhməd bəyin fikrincə, tərəqqiçilərin islamda yeniləşmə hərəkatını siyasiləşdirməsi mənfi nəticələrdən başqa bir şey verməmişdir. Üstəlik, bununla da elmi-raisonal hərəkat olan islamçılığı şübhə altına alınmışdı.
Ağaoğlu əvvəllər Hüseynzadədən fərqli olaraq, mühafizəkarlar və tərəqqipərvərlər arasında orta mövqedən çıxış edən “ağıllı ünsürləri” isə mötədil tərəqqipərvərlər deyil, “panislamistlər” adlandırmış və “panislamizm” anlayışını mütərəqqi bir məfhum kimi qəbul etmişdi: “Ağıllı ünsürlər hər iki ifrat cərəyanı (yni mühafizəkarlar və tərəqqiçiləri – F.Ə.) birləşdirəcək və hər iki tərəfi razı sala biləcək elə bir yol-ideya yaratmaq istəyirlər ki, ifrat mütərəqqiçilərin xəyal etdikləri kimi, nə mücərrəd-zəminsiz, nə də köhnə¬pərəstilik kimi zəmanənin ruhuna və dövrün tələbinə zidd olsun… Bu panislamizmdir”. Onun fikrincə, “panislamizm” özünün daxili məzmununa görə geriyə dönmək olsa da, ancaq köhnəliyə qayıtmaq yox, daha inamla, daha qüvvətlə irəliyə getmək üçün geriyə dönməkdir. 
Ola bilsin ki, Ə.Ağaoğlunun “panislamizm” anlayışına ilk dövrlərdə müsbət münasibəti sonralar, həmin məfhumun “İslam birliyi” uğrunda mübarizə aparan bütün qüvvələrə verilmiş ümumi siyasi-ideoloji bir ada çevrilməsində də müəyyən rolu olmuşdu. Ancaq bütün hallarda Ə.Ağaoğlu da Ə.Hüseynzadə kimi, “panislamistlər” dedikdə, bütün “ittihadi-islam” tərəfdarlarını deyil, yalnız onun orta mövqedən çıxış edən “ağıllı ünsürlər”ini, yəni mötədil tərəqqipərvər hissəsini nəzərdə tutmuşdu. 
Bunu sonralar Ə.Ağaoğlunun “panislamizm” anlayışına dəyişən münasibəti də göstərir. O, sonralar bu anlayış ətrafında Avropa, o cümlədən Rusiya millətçilərinin yaratdığı mənfi obrazı aradan qaldırmaq üçün qeyd edirdi ki, “müsəlmanlar qardaşdırlar” prinsipini irəli sürən islam, müsəlmanlar arasında qardaşlığa, ittifaqa və ittihada əsaslanır: “Fəqət bu ittihad və ittifaqımız avropalıların ixtirası və onları təqlid yolu ilə Rusiya ermənilərinin də istilah etdikləri “panislamizm” deyildir. Yəni bizim “ittihadımız” slavyan milləti arasında mövcud olan “panslavizm” fikri kimi ümumislamları da bir dövlətə ilhaq etmək və yaxud bir nöqtəyə ictima edərək, aləmi-xristianiyyəyə qarşı qiyam etmək fikri deyildir”. Ağaoğlu yazırdı ki, onlarda “panslavizm”ə oxşar fikir yoxdur, ancaq belə bir fikir olsaydı pis olmazdı: “Kaş ki, bizdə dəxi böylə bir əsaslı fikir və mərkəzi-ictimaimiz ola idi də. Biz müsəlmanlar da böylə bir məsləkə xidmət etməklə iftixar edər idik. Fəqət nərədə bu fikir, nərədə bu mərkəz?! Böylə bir xəyaldan ibarət bulunan “panislamizm” fikrinə deyil, heç olmazsa ittihadi-islamiyyə-şəriyyəmizə xidmət etsələr də çox təşəkkür edər idik”. Bununla da, Ağaoğlu “panislamizm”in müsəlmanların vahid dövlətinin yaradılması uğrunda mübarizə aparan bir cərəyan kimi verilməsinin əleyhinə çıxmışdı.
Ağaoğlu “panislamistlər”in əsas ideya xəttini “islam millətçiliyi” nəzəriyyəsi kimi görmüşdür. Burada başlıca qayə müsəlman xalqlarının ayrı-ayrı millətlər şəklində deyil, vahid “isalm milləti” olaraq təmərküzləşməsindən söhbət gedir. “İslam millətçiliyi” nəzəriyyəsi onun “İslama görə və islamda qadın”, “Müsəlman xalqlarının vəziyyəti”, “Panislamizm və onun xarakteri”, “Axund, İslam  və Hatifülqeyb” və digər əsərlərində, həmçinin çoxsaylı elmi-nəzəri məqalələrində öz əksini tapmışdır. Həmin əsərlərində o, «islam millətçiliyi» nəzəriyyəsi ilə bağlı iki məsələyə diqqət yetirilməsini zəruri sayırdı: 1) islam dünyasının fəlakətlərinin səbəbləri obeyktiv təhlil edilməli və islam millətinin qurtuluş yolu ruhanilərin təbliğ etdiyi islamda deyil, mötədil tərəqqipərvər ruhlu islamda axtarılmalı; 2) dini kimliklə (islamla) milli kimlik (türklük), dini özünütəyinlə (islamçılıqla) milli özünütəyin (türkçülük) nəinki ziddiyyət təşkil edir, əksinə bir-birini tamamlayır.
Oxşar xəbərlər
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şair bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 11:01
Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
24 Apr 2024 | 10:55
“Blinkenin də, Borrelin də bəyanatları revanşist ermənilərin hay-küylərini puç etdi...” 
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 11:03
Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 11:20
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 11:01
Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
24 Apr 2024 | 10:55
“Blinkenin də, Borrelin də bəyanatları revanşist ermənilərin hay-küylərini puç etdi...” 
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 11:03
Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 11:20
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB