Naxçıvanın “Araz” komandası ilə bağlı yaşanan müəmmaya
artıq son qoyulub. Xatırladaq ki, AFFA Naxçıvan komandasına birinci dəstədə
iştirak etməsinə icazə vermirdi. Bu məsələ idman prinsiplərini aşaraq siyasi
çəkişməyə çevrilmişdi.
İctimaiyyət
bu məslədə kimin - Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun, yoxsa
ARDNŞ-in və AFFA-nın prezidenti Rövnəq Abdullayevin qalib gələcəyi ilə bağlı
müzakirələr aparırdı. Artıq məsələ yekunlaşıb və bu mübarizədən Vasif Talıbov
qalib ayrılıb. AFFA İcraiyyə Komitəsinin avqustun 14-də keçirilən iclasında
bununla bağlı qərar çıxarılıb. Qərara əsasən “Araz”ın birinci dəstədə
iştirakına icazə verilib. Digər klubların Naxçıvan səfəri ilə bağlı xərcləri
üzərinə götürə bilməməsini nəzərə alan AFFA həmin problemi də həll edib. Belə
ki, bütün klubların Naxçıvan səfərlərini assosiasiya maliyyələşdirəcək.