“Mən keçən il iyulun 14-də Prezident Administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənovla görüşümdə bildirdi ki, sən niyə namizədliyini irəli sürmürsən, cavabımda dedim ki, mənim siyasi ambisiyam yoxdur və özümü siyasətdə görmədiyim üçün namizədliyimi vermirəm.” Bunu Avropa.info-ya eksklüziv açıqlamasında Milli Şuranın üzvü ,hazırda prezidentliyə müxalifətin vahid namizədi kimi adı hallandırılan Mehman Əliyev deyib.“Amma bu il keçirdiyimiz görüşdə dedim ki, namizədliyinmi irəli sürərəm. Özü də ki, İqtidarla müxalifətin namizədi kimi. O da gülərək bildirdi ki, nə olar. Onda biz də sənə səs verərik. Odur ki, Milli Şuranın vahid namizədi olması məsələsini mürəkkəbləşdirmək lazım deyil. Bu məsələdə yanaşma bir az fərqli olmalıdır və bu prosesə sadə yanaşmaq lazımdır. Milli Şurada vahid namizəd olmaq məsələsinə gəldikdə isə deyə bilərəm ki, yaxın bir həftə, 10 günə hər şey aydın olacaq. Onda baxarıq. Çünki Milli Şurada əsas diskussiya siyasi partiyalar arasında gedir və mənim də namizədlik məsələm onların qərarından asılı olcaq.”