Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏHMƏD BƏY AĞAOĞLU
Oxunub: 2241
14 Apr 2020 | 10:14
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:  ƏHMƏD BƏY AĞAOĞLU
1. Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

XX əsrin əvvəllərində Əhməd bəy Ağaoğlu Qərb mədəniyyəti ilə İslam mədəniyyəti arasında uzlaşdırma yolu ilə “islam millətçiliyi” elmi-rasional nəzəriyyəsini irəli sürmüş, sonralar onu siyasi-dini birlik kimi təbliğ etmişdir. Hüseyn Baykara, Mirzə Bala Məhəmmədzadənin mülahizələrincə, həmin dövrdə Ə.Ağaoğlu qabaqcıl ziyalı kimi, əsasən, İslam dinində islahatlar aparmaqla müsəlmanların ictimai-siyasi tərəqqisinə və yüksəlişinə çalışmış, daha çox “islam millətçiliyi”ni, ya da islamçılığı təbliğ etmişdir. Azərbaycan Türk milli ideyasının müəllifi, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin təbrincə desək, bu dövrdə “milliyyətpərvərliyin ən addı-sanlı mürşidləri, başda Ağaoğlu Əhməd bəy olmaqla, islamçılıqla türkçülüyü çox da ayırmır, türklük namına deyil, müsəlmanlıq namına mübarizə aparırdılar. Milli hərəkatımızın adı “panislamizm” idi. Bu yalnız rusların xətası deyildi. Özümüz də islamiyyəti milliyyət məfhumu yerində işlədirdik”. 
Qeyd edək ki, o, “islam millətçiliyi” nəzəriyyəsini müdafiə edənə qədər daha çox “İran şiəçiliyi”nə meyil göstərmişdir. Hər halda XIX əsrin sonu, XX əsrin əvvəllərində şiəlik anlamında iranlılığın, sünnilik anlamında isə osmanlılığın təbliğ olunması Ağaoğludan da yan ötməmişdir. 1890-cı illərdə şiəçiliyə, “iranlılığ”a, “İran mədəniyyətinə” aludə olan Ağaoğlu Parisdə, daha sonra Tiflisdə nəşr olunan “İran cəmiyyəti” başlıqlı silsilə məqalə¬lərində üç məsələyə 1) İslam aləmi, 2) İran cəmiyyəti, 3) şiəliyə xüsusi diqqət yetirmişdir. Ə.Mirəhmədov yazırdı: “Nəhayət, o illərdə Ağaoğlu nəinki Avropa Şərqşünaslığının Azərbaycan və İran haqqında bəzi yanlış müddəalarının təsirlərindən azad deyildi, o, özünü həm də İran mədəniyyətinin mümayəndəsi, şiəliyin ardıcıl tərəfdarı kimi təqdim edir, hətta bu İslam məzhəbini müstəqil, ayrıca bir din kimi alırdı”.
Ümumiyyətlə, bu məqaləsində Ağaoğlu göstərir ki, İslam aləminin nicatı olan “İran” Fransanın Avropada oynadığı rolu oynayaraq yeniləşməyə çalışan Türkiyəni belə qabaqlayacaqdır. Bu anlamda  ingilislərin “İran”a toxunmasını onlar üçün bir bomba təhlükəsi kimi xarakterizə edən Ağaoğlu hesab edirdi ki, “İran” üçün şiə təmayüllü ruhanilik institutu heç də gerilik hesab oluna bilməz. Mirəhmədov yazır: “Ruhanilik institutunun demokratik mahiyyətdə olduğunu, səylə nəzrə çatdıran müəllif iddia edir ki, bizdə əhalinin bütün təbəqələrinin ruhani təhsil-tərbiyə almaq və molla olmaq imkanı vardır. Burada ruhanilərin mənfi keyfiyyətləri də qeyd edilir və onların öz vəzifələrini icra edərkən yol verdikləru çoxlu mənfi hallar həyati misallarla tənqid olunur. İranın İslamı qəbul etməsinin qısa tarixçəsi veriləndən sonra yeni dini təfəkkürün qədim İran məzhəb və etiqadları ilə varislik əlaqəsinin səciyyəsi müəyyənləşdirilir və şiəlyin yayılması bu aspektlərdə tədqiq edilir. Müəllif ölkənin tarixindən və xalqın mənəvi-əxlaqi aləmindən çıxış edərək ortodoks İslamla şiəçilik arasındakı qarşdurmanın qanunauyğunluğunu sübuta çalışır”. Ağaoğlu yalnız qismən 1895-ci ildən sonra, özəllklə də XX əsrin başlarından irançılıq, şiəçilik hisslərindən uzaqlaşaraq öncə “İslam millətçiliyi”, daha sonra da türkçülüyün ideoloqu olmuşdur.
“İran şiəçiliyi”ndən uzaqlaşandan sonra Ağaoğlu “islam millətçiliyi” nəzəriyyəsinin qızğın müdafəçisi olub, onu soldan və sağdan tənqid edən tərəqqiçilərə və  mühafizəkarlara qarşı mübarizə aparmışdır. Mühafizəkarların yeritdikləri ideya xətti ilə bağlı Ağaoğlu yazırdı ki, onlar həddən artıq yeniləşməyə qarşı çıxmaqla səhvə yol vermişlər. Müsəlman xalqlarının yeniləşməkdən tamamilə yan qaçmalarının yanlış olduğunu yazan Ağaoğlunun fikrincə, mühafizəkarların bu məsələdə gəldikləri qənaətə görə, müsəlman xalqlarının bütün fəlakətləri, yəni əxlaq pozğunluğu, özbaşınalıq, keçmişə sayğısızlıq və sərbəst düşüncə onların adət-ənənələrdən üz çevrimələri ilə bağlıdır, bu çox da doğru deyildir: “Buradan da onlar (mühafizəkarlar – F.Ə.) belə nəticəyə gəlirlər ki, xilas yolu nə Avropada, nə də həyatın məntiqinin axtarılmasındadır. Sadəcə, şəfaverici keçmişə qayıtmaq lazımdır. Bu keçmiş öz ecazkar qüvvəsi ilə müsəlman aləmini xilas edəcəkdir”. 
O, sübut etməyə çalışırdı ki, Avropanın inkişafına səbəb olan mütərəqqi ideyalardan imtina edib ancaq “şəfaverici keçmiş”ə qayıtmaqla müsəlman xalqlarının geriliyini, nadanlığını və cəhalətini aradan qaldırmaq mümkün deyildir. Onun fikrincə, bu anlamda müsəlman xalqlarının oyanışı, inkişafı yolunda ən başlıca əngəllərdən biri elə yaxın dövr əcdadlarımız və mühafizəkar ruhanilərdir ki, ilk növbədə, onlardan qurtulmaq lazımdır. Məhz onlar öz ulu əcdadlarının əqli və mənəvi sərvətlərini unudub sonrakı nəsillərə miras əvəzinə yalnız zülmət və nadanlıq, mövhumat və xurafat, əldən düşmüş bədən, quru və kütləşmiş beyinlər qoyub gediblər. Ə.Ağaoğlu yazır: “Ah, bu keçmiş! Axı o bizdən nə istəyir? Onun bizi hər mənada – həm maddi, həm zehni, həm mənəvi baxımdan məhv etməsi, dilimizi, dinimizi, xalqımızı, xəlqiliyimizi məhv etməsi yetməzmi!”. 
Ağaoğlu mühafizəkarların “şəfaverici keçmiş”ə qayıtmaq məsələsində yaxın dövr əcdadlarının mirasını qəbul etməmiş, üstəlik onların heç bir fərq qoymadan ümumilikdə  yeniləşməyə qarşı olmalarını doğru saymamışdır. O, yazırdı: “Ata-babadan qalmış bəzi qayda və adətlərimiz də var ki, sədd kimi bizi nicat və fəlahətdən saxlayır. Min illərdən bəri o qədər bizim dillərimizi, əqllərimizi, qələm və fikirlərimizi döyüb döyənəyiblər ki, indi bizdə söz danışmağa, fikir cari etməyə, özümüzün qabiliyyətimizi izhar etməyə taqət və cürət qalmayıb”. O, daha sonra yazırdı: “Cümləyə məlumdur ki, biz müsəlman tayfası çoxdan bəri ata babamızın adət və qaidəsi olan və din mübəyyinmizin üsul əsas olan şura, ictimai və məşvərət yolunu unudub qeyriləri əlində səğir sürü kimi idarə olunmaqda idik. Padşahlarımız, xanlarımız, əmir və üməralarımız göydən göndərlən hakimi-mütləq surətində  hər nə arzu və həvəsləri var isə, bizə cəbri və zülmü qəbul etdirməkdə davam edirdilər. Qeyri-tayfalar arasına düşənlərimiz də həmin surətdə idarə olunurdular”.
Ancaq Ağaoğlu onu da qeyd edirdi ki, milli adət-ənənələrdən və şəriət qayda-qanunlarından uzaqlaşma son dövrlərdə olmuşdur. Belə ki, vaxtilə Türk dövlətləri (Səlcuqlar, Çingizlər, Teymurilər və b.) məşvərətsiz, şurasız və qurultaysız heç bir iş görmə¬yib və bunun da nəticəsində böyük imperiyalar qurublar. Eyni zamanda, İslam dini özü də ictimai ümmət olub, həm peyğəmbər, həm də bir çox xəlifələr uzun müddət məşvərət və şura ilə qərar qəbul ediblər. O, yazırdı: “Lakin tarix getdikcə həm tayfamızın və həm məzhəbimizin qaidələrini unutduq. Və bu tazə qaidə və ruşən sayəsində başımıza nə qədər bəlalar, fəlakətlər gəldi... Lakin bu fəlakətlərin, bu bəlaların cümləsindən artıq hökmdarlığımızı, vilayətlərimizi əldən vermək olmayıb ən əvvəl və ən mühim bizim təbiətimizə şimdiyədək olan əsəridir”. 
“İslam, Axund və Hatifülqeyb” (1904) adlı əsərində də  İslamla bağlı olaraq son əsrlərdə yaranmış mövhumata, xurafata, dini fanatizmə diqqət yetirən Ağaoğlu riyakar ruhaniləri başa salmaq istəmişdir ki, onların islamın adı ilə bağlı gördükləri işlər bu dinə mənfi təsir göstərmiş, onun qüdrətini zəiflətmişdir. Əsərdən məlum olur ki, müsəlmanların çoxu islamın, Quranın əsil mahiyyətini bilmir və burada da əsas günahkar din xadimləridir. Çünki “cəmi əmaviri-nəvahiyi-islam siz axundların vasitəsilə və haman fikri-batil ki, “şəriəti-tahirə hökm edən”in bərəkəti ilə riyakarlıq və zahirpərəstlik olub, bilmərrə islamın mahiyyətinə, yəni insan qəlbinə etina etmirsiz. Odur ki, müsəlmanların içərisində zahiri ibadət və itaət ilə belə bu qədər riyakar, bəkirdar mütəqəlliblər artıb”. 
Mühafizəkarlar bütövlükdə yeniləşməyə qarşı çıxıb “şəfaverici keçmiş”i nicat yolu bildikləri halda, əksinə, tərəqqiçilər isə əsasən “şəfaverici keçmiş”lə birdəfəlik vidalaşıb yalnız yeniləşmə tərəfdarı idilər. Hətta, bəzi tərəqqiçilər, xüsusilə də sosial-demokratizm ideyasının həddən çox təsir altına düşənlər deyirdilər ki, milli-dini adət-ənənələrdən tamamilə imtina edilməli və Avropa xalqlarınını keçdikləri yol burada da olduğu kimi tətbiq edilməlidir. Tərəqqiçilərdən sosial-demokratlara münasibətdə Ə.Ağaoğlunun özü də ilk dövrlərdə, ümumilikdə heç də marksizmi islam dininə zidd saymamış, hətta 1905-1906-cı illərdə yazdığı bəzi məqalələrində onların elmi sosializm ideyasını təqdir etmiş, sosializmin əsas qayəsinin bəşər övladının mənəvi və maddi səadəti olduğunu bəyan etmişdi. 
Ancaq çox keçmədən Ağaoğlu marksizmi, xüsusilə rus bolşevizmini kəskin şəkildə tənqid etmişdir. Ona görə, hər hansı cəmiyyətdə əsas məsələ kimi sinfi mübarizəni görmək doğru deyildir. O, yazırdı: “Sinfi mübarizə müxtəlif xalqlar arasında münasibətləri izah etmək üçün həddindən artıq elastik, həddindən artıq uzun, dumanlı haldır. Əgər bu termin altında əhalinin müxtəlif, maddi cəhətdən bir-birindən asılı təbəqələri arasında maraqlar toqquşması başa düşülürsə, onda sinfi mübarizə ilk növbədə, eyni millətin ayrı-ayrı qrupları arasında meydana gəlməlidir. Aydındır ki, bu cür toqquşmalar, məsələn, erməni işəgötürənlər ilə erməni işçiləri, erməni kapitalistləri ilə erməni kəndliləri arasında özünü büruzə verməli idi; eyniliklə türklərdə, gürcülərdə və başqalrında belə olmalı idi. Lakin biz bu hala rast gəlmirik və onun bizdə mövcud olması hələlik qeyri-mümkündür”. O, daha sonra yazırdı: “Bu da aydınıdr: sinfi mübarizənin yaranması üçün cəmiyyətin ayrı-ayrı təbəqlərinin öz daxili birliyini, öz həmrəyliyini dərk etməsi lazımdır, bunlar isə yalnız çox yüksək kütləvi inkişaf vaxtə mümkündür. Avropa “sinfi mübarizə” yoluna çoxdanmı qədəm qoyub? Çoxdanmı oradakı “dördüncü zümrə” özünə qarşı az-çox şüurla yanaşmağa başlayıb? Xaricdə bu zümrə indiyədək  qaranlıq cəhalətdə qalmaqdadır və onunh şüurlu rəhbərləri kütlənin bu cəhalətindən heç də az məyusluq keçirmir. Onda bizim Qafqazda hansı sinfi mübarizədən söhbət gedə bilər?”.
Ümumilikdə, Ağaoğlu onun sosializmlə bağlı bəzi yazılarına istinad edilərək “sosialist” adlandırılmasını isə səhv hesab etmişdi. Hətta, “Materializmin təntənəsi və əsassızlığı” (1908) məqalə-sində fəlsəfədə materializm cərəyanının əsassızlığını sübut etməyə çalışan Ağaoğlunun fikrincə, müəyyən bir dövrdə “qalib” durumda olan Marksın materialist təlimi hazırda öz əhəmiyyətini itirmişdir.
Oxşar xəbərlər
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:40, Bu gün
Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 14:28
"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:12
Ərli qadınla subay oğlanın şok hərəkəti: "Rayona getdik, kənddə axşam..." – Təfərrüat
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 14:28
"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:12
Ərli qadınla subay oğlanın şok hərəkəti: "Rayona getdik, kənddə axşam..." – Təfərrüat