“Əgər doğrudan da Zahid Oruc
prezidentliyə namizəddirsə, onun bu addımı partiyaya qarşı hörmətsizlikdir. Zahid Orucun
təmsil olunduğu Ana Vətən Partiyası qarşıdakı seçkilərdə İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar verib”. Moderator.az xəbər verir ki, bu sözləri bizimyol.info-ya
açıqlamasında AVP sədri Fəzail Ağamalı partiyasından olan deputat Zahid Orucun prezidentliyə namizəd olması barədə qərarını şərh edərkən söyləyib. Onun sözlərinə görə, Zahid Oruc bu addımı ilə AVP-dəki taleyini sual altına
salıb: “Hər bir vətəndaş kimi onun da hüququ var ki, namizəd olsun. Amma nəzərə almalı idi ki, onun təmsil olunduğu partiyanın
qurultayının qərarı var. Onun bu addımı bizim üçün təəccüblüdür. O, niyə belə edib, açıqlamasını verməlidir. O, bu addımı ilə AVP ilə arasında bir
uçurum yaratmış oldu. Onun məsələsinə partiya baxacaq".