Bir neçə gün əvvəl Nabrandakı “Nabran Holiday Village” adlı istirahət düşərgəsinin hovuzunu təmizləmək üçün nəzərdə tutulmuş sutəmizləyən nasosa düşən 2 yaşlı İmranın işinə görə, həbs edilənlərdən birinin yaxınları vəfat edib.
Moderator.az Bizimyol.info-ya istinadən xəbər verir ki, faciəyə görə məsuliyyət daşıyan Firdofsi İsmayılovun qaynanası Şəkifə Hacıbalayeva kürəkəninin həbsini eşidən kimi ürəyi dayanıb.
Qeyd edək ki, Hacıbalayeva Şəkifə Zöhrab qızı 1937-ci il təvəllüdlüdür. Xudat şəhəri, Nəsimi küçəsi ev 25-də yaşayırdı. Xatırladaq ki, faciəyə görə, həbs olunanlar Xaçmaz rayonu, Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı Xaçmaz rayonu, Xudat şəhər sakini İsmayılov Firdovsi Ağamusa oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyevdir.