“Milli Şuranın sonuncu toplantısında qəbul edilən qərarların hamısı zənnimcə, Putinin səfəri ilə bağlıdır”. Bu sözləri Moderator.az saytına VİP sədri Əli Əliyev bildirib.Onun fikrincə, Milli Şura bu qərarlarla vaxt udmaq niyyətindədir: “Milli Şura Putinin səfəri ilə bağlı gözləntisini ört-basdır etmək üçün bu qərarları qəbul edib və bununla bir həftə vaxt udmaq məqsədi güdür. Aksiya da buna hesablanıb. Əslində Milli Şura doğrudan da qarşısına ciddi siyasi mübarizə məqsədi qoymuşdusa, bu mübarizəni Milli Şura təsis edilən andan etməli idi. Milli Şura üçün Putinin səfərinin nə ilə nəticələnəcəyi çox önəmlidir. Aksiya da vaxt udmağa hesablanıb. Mənim fikrimcə, bu, onların hüququdur. Lakin Milli Şura layihəsi Moskva dəstəyindən məhrum olduğu gündən boş bir hava balonudur. Onun iynəsini vurmaq isə Putinin Azərbaycana gəlib, proseslərlə bağlı qərar verməsindən sonra mümkün olacaq. Bu iynə Rusiya prezidentinin əlindədir”.
Seymur Əliyev