“Bu gün cəmiyyətimizin paylaşmaq, yardımlaşmaq kimi dəyərlərə daha çox ehtiyacı var”
Müsahibə
Oxunub: 3864
09 Apr 2020 | 13:07
“Bu gün cəmiyyətimizin paylaşmaq, yardımlaşmaq kimi dəyərlərə daha çox ehtiyacı var”

“Düşünürəm ki, yaxın günlərdə biz ölkə başçısının daha bir humanist addımına  - amnistiya qərarına şahid ola bilərik”

 

Bütün dünyanı təhdid edən koronavirus xəstəliyi ölkəmizdə də yayılmaqda davam edir.

Moderator.az olaraq məlum xəstəlik, habelə bundan qorunmaq üçün dövlətin atdığı addımlar, əhalinin sadəcə sağlamlığının deyil, həm də sosial rifahının təmini istiqamətində gördüyü işlərlə bağlı fikirlərini öyrənmək üçün Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevə müraciət etdik.

 

-Səmyar bəy, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirusa qarşı ciddi mübarizə aparılır. Öncə ölkəmizdə və dünyada aparılan bu mübarizə, onun miqyas və önəmi ilə bağlı düçüncənizi bilmək istərdik.

 

-Bu gün dünyada koronavirus pandemiyası ilə bağlı ciddi böhran yaranıb. Görünən odur ki, dünyanın ən qabaqcıl, inkişaf etmiş dövlətlərinin səhiyyə sistemləri belə bu pandemiya qarşısında acizlik sərgiləyir. ABŞ, Fransa, Böyük Britaniya və s. ölkələrdə baş verən hadisələr buna nümunədir. Hesab edirəm ki, bu amil post-pandemiya dönəmində əsas diqqətin səhiyyə sisteminə yönəlməsi ilə nəticələnəcək. Bu günə qədər silahlanma yarışına, hərbi-sənaye kompleksinin inkişafına əlahiddə diqqət göstərən dünya dövlətləri, bundan sonra səhiyyə sisteminin inkişafına daha böyük maraq göstərəcək.

 

Bütün ölkələrin qapısını döyən pandemiya bizim ölkəmizdən də yan keçməyib. Bildiyiniz kimi, ilk gündən etibarən Azərbaycan Respublikasının prezidenti tərəfindən koronavirusdan qorunmaq məqsədi ilə ciddi addımlar atılıb və bu gün də əhalinin sağlamlığının, təhlükəsizliyinin təmin edilməsinə hesablanan addımlar davam etdirilməkdədir. Azərbaycanda bu günə qədər cəmi 8 nəfər koronavirusdan dünyasını dəyişib ki, bu dü bütün dünya üzrə ən aşağı göstəricilərdən biridir. Lakin koronavirusun ölkəmizdə yayılma prosesi davam edir ki, bu da ciddi narahatlıq doğurur.

 

-Sizcə indiki məqamda istər fərd, istərsə də xalq olaraq atmalı olduğumuz hansı addımlar var? Koronavirus təhlükəsinin daha da genişlənməsini önləməyin ən effektiv yolu nədən ibarətdir?

 

-Hesab edirəm ki, mövcud vəziyətdən ən effektiv çıxış yolu prezidentimizin, dövlətimizin ətrafında sıx birləşməkdən, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyyələrini tam şəkildə həyata keçirməkdən keçir. Çünki dövlətimizin atdığı hər bir addım vətəndaşların sağlamlığının qorunmasına hesablanıb. Bu gün mövcud olan xüsusi karantin rejimi də bu məqsədlə tətbiq edilib. Odur ki, biz vətəndaş olaraq “evdə qal” çağırışına əməl etmək, xüsusi karantin rejiminin tələblərinə riayyət etməklə dövlətimizə dəstək ola, özümüzün və doğmalarımızın həyatını xilas edə bilərik. Buna görə də mən vətəndaşlarımızı “evdə qal” çağırışına əməl etməyə, məsələnin ciddiyyətinin fərqində olmağa səsləyirəm.

 

-Bu gün ölkəmizdə koronavirusun insanların sosial həyatına gətirdiyi problemlərin həlli məqsədi ilə müxtəlif yardımlar, sosial paketlər tətbiq edilməkdədir. Sizcə sadə vətəndaşlardan tutmuş sahibkarlara qədər bir çox kateqoriyanı əhatə edən sosial yardım paketi dövlətimizin humanist, sosialyönümlü siyasətinin növbəti nümunəsi hesab edilə bilərmi?

 

-Qeyd etdiyiniz kimi, koronavirus təhlükəsi fonunda həyata keçirilən sosial izolyasiya tədbirləri cəmiyyətdəki bəzi təbəqələrin maddi təminatına mənfi təsir göstərməkdədir. İşsizlər, muzdlu işçilər, sahibkarkar və s. bu qəbildən olan şəxsərdir. Bütün bu insanlara dəstək məqsədi ilə ilkin olaraq 2,5 milyard manatlıq paket elan edildi ki, bu da kifayət qədər ciddi rəqəmdir. Bu vəsait həm özəl sektorun ayaqda qalması, həm də əhalinin işsiz kəsiminin sosial təminatını qarşılamaq baxımından mühüm əhəmiyyətə malikdir.

 

Bundan başqa, elektrik enerjisi ilə bağlı limitin artırılması da dövlətin vətəndaşlara yönəlik qayğısı kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, qarşıdakı dönəmdə yeni paketlərin elan edilməsi də mümkündür

 

Mən bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməyini xüsusilə qeyd etmək istəyirəm. ƏƏSMN bütün qüvvvəsini səfərbər edərək ölkə başçısının qarşıya qoyduğu vəzifələrin tam şəkildə yerinə yetirilməsinə çalışır. Dövlət tərəfindən elan edilən sosial paketin on minlərlə vətəndaşa şamil olunduğunu nəzərə alsaq, ƏƏSMN tərəfindən görülən işin miqyasının həqiqətən də böyük olduğu, bütün bu işləri həyata keçirmək üçün  böyük qüvvə sərf edildiyi aydın oalr. Bu baxımdan ƏƏSMN-nin ortaya qoyduğu səylər həqiqətən də təqdirəlayiqdir.

 

-Səmyar bəy, bu gün bəzi ictimai-siyasi şəxslər tərəfindən koronavirus müharibə ilə müqayisə olunur və insanlardan da problemə məhz bu konteksdə yanaşmaq tələb edilir. Sizcə həqiqətənmi dünya bir müharibə içərisindədir və biz bu müharibənin tələblərinə uyğun şəkildə davranmalıyıq?

 

-Koronavirusun bütün dünyada böyük itkilərə yol açdığı birmənalıdır və bu baxımdan biz onu müharibə ilə müqayisə edə bilərik. Beynəlxalq Valyuta Fondunun rəhbərliyi də vurğuladı ki, dünyada  heç vaxt bu qədər ağır böhran yaşanmayıb. Açıqlamada vurğulandı ki, bu böhran bütün dünayda çox kritik bir böhran yaradıb. Bu böhran neft ixrac edən dövlətlərə öz təsirini daha çox göstərir. Bu gün dünyada neftin bir barelinin qiyməti 20 dollar civarındadır ki, bu da iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün ciddi problemdir. Bu, ölkəmizin iqtisadiyyatına da öz mənfi təsirini göstərir. Xüsusilə də özəl sektor koronavirus hücumundan mənfi mənada təsirlənməkdədir. Xatırladım ki, bu gün özəl sektorda təxminən yarım milyon insan çalışır ki, bu da kifayət qədər böyük rəqəmdir. Belə olan təqdirdə koronavirusu müharibə ilə müqayisə etmək üçün ciddi əsaslar var. Lakin bunu da söyləməliyik ki, bizim xalqımız bu cür sınaqlardan çox çıxıb və çətin məqamlarda milli həmrəylik sərgiləməyə nail olub. II Dünya Müharibəsində dəhşətli aclıq və məhrumiyyətlərə rəğmən insanlarımız sonuncu zinət əşyasından ordunun xeyrinə imtina edib, son qəpiyini də qələbənin əldə edilməsinə sərf edib. Ən ağır günlərdə belə insanlarımız arasında yardımlaşmaq ənəəsi mövcud olub. Odur ki, bu bəladan da xalqımızın, dövlətimizin birgə səyi ilə xilas olacağımıza inanıram.

 

-Xalqımızın çətin məqamlarda yardımlaşmaq, paylaşmaq keyfiyyətinə malik olduğunu qeyd etdiniz. Sizcə bu ənənə günümüzdə özünü yetərincə büruzə verirmi?

 

-Media və sosial şəbəkədə yer alan məlumatlardan da görsənir ki, bu gün də bəzi imkanlı insanlarımız aztəminatlı ailələrə köməklik göstərməkdə, onlara müəyyən yardımlar etməkdədir. Lakin şübhəsiz ki, biz bu ənənənin daha da genişlənməsini, digər imkanlı şəxslərimizin də bu kimi addımlara qoşilmasını istərdik. Hər şeyi dövlətdən gözləmək, dövlətdən tələb etmək zənimcə düzgün deyil. Belə çətin məqamlarda hər bir imkanlı şəxs, sahibkar öz imkanları daxilində ehtiyacı olan insanlara kömək etməli, dövlətin humanist siyasətinə dəstək verməlidir. Belə olarsa, o zaman biz bütün çətinliklərin öhdəsindən daha yaxşı gələ bilərik.

 

-Səmyar bəy, dövlətimizin koronavirusla mübarizə fonunda bütün gərəkli addımları atmaqda olduğunu qeyd etdiniz. Bəs sizcə daha hansı addımların atılması məqsədəuyğun olardı? Bununla bağlı hansısa təklifləriniz varmı?

 

-Hesab edirəm ki, dövlətimiz nə lazımdırsa edib və bundan sonra da ehtiyac duyulan bütün addımları atacaq. Bu baxımdan hər kəs kimi biz də ölkə başçısına təşəkkür edir, minnətdarlıağımızı bildiririk.

 

Xatırladım ki, bir müddət bundan öncə ölkə başçısı yaşı 65-dən çox olan 100-dən çox məhbusu əfv etdi ki, bunun özü də prezidentimizin humanistliyindən xəbər verir. Bu baxımdan istisna etmirəm ki, yaxın gələcəkdə ağır cinayət törətməyən, cəzasının bir hissəsini çəkən, ictimaiyyət üçün ciddi təhlükə kəsb etməyən şəxslərlə bağlı amnistiyanın verilməsi məsələsi də gündəmə gələ bilər. Bu, cəmiyyətin əhval-ruhiyyəsinə, psixoloji durumuna da müsbət təsir göstərər, yüzlərlə, bəlkə də minlərlə ailəyə sevinc bəxş edər. Düşünürəm ki, yaxın günlərdə biz belə bir humanist addıma şahid ola bilərik.

 

Seymur ƏLİYEV

Oxşar xəbərlər
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
GÜNLÜK
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
27 Mar 2024 | 16:56
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
27 Mar 2024 | 16:56
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb