Bu gündən etibarən paytaxt Bakı və Sumqayıtdakı orta məktəblərin müəllim kontingenti seçki hazırlığına cəlb olunub. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, tə limatlandırma prosesi məktəb direktorlarının rəhbərliyi altında həyata keçirilir:
“Bakı və Sumqayıt şəhərlərində, habelə bu şəhərlərə məxsus kənd və qəsəbələrdə orta məktəb müəllimlərinin prezident seçkilərilə bağlı hazırlıq prosesinə start verilib. Yeni tədris ilinin başlamasına hələ bir müddər qalsa da, müəllimlər seçki hazırlığı çərçivəsində direktorlar tərəfindən məktəblərə çağırılıb. Müəllimlərin təlimatlandırılması prosesinin tədris ilinin başlamasına qədər davam edəcəyi gözlənilir. Məlumat üçün qeyd edək ki, müüllimlərin orta məktəblərə gəlişi avqustun 26-sı tarixi üçün müəyyənləşdirilsə də, seçki hazırlığı bu prosesi bir qədər də sürətləndirib. Hətta müxtəlif rayonlarda istirahətdə olan müəllimlər də geri çağırılıb ki, bu da müəllim kontingenti tərəfindən ciddi narazılığa səbəb olub”.