Rusiyada karantin müddəti sentyabr ayına qədər uzana bilər.
Moderator.az rus mediasına
istinadən xəbər verir ki, ölkədə koronavirusla aparılan mübarizə tədbirlərinə rəğmən
xəstəliyin sürətlə genişlənməsi, karantin rejiminin uzadıla biləcəyi ilə bağlı ciddi
ehtimallara yol açmaqdadır.
Ölkə ərazisində fəaliyyət
göstərən şirkət və müəssisələri karantin rejiminin ağır şərtləri altında fəaliyyətə
hazırlamaq məqsədi ilə, Kreml “stress testləri”nin hazırlığına qərar verib. İki
varinatda təqdim edilən “stress testləri”ndə ölkənin karantin rejimində, neft
barelinin 10-20 dollar arasında dəyişdiyi ortamda hansı şəkildə fəaliyyət göstərəcəyi
öz əksini tapıb.
Mütəxəssislər hökumətin “stress
testləri”ni hazırlıq tədbiri kimi müsbət qiymətləndirsə də, hesab edirlər ki,
karantin müddətinin sentyabra qədər uzadılması həm iqtsiadi, həm də psixoloji baxımdan
ağır nəticələrə səbəb ola bilər. Lakin bununla belə, karantin rejiminin aylarla
uzadılması tamamilə mümkün və alternativsiz çıxış yolu kimi dəyərləndirilir.
Seymur ƏLİYEV