“Cənab Preziden tərəfindən əfv sərəncamının imzalanmasının əsas səbəbi koronavirus pandemyasının nəzərə alınması ilə bağlıdır”.
Bu sözləri Prezident İlham Əliyevin imzaladığı son əfv sərəncamını şərh edərkən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Moderator.az-a deyib.
“Pandemiyanın mümkün təsirləri, onun yayılmasının qarşısının alınması məqsədilə, eyni zamanda, məhkumların yaşlarını, onların özlərinin və yaxın qohumlarının müraciətini nəzərə alaraq belə bir sərəncam dövlət başçısı tərəfindən imzalanıb”, - deyə komissiya üzvü əlavə edib.
Əliməmməd Nuriyev vurğulayıb ki, sərəncam 176 nəfəri əhatə edir və burada əsas prinsip onların hamısının yaşının 65-dən yuxarı olmasıdır:
“İlk növbədə, bu o deməkdir ki, bu zaman əsas prinsip əfvə düşənlərin yaşının nəzərə alınmasıdır.
İkinci prinsip onların səhhəti, üçüncüsü, özlərinin davranışları, dördüncü faktor isə çəkdikləri cəzanın müddətidir.
Yəni burada hər bir kriteriya ayrılıqda tətbiq edilmişdir. Amma ən vacib prinsip yaş amilidir ki, bu da koronavirusa qarşı tədbirlər çərçivəsində atılan addımlara daxildir”.
Ə. Nuriyevin sözlərinə görə, əfv təşəbbüsü şəxsən prezidentin özü tərəfindən gəlib və bununla bağlı müvafiq qurumlara tapşırıq verib:
“Cənab Prezidentin göstərişi ilə müvafiq qurumlar bu məsələni hazırlayıb dövlət başçısına təqdim etdilər.
Bu, ölkə rəhbərinin koronavirus pandemiyasının Azərbaycanda yayılmasına qarşı apardığı ümümi siyasətin tərkib hissədir ki, məhkumları da əhatə edir.
Əlbəttə, məhkumların pandemiyadan qorunması üçün lazım olan izolyasiya şərtlərinə ciddi əməl edilir. Lakin bu, o demək deyil ki, yaşlı və müəyyən fiziki narahatlığı olan məhkumlar yüz faiz bu təhlükədən sığortalanıblar.
Onların içərisində ömürlük həbsə məhkum olunmmuş iki şəxs də var ki, onlardan biri 24, digəri 25 ildir cəza çəkirdilər, Nardaran hadisələrinə görə məhkum edilmiş iki şəxs var, müəyyən xroniki xəstəliklərin daşıyıcıları da vardır.
Bir daha vurğulayım ki, bu, Cənab Prezident tərəfindən böyük bir humanist addımdır ki, o insanlara bir daha yaşamaq hüququ verdi. Ona görə də bu sərəncam tamamilə yeni keyfiyyətə malik olan bir hadisədir”.
Taleh