«Azərbaycanda prezident
seçkisi kampaniyası azı 14 vicdan məhbusu ilə başlayır». Amnesty
İnternational hüquq müdafiə təşkilatının avqustun 8-də yaydığı bəyanatda belə deyilir. Təşkilat seçkiöncəsi həbs olunan müxalif namizədləri, jurnalistləri, fəalları və hüquq müdafiəçilərini dərhal və qeyd şərtsiz azadlığa buraxmağa çağırıb.
Bəyanatda bildirilir ki,
rejim son aylar sosial şəbəkələrdə azad seçkilər və söz azadlığı ilə bağlı çağırışlar edən gəncləri xüsusilə hədəfə alıb.
Amnesty
İnternational 22 yaşlı gənc fəal Daşqın Məlikovun 2 il 6 ay
azadlıqdan məhrum edilməsinə toxunur. Təşkilat «narkotik maddələri qanunsuz əldə etmə və saxlama» ittihamını gəncin siyasi fəaliyyəti ilə əlaqələndirir və bu ittihamın uydurma olduğuna inanır.
Daşqın
Məlikov AXCP Gənclər Komitəsinin üzvüdür. Prezident və hökumət haqqında satirik və tənqidi blok yazılarının müəllifi olmaqla yanaşı, həm də onlayn aksiyaların təşkilatçılarındandır.