Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
Oxunub: 3222
04 Apr 2020 | 15:42
Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
5. Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Firidun bəy Köçərlinin yaradıcılığında sosial-siyasi məsələlər, o cümlədən dövlət, hakimiyyət, idarəetmə, despotizm, gerilik, yenilikçilik və sair məsələlərə münasibətdə mühüm yer tutmuşdur.  Məsələn, o, Qacarlar və çar Rusiyasındakı hakimiyyətlərin despotizmini açıb göstərməyə çalışmışdır. Bu anlamda o, Bakıxanovdan bəhs edərkən onun Təbrizdə olarkən şəhər əhalisini tənqid edən şeirinə diqqət çəkir. Köçərli yazırdı: “Əgər indi “İbrahim bəyin səyahətnamə”sinə diqqət yetirilsə, yəqinlik hasil olar ki, bu müddəti-mütəmadiyyənin ərzində Təbriz əhalisinin əhvali-ictimaiyyəsi, övzai-məişəti və əxlaqi-rəziləsi sabiqi qərar üzrə davam etməkdədir. Bu uzun müddətlərdə cümlə millətlər ayılıb tərəqqi etdikdə müsəlmanlar yatmaqdan usanmadılar; yatdılar və belə fəna hala dşüdülər, məğlub və məyus oldular”. 
Bununla da, o belə bir nəticəyə gəlirdi ki, Qacarlarda və digər müsəlman dövlətlərində zahirdə inkişaf görünsə də, mahiyyət etibarilə heç bir şey dəyişməmişdir. O, yazırdı: “Zahirdə guya bir az tərəqqi əsəri görünür, amma həqiqəti-hala diqqət yetirdikdə yəqinlik hasil olur ki, müsəlmanlar mənəvi və həqiqi tərəqqidən yenə də çox uzaqdırlar. Hətta təqəllübdə, xəyanətkarlıqda, büxlü həsəddə və bir-birinin canına və malına düşmən olmaqda irəlikindən bir az da artıcıq qabağa gediblər”. 
Qasım bəy Zakirin bir çox şeirlərində çar məmurlarının xalqa etdiyi zülm və sitəmi geniş şəkildə təhlil edən Köçərli hesab edirdi ki, o, divan məmurlarının qüsurlarını şairanə zikr edib, onların avam xalqa etdiyi zülm və sitəmi doğru göstərmişdir: “Burada cayi-təəssüf və heyrət budur ki, altmış-yetmiş sənə bundan irəli divan xidmətçiləri xəlayiq ilə nə növ rəftar etmişlərsə, indi o gunə rəftar etməkdədirlər. Bu müddəti-mütamadiyyədə ki, az qalıbdır tamam bir əsr etsin, - onların əxlaq və adabında bir təbəddülat, bir tərəqqi əsəri müayinə olunmur. Zahirdə ədalət və sədaqət məmurları və zakon tərəfdarları adlanırlarsa da, əsl həqiqətdə əhli-zələmədirlər. Şüğl və sənətləri şərarət və fəsad törətməkdir, xilafi-qanun və ədalət işlər etməkdir. Hər qism fənn və fürcələri xalqın malını yemək və özünü avamlıqda saxlamaq dairəsində işlənir. Dəryalarca verməsən, bir işim su almaq sənə müyəssər olmaz; qızıl və gümüş ilə ciblərini doldurmasan, işin yeriməz və muradına çatmazsan. Onların tamahı həzrət Əli-Zülfüqarından kəskinqırandır. Bədəbəxt o kimsənədir ki, onların toruna düşə. Onun tamam şirəsini çəkməmiş, onu xilas etməzlər”. 
Köçərlinin fikrincə, hətta Axundzadə də bir neçə komediyasını   Zakirin bu cür gerçəkçi ruhu və onun real hekayətləri əsasında yazmışdır: “…bəzilərinin rəvayətinə görə, «Hacı Qara» təmsilatının əslü binasını və Mərdi-xəsisin keyfiyyəti halını Mirzə Fətəliyə mərhum Qasım bəy nəql edibdir və həmçinin həkimi-nəbatat Müsyö Jordanın sərgüzəştinə dair bir para təfsilatı mərhum Axundzadə Zakirin dilindən yazıbdır. Vəli Mirz Fətəli bu hekayətləri qəribə bir dona geydirib, mislü bərabəri olmayan komediyalar vücuda gətiribdir”. F.Köçərli daha sonra yazır: “Qasım bəy Zakir həqiqi bir milli şair imiş. Öz əsrinin aynası olubdur və məişəti-milliyəsini – necə ki, var imiş, – eyni ilə yazıb, bizim üçün böyük bir yadigar qoyubdur. Öz əsərində şayani-diqqət olmuş olan bir şey qoymayıbdır ki, ona əl aparmamış olsun”. 
Köçərli M.F.Axundzadənin dünyagörüşünü təhlil edərkən də, daha çox zülmkar məmurlar və ruhanilərin üzərində dayanmışdır. Onun fikrincə, zəmanəsinin L.Tolstoyu, Musa Bigiyevi sayılan   M.F.Axundzadə müsəlmanların əvvəlinci refermatoru olubdur: “Müsəlman məişətinin köhnə və çürümüş əsaslarını pozan və islam tərəqqisinə mane olan üsulu qəvaidin təğyirü təbdili yolunda ən əvvəl sərfi-himmət edən bu zati-ali olubdur”.  Ona görə, Mirzə Fətəlinin komediyaları yazılan zamandan altmış-yetmiş sənə keçməsinə baxmayaraq nə məmurların zülmkarlığı, nə də ruhailərin fırıldaqları azalmışdır: “Bu uzun müddət ərzində – ki, yarım əsrdən ziyadədir, – məişətimizdə, dürüst diqqət olunsa, artıq bu tərəqqi əsəri görünməz; ata-babadan qalma köhnə adətlər və ayinlər üzrə güzəran edib yaşamaqda avrıq. Xeyir və şər ittifaqlarda işlənən bihudə məsarif və məxaricə diqqət olunsa, sözümüz təsdiq olunar. Ata-babalarımızın batil əqidələrinə, kəsalət və bətalətlərinə varis olmuşuq. Bu axır vaxtlarda şəhərlərdə az-çox tərəqqi və təməddün əsərləri görünsə də, əhli-dehat irəliki qərar üzrə avamlıq halında yaşayırlar; onların imdadına yetən yoxdur. Amma onları soyan və qarət edən çoxdur; bir tərəfdən tamahkar ruhanilər, bir yandan zülmkar polis məmurları və üçüncü tərəfdən yalançı millət dostları ki, ibarət olsun yarımçıq elm kəsb edənlərmizdən və quru isim ilə mədəni olan nücəbamızdan”. 
Ona görə, ““Aldanmış Kəvakib”i  oxuduqda yəqinlik hasil olur ki, İran kimi böyük bir dövlətin viran olmağına, “dövləti-aliyyənin” belə zəif və nəhif hala düşməyinə “ümənayi-dövlət” və “üləmayi-giram” və “vüzərayi-zülehtiram” olubdur. Bu rəy və qövlün haqq və doğru olmağını Şah Abbasın müqərrəb vəzirləri və ərkani-dövlət onun hüzurunda lisani-bəlağətsənci ilə sübuta yetirirlər. Onlardan hər biri öz qəbahət və və səfalətlərini kəmali-iftixar bəyan edir. Qədim şövkətli və əzəmətli İranı xarab edən və poğun hala salan vüzəra cahilanə işlərini və tədbirlərini hüsni-xidmət və böyük hünər məqamındaqoyub, dövləti-əliyyəyə sədaqətlə xidmət etməklərini sübuta yetirmək istəyirlər”. 
 Köçərliyə görə, Səfəvi dövlətinin bir çox hallarda Osmanlı ilə müharibə edib Vətəni qorumaq əvəzinə, yolları, körpüləri dağıtması, əkin sahələrini, bağları məhv etməsi heç bir siyasi və mənəvi mübarizəyə uyğun olmamışdır. Üstəlik, bunun gerçəkləşməsində mühüm rol oynayan sərkərdələr, vəzirlər şahın qarşısında öz “qəhrəmanlıq”larından danışanda, şah da bunu təbii qarşılamışdır. O, yazırdı: “Həmin bu qərar üzrə “məclisi-xassın” sair üzvləri dəxi... öz əhməqanə tədbirlər ilə və xilafi-əqlü qanun əməlləri ilə qoca və şöhrətli İranı belə fəna hala salmaqlarını, əhaliyə həddindən ziyadə zülm etməklərini, dini-paki-Məhəmmədini pozub, başqa bir hala salmaqlarını iftixar ilə şərh qılıb həmaqət və səfahətlərini bəyan edirlər. Əgər doğrudan da işin künhünə diqqət yetirilsə, İranın viran olmasına və bundan sonra onun bir də həyat və ricətinə ümid qalmamasına ümdə səbəb tamahkar, şöhrətpərəst, dünyadan bixəbər, avam və cahil vüzəra ilə üləma olublar”. Beləliklə, o, bir tərəfdən despotik başçıları, digər tərəfdən də onlara əsas dəstək olan ruhaniləri tənqid etmişdir. Ona görə, “ruhanilərimizin qüsur və nöqsanı hər bir əsrü zamanda əhli-mərifətlərimizin nifrət və tənqidlərinə bais olub, onları təzmim və təsyib qılıbdır. Xüsusən, məsnədi-qəzavətdə əyləşən alicənabların hirsü tamahı, dünyagir və biəməl olmaqları cümlədən artıq üsəba və şüəra zümrəsinə təsir edibdir”. 
Köçərliyə görə, ruhanilərin müsəlman dövlətlərinə vurduğu zərbələr heç də məmurların istismarından az deyildir. o, yazırdı: “O ki, qaldı insana zinət verən gözəl sifətlərə – ki, ibarət olsun sədaqət və istiqəmətdən, dəyanət və qeyrətdən, ittihad və ittifaqdan, ədl və mürüvvətdən, cürət və həmiyyətdən – bu qisim sifətlərdən din qardaşlarımız daha da ziyadə kənar düşüblər və nə vaxtı millətimiz nicat və səadət ylounu arayıb tapacaqlar, Allah bilir. Bu tərəqqi əsrində bizim belə geridə qalmağımız və qəflətdə yaşamağımız tezliklə məhvü nabud olmağımıza şəhadət verir”. 
 “Dəryalar kamına çəkib sir olmayan və heç bir şeydən gözləri soymayan ruhanilərdən milləti soymaqdan qeyri daha bir təmənna və çeşmdaştlıq ola bilməz”, – Köçərli yazırdı ki, son əsrlərdə tərəqqi və islahatlardan uzaq qalan müsəlman xalqlarının ancaq zahiri cəhətində dəyişiklik var, ancaq elm-mərifət sahəsində isə heç bir yenilik yoxdur: “Kəmali-cürətlə demək olar ki, millətimizin əxlaqü ətvarında dəxi bu müddəti-mütəmadi ərzində artıq bir tərəqqi və islahat vüqua gəlməyibdir. Xah nücəbalarımız, xah ruhani sinfi və xah mötəbər hacılarımız və məş¬hədlərimizin... zahirdə geyimləri və libasları modaya müvafiq dəyişil¬ibsə də, kəmalü mərifətdə, azacıq da olsa tərəqqi etməyiblər”. O, daha sonra yazırdı: “Müruri-əyyam ilə bu aynanın üzünə toz qonubdur. Bu tozu silib, aynanın üzünə sığal verib diqqət ilə ona baxsaq, öz surətimizi onda görərik və bir-birimizi tanıyarıq. Batini aləmimizə diqqət yetirsək, xəcalət çəkib yəqin edərik ki, bu yarım əsrin müddətində çox da uzaq getməmişik, cüzi dəgşiriliyimiz və təfavütümüz olubsa, o da zahiridir. Batini tərəfimiz mənən və əxlaqən irəliki qərar üzrə bağlıdır”. 
O, müsəlmançılığı tək bir məzhəb və məslək üzrə sabit qədəm olmaqda görməyib, həqiqi müsəlmançılığı insan olmaqda və bəşəriyyət vəzifəsini dərk edib layiqincə ifa etməkdə görürdü. Köçərli hesab edirdi ki, bir çox üləmalar və ruhanilər zahirdə əllamə libasına bürünüb ibarətpərdazlıq edib boş və mübhəm mınalı sözlər danışsalar da həqiqətdə əsil mərifət və kamaldan uzaq olduqlarını tez büruzə verirlər: “Amma nə  eləmək ki, avam onların hiyləvü təzvirlərini anlaya bilmir. Avamın ağlı gözündə olmağa görə, zahirə aldanıb yaxşı ilə yamana, doğru ilə yalana tərcih  verə bimir, dostu ilə düşmənini tanımayıb bədbəxt olur. Əgər həqiqətdə ətəbatda millətin malı ilə elm təhsil edən “nayibi-imam”dan yazıq və sadədil millətə bir nəfü fayda hasil olsaydı, onda şəksiz millətimiz belə pozğun və pərişan halda məyus və sərgərdan qalmazdı.
Doğrudan da fəna halda qalmışıq; ağıldan ağlımız, əxlaqdan ıxlaqımız yox, əsil dindarlıq nə olduğunu bilmirik, nə kamaldan kamalımız, nə hörmətdən hörmətimiz və nə dövlətdən dövlətimiz var... Hər tərəfə baxsaq, fəxr edəsi, könül şad qılası və ürək açası heç bir şeyimiz yoxdur.  Vətən nədir bilməzik, millət və milliyyət nə olduğunu hissü dərk etməzik, ittihadü ittifaq bizim üçün boş və mənasız sözlərdir. Dildə onları tələffüz edriksə də,o minval danışmaq moda olubdur. Onların həqiqi məzmununu düşünmürük, düşünmədikdə əməl də etmirik. Əllaməyi-giram və füzəlayi-zülehtiram bizim içimizə ancaq təfriqə və partiya salıblar. Buna da səbəb öz şəxsi mənfəətlərini və nəfsi xeyirlərni görçək olubdur. Haqqa, doğruluğa, ədalət və mürüvvətə xalqı irşad qılmayıblar. Himmət və qeyrət, birlik və qardaşlıq, dostluq və mehribanlıq bilmərrə unudulubdur; ülum və fünununa, sənaye və ticarətə, tərəqqi və təməddünə xalqı təğrib və təşviq etməyi üləma sinfi öz vəzifələrindən bəid bir əmr bilib, bu qisim məsələlərə əsla etina etməyiblər!”. 
Köçərli hesab edirdi ki, müsəlman xalqları avamlıq və cəhalət içində olduğu bir zamanda əksinə, Avropa millətlərinin inkişafını  görüb qiymətləndirməmək mümkün deyil. Onun fikrincə, bu zaman Avropa xalqlanın tərif etməkdə məqsəd heç də onları uca tutmaq deyil, sadəcə müslamanların da onlara baxıb elm və mərifət əldə etməsini ortaya qoymaqdır. Başqa sözlə, Köçərli M.Ə.Talıbzadə kimi hesab edirdi ki, Avropa xalqları inkişaf etdiyi bir dövrdə müsəlman xalqarının min il əvvəl tutduğu yola davam etmələri doğru deyildir. O, yazırdı: “Sair millətlər və dövlətlər irəli gedib, elm və mərifət sayəsində tərəqqi tapırlar, kamali-hürriyyət, vüsətlə güzəran edib, müsəlmanların malına mülkünə və canına sahib olurlar. Biz isək övqatımızı əczü qəflətdə keçiririk, dünyadan xəbərimiz yoxdur. Vətənimizin, dinü dünyamızın, malü əmlakımızın hətta, irzü namusumuzun hifzü amanda qalmasına lazimeyi-binagüzarlıq, tədarükat və əsbab fərahəm etməmişik”. 
Onun fikrincə, bütün hallarda türk-müsəlman xalqlarının Avropa ya da Rus mədəniyyətinin müsbət tərəflərini görmək, tamamilə ona qapılıb avropalaşamaq, ruslaşmaq anlamına gəlməməlidir. Üstəlik, belə təhlükə olarsa, ona qarşı müqavimət göstərib türklüyümüzü və müsəlmanlığımızı qorumaq lazımdır. Bu baxımdan o yazırdı ki, Çarlıqda İlminski kimilərinin müsəlman xalqlarının geriliyini İslam dininin üstünə atıb, ana dili vasitəsilə türkləri xristian dininə dəvət etməkdə məqsədi heç də onların qayğısına qalmaq yox, ruslaşdırmaq olmuşdur. Ancaq müsəlman türklər də sadə türk dilində yazılımış İncil də “üçlüy”ü, yəni ata, oğul və ruh məsələsini dərk etdikdən sonra ona yaxın durmamışlar.
Oxşar xəbərlər
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
GÜNLÜK
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 12:17
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 12:07
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 12:17
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 12:07
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb