Koronavirusun geniş yayıldığı ABŞ-da virusla mübarizə yükünün getdikcə daha çox ordunun üzərinə düşdüyü müşahidə edilir. Mili Qvardiyanın Nyu-York və digər şəhərlərə yeridilməsi, hərbi həkimlərin hərbi xəstəxanalarla yanaşı, həm də mülki xəstəxanalarda koronaviruslu xəstələrin müalicəsinə cəlb olunması, 10 mindən çox təqaüddə olan hərbi həkim və tibb işçisinin könüllülük əsasında geri çağırılması və s. ABŞ ordusunun mübarizənin ön xəttində yer aldığını göstərir.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, koronavirusa müharibə elan edən və bu müharibədə hərbçilərdən geniş istifadə edən ABŞ prezidenti Donald Tramp, ona bütün cəmiyyətdə ciddi rəğbət qazandıran yeniliyə imza atıb. Belə ki, koronavirusla bağlı yaranan mövcud duurmla əlaqədar olaraq Tramp bütün borclu veteranların borc ödəmələrinin dayandırılmasına qərar verib. Belə ki, mövcud durumla əlaqədar olaraq veteranlardan borc yığımı qeyri-müəyyən avxta qədər təxirə salınacaq.
Trampın bu bəyanatı həm veteranlar, həm də mülki sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Mütəxəssislər hesab edir ki, preizdentin bu qərarı onun ölkə daxilində, xüsusilə də hərbçilər arasında nüfuzunu əhəmiyyətli dərəcədə artıracaq, milli həmrəyliyin möhkəmlənməsinə təkan verəcək.
Seymur ƏLİYEV