Bu gün Azərbaycanın böyük sənətkarlarından biri olan Akif İslamzadənin doğum günüdür. Moderaqtor.az-ın xəbərinə görə, onun bu gün 65 yaşı tamam olur.
Qeyd edək ki, Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, Sari gəlin və bu gecə diqqətlərı cəlb edib.
Böyük sənətkar Akif İslamzadənin səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin Akif İslamzadənin səsi, unudulmaz ifası və mahnıları tarixəəbədi həkk olunub.
Moderator. az olaraq biz də böyük sənətkarımızı doğum günü münasibətilə təbrik edirik.