Xəbər lenti
19/01/2021 [00:54]:
“O vaxt televiziyaya çox insan gəlib-gedirdi, hamısı da cavan qızlara diqqət edirdi..."
19/01/2021 [00:54]:
Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - VİDEO
19/01/2021 [00:49]:
Çexiyanın XİN başçısı koronavirusa yoluxub
19/01/2021 [00:48]:
Bakıda mənzildən qadın meyiti tapıldı
19/01/2021 [00:02]:
“Koronavirus zamanı öskürəyə qarşı tədbir görmək qəti qadağandır”
18/01/2021 [23:55]:
Rusiyada baş vermiş qar uçqunu nəticəsində federasiya prezidenti həlak olub
18/01/2021 [23:51]:
Doğum günləri özlərinin iştirakı olmadan qeyd edilən qəhrəmanlarımız - FOTOLAR
18/01/2021 [23:38]:
"Təhsildə güzəşt və ADPU təcrübəsi" adlı canlı müzakirə
18/01/2021 [23:36]:
"O, dünyasını dəyişəndən nişan üzüyümü bir dəfə də olsun barmağımdan çıxarmamışam"
18/01/2021 [23:31]:
Bakı-Astara və Ərdəbil-Rəşt magistral yollarının birləşdirilməsinə dair saziş imzalanıb
18/01/2021 [23:27]:
Əfqanıstanda terror aktı törədildi, ölən və yaralanan var
18/01/2021 [23:24]:
Ayvazyan Lavrova zəng edərək NƏ İSTƏYİB?
18/01/2021 [23:06]:
Ən ağır xəstələri çiy su və duz ilə müalicə edən həkimdən MARAQLI RESEPTLƏR...
18/01/2021 [22:34]:
Azərbaycan və İran arasında dəmir yolları üzrə əməkdaşlıq sazişi imzalanıb
18/01/2021 [22:23]:
TƏBİB sədri peyvəndin əlavə təsirlərini açıqladı - VİDEO
18/01/2021 [22:20]:
Neslihan “Səfirin qızı”ndan getdi - FOTO
18/01/2021 [21:48]:
“Qarabağ hekayələri” kitabının təqdimatı keçirlib - FOTO
18/01/2021 [21:43]:
Koronavirus qorxusu ilə 3 ay hava limanında yaşadı - MARAQLI
18/01/2021 [21:36]:
Azərbaycanda tanınmış universitet rektoru yubiley yaşında - VİDEO
18/01/2021 [21:34]:
“Azerspace-1”dən yeni türk və qırğız kanalları yayıma başladı
18/01/2021 [21:26]:
ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırılıb
18/01/2021 [21:24]:
Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, bölgələrə qar yağıb
18/01/2021 [21:21]:
Peyvənd vurulan 10 nəfər həyatını itirdi - FOTO
18/01/2021 [21:20]:
Qorbaçov SSRİ-ni dağıtmaq üçün milli münaqişələrdən istifadə edirdi - Əfsanəvi sovet müstəntiqi
18/01/2021 [21:16]:
Ümid edirəm, Bayden bunu bacaracaq - Koreya lideri
18/01/2021 [21:02]:
Ayaqyoluna telefon yerləşdirib şagirdlərinin uyğunsuz görüntülərini çəkdi... RƏZALƏT
18/01/2021 [20:55]:
“Söhbət Rusiya sevgisindən deyil, reallıq və maraqlarımızdan gedir” - Tofiq Zülfüqarov
18/01/2021 [20:48]:
İranın Quru Qoşunları sabah hərbi təlim keçirəcək
18/01/2021 [20:43]:
Mingəçevirdə arvadını qısqanıb öldürən kişiyə hökm oxundu
18/01/2021 [20:42]:
Donmuş mağara adamı çaşqınlıq yaratdı - MARAQLI...+ FOTOLAR
18/01/2021 [20:32]:
"Ancaq həyat yoldaşım evə pul gətirir" - VİDEO
18/01/2021 [20:21]:
Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü - FOTO
18/01/2021 [20:12]:
Ermənistan hökuməti aparatına yeni rəhbər təyin edilib
18/01/2021 [20:11]:
“Kişi evin, sərhəd də dövlətin çəpəridir...”
18/01/2021 [19:54]:
Rusiya hərbçiləri “Daşnaksütyun” liderlərini də  dövlət sərhəddimizdən buraxdı…-FOTO 
18/01/2021 [19:29]:
"Şuşamın cəfasini çəkmək istəyirəm ki, səfasını sürəndə utanmayım..." - MÜRACİƏT
18/01/2021 [19:27]:
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
18/01/2021 [19:26]:
Şəhidlər Xiyabanı istiqamətində avtobusların hərəkəti müvəqqəti dəyişəcək
18/01/2021 [18:59]:
Türkiyədən qardaş yardımı gəldi, “Yeni Klinika”ya təqdim olundu... - FOTOLAR
18/01/2021 [18:55]:
“Vətən müharibəsində Daxili Qoşunların 65 hərbçisi şəhid olub, 347 nəfəri yaralanıb”
18/01/2021 [18:52]:
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
18/01/2021 [18:42]:
"Ötən il bağlı qalan 310 cinayətin açılması təmin edilib" - Vilayət Eyvazov
18/01/2021 [18:41]:
Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 118 yeni yoluxma
18/01/2021 [18:39]:
Qənirə Paşayeva Xalq rəssamı ilə Milli Məclisdə görüşüb
18/01/2021 [18:37]:
“Sumqayıt Sənaye Parkındakı müəssisələrin geniş ixrac imkanları var”
18/01/2021 [18:34]:
Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər - VİDEO
18/01/2021 [18:16]:
Rusiyada qar uçqunu baş verib - VİDEO
18/01/2021 [18:15]:
"Oktyabrın 1-dən Bakıdayam, heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar..."
18/01/2021 [18:15]:
Navalnı 30 sutka həbs edilib
18/01/2021 [18:14]:
20 Yanvar hadisəsi ilə bağlı dəyirmi masa
18/01/2021 [18:11]:
Əfv etmə və amnistiya olacaq? - dinləmələr keçiriləcək
18/01/2021 [18:10]:
"Ermənistanla sərhəd nəzarətə götürülməlidir, bunun başqa yolu yoxdur" - POLİTOLOQ
18/01/2021 [17:57]:
Azərbaycanda daha bir erməni terrorçu barəsində cinayət işi başlanıldı
18/01/2021 [17:55]:
"Şuşanın 33, Ağdərənin 14 kəndinə, Xocalıya vətəndaşlarımızı köçürməliyik ki..."
18/01/2021 [17:45]:
“5 ildən sonra problem yaratdığına görə insanlar hibrid avtomobillərinə nifrət edəcək”
18/01/2021 [17:39]:
Şəhidlərin yeni siyahısı açıqlanıb: 2 855 nəfər dəfn edilib, 50 nəfər itkindir
18/01/2021 [17:34]:
“Hirkan Milli Parkındakı yanğın hələ də söndürülməyib” - FHN
18/01/2021 [17:12]:
Nazirlər Kabineti deputatın tələbini yerinə yetirdi
18/01/2021 [17:09]:
Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib
18/01/2021 [16:57]:
Sumqayıtda 6 milyon dollarlıq zavod tikilir
18/01/2021 [16:57]:
“Əsgərlərin kitabla təminatı vacibdir” – Millət vəkili “Əsgərə kitab” layihəsini alqışladı
18/01/2021 [16:56]:
Laçının gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb - VİDEO
18/01/2021 [16:53]:
“Naxçıvan dəhlizinin açılması ucuzlaşmaya səbəb olacaq”
18/01/2021 [16:52]:
Çavuşoğlu Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlər qurmasının şərtini açıqlayıb
18/01/2021 [16:49]:
"Toy olmasa, musiqiçilər acından öləcək" - Xatirə
18/01/2021 [16:49]:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Məmmədağa Bağırovun atası ilə görüşüb
18/01/2021 [16:39]:
"Azəriqaz" hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək
18/01/2021 [16:38]:
Qərbi Kaspi Universitetində onlayn əmək yarmarkası keçirilib
18/01/2021 [16:33]:
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur
18/01/2021 [16:31]:
“Qarabağ məsələsində güclü iradəmizlə bütün dünyaya qətiyyətimizi göstərdik” - Ərdoğan
18/01/2021 [16:29]:
Prezident məmurlara xəbərdarlıq etdi: “Təmizləmə prosesi gedir və gedəcək”
18/01/2021 [16:13]:
İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoydu
18/01/2021 [16:08]:
Bakı-Sumqayıt qatarının yanvarın 20-nə hərəkət qrafiki açıqlanıb
18/01/2021 [16:07]:
Cəlilabadda yaşayış yerini tərk edən COVID xəstəsi saxlanılıb
18/01/2021 [15:57]:
Xəzərin səviyyəsinin azalmasına səbəb olan AMİLLƏR
18/01/2021 [15:50]:
“Arzulayıram ki, Şuşada babamın adına Türk Dünyası Mədəniyyət və Ədəbiyyat Mərkəzi açılsın”
18/01/2021 [15:46]:
“Əbülfəs Qarayevə dedim ki, o nə dərdimə dərman olacaq, nə də vətəni sevməyimə...”
18/01/2021 [15:38]:
Nikol Paşinyan özünə yeni köməkçi təyin edib
18/01/2021 [15:35]:
"Qarabağın döyünən ürəyinin - Şuşanın əvvəlki gözəlliyi özünə qaytarılacaq...”
18/01/2021 [15:32]:
Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək
Bütün arxiv bir sırada
08/08/2013 [10:03] - Araşdırma - ( 5348 dəfə baxılıb)

İlham Mirzəyevin hədələnməsinin səbəbləri bəlli oldu -Təfərrüatlar

Teleaparıcı qohumlarından pul qoparmaq istəyir


Tanınmış teleaparıcı, psixoloq İlham Mirzəyevin iyunun 12-də axşam saatlarında fəaliyyət göstərdiyi “Space” televiziyasından evə gedərkən üç nəfər maskalı şəxs tərəfindən hücuma məruz qalması, boğaz nahiyəsindən bıçaq xəsarəti alması barədə mətbuatda bir müddət öncə xəbərlər yayıldı. Daha sonra teleaparıcı bununla bağlı açıqlamalar verdi və bildirdi ki, maskalıların biri dayısı qızının həyat yoldaşıdır. Dediyinə görə, həmin adam dayısı qızı ilə aralarında olan nikah müqaviləsini ləğv etdirmək istəyir. Məqsəd də bundan ibarətdir ki, “malı-mülkü ələ keçirsin”. İlham Mirzəyev ondan başqa kimsəsi olmadığından bu işdə dayısı qızına kömək etdiyini və elə bundan sonra da dayısı qızının ərinin ona düşmən kəsildiyini bildirdi. Həmin ərəfədə teleaparıcı həmin oğlanın ona şər-böhtan atması, ölümlə təhdid etməsi ilə bağlı mətbuata açıqlamalar da verdi. Hədə-qorxulardan bezdiyini deyən psixoloq hüquq-mühafizə orqanlarına müraciət etdiyini bəyan etdi. Bu məsələ ilə bağlı Bakı Şəhər Prokurorluğu, Yasamal Rayon Polis İdarəsi araşdırmalara başladı və nəticədə psixoloqun dayısı qızının əri həbs olundu.

Xatırladaq ki, dünən teleaparıcının dayısı qızının qayınanası Lyudmila Əliyeva mətbuat vasitəsi ilə ölkə prezidentinə müraciət edib. Lyudmila xanım prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, ombusdman Elmira Süleymanovaya teleaparıcı İlham Mirzəyevin əməllərindən şikayət edib. Müraciətdə bildirilir ki, oğlu Əliyev Asif “Space” telekanalının aparıcısı İlham Mirzəyev tərəfindən şər və böhtana məruz qalıb. Ananın sözlərinə görə, İlham Mirzəyev telekanaldan çıxarkən oğlu tərəfindən bıçaqlanmayıb:

“Güya oğlum həmin axşam onu telekanaldan çıxarkən bıçaqlayıb. Həmin axşam oğlum evdə bizimlə bərabər İlhamın “Etibar edin” proqramını izləyirdi. Bu necə ola bilər ki, həmin gecə o bıçaqlansın? Bu, şər-böhtandır”.

Ananın dediyinə görə, teleaparıcının məqsədi onlardan külli miqdarda pul qoparmaq, varlanmaq həvəsidir. Lyudmila xanım onu da bildirib ki, İlham Mirzəyev əslində bıçaqlanmayıb, sadəcə, bu barədə özünə hansı yollarlasa ekspertiza rəyi alıb.

Oğlunun həbsinə gəlincə, İ.Mirzəyev yüksək vəzifəli dostlarının köməyi ilə Asif Əliyevi “cinayətkar” adı ilə həbsə atdırıb. L.Əliyeva onu da əlavə edib ki, əllərində İ.Mirzəyevin böhtanlarını aşkar edəcək təkzibedilməz dəlillər var, amma hazırda onları üzə çıxara bilmirlər. Bu dəlilləri ortaya ilk məhkəmə iclasında çıxaracaqlarını söyləyən ana qorxduqlarını bildirib:

“Əgər bu barədə İ.Mirzəyev xəbər tutsa, dəlillərimizi məhv edər. Çünki faktiki istintaqa təsir göstərir, prosesin qeyri-obyektiv, özünün xeyrinə aparılmasına cəhd edir”.

Əslində nə baş verib? İlham Mirzəyev doğrudan da bıçaqlanıbmı? Qeyd edək ki, İ.Mirzəyevin dayısı qızını ərə verdiyi Asif Əliyev iş adamıdır, biznes fəaliyyəti ilə məşğul olur. Yəni maddi imkanları olan şəxsdir. Və evlənərkən qız tərəfinin, yəni İlham Mirzəyevin təkidi ilə gələcək həyat yoldaşı ilə nikah müqaviləsi imzalayıb. Boşanacaqları təqdirdə həyat yoldaşını mənzillə təmin etmək mükəlləfiyyətini üzərinə götürüb. Aydın məsələdir ki, heç bir kişi boşanmaq məqsədilə ailə qurmur. Üstəlik, onun əvvəlcədən boşanmaq planları olsaydı, heç vaxt nikah müqaviləsi imzalamazdı. Bu, həyatdır, taledir, evləndikdən sonra cütlüyün münasibətlərində gərginliklər, problemlər yaranıbsa, hətta ayrılmaq həddinə çatıbsa, (Lyudmila Əliyevanın dediyinə görə, gənc ailənin münasibətlərinin korlanmasında İlham Mirzəyev və onun anası Gülarə xanım ciddi “rol” oynayıb) bu məsələni ərlə arvadın ya özləri, özləri də bacarmasa, valideynləri yoluna qoymalıdır. Amma burada “hakim” rolunda bibioğlu, yəni İlham Mirzəyev çıxış edir. Absurd deyilmi?

Daha bir maraqlı məqam: Həbsdən öncə də, sonra da ev məsələsində razılığa gəlmək üçün A.Əliyevin ailə üzvləri dəfələrlə İlham Mirzəyevlə telefonla danışıblar, gənc qadını mənzillə təmin etməyə hazır olduqlarını bəyan ediblər. Amma hər dəfə İlham Mirzəyev yersiz bəhanələrlə bundan imtina edib. Niyə? Məqsəd nədir? Əslində bibioğlunun bu məsələdə məntiqlə bir məqsədi ola bilər: gənc ailənin dağılmasının qarşısını almaq, ərlə arvadı barışdırmaq. İ.Mirzəyevinsə barışdırmaq əvəzinə, prosesi daha da alovlandırması ortadadır. Asif Əliyev şərlənərək həbs edildikdən sonra isə İlham Mirzəyevin vəkili Asif Əliyevin vəkilinə bildirib ki, teleaparıcı dayısı qızının mənzillə təmin olunmasından əlavə, özünə də 150 000 manat istəyir. Bu pul ona verilərsə, şikayətini geri götürə bilər...

Sözün əsl mənasında, absurd bir durum. Axı Asif Əliyevin İlham Mirzəyevi bıçaqlayıb-bıçaqlamamasını sübuta yetirmək hüquq mühafizə orqanları üçün çox asan məsələdir. Niyə məsələni bu qədər uzadırlar? İlham Mirzəyevin “sehrli çubuğu” varmı? Bağlı qapılar onun üzünə necə açılır? Günahsız bir insanı adi bir teleaparıcı necə həbsə atdıra bilir? Bu teleaparıcı necə, hansı yolla qanunların, haqq və ədalətin fövqünə qalxa bilib???

Publika.Az İlham Mirzəyevin fəaliyyəti ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, o, təkcə teleaparıcılıq və psixoloqluqla məşğul olmurmuş. Nə qədər gülməli də səslənsə, o, siyasi mövzuda qalın-qalın kitabların da müəllifidir və həmin əsərlərə tanınmış ictimai-siyasi xadimlər, Milli Məclis üzvləri, vəzifəli şəxslər rəylər veriblər. (???) Belə çıxır, İ.Mirzəyev özünə yaxşı bir əhatə qura bilib. Necə? Həmin ağır çəkili insanlar televiziya verilişlərində aşağı səviyyəli müğənniləri ağlatmaq imici ilə tanınan İ.Mirzəyevin hansı üstün xüsusiyyətinə görə ona bu qədər yaxınlaşıblar və ya onu yaxınlarına buraxıblar? Hər halda, suallar yaranır...

Əldə etdiyimiz daha bir məlumata görə, İlham Mirzəyev əslində “psixoloq” adı altında qara magiya ilə məşğul olur və həftənin müəyyən günlərində bu məqsədlə müştərilər qəbul edir. Bu qabiliyyəti ilə o, yüksək vəzifəli şəxsləri və millət vəkillərini cəlb edə bilərmi?..

loading...
Ən ağır xəstələri çiy su və duz ilə müalicə edən həkimdən MARAQLI RESEPTLƏR...
Koronavirus qorxusu ilə 3 ay hava limanında yaşadı - MARAQLI
Peyvənd vurulan 10 nəfər həyatını itirdi - FOTO
Ayaqyoluna telefon yerləşdirib şagirdlərinin uyğunsuz görüntülərini çəkdi... RƏZALƏT
Donmuş mağara adamı çaşqınlıq yaratdı - MARAQLI...+ FOTOLAR
N.Tusi adına Klinika

Cəmiyyət
“O vaxt televiziyaya çox insan gəlib-gedirdi, hamısı da cavan qızlara diqqət edirdi..."
Cəmiyyət
Aqil Məmmədov Ağdabana getdi – 28 ildən sonra İLK FOTOLAR
Cəmiyyət
Tovuz döyüşlərindən sonra isə könüllü olaraq ordu sıralarına yazıldım...”
Cəmiyyət
“Mən çatanda atam yerdə uzanmışdı, ona süni nəfəs verirdilər...” - Xudu Məmmədovun oğlu
Dünya
Amerikada zabit müsəlmanları təhqir etdiyinə görə  işdən qovuldu...-İBRƏTAMİZ

Yazar
Zülfüqar Hüseynzadə
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
İlham İsmayıl
Vətən yarası öz-özünə qaysaqlanıb sağalmır, onu sağaltmaq lazımdır...
Həftənin ən çox oxunanları
Bu şəxslərə hər ay 130 manat veriləcək - NAZİRLİK AÇIQLADI
“Kəlbəcər və Laçındakı SES-lərə xərclədiyimiz 200 milyon dollar batdı...”
Nəyə görə ər-arvad ayrı çarpayıda yatmalıdır? - Alimlərdən AÇIQLAMA
Ermənilər Xankəndini tərk edir - FOTOLAR
Şuşa Fatehinə qarşı haqsızlıq: Nədən onun sizin qədər bilmədiyi qənaətindəsiniz...?
"Xeyli sayda at Kəlbəcər tərəfə keçsə də onları qaytarmaq imkanı yoxdur...
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
"Çox şadam ki, bu mükəmməl struktur onun kimi vətənpərvərə həvalə edilib" - FOTOLAR
“Şuşada Malıbəyli ilə qonşu kənddəki ermənilər bizə bir güllə də atmamışdı, amma...”
"Qarabağda baş verənlərə görə narahatçılıq keçirənlərə üzümü tutub deyirəm ki..."
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}